Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə107/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   103   104   105   106   107   108   109   110   ...   151

– Bakterin var, hər şey qaydasındadır! – qışqırdı. 
Sonra Leoranı unutdu, gecəni, müharibəni, yorğunluğu, uğuru yaddan çıxardı… Yer üzündə hər şey yoxa 
çıxdı və o, özünün ilk əhəmiyyətli təcrübəsinə qapıldı.  
Martin həyəcanla ora-bura gəzişirdi, ağlını itirənə kimi də gəzişə bilərdi. Amma özünü ələ aldı, 
sakitləşməyə çalışdı, papiros tüstüsü içində stola yaxın oturdu və balaca kağız vərəqələrinə bakteriyaların 
"intihar"ının bütün ağıla gələn səbəblərini yazmağa başladı. Yəni cavab tələb edən bütün sualları və 
onlara cavab verməli olan təcrübələri. 
Bəlkə, kulturanın məhvinə təmiz yuyulmamış kolbada olan qələviləşmə səbəb olub. Ya da irinin içində 
stafilokokklar üçün öldürücü olan hansısa maddə, stafilokokkların özlərindən ayrılan nəsə olub. Bəlkə də
bulyonun hansısa bir xüsusiyyəti "intihar"ın səbəbkarıdı. 
Bütün bunları yoxlamaq lazım idi. 
Bir sıçrayışla o, anbarın qapısındakı qıfılı qıraraq şüşə üçün içəri keçdi. Yeni kolbalar götürdü, onları yudu, 
ağızlarını pambıqla tıxadı və sterilləşdirmə üçün quruducu şkafa qoydu. Bir neçə növ bulyon axtarıb 
tapdı. Daha dəqiqi, Qotlibin buzxanada saxladığı şəxsi toxunulmaz ehtiyatdan oğurladı. Təmizlənmiş 
kulturanın bir hissəsini steril farfor filtrdən süzdü və özünün adi stafilokokk kulturalarına əlavə etdi. 
Sonra aşkar etdi ki – bu, bəlkə də, hər şeydən daha vacib idi – papirossuz qalıb. 
İnamsız halda növbə ilə bütün ciblərini qurdaladı, sonra geri qayıdaraq onları bir də axtardı. Baxdı ki, 
kənara atılmış kitelin cibində də bir şey qalmayıb. Birdən sevinc içində yadına düşdü ki, elə bil, stolun 
yeşiyində papiros görüb. Amma  axtarsa da, tapa bilmədi. Məcburən və utanmadan preparatçıların 
kurtkaları və önlükləri asılmış otağa yollandı. Həyəcan içində cibləri yoxladı və bir az əzilmiş, bir az da 
yastılanmış qutuda on iki ədəd papiros tapdı. 
Kulturanın təmizlənməsinin dörd mümkün səbəbini yoxlamaq üçün  kolbaları götürdü və fərqli 
şəraitlərdə səpin aparmaqla, onları insan bədəni temperaturuna qoyduğu termostatın içinə yerləşdirdi. 
Sonuncu kolbanı termostata qoyana kimi Martinin hərəkətləri qətiyyətli, arıqlamış sifəti isə sakit idi. O, 
öz işinə qapılmış əsl professional kimi həyəcanı unutmuşdu, tərəddüdün nə olduğunu bilmirdi. 
…Artıq saat altı idi – işıqlı aydın avqust səhəri… Və o, öz işinə yenicə ara vermişdi ki, gərilmiş əsəbləri 
boşaldı,  pəncərədən aşağı baxdı, ayağı altına sərilmiş dünyanı gördü: parlaq damlar, şadlıq edən 
qüllələr, çayın hamar üzü ilə təkəbbürlə yuxarı qalxan hündür göyərtəli "Lonq-aylend" paroxodu...  
Martin əldən düşmüşdü güllə altında işləyən cərrah kimi, ya da zəlzələ zamanı ora-bura qaçan reportyor 
kimi, deyəsən, azacıq dəmlənmişdi də; amma yatmaq istəmirdi. Vaxtı uzatmağa çalışırdı ki, bakteriyalara 
yayılmaq üçün lazım olan zamanı versin. O vaxta qədər isə ştammın bakteriyalara və bulyonun növünə 
görə təsirini müəyyənləşdirmək mümkün deyildi… Ona görə də hələlik öz səbirsizliyini boğmağa çalışırdı. 
Daş pilləkənlə yerüstü dünyaya – yastı dama çıxdı... İnstitut vivariumunun qapısının ağzında dayandı, 
ətrafı dinşədi. Hind donuzları artıq yatmırdı, yaş dəsmalı şüşəyə sürtəndə çıxan səsə bənzər səs gəlirdi


deyəsən, nəsə gəmirirdilər. Martin ayaqlarını yerə vurdu və heyvanlar qorxu içində göyərçinlərin 
quruldamasına bənzər  xırtıltı qopartdılar. 
Martin hündür səmanın sərinlik verdiyi damda gurultu salaraq irəli-geri addımlamağa başladı. Bu hərəkət 
onu o dərəcədə sakitləşdirdi ki, acdığını hiss etdi. Yenə də "oğurluğa" yollandı.  
Martin prpeparatçıya məxsus şokalad plitkası tapdı; o hətta direktorun kabinetinə də soxuldu və Dianaya 
oxşayan Perl Robinsin yazı masasının üstündə çay, bir də çaydanı götürdü  (orada dodaq boyası və 
"Mənim əziz quzum…" sözləri ilə başlayan məhəbbət məktubları da vardı). Özünə həddindən artıq iyrənc 
bir çay hazırladı, sonra ayaqlarını sürüyərək öz stolunun yanına qayıtdı ki, yırtılmış və demək olar ki, 
sonuna qədər yazılarla doldurulmuş dəftərinə təcrübə ilə bağlı son qeydlərini diqqətlə, addım-addım 
etsin. Daha doğrusu, təcrübənin gedişatını yazsın. 
Saat səkkizə işləmiş o kommutatoru razı sala bildi və Aşağı Manhetton xəstəxanasına zəng etdi. "Doktor 
Erousmit elə həmin çibandan bir qədər də irin götürə bilərmi? Nə?" Ləngidi. "Lənət şeytana! Həmin 
materialdan daha yoxdur?!" 
Martin bilmirdi ki, Qotlibin gəlişini gözləsin, kəşflə bağlı ona nəsə danışsın, yoxsa yox? Amma qərara 
gəldi ki, bunun təsadüf olmadığını müəyyənləşdirənə qədər gözləsə yaxşıdır. Metro vaqonunda 
mürgüləyə bilmirdi, həddindən artıq həyəcanlı idi, gözlərini bərk-bərk açaraq sakitcə əyləşmişdi və 
Leoraya baş verənləri necə danışacağını təsəvvüründə canlandırırdı. Az qalırdı qanad çalıb uçsun. O, 
mütləq kiminləsə danışmalı idi! İçindən qorxu, şübhə, əminlik və yenə də qorxu dalğaları bir-birinin 
ardınca keçib gedirdi, qulaqlarında güyültü vardı, əlləri əsirdi. 
Pillələrlə yuxarı qaçdı, qapını hələ açmamışdan qışqırdı: "Li! Li!"  
Leora evdə yox idi. Martinin heyrət içində ağzı açıla qalmışdı. Mənzil bomboş idi. Bir az da axtardı. Bax, o, 
burada yatıb, burada kofe içib. Və budur, yoxa çıxıb. 
Martin həyəcanlı idi, görəsən, bədbəxtlik baş verməyib ki?! Eyni zamanda da, Leoranın belə bir vacib 
saatda yoxa çıxmasına görə acıqlanmışdı.  
Əsəbi halda deyinə-deyinə özünə səhər yeməyi hazırladı. Qəribədir… Yaxşı bakterioloqların və 
kimyaçıların bişirdiyi qayğanaq həmişə dadsız alınır, kofeləri isə elə acı olur ki… Onlar çirkli qaşıqlardan 
da iyrənə bilərlər….   
Biş-düşü bitirənə kimi Martin inanmağa başladı ki, Leora həmişəlik olaraq onu tərk edib. "Mən ona 
həddindən artıq az zaman ayırırdım" – deyə düşünür və özünə əzab verirdi. Sonra asta-asta – elə bil, yaşlı 
qoca idi –  instituta tərəf üz tutdu və metronun girişində Leora ilə qarşılaşdı. 
Leora yanıqlı-yanıqlı dedi: 
– Elə narahat idim ki! Sənə zəng edib düşə bilmədim. Düz instituta getdim ki, nə olduğunu öyrənim! 
Leoranı bərk bərk öpdü və çığırdı: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə