Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə115/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   111   112   113   114   115   116   117   118   ...   151

kinofilmlərin bədii səviyyəsinin qaldırılması işi ilə məşğul olan Minnigen familiyalı milyonçularla əlaqə 
yaratmışdı. 
Tabz elmi işçiləri maraqlı komissiyaları, iclasları və banketləri olan Mədəni Təsir Liqasına daxil olmağa 
çağıraraq bütün institutu fır-fır fırlanırdı. Əksəriyyət bunu "Vezuvinin növbəti püskürməsi" adlandıraraq 
deyinir, sonra isə Tabzın hoqqasını yaddan çıxarırdı. Amma istefada olan bir mayor hər axşam çox gözəl 
geyimlərdə olan, "koordinasiya olmadığı üçün saysız-hesabsız mənəvi və ruhi itkilər üzərində" göz yaşı 
tökən və evlərinə limuzinlə gedən çox ciddi xanımların qatıldığı iclaslara gəlirdi. 
Söz-söhbət artmağa başladı. Doktor Bill Smit pıçıltıyla xəbər verdi ki, Tabzın kabinetinə girərkən Mak-
Qerkin direktorun üstünə necə bağırdığını eşidib: "Sizin işiniz mənim dükanımı idarə etməkdir, daha Pit 
Minnigen kimi oğru və fırıldaqçıya, kino iblisinə işləmək yox!" 
Səhəri gün Martin öz laboratoriyasına yaxınlaşanda dəhlizdə çaxnaşma, pıçıldaşma, qələbəlik gördü və 
qulaqlarına inanmasa da, eşitdi: 
– Tabz istefa verib! 
– Ola bilməz! 
– Deyirlər ki, o, Mədəni Təsir Liqasına keçib. Minnigen liqaya çoxlu pul ayırıb və Tabz orada indikindən 
ikiqat artıq məvacib alacaq! 
 
 
 
 

 
O saat da hamı – Qotlib, Terri, Martin və biofizika şöbəsinin assisenti istisna olmaqla – hamı öz işini 
dayandırdı. Fraksiyalar həyəcanlandı, boşalmış direktor postunu tutmağı arzulayan alimlərin mehriban 
və füsunkar bas səsləri uğuldamağa başladı.  
Riplton Holaberd, xarrata bənzəyən bioloq Yio, biofizika şöbəsinin rəhbəri kefcil Hillinqam, Aaron Şolteys 
– Ali Yepiskopal kilsənin ağuşuna atılmış rus yəhudisi –  onların hamısı təvazökarlıqla razılıq verirmişlər 
kimi görünürdülər. Onlar dəhlizdə rastlaşdıqları hər kəsə – hətta bu yaxınlarda aralarında olan şəxsi 
söhbətlər nə dərəcədə kəskin olursa-olsun – həvəslə nəvaziş göstərirdilər. Bunlara əlavə olaraq, başqa 
institutlardan bir çox professor və elmi işçi tapıldı ki, instituta gələrək hansısa qeyri-müəyyən məsələlərlə 
bağlı Ross Mak-Qerklə məsləhətləşməyi özlərinə borc bildilər.  
Terri Martinə dedi: 


– Çox güman ki, Perl Robins və sizin qarson direktorluğa hazırlaşırlar. Bax, mənim qarsonum hazırlaşmır, 
həm də ona görə ki, mən elə bu dəqiqə onu ixtisara saldım. Düzü, Perli ən arzuolunan namizəd hesab 
edirəm. Perl o qədər uzun müddət Tabzın katibəsi olub ki, onun elmi tədqiqatın texnikası sahəsindəki 
bütün savadsızlığını öyrənib.  
Dərəcə almağa çalışanların ən ikiüzlüsü və ən çox həsrət çəkəni Riplton Holaberd idi. İndi, müharibənin 
başa çatdığı vaxt, o, mundir və hakimiyyət üçün bərk darıxırdı. Holaberd Martini qınayırdı: 
– Bilirsiniz, Martin, həmişə sizin istedadınıza inanmışam və bilirəm ki, sevimli, qoca Qotlib də sizə etimad 
edir. Onu məni müdafiə etməyə, Mak-Qerkə bir kəlmə deməyə inandırsanız… Əlbəttə, mənim üçün 
direktorluğu qəbul etmək qurban vermək deməkdir, çünki elmi işimdən imtina etmək məcburiyyətində 
qalacağam, amma buna getməyə hazıram. Hər halda, əminəm ki, idarəetmə onu bacaran insana həvalə 
edilməlidir.  Tabz məni müdafiə edir, Qotlib də etsə, bunu onun xeyrinə işlədərdim. Ona geniş azadlıq 
verərdim!  
İnstitutda az və ya çox dərəcədə məlum idi ki, Kapitola  Holaberdin seçilməsinin tərəfdarıdır: "O, buranın 
alimləri arasında yeganə insandır ki, həm də centlmendir". Kapitola dəhliz boyu freqat  kimi üzürdü, 
onun izi ilə isə Holaberd "qayıqda"  ora-bura qaçırdı.  
Amma Holaberd ətrafına şəfəq saçsa da,  digər tərəfdə də Nikolas Yio məmnun sui-qəsdçi görkəmi ilə 
gəzirdi.  
Böyük zalda Qəyyumlar Şurasının direktor seçimi ilə bağlı yığışdığı gün bütün institut işçiləri qızdırmalı 
kimi ora-bura vurnuxurdular. Bir anın içində alimlər gimnaziya tələbələrinə çevrilmişdilər. Uzun və üzücü 
saatlar ərzində müzakirə getdi  – ya da belə demək mümkünsə, Qəyyumlar Şurasının üzvləri uzunçuluq 
etdilər. 
Saat dörddə Terri Uiket Martinə yanaşdı: 
– Qulaq as, Cılız, etibarlı mənbədən öyrənmişəm ki, Uinnemak tibb fakültəsinin dekanı Silva direktor 
seçilib. Bu sizin "bazar"dandır da? O necə adamdır? 
– O, çox mehriban, qoca… Oy, yox, yox! Onlar Qotliblə qanlıbıçaqdırlar. Aman Allah! Qotlib çıxıb 
gedəcək, mən də onunla birlikdə aradan çıxmalı olacağam. Özü də  işimin əməlli-başlı yoluna düşdüyü bir 
vaxtda… 
Saat beşdə qapılar açıldı, Maks Qotlib Qəyyumlar Şurasının nümayəndələri arasından təntənə ilə keçərək 
laboratoriyaya girdi. 
Xolaberdin cəsur danışığı eşidildi: 
– Şəxsən mən əlbəttə ki, heç zaman inzibati çabalamalara görə öz elmi işimdən əl çəkməzdim. 
Miss Perl Robins Uiketə məlumat verdi: 
– Bəli, bu həqiqətdir, Mak-Qerkin özü mənə dedi. Şura Qotlibi yeni direktor seçib. 


– Deməli, onlar eşşəkdirlər, – Terri Uiket özündən çıxdı, – o imtina edəcək, özü də necə! Bircə bunu 
görməzsiniz!  
Qəyyumlar çıxıb getdikdən sonra Martin və Terri Qotlibin laboratoriyasına cumdular. Qoca iş stolunun 
arxasında belini dikəldərək durmuşdu – onlar artıq uzun illər idi ki, Qotlibi belə görməmişdilər. 
– Bu doğrudur? Onlar sizin direktor olmağınızı istəyirlər? – Martin özünü ələ alıb güclə soruşa bildi. 
– Hə, onlar məndən xahiş edirlər. 
– Amma siz imtina edəcəksiniz, elədir? Onlara işinizi yarıda qoymalarına imkan verməyəcəksiniz?!  
– Yox, doğrusu… dedim ki, mənim əsl işim indiyə kimi necə getmişdirsə, elə də davam etməlidir… Onlar 
razılıq verdilər, mən hər cür xırda-para işləri yerinə yetirmək üçün müavin təyin edəcəyəm. Bilirsiniz… 
Düzdür, immunologiyama heç nə mane olmamalıdır, amma indi qarşımda daha böyük iş görmək 
imkanları açılır. Sizin hamınız üçün azad elmi institut yaratmaq imkanı, mənim balalarım. Arzusunda 
olduğum əsl tibbi məktəb ideyamı ələ salan bu Uinnemak axmaqları… indi onlar görərlər… Bilirsinizmi, 
direktor postu üçün rəqibim kim idi?... Bilirsiniz kim, Martin? Doktor Silva! Ha-ha-ha! 
Dəhlizə çıxanda Terri inildədi: 
– Requiescat in pace . 
 

 
Qotlibin şərəfinə nə zamansa verilən yeganə ziyafətə təkcə tanınmış adamlar gəlməmişdilər, eyni 
zamanda, yüngül işlə məşğul olan və bütün ziyafətlərə baş çəkməyə adət etmiş insanlar da orada idilər, 
həmçinin Qotlibə pərəstiş edən tək-tük alimlər də...  
Yeni direktor Martinin müşayiəti ilə, qətiyyətsiz addımlarla irəliləyərək gecdən-gec gəlib çıxdı. O, natiqlər 
kürsüsünə yaxınlaşarkən qonaqlar hay-küylə ayağa qalxdılar. Qotlib onlara tərəf baxdı, danışmağa cəhd 
etdi, uzun əllərini irəli uzatdı, sanki, hamını bağrına basmaq istəyirdi və hönkürərək kresloya çökdü. 
Avropadan kabloqrammalar  gəlirdi, Tabzdan və dekan Silvadan şəxsən iştirak edə bilmədikləri üçün 
kədərləndiklərini bildirən atəşli məktublar vardı, kolleclərin rektorlarından teleqramlar alınmışdı… və 
bütün bunlar atəşli alqış sədaları altında ziyafətdə ucadan oxundu. 
Yalnız Kapitola şirin-şirin danışırdı: 
– Bizim hamımız sevimli doktor Tabzın yoxluğunu hiss edəcəyik. O elə mütərəqqi insan idi ki! Çəngəllə 
oynama, Ross! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə