Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə114/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   110   111   112   113   114   115   116   117   ...   151

müəyyən təfərrüatlar da əldə edim. Hətta onların içində D’”Erellin vermədiyi faktlar da olacaq. Mən 
onları təsdiq kimi çap etdirərəm… Görüm lənətə gəlsin… Onun məqaləsi haradadır? Siz, yəqin ki, mənim 
xilas olduğum və Holaberdə çevrilməyəcəyim üçün sevinirsiniz. 
– Əslində, sevinməli idim. Bu mənim əqidəmin əleyhinədir – amma sevinmirəm. Mən artıq yaşlıyam. Siz 
isə mənim dostumsunuz. Təəssüf edirəm ki,  öyünmək həzzindən, uğurun dadına baxmaqdan məhrum 
oldunuz. Amma müəyyən müddətə. Martin, bu çox yaxşıdır ki, siz D’”Erellin çıxardığı nəticələri 
təsdiqləmək istəyirsiniz. Bu, elmdir: işləmək və məyus olmamaq lazımdır… Məşhurluq başqa birinin 
qismətinə düşürsə, bundan o qədər də məyus olmaq gərək deyil. Tabza D’””Erellin birinciliyi haqqında 
deyim, yoxsa bunu ona özünüz xəbər verəcəksiniz? 
Qotlib kədərlə Martinə baxaraq qapıya tərəf getdi. 
Tabz gəldi və sızıldamağa başladı: 
– Tez çap etdirsəydiniz, nə olardı?! Mən axı sizə demişdim, doktor Erousmit! Məni Qəyyumlar Şurasının 
qarşısında həddindən artıq çətin vəziyyətə saldınız. İndi yeni şöbə haqqında söhbət belə gedə bilməz.  
– Elədir, – Martin etinasız halda dedi. 
O, öz məqaləsini yazmağa başladığı vərəqləri səliqə ilə yığdı, götürdü və iş stoluna tərəf çöndü. Martin 
parıldayan kolbaya nəzər saldı, artıq o, büllur şar kimi Martini ovsunlamırdı. O, fikirləşdi: 
"Yaxşı olardı ki, Tabz elə əvvəlcədən burnunu bu işə soxmayaydı. Bu qocaları görüm, lənətə gəlsinlər… Bu 
məmurlar, bu iddialı cənablar… Gəlirlər və sənə şan-şöhrət təklif edirlər. Pullar. Ordenlər. Titullar. 
Hakimiyyətlə, var-dövlətlə bağlı boş vədlərlə adamın başını xarab edirlər. Vəzifələr! Onları alacaqsan, 
özündən çıxacaqsan, ona alışdıqdan sonra da birdən-birə bütün sahib olduqlarından məhrum 
ediləcəksən. Sonra da özünü səfeh kimi hiss etməyə başlayacaqsan… 
Beləliklə, mən varlı olmayacağam. Leora… zavallı qız! O, yeni paltarlar ala bilməyəcək… Yeni mənzilimiz 
də olmayacaq…  Biz… Biz əvvəllər olduğu kimi, köhnə mənzilimizdə rahat yaşaya bilməyəcəyik. Yaxşı, 
bəsdir, sızlamağın yeri yoxdur.  Heyf ki, Terri burada deyil. 
Qotlibi sevirəm. Başqa birisi olsaydı, indi bu bədbəxtliyə sevinmişdi… 
"Bakteriofaq" – deyəsən, bu fransız onu belə adlandırıb. Həddindən artıq uzun addır. Yaxşı olardı ki, 
sadəcə "faq" deyəydi. Mən hətta ona yeni ad da təklif etməyə məcburam. Mənim, mənim "İks 
faktor"uma! Hə, neyləmək olar! Bu gecələr ərzində mənim üçün hər şey çox yaxşı gedirdi, işləyirdim. 
İşləyirdim…" 
O, trans vəziyyətindən çıxdı. Stafilokokkdan bulanıq rəngə düşmüş kolbanı gözləri qarşısında tutdu. 
Qotlibin kabinetinə getdi, D”’Erellin məqalələri olan jurnalı götürdü, diqqətlə və həyəcanla oxudu. 
– Bax, bu əsl insandır! Bu, əsl alimdir! –  sevinc dolu səslə çığırdı. 


Evə yola düşərkən faqla keçirəcəyi bir neçə təcrübə haqqında düşünürdü (o bu gündən başlayaraq "İks 
Faktoru"nu belə adlandıracaqdı)… Şiqa dizenteriya basilli üzərində, bir sıra suallar və qeydlər haqqında 
fikirləşirdi. O, bu suallarla D”’Erelli atəşə tutacaqdı… Martin yalnız bir fikirlə özünə təskinlik verirdi – Tabz 
onu tezliklə işdən çıxarmayacaq və artıq faq haqqında yazılması hələ tez olan məqaləni yazmaq üçün 
əlləşməyəcəkdi… Nadinc, müstəqil, yumşaq yaxalıqda qala biləcəyini, ağıllı, təmkinli olmağa vadar 
olmayacağını və hər zaman özü üzərində nəzarət hiss etməyəcəyini düşünərək Martin bir qədər 
yüngülləşmiş halda köksünü ötürdü.  
– Lənət şeytana, – o gülümsündü, – mənə elə gəlir ki, Tabz əməlli-başlı məyus olub. Əlbəttə! O bütün 
məqalələrimin altından mənimlə bərabər imza qoymağa və şöhrətimi özünə götürməyə hazırlaşırdı. İndi 
isə – Şiqa basilli ilə təcrübənin dalınca getməli olacaq… Zavallı Li, görünür, gecələr işləməyimə alışmalıdır. 
Leora, ürəyində bu məsələyə necə yanaşmasından asılı olmayaraq, Martinə heç nə demədi… Ya da 
demək olar ki, nəsə deməyə lüzum görmədi. 
 
  
XXX FƏSİL 
 

 
Bütöv bir il Martin cansıxıcı işlə məşğul oldu – bu ilin sakitliyini yalnız müvəqqəti barışıqdan sonra Terri 
Uiketin qayıdışı, bir də onun ağıllı zarafatları pozurdu. Faq  üzərində apardığı təcrübələrin ağırlığından 
Martin həftələrin bir-birini necə əvəz etdiyindən xəbər belə tutmurdu. Onun işi, əlləri, texnikası daha 
məharətli olmuşdu, günləri daha təmkinli, daha sakit idi. 
O, yenə də gecə məşğələlərinə başlamışdı. Riyaziyyatdan fiziki kimyaya keçərək kütlə hərəkəti qanununu 
mənimsəmişdi. Terrinin "Tabzın və Holaberdin "buduar  siyasəti"" adlandırdığı şeyə elə onun kimi ironiya 
ilə yanaşır,  fransızca və almanca indi daha çox oxuyurdu. Bazar günləri nahardan sonra baydarkada  
Qudzonu gəzməyə çıxır, Leora və Terri ilə birlikdə içki içərək gününü təntənəylə qeyd edirdi. Xüsusilə də 
Holaberdin qüruru olan Qledis sentrifuqasının satıldığı günü. 
Martin güman edirdi ki, sinəsini Fəxri Legion ordeni bəzəyən doktor Tabz yalnız Qotlibin məsələyə 
qarışdığı üçün onu institutdan qovmayıb. Amma başqa səbəb də ola bilərdi. Məsələn, Tabz və Holaberd 
ümid edərdilər ki, o yenə də təsadüfən sensasiyalı bir möcüzəylə üzləşəcək. Hər halda, səhər yeməkləri 
zamanı onların hər ikisi Martinlə çox mehriban danışır və sözlərinə bir az kədər, bir az da mənalı 
məzəmmət qatırdılar – axı alim öz kəşfini tez çap etdirməli, ləngitməməli,  uzatmamalıdır. 
Martini qabaqlayan D’Erellin məqaləsinin çap olunmasından artıq bir il keçmişdi ki, bir gün Tabz onun 
laboratoriyasında peyda oldu, özü də yeni bir təkliflə: 


– Mən çox fikirləşdim, Erousmit, – o dedi. 
Qərarlılıq həqiqətən də hiss olunurdu.  
– D’Erellin kəşfi gözlədiyim kimi, özünə geniş maraq çəkmədi. D’Erell burada,  bizimlə olsaydı, ona lazımi 
diqqətin ayrılmasına çalışardım. Qəzetlərdə demək olar, heç nə yazılmadı. Mənə elə gəlir ki, biz hələ də 
nəsə edə bilərik. Siz, məncə, bütün bu vaxt ərzində doktor Qotlibin təbirincə desək, "fundamental 
tədqiqatla" məşğul idiniz. İndi isə faqdan təcrübi müalicədə istifadə etməyin zamanı çatıb. Təklif edərdim 
faqı ağ ciyər xəstəliyinin törədicisini gəzdirənlərə, taun, ola bilsin ki, qarın yatalağı xəstələrinə verəsiniz, 
təcrübələr uğurlu alınarsa, sınaqları xəstəxanalarla bir yerdə keçirə bilərik. Tədqiqatla məşğul olmaq və 
detallar üzərində əlləşmək yetər! Gəlin bəşəriyyəti xilas etmək üçün hərəkətə keçək! 
Martin sözə baxmazsa, işdən çıxarılacağı ilə bağlı qorxudan tam azad olmamışdı ki, Tabz bu sözləri 
deyəndə daha da mütəəssir oldu: 
– Erousmit, mənə elə gəlir ki, sizdən praktik nəticələr tələb edəndə, mənim dəqiq elmlərə hörmət 
etmədiyimi düşünürsünüz. Amma mən… Mən nədənsə institutumuzun bizim imkanlarımız müqabilində 
göstərməli olduğu o yüksək və məhsuldar nailiyyətləri görmürəm. İstərdim, əzizim, nə qədər ki, sağam, 
əzab çəkən bəşəriyyət üçün böyük, dəyərli bir iş görüm. Mən bunu sizdən gözləyə bilərəmmi? Gedin və 
taunu müalicə edin! 
Bu dəfə Tabzın ciddiliyinin yerini yorğun bir təbəssüm aldı. 
Elə həmin gün faqın mahiyyəti ilə bağlı tədqiqatını bir kənara atdığını Qotlibdən gizlədərək, Martin ağ 
ciyər iltihabı ilə mübarizəyə girişdi… Girişdi ki, sonra Qara Ölümə qarşı hücuma keçsin. Qotlib bu barədə 
xəbər tutduqda, başı artıq öz şəxsi qayğılarına qarışmışdı.  
Martin faqdan istifadə edərək dovşanlara iynə vurur, onları plevropnevmaniyadan  müalicə edir və faqla 
qidalandıraraq xəstəliyin genişlənməsinin qarşısını alırdı. O, bu yolla müəyyənləşdirdi ki, faqla yaradılmış 
immunitet eynilə xəstəlik kimi yoluxucu ola bilər.  
O, özündən razı qalmışdı və Tabzı sevindirəcəyinə ümid edirdi, amma nə qədər qəribə olsa da, Tabz son 
həftələr ona, ümumiyyətlə, fikir vermirdi. Direktor yeni ideyanın dalınca qaçırdı, daha doğrusu, Mədəni 
Təsir Liqasını təşkil etmək arzusuna düşmüşdü. 
O, Amerikada olan mənəvi mədəni fəaliyyətin bütün növlərini mərkəzi büronun yaradılması vasitəsilə 
istiqamətləndirə, hərəkətə gətirə, yüngülcə zəhlə tökərək tələsdirə bilərdi… Məsələn, kimyanı və 
parçanın şəkillərlə bəzədilməsi işini genişləndirər, Arktikaya ekspedisiyaları artırar, poeziyanın, Bibliyanın 
və heyvandarlığın, zənci mahnılarının öyrədilməsini, kommersiya korrespondensiyasının qaydaya 
salınmasını və əlaqələndirməsini təşkil edə bilərdi.  
Beləliklə, Tabz simfonik orkestrlərin dirijorları, təsviri sənət məktəblərinin direktorları, "Şatokva" səyahət 
kurslarının antreprenerləri, liberal qubernatorlar, qəzet sindikatları üçün fəlsəfi məqalələr yazan keçmiş 
dindarlar, bir sözlə, Amerikanın intellektual sərvətinin bütün sahibləri ilə, xüsusilə də yaxın zamanlardan 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə