Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə125/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   121   122   123   124   125   126   127   128   ...   151

kraxmallanmış manişka  olmaq lazımdır. O zaman hətta Nyu-Cersidən olan aktrisa qızlar belə sənə 
hörmət edəcəklər… Təkəbbür qəribə şeydir. İşə bir bax! Məni, dünyanın dahilərinin nifrini və təqibini tez-
tez özünə çəkən adamı, hətta bir dəfə türk həbsxanasında güllələnməyə aparılmış birini heç kim bu 
özündənrazı qız kimi əsbələşdirməmişdi! Özündənrazılıq dünyada ən pis düşməndir! 
Miss Qvilyam, görünür, onun əhvalını çox az müddətlik pozmuşdu. Tezliklə o artıq gəmi həkimi ilə 
zəncilərdə olan kəllə tikişləri haqqında mübahisə edir, göyərtədə kriketi   oynamağın yolunu axtarırdı. 
Amma bir dəfə axşam salonda oturmuşdu və xəyanətkar eynəklərini taxıb, belini büküb, dodaqlarını 
qırışdıraraq nəsə oxuyurdu. Martin pəncərənin yanından keçəndə öz gözlərinə inanmadı: Sandelius 
qocalırdı. 
 

 
Martin Leoranın yanında göyərtədəki kresloda əyləşmişdi və ona göz qoyurdu. Leoranın rəngi solmuş 
sifətinə baxırdı… Faq haqqında düşünürmüş kimi, Leora fikrə getdi və qəti qərara gəldi ki, ona lazım olan 
diqqəti ayırmayıb. Sonra qərar verdi ki, birdən-birə (müqəddiməsiz-filansız) yaxşı ər olacaq. 
– İndi, Li, nəhayət, özümü insan kimi hiss edirəm və başa düşürəm ki, Nyu-Yorkda necə darıxırmışsan? 
– Mən darıxmırdım. 
– Tərslik etmə, Li! Əlbəttə ki, darıxırdın! Yaxşı, biz evə qayıtdıqda mən hər gün işdən bir saat 
oğurlayacağam və səninlə gəzməyə gedəcəyik. Bəlkə, kinoya gedərik, ya da başqa bir yerə... Hər gün 
səhər sənə çiçək göndərəcəyəm. Elə bil, üstümdən dağ götürüldü! Oturarsan, dincələrsən! Amma mən, 
doğrudan da, indi başa düşdüm ki, nə qədər diqqətdən kənar qalmısan… Əzizim, de görüm, çox 
darıxırdın? 
– Cəfəngiyatdır! 
– Yox, sən de. 
– Deməyə sözüm yoxdur. 
– Lənət şeytana, Leora! On bir ildə ilk dəfə sənin haqqında düşünmək imkanı əldə etmişəm və vicdanla 
etiraf edirəm ki, diqqətsiz olmuşam… sənə çiçək göndərmək qərarına gəlmişəm… 
– Qulaq as, Kürən Erousmit! Əmr etməyi bir kənara tulla. Sən mənim təsirli povestlərdəki zavallı, incik, 
ağlayıb-sızlayan arvadlardan olmağımı istəyirsən? İstəyirsən ki, bundan əzab çəkərək ləzzət alasan? 
İndiyə kimi bədbəxtliklərdən ləzzət almaq sənə qismət olmayıb  və indi özün özünü elə qurursan ki, 
tamamilə bədbəxt ola biləsən… Nyu-Yorka qayıtdıqdan sonra ciddidən ciddiyə məni əyləndirməyə 
başlasan, bu dəhşətli olacaq! Çünki bunu lap fil zirəkliyi ilə edəcəksən. Mən də sənin çiçəklərindən 


mütəəssir olaraq hər gün dəridən-qabıqdan çıxmalı olacağam… Təsəvvür edirəm: mən evdə oturmaq və 
yatmaq istədiyim vaxt sən məni necə kinoya sürüyəcəksən… 
– Lənət sənə kor şeytan! Nə deyirəmsə deyim… 
– Yox hələ, icazə ver! Sən sevimli və yaxşısan. Amma məndən tərssən. Mən hər zaman sən nə 
istəyirsənsə,  o olmalıyam – atılmış və tənha qadın kimi… Amma mən… Ola bilsin ki, tənbələm. Ola  bilsin 
ki, işsiz qalmağı öz tualetimlə, cəmiyyətdə parlamaq qayğılarıyla məşğul olmaqdan daha çox sevirəm. 
Mən evdə çalışıb-çabalayıram… Eh, heyf ki, tapşırmadım ki, biz olmayan vaxtda mətbəxi ağartsınlar – elə 
gözəl mətbəxdir ki! Özümü elə göstərirəm, guya, fransız kitabları oxuyuram… Halbuki gəzməyə getməyi, 
vitrinlərə baxmağı, sodalı su ilə dondurma yeməyi sevirəm. Elə beləcə də gün keçir. Kürən, səni dəhşətli 
dərəcədə sevirəm: bacarsaydım, könlün xoş olsun deyə, it kimi dilsiz-ağızsız da ola bilərdim. Amma 
ardıcıl olaraq yalan danışmağa qadir deyiləm. Yalnız bir balaca bacarıram. Bax, o həftədə olduğu kimi: 
sənə dedim ki, konfetlərə toxunmamışam, heç qarnım da ağramır, amma özüm ən azı yarım girvənkə 
konfet yemişdim, ürəyim də dəhşətli dərəcədə bulanırdı… Yox, sənin arvadın yaxşı arvaddır! 
Boz dəniz indi bənövşəyi və gümüşü rəngə çalırdı. Alaraqanlıqda məhəccərin yanında dayanmışdılar və 
Martin dənizin, həyatın bütün gözəlliyini hiss edirdi. O, həmişə xəyalla yaşamışdı. Gənc ər kimi nahara 
soyuq rostbif  almaq üçün camaatın içi ilə qaçanda başı  səma qübbəsitək azad idi. Gözləri önündə küçəni 
deyil, cəngəllik yırtıcıları kimi nəhəng mikrobları, bakteriyalardan bulanmış minlərlə kolbanı və qarsona 
əmrlər verən özünü görür,  Maks Qotlibin coşqun təbriklərini eşidirdi. Onun yuxuları da hər zaman işi ilə 
bağlı olurdu. İndi, yuxudan ayıldıqdan sonra eyni ehtirasla gəmini, sirli dənizi, Leoranın mövcudluğunu 
dərk edirdi. Martin  tropik qışın ilıq alaqaranlığında pıçıldadı: 
– Əzizim! Bu bizim ilk böyük səfərimizdir! Tezliklə, Sent-Hubertdə hər şey yaxşı gedərsə, çox şeyə nail 
olacağam və biz xaricə gedəcəyik… sənin Fransanda, İngiltərəndə və İtaliyanda olacağıq – hər yerdə! 
– Biz gedə biləcəyik? Sən belə düşünürsən? Oh, Kürən! Müxtəlif yerləri görmək necə də gözəl olardı?! 
 

 
Heç vaxt bu barədə xəbər tutmadı ki, kayutada, qonaq otağının yaxınlığında – lampa işığında düz bir saat 
Leora onun necə yatdığına baxırdı.  
Yaraşıqlı deyildi. Yatanda isti günün altında uzanmış küçük kimi gülməli görünürdü. Saçları pırtlaşmışdı, 
sifəti hər iki əli ilə qucaqladığı yastığın içinə batmışdı. Leora gülümsəyə-gülümsəyə ərinə tamaşa edirdi. 
Onun dodaqlarının kənara dartınmış küncləri yaydan buraxılmış balaca oxcuqlara bənzəyirdi. 
"Bədbəxt görünəndə onu elə sevirəm ki… Məgər görmürsən ki, Kürən, səninlə gəlməkdə necə ağıllı iş 
tutmuşam?! Elə əldən düşmüsən ki. Sən xəstəliyə yoluxa bilərsən, məndən başqa kim qayğısına qalar? 
Sənin qəribəliklərini heç kim bilmir. Heç kim bilmir ki, gavalını sevmirsən... Mən gecə də, gündüz də 


başının üstündə oturacağam: pıçılda, o dəqiqə ayılacağam… Kompress və buzla dolu kisə lazım gələrsə… 
taparam. Bunun üçün milyonçunun evinə girmək və onun kokteyl ehtiyatından oğurlamaq lazım gələrsə, 
yenə də oğurlayaram! Mənim əzizim!" 
Leora elektrik vintelyatorunu elə qoydu ki, o daha çox Martinə tərəf vurdu və barmaqlarının ucunda 
səliqəsiz qonaq otağına keçdi. Burada mebel çox deyildi: dairəvi stol, bir neçə stul və nə üçün qoyulduğu 
məlum olmayan qırmızı ağacdan böyük güzgülü şkaf.   
– Kayuta necəsə…hm… çox ciddidir. Onu başqa cür yığışdırmaq lazım gələcək. 
Amma Leora stulların yerini dəyişməklə və şəkilləri başqa cür asmaqla ölü otağa canlılıq gətirmək 
istedadına malik deyildi. Çiçəkləri yerləşdirmək üçün həyatında bir dəfə də olsun üç dəqiqə vaxt sərf 
etməmişdi. Baxışlarını tərəddüdlə otaqda gəzdirdi, gülümsəyərək işığı söndürdü və sakitcə Martinin 
yanına keçdi. 
Leora öz çarpayısında tropik gecənin əzginliyi içində odeyalın üstündəncə uzanmışdı – balaca və yüngül 
gecə köynəyində… Fikirləşirdi: "Balaca yataq otağı xoşuma gəlir: Kürən mənə yaxındır və elə də qorxulu 
deyil. Hər halda, dəlidir. Nə vaxtsa onun üzünə durub deyəcəyəm: "Açıl başımdan!" Mütləq! "Əzizim, biz 
Fransaya gedəcəyik, ikilikdə, sən və mən!" Yalana bax…" 
O dodaqlarında təbəssüm, incə, kövrək hisslə yuxuya getdi… 
 
XXXIII FƏSİL 
 

 
Duman içindən getdikcə dağlar seçilməyə başladı, onlar uzaq keçmişdə piratlardan qorunmaq üçün 
dağların başında tikilmiş və palmalardan tac qoyulmuş istehkamları gördülər. Martinikdə evlərin ağ 
fasadları provinsial Fransasını xatırladırdı, qaynayan bazar zənci qadınların parlaq-göy və moruq rəngli 
yaylıqları ilə dolu idi. Sabanın yanından keçdilər – tənha bir vulkanın, sonra bürkülü Sent-Lyusiyanın 
yanından… Papayya və çörəkağacının meyvələrini, balaca yüngül qayıqlarla borta yaxınlaşan qəhvəyi 
dərili yerlilərdən aldıqları avakadonu yedilər, adaların həsrətini çəkdilər və həyəcanla yaxınlaşmaqda 
olan Barbadosa tamaşa etdilər. 
Sent-Hubert yaxınlıqda idi. 
Turistlərdən heç biri yola düşərkən karantin haqqında bilmirdi. Onları belə bir təhlükəyə məruz qoymuş 
paroxod şirkətinə qəzəblənir və isti küləyin gətirdiyi taunun nəfəsini təsəvvürlərində canlandırırdılar.  
Kapitan öz sakitləşdirici nitqi ilə onlara müraciət etdi. Bəli, paroxod Sent-Hubert limanı olan Blekuoter 
yaxınlığında dayanacaq, amma lövbəri sahildən uzaqda atacaqlar. Sent-Hubertə gedən sərnişinlərə liman 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə