Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə93/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   89   90   91   92   93   94   95   96   ...   151

 
XXV FƏSİL 
 

 
Sonra… Hər günü yuxusuz gecədən daha uzun olan bir il ərzində Martin ən mötəbər, ən işıqlı, ən təmiz və 
ən hüznlü tibb fabriki olan Raunsfild klinikasının vicdanlı işçisinə çevrildi…  Bu il isə gözə çarpan hadisə 
baş vermədən, yaz olmadan, payız gəlmədən, həyəcansız axıb getdi. Onun şikayət etmək üçün  səbəbi 
yox idi. Düzdür, deyəsən, aristokrat həyatın şikəst qoyduğu qadınları klinikada rentgenə həddindən artıq 
tez-tez salırdılar… Halbuki, onlara uşaq doğmaq və döşəmə silmək zərif balaca rentgenoqrammlardan 
daha çox xeyir gətirə bilərdi. Bir də… ola bilsin, orada həkimlər hər badamcıq vəzinə baxanda üz-gözlərini 
lazım olduğundan artıq, həm də insafsızcasına turşudurdular. Amma bir şey də var idi ki, dünyada bu 
qədər yaxşı təchiz olunmuş və bu qədər iftixar ediləcək bahalı fabrik yox idi ki, insanı xammal kimi bu cür 
emal prosesindən keçirə bilsin.  
Bir zamanlar hər cür Pikkerbo və Uinterlərə yuxarıdan aşağı baxan Martin Erousmit indi "Raunsfild"də 
Anqus Dyuerlərə və klinikanın digər mütəxəssislərinə kasıb, təminatsız adamın diribaş, varlı insana qarşı 
hiss etdiyi hörmətlə yanaşırdı. 
Anqusun öz məqsədini dəqiq bilməsi və vərdişlərindəki dəyişməzlik Martini heyran qoyurdu. 
Anqus hər gün hovuzda üzür, qılınc təlimi dərsi alırdı, asanlıqla üzməyi bacarır və daşa dönmüş sifətilə 
İblis kimi qılınc oynadırdı. Gecə saat on ikinin yarısından gec olmadan yatmağa yollanırdı. Heç vaxt gündə 
bir dəfədən çox içki içməz, gənc cərrahın daha artıq irəliləməsinə xidmət edə biləcək bir şey oxumaz, 
danışmazdı. Onun tabeliyində olanlar bilirdilər ki, doktor Dyuer mütləq bu dəqiqələrdə qüsursuz 
geyimdə, tamamilə ayıq və çox sakit şəkildə peyda olacaq və diqqətsizliyə yol verən,  ya da təbəssümə 
ümid edən hər hansı bir tibb bacısına çox laqeyd yanaşacaq.  
Martin heç bir qorxu hiss etmədən özünü bu soyuqqanlı, çox həvəslə badamcıq vəzlərini kəsib götürən 
adamın əllərinə təslim edə bilərdi. Peritonun  yarılması üçün Anqusa tabe olar və beyində istənilən 
əməliyyat aparmaq üçün həyatını Raunsfildə etibar edərdi – bir şərtlə ki, onun özü bu cərrahi 
müdaxilənin vacibliyinə tam əmin olsun.  
Amma o, heç cürə klinikada çiçəklənən lirik bir inamı başa düşə bilmirdi. Bu inam isə ondan ibarət idi ki, 
olmadığı halda insanın necəsə  keçinə bildiyi istənilən hissə dərhal rədd edilməlidir. Martin qətiyyən belə 
bir inam səviyyəsinə yüksələ bilməzdi. 
Çikaqoda keçən bu il onunla fərqlənirdi ki, Martin bütün iş günü ərzində, demək olar ki, yaşamırdı. Cəld 
əllərinin, ya da beyninin onda birini işlədərək qanın və sidiyin analizini edir, Vassermandan sınaqlar 
aparır, nadir hallarda isə meyit yarırdı. Martin bütün bu vaxt ərzində ağ kafelli "qəbirdə" özünü ölü kimi 


hiss edirdi. Pikkerbonun boşboğazlığı və Uitsilvaniyanın dedi-qoduları içində boğularkən o mühitlə 
əməlli-başlı mübarizə aparırdı. İndi isə mübarizə aparacaq bir şey yox idi. 
O, öz saatlarını başa vuraraq, demək olar ki, yaşamaqla məşğul idi. Leora ilə birlikdə gəzib-dolaşaraq 
kitab və rəssamlıq mağazalarını, teatr və konsert dünyasını kəşf etməyə çalışırdı. Onlar romanlar,  tarixi 
kitablar və səyahətnamələr oxuyurdular. Raunsfildin, ya da Anqusun yanında nahar zamanı jurnalistlər, 
mühəndislər, bankirlər, tacirlərlə söhbət edirdilər. Rus pyesinə tamaşa edir, Mişa Elmana qulaq asır, 
Qotlibin sevimlisi olan Rableni mütaliə edirdilər. Martin uşaqlıq etmədən eşqbazlıq etməyi öyrənmişdi, 
Leora həyatında ilk dəfə bərbər və manikür ustası yanında olmuş, fransız dili dərsləri götürməyə 
başlamışdı. O, bir vaxtlar Martini "yalanı təqib edən", "həqiqət axtarıcısı" adlandırırdı. İndi isə bu 
məsələni iki otaq yarımlıq mənzillərində müzakirə edərək qərara gəlmişdilər ki, özlərini "həqiqət 
axtarıcıları" adlandıran insanların əksəriyyəti, sanki,  həqiqət toxunmaqla hiss olunan ev, çörək, duz, öz-
özünə mövcud olan bir əşyaymış kimi onun haqqında ayaqüstü danışırlar… Amma bu insanlar təkcə 
həqiqəti tapmağa deyil, həm də öz əqli arzularını yüngülləşdirməyə can atırlar. Romanlarda bu axtarıcılar 
"həyatın sirri"ni laboratoriyalarda öyrənirdilər. O  laboratoriyalarda isə, yəqin ki, nə reaktivlər  vardı, nə 
də bunzenov odluqları. "Həqiqət axtarıcıları" böyük xərc çəkərək, qatarlarda havasızlıq və çağırılmamış 
qonaq kimi peyda olan ilanlar üzündən narahatlıq keçirə-keçirə Himalay zahidlərinin məbədinə yollanır, 
antisanitar şəraitdə yaşayan müdriklərdən öyrənirdilər ki, insan otuz, ya da qırx il düyü yeyərək öz 
göbəyini görə bilsə, Ruh istənilən cür yüksək əməllərə qadir ola biləcək. 
Bu cür yüksək mətləblər haqqında danışarkən Martin belə cavab verirdi: "Cəfəngiyatdır!" O, təkidlə 
sözünün üstündə dururdu ki, heç bir Həqiqət yoxdur, sadəcə, bir çox həqiqətlər mövcuddur. Deyirdi ki, 
Həqiqət dağlarda güdməli və quyruğundan yapışaraq tutmalı olduğumuz parlaq qanadlı quş deyil, həyata 
skeptik münasibətdir. Təkid edirdi ki, insanın ümid edə bildiyi ən böyük şey budur: inadkarcasına elə bir 
iş görməlidir ki, bu iş ona sevinc bəxş etsin və hər adi işçidən fərqli olaraq, öz sahəsində faktların daha 
dərinliklərinə enməyi bacarsın. 
Bu mexanizmə əsaslanan fəlsəfə Martinin özünün də belə bir qayda ilə inkişaf etdiyinə inandıra bilmirdi. 
O, Raunsfild mütəxəssisləri və ya onların həmkarları ilə özünü bərabər tutmaq istəyəndə çox pis olurdu, 
hətta Gesselinkdən kəskin cavablar eşitdiyi zaman olduğundan da pis. Amma klinikada təntənəli səhər 
yeməkləri vaxtı Londondan, Nyu-Yorkdan, Bostondan olan cərrahlarla qarşılaşırdı; cəmiyyətdə mövqeyi, 
limuzinləri və hər yerə dəvət olunan mütəxəssisin təhqiredici ruh yüksəkliyi olan insanlarla üz-üzə gəlirdi. 
Onlara özlərindən aşağı mövqedə duranlar məzəli görünürdülər. Tibb konfranslarında məruzələr oxuyan 
cərrah texnikasının ustalarına, yüzlərlə həkimin gözü qarşısında əməliyyat aparmaqdan, ya da əlinin 
altında çalışanlara nəzakətli, amma qəti əmrlər verməkdən qorxmayan həkimlərə, inzibatçı və rəislərə 
rast gəlir, özünə şübhə etməyin nə olduğunu bilməyən tibb generalları ilə qarşılaşır, böyük kahinlər və 
şəfavericilərlə görüşürdü. O insanlarla ki, yetkin və müdrik, diqqətli və nəzakətli idilər. 
Onların əlahəzrət mövcudluğunda Maks Qotlib qoca manyak kimi görünürdü, Qustav Sondelius oyunbaz, 
Nautilus isə ehtiraslı mübarizəyə layiq olmayan bir şəhər kimi… Onların ətrafa şəfəq saçan nəzakətindən 
sarsılan Martin özünü lap lakey kimi hiss edirdi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə