Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə91/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   87   88   89   90   91   92   93   94   ...   151

…Martin görürdü ki, axırı gəlib çatıb. Özünün populyar olmamasının səbəbini başa düşməyə çalışırdı. 
– Məsələ təkcə Cordanın intriqalarında, Tredqoldun narazılığında və Pyunun yaltaqlığında deyil. Hər 
şeydə mən özüm günahkaram. İnsanları ələ ala bilmirəm, onları dilə tutmağı, öz sağlamlıqlarının 
qayğısına qalmaq üçün mənə kömək edəcəklərinə dair dillərindən söz qoparmağı bacarmıram. Onlara 
deyə bilmirəm ki, işim necə vacibdir.  İnandıra bilmirəm ki, yalnız mən onları baş verə biləcək ölümdən 
xilas edə bilirəm. Yəqin, demokratik dövlətin məmuru məhz bu cür hərəkət etməlidir. Yenə də 
istəmirəm! Amma nəsə fikirləşməliyəm, yoxsa şöbəni məhv edəcəklər.  
Onun ağlına bir fikir gəldi. Pikkerbo burada olsaydı, müxalifəti basıb əzə, ya da şəfqətlə boğa bilərdi. 
Pikkerbonun vidalaşarkən söylədiyi sözləri xatırladı: "Hə, mənim balam, Vaşinqtona getsəm də, bu iş 
həmişəlik mənim ürəyimdə yaşayacaq. Sizə yardımım lazım gələrsə, mənə xəbər göndərin. Hər şeyi atıb, 
gələrəm". 
Martin onun köməyinə ehtiyacı olduğuna işarə vuran məktub yazdı. 
Pikkerbo elə ilk poçtla da cavab göndərdi. Qoca, mehriban Pikkerbo! Cavabda deyilirdi: 
"Necə pərişan olduğumu sözlə ifadə edə bilmirəm. Amma indi Vaşinqtondan çıxmağa imkanım yoxdur. 
Bununla belə, əminəm ki, hər şeyə ciddi yanaşmağa adət etdiyinizdən müxalifətin qüvvəsini həddindən 
artıq şişirdirsiniz. Mənə istənilən vaxt çəkinmədən yaza bilərsiniz". 
– Sonuncu gülləmi də itirdim, – Martin Leoraya dedi, – indi işim bitdi. Mer Pyu balıq ovundan qayıdan 
kimi məni işdən atacaq. Yenə də iflas etdim, əzizim.  
– Heç də iflas etməmisən. Sən bu iştahgətirən kotleti yeməlisən. Səncə, biz nə etməliyik? Deyəsən, 
lövbəri qaldırmaq zamanıdır, mən bir yerdə uzun müddət oturub qalmağı sevmirəm, – Leora gülümsədi. 
– Nə etmək lazımdır? Bilmirəm. Güman edirəm ki, Hanzikerin yanında iş ala bilərdim. Ya da… Dakotaya 
qayıdıb şəxsi təcrübə ilə də məşğul olmaq olar. Amma hər şeydən daha çox fermer olmaq istərdim
böyük bir qoşalülə tüfəng alar, öz torpağımdan bütün hörmətli xristianları qovardım… Hələliksə burada 
qalmaq fikrindəyəm. İki-üç möcüzə baş verər və ilahi qüvvə işə müdaxilə edərsə, hələ qalib gəlmək 
şansım var. Aman Allah, necə də yorulmuşam! Mənimlə axşam laboratoriyaya getməzsən ki, Li? Orada 
çox qalmayacağam, tez qayıdacağam, söz verirəm… Saat on birə kimi, bəlkə də, daha tez. 
Streptolizin haqqında məqaləsini başa vurdu və bir gün imkan tapıb  "Yoluxucu xəstəliklər" jurnalının 
redaktoru ilə danışmaq üçün Çikaqoya yollandı. Nautilusdan çıxanda qarmaqarışıq hisslər ruhuna hakim 
kəsilmişdi. Martin bir vaxtlar Uitsilvaniyadan çıxıb böyük Nautilus şəhərinə getdiyi üçün necə sevindiyini 
xatırladı. İndi isə zamanın çevrəsi qapanıb, tərəqqi sıfıra enib və Martin boşluq içində çaşıb qalıb... 
Redaktor onun məqaləsini təriflədi, qəbul etdi və yalnız bir düzəliş təklif etdi. Geri qayıdan qatar tezliklə 
yola düşməyəcəkdi. Martin xatırladı ki, Anqus Dyuer Çikaqoda yaşayır. Özü də Raunsfildin yanında işləyir 
– öz aralarında xərci və gəliri bölən həkimlərin özəl klinikasında.  


Klinika mərmərdən, qızıldan və yaqutdan tikilmiş (ya da ola bilər ki,  Martinin yadında belə qalmışdı) 
iyirmi mərtəbəli binada on dörd otaqda yerləşirdi. Böyük buxarıya doğru uzanan qəbul otağı lap neft 
maqnatının qonaq otağını xatırladırdı. Amma bununla belə, dincəlməli yer deyildi. Girişdə oturmuş gənc 
qadın Martindən ünvanını və nədən şikayətləndiyini soruşdu. Parıldayan düyməli gənc paj  isə onun vizit 
kartı ilə tibb bacısına doğru qaçdı, o da öz növbəsində yüyürə-yüyürə içəri  – apartamentə getdi. Anqus 
gəlib çıxana kimi Martin on beş dəqiqə daha kiçik, amma daha varlı və daha darıxdırıcı otaqda gözləməli 
oldu. Bu müddət ərzində o elə həyəcan  keçirirdi ki, hətta Raunsfild cərrahının lazım bildiyi istənilən 
əməliyyata razılıq verə  bilərdi. 
Anqus Dyuer universitetdə və Zenit şəhər xəstəxanasında işləyəndə də kifayət qədər iddialı idi, indi isə 
onun özünəinamı dəfələrlə artmışdı. O, Martini gülər üzlə qarşıladı və kafeyə getməyi elə bir 
mehribanlıqla təklif etdi ki, sanki, onunla görüşmək böyük xoşbəxtlik idi. Amma Martin Anqusun yanında 
özünü gənc, yontalanmamış, fərsiz kimi hiss edirdi. 
Anqus dalğın halda danışmağa başlayarkən yenə də Martini heyran qoydu: 
– Ervinq Uoters? "Diqamma"dan? Nəsə belə birini xatırlamıram. Ah, hə, əlbəttə, o hər peşəyə lənət 
qazandıran kütlərdən biri idi...  
Martin ümumi cizgilərlə Nautilusdakı münaqişəsini təsvir edərkən, Anqus dedi: 
– Gəl burada patoloq kimi işlə. Bizimki iki-üç həftədən sonra çıxıb gedir. Sən işin öhdəsindən əla 
gələrsən. Orada nə qədər alırsan? İldə üç min beş yüz? Burada mənə elə gəlir ki, başlanğıc üçün dörd min 
beş yüz təşkil edə bilərəm, bir müddətdən sonra da payçı olarsan. Hətta mənfəətdə də iştirak edə 
bilərsən. Qərar versən, mənə xəbər elə. Onsuz da Raunsfild xahiş etmişdi ki, adam tapım. 
Belə bir ehtiyat imkan əldə edən və Anqus Dyuerə şəfqət hissi ilə yanaşan Martin açıq müharibəyə 
başlamaq üçün Nautilusa qayıtdı.  
Mer Pyu şəhərə qayıtdıqda doktor Pikkerbonun, doktor Bisseksin, futbol trenerinin və Maqford-
kollecdən olan sanitar direktorunun dostu olan Martini işdən çıxarmadı. 
Əvəzində doktor Bisseks ilk iş kimi cəmi beş dəqiqə vaxt sərf edərək Rufus Okfordu işdən uzaqlaşdırdı. 
Sonra GİXA-da məruzə oxudu, yenidən Şöbəyə qayıtdı və Martinə istefa verməyi təklif etdi. 
– Bircə bunu görməyəcəksiniz! – Martin özündən çıxdı, – düzünü deyin, Bisseks. İşdən çıxartmaq 
istəyirsinizsə, çıxarın, amma bunu açıq-açığına edin. İstefa verməyəcəyəm və məni qovduğunuz vaxt, 
yəqin ki, sizi məhkəməyə verəcəyəm; Ola bilsin, sizin, çox hörmətli merimizin və Frenk Cordanın necə 
insan olduğunu camaata göstərə bildim. Bunu da ona görə edəcəyəm ki, insanlar sizə buranı bərbad 
günə qoymağa imkan verməsin. 
– Nə deyirsiniz, doktor, bu nə danışıqdır belə? Sizi, əlbəttə ki, qovmuram, – Bisseks çətin tələbələrlə və 
fərsiz futbolçularla danışmağa  adət etmiş pedaqoq kimi dedi, – nə qədər istəyirsinizsə, bizimlə qalın. 
Sadəcə, qənaət məqsədilə əməkhaqqınızı ildə səkkiz yüz dollara endirirəm.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə