Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə87/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   83   84   85   86   87   88   89   90   ...   151

Onun rəqibi öz təcrübəliliyi ilə güclü olan  balaca, əsəbi bir vəkil idi. Keçmişdə ştatın senatoru, 
qubernatorun müavini, dairə hakimi olmuşdu.  
Demokratlar tərəfindən ortaya atılmış "Doktor Pikkerbo – qaratoxmaq namizəd" ifadəsi Sağlamlıq 
Yarmarkası qəhrəmanına yönəlmiş məftunluq hissinin içində boğuldu. O, avtomobillərdə bütün mahalı 
dolaşırdı: "Mən konqresə ona görə can atmıram ki, vəzifə istəyirəm. Yox, mənə sağlamlıq ideallarımı 
bütün ölkəyə yaymaq imkanı lazımdır".  
Hər  yerə bu cür yazılar yapışdırılmışdı: 
 
"Konqresə ALMUS PİKKERBOnu seçin, o, qüvvətli döyüşçüdür, həkim və şairdir. Konqresdə o, bir il olacaq 
və Amerikadakı bütün mikrobları göyə sovuracaq". 
 
Möhtəşəm mitinqlər keçirilirdi. Pikkerbo ətraflı, amma qeyri-müəyyən şəkildə öz siyasi baxışlarını şərh 
edirdi. O, əlbəttə, Amerikanın Avropa müharibəsinə girməsinin əleyhinə idi, amma hökumət tərəfindən 
bu dəhşətli bədbəxtliyin qarşısının alınması üçün atılan hər addımın arxasında dayandığını söyləyirdi. O, 
əlbəttə ki, yüksək vergilərin  tərəfdarı idi, amma onlar elə müəyyən edilməlidir ki, Pikerbonun mahalının 
fermerləri hər şeyi ucuz ala bilsinlər. Namizəd Pikkerbo şübhəsiz ki, hər bir fəhlə üçün yüksək 
əməkhaqqının tərəfdarı idi, amma bütün müəssisə sahiblərinin, tacirlərin və mülkədarların təsərrüfatının 
inkişafının keşiyində qaya kimi, buz parçası kimi, moren  kimi  dayanacaqdı. 
Nə qədər ki, bu geniş kompaniya gur-gur guruldayırdı, Nautilusda paralel olaraq başqa bir kampaniya da 
aparılırdı. Daha az əhəmiyyət daşıyan və daha çevik olan bu kampaniya özünü doktor Pikkerbonun 
sevimli şefi kimi göstərən cənab Pyunun yenidən mer seçilməsinə xidmət edirdi.  
Cənab Pyu ədəblə yazı masasının arxasında əyləşərək,  qəbuluna gələn hər adamın üstünə gözəl vədlər 
yağdırırdı. Onların arasında isə pastorlar, professional qumarbazlar, cənublu ordu veteranları, sirk 
antreprenyorları, polismenlər, az və ya çox dərəcədə səxavətli qadınlar da vardı… Yalnız təşviqatçı 
sosialistlərdən başqa…   
Öz nitqlərində Pikkerbo cənab Pyunu "mətanətinə, dürüstlüyünə və dərdə şərik olmaq bacarığına görə" 
tərifləyirdi: "Bu "möhtərəm zat" istənilən təşəbbüsə kömək edir"…  
Pikkerbo ilə Pyu arasında başqa bir razılaşma da olmuşdu. Belə ki, Pikkerbo "Cənab mer, konqresə 
getsəm, mənim yerimə Erousmiti təyin edin, o, siyasətdən baş çıxarmır, amma pula satılan deyil" təklifini 
etdiyi zaman, Pyu elə oradaca söz verdi və beləliklə də bu torpaqda rahatlıq öz səltənətinə başladı. Heç 
kim F.Ks.Cordan haqqında bir söz belə ağzından qaçırtmadı. 
F.Ks.Cordan podratçı idi və siyasətə qızğın maraq göstərirdi. Pikkerbo onu "fırıldaqçı" adlandırırdı və 
sonuncu dəfə cənab Pyunu merliyə yola salanda (onu isə "yeni islahatlar" şüarı altında yola salırdılar, 
halbuki islahatçıların özləri həmin vaxtdan bəri sakitləşmiş, üzüyola və işgüzar olmuşdular), onların hər 


ikisi – həm Pyu, həm də Pikkerbo – Cordanı şübhəli şəxsiyyət kimi yamanlayırdılar. Amma indiki seçkilər 
zamanı cənab Pyu həddindən artıq sülhsevər olmuşdu və Cordanın mənliyinə toxunacaq heç bir söz 
söyləmirdi. Cənab Cordana isə gizli meyxanalarda, evlərdəki görüşlərdə cənab Pyu haqqında mərhəmətlə 
danışmaqdan başqa bir şey qalmırdı.  
Seçkilər günü Martin və Leora digər qonaqlarla birlikdə axşam Pikkerbonun evində nəticələri gözləyirdi. 
Nəticə ilə bağlı heç kimin şübhəsi yox idi. Martini heç vaxt siyasət narahat etmirdi, amma indi 
Pikkerbonun laqeyd görünmək istəyi, bir də redaksiyalardan telefonla verilən xəbərlər onu 
gərginləşdirmişdi: "Uillou-Qrov dairəsi – Pikkerbo birinci yerdədir, səslərin üçdə ikisi!" və… evin 
pəncərəsi altındakı kütlənin qışqırığı: "Pikkerbo, Pikkerbo, Pikkerbo!" 
Saat on birə kimi qalibiyyət təmin edilmişdi və Martin qorxudan donub qalaraq başa düşdü ki, artıq Xalq 
Səhiyyəsi Şöbəsinin yetmiş min həyata görə məsuliyyət daşıyan direktoru olub.  
O, kədərlə Leoraya baxdı və onun səssiz təbəssümündə əminlik hiss etdi. 
Orxideya bütün gecəni Martinlə kübarcasına soyuq davranırdı, Leoraya isə var qüvvəsi ilə söhbətcil və 
mehriban görünməyə çalışırdı. Amma indi o, Martini qonşu otağa dartdı: 
– Mən Vaşinqtona yola düşürəm, sizi isə bu, qətiyyən narahat etmir! – dedi və Martinə dumanlı, tutqun, 
köməksiz gözlərlə baxdı. O, qızı qucaqladı və burnunun altında mızıldandı: 
– Mənim əziz qızcığazım, sizi buraxa bilmərəm! – və evə gedərkən öz direktorluğundan daha çox 
Orxideyanın gözləri haqqında düşünürdü. 
Səhər Martin köksünü ötürdü: "Doğrudanmı, insana heç nə dərs olmur? Doğrudanmı, mən bütün ömrüm 
boyu iki tərəfə boylanacaq və axmaq kimi zibilə düşəcəyəm? Doğrudanmı, həmişə belə olacaq? 
Uzunçuluq elədim, bəsdir, artıq bu işin sonu yoxdur?"  
Orxideyanı bir dəfə də gördü – vaqonun meydançasında – sonra bir daha onunla qarşılaşmadı. 
Pikkerbolar getdikdən sonra Leora gözlənilmədən söhbəti açdı: 
– Kürənim, əzizim mənim, bilirəm ki, öz Orxideyanı itirmək sənin üçün necə ağırdır. Sanki, gəncliyin çıxıb 
gedir. Qızcığaz həqiqətən də sevimli idi. Sənin ürəyində nələr baş verdiyini başa düşürəm, hətta dərdinə 
şərik olmağa da hazıram… Əlbəttə, bir şərtlə ki, sən onu bir də heç vaxt görməyəcəksən. 
 

 
"Nautilus dairəsi" bu dəfə yağlı "şapkası" olan bir yazı ilə çap olunmuşdu: 
QƏLƏBƏ ALMUS PİKKERBODADIR. 


İLK DƏFƏ KONQRESƏ ALİM, DARVİNİN VƏ PASTERİN SİLAHDAŞI SEÇİLDİ. O, DÖVLƏT GƏMİSİNİN 
SÜKANINI YENİ QAYDADA İDARƏ EDƏCƏK. 
 
Pikkerbo dərhal istefa vermək və yeni fəaliyyətinə başlamaq qərarına gəldi;  
O, sessiyanın açılışı, qanunvericiliyin metodikasını öyrənmək, səhiyyə nazirliyinin yaradılması məqsədilə 
öz ideyasının təbliğatına başlamaq üçün Vaşinqtona yola düşdü. Onun yerinə Martinin təyin olunması 
məsələsi mübahisəsiz keçmədi. Südçü Klopçuk öz köhnə incikliyini xatırladı, Ervinq Uoters həkim 
həmkarlarına pıçıldadı ki, çox güman, Martin "sosialist və ödənişsiz xəstəxanaları" genişləndirəcək. 
F.Ks.Cordan isə tamamilə sağlam düşüncəli bir gənc həkimin namizədliyini irəli sürdü. Martinin 
namizədliyini Aşford-qrov qrupu, yəni Tredqold, Şlemil, Monti Maqford dəstəklədi. 
Şübhələrlə əzab çəkən Martin Tredqoldun yanına gəldi: 
– Məni burada istəyirlər? Cordanla mübarizəyə girim, yoxsa bu işin başını buraxım? 
Treqold nəvazişlə dedi: 
– Höcətləşmək? Nəyə görə? Cənab Pyunu maliyyələşdirən bankın səhmlərinin xeyli hissəsi mənə 
məxsusdur. Bu işi mənə həvalə edin. 
Səhəri gün Martin təyin olundu, amma direktor deyil, direktor vəzifəsini həyata keçirən. Həm də dörd 
min əvəzinə, üç min beş yüz maaşla. 
Onun ağlına belə gəlmirdi ki, bu təyinat "qaranlıq siyasi intriqalar" adlandırdığı şeyin vasitəçiliyi ilə 
həyata keçirilib.  
Mer Pyu onu öz kabinetinə dəvət etdi və altdan-altdan gülərək dedi: 
– Hə, dok, müxalifət bu işin əleyhinə idi, çünki siz gəncsiniz və sizi az tanıyırlar. Mən isə qətiyyən şübhə 
etmirəm ki, bir müddət sonra sizi tam hüquqlu direktor keçirə biləcəyəm. Əlbəttə ki, işin öhdəsindən 
gəlsəniz və etibar qazansanız. O vaxta kimi isə həddindən artıq kəskin hərəkətlərdən qaçsanız yaxşıdır. 
Mənim yanıma gəlin, məsləhət istəyin. Şəhəri sizdən yaxşı tanıyıram və bilirəm ki burada kiminlə 
hesablaşmaq lazımdır. 
 

 
Pikkerbonun Vaşinqtona yola düşdüyü gün şənlik qurulmuşdu. Saat on ikidən ikiyə qədər Ticarət 
Palatasının ehtiyat binasında bütün arzusunda olanlara səhər yeməyi təqdim olunurdu: yağlı isti bulka, 
ponçik, bir fincan kofe, qadınlara saqqız, kişilərə yerli istehsal olan əla liman siqarı.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə