Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə83/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   79   80   81   82   83   84   85   86   ...   151

Martinin hər il keçirdiyi fabrik yoxlamasından iki ay əvvəl Kley Tredqoldla – polad külək mühərrikləri 
şirkətinin prezidenti ilə tanış oldu. Eşitmişdi ki, Tredqold qırx beş yaşlarında zərif, amma kifayət qədər 
nəzakətli adamdır və Nautilusun ən yüksək kübar cəmiyyətlərində fırlanan hökmdarlardan biri hesab 
olunur.  
Onun kampaniyasında aparılan təftişdən sonra Tredqold təklif etdi: 
– Əyləşin, doktor, siqar götürün və sanitariya işi haqqında mənə hər şeyi danışın. 
Martin diqqətini topladı. Tredqoldun mehriban gözlərində istehzalı bir qığılcım oynaşırdı. 
– Siz sanitariya işi haqqında nəyi bilmək istərdiniz?  
– Ooo, nə mümkündürsə… 
– Mən ancaq bir şeyi bilirəm: zavodda sizi, şübhəsiz ki, sevirlər. Amma, ikinci mərtəbənin yuyunma 
otağında lazımi sayda krant yoxdur, fəhlələr isə bir səslə and içirlər ki, siz tezliklə yenilərini qoyacaqsınız. 
Onlar sizi öz xeyirlərinin əleyhinə gedərək, yalan danışa biləcək qədər sevirlərsə, o zaman, çox güman ki, 
yaxşı sahibkarsınız və mən, ola bilsin, sizi növbəti təftişə qədər rahat buraxım. Hər halda, mən 
getməliyəm! 
Tredqoldun rəngi açıldı. 
– Afərin, qoçaq! Mən artıq üç ildir ki, Pikkerbonu oynadıram. Şadam ki, sizinlə tanış olmuşam. Ola bilsin, 
həqiqətən də bir neçə yeni krant qoydurum – bir ildən sonra, təftiş qabağı. Sağ olun! 
Klopçukla olan məsələdən sonra Martin və Leora kinoteatrın girişində Kley Tredqoldla və onun gözəl 
geyimli xanımıyla rastlaşdılar.  
– Aaaa, doktor! İcazə verin sizi aparaq. –  Tredqold hay-küylə təklif etdi. 
Yolda daha bir təklifini söylədi: 
– Bilmirəm, ola bilsin Pikkerbo kimi siz də dilinizə içki vurmursunuz, amma etiraz etməzsinizsə,  sizi 
birbaşa evimizə aparardım. Sonra  da Evancelin dairəsində içki əleyhinə qanunun qüvvəyə minməsindən 
bəri kəşf olunan ən təsirsiz kokteylə qonaq edərdim. Ağlabatan fikirdir? 
– Mən çoxdandır ki, bundan ağıllı bir şey eşitmirdim, – Martin dedi. 
Tredqoldun evi Aşford-Qrovdda (Boston üçün Bek-Bey nədirsə Nautilus üçün də  Aşford-Qrovd o demək 
idi) ən yüksək təpədə yerli yüksəklik dərəcəsindən iyirmi fut hündürlükdə ucalırdı. Ev "kalonial üslubda" 
tikilmişdi: şüşəbənd eyvan, ağ haşiyəli divarları olan vestibül, göy-gümüşü rəngli qonaq otağı... Missis 
Tredqold mehribanlıqla danışa-danışa Leora ilə onu öz ardınca aparanda, Martin özünü sərbəst tutmağa 
çalışırdı,  amma ömründə heç vaxt belə gözəl evdə olmamışdı. 
Leora stulun bir qırağında oturduğu vaxt – sanki, onu elə indicə evə göndərəcəkdilər – missis Tredqold ev 
sahibəsi kimi başda əyləşmişdi, Tredqold isə kokteyli qarışdırır və xoş sözlər söyləyirdi: 


– Siz çoxdan buradasınız, doktor? 
– Bir il olar.  
– Dadına baxın. Mənə elə gəlir ki, siz bu xilaskar Pikkerbolar nəslinə aid deyilsiniz. 
Martin başa düşürdü ki, öz patronunu tərifləməlidir, amma Loeranın təəccübünə rəğmən, o yerindən 
sıçradı və Almus Pikkerbonun ən təmtəraqlı nitqləri üslubunda çıxış etməyə başladı: 
– "Polad külək mühərrikləri istehsalatı"ndan olan centlmenlər, bu yüksək sənaye sahəsində – düzdür, 
başqa heç bir sahə onun kimi bizim ölkəmizin çiçəklənməsinə səbəb olmayıb – hər kəs can atır ki, 
müfəttişlərin arxasınca sanitar qaydalarını pozsun. Amma, hər halda, sizin sanitariya işinə göstərdiyiniz 
yüksək hörmətə, vətənpərvərliyinizə və kokteyllərinizə görə layiq olduğunuz sözləri söyləməliyəm. 
Mənim Erousmitdən daha ciddi bir köməkçim olsaydı, sizin sayənizdə Birləşmiş Ştatların prezidenti 
olardım. 
Tredqold əl çaldı. Missis Tredqold söylədi: "Doktor Pikkerbodur ki, durub!" Leora qürurla ərinə baxırdı…  
Əri də ona. 
– Mən şadam ki, siz doktor Pikkerbonun sosialist hay-küyünə biganəsiniz, – Tredqold dedi. 
Bu sözdən sonra Martin o dəqiqə ehtiyatlandı.  
– Mənim isə vecimə də deyil, o sosialistdir, ya yox, siz "sosializm" sözünün altında nə başa düşürsünüzsə, 
düşün. Mən özüm sosializmdən heç nə anlamıram. Pikkerbonu parodiya etdimsə, əlbəttə,  bu əxlaq 
qaydalarına uyğun deyil, amma deməliyəm ki, ümumiyyətlə, natiqliyi sevmirəm. Çünki bu sənətdə o 
qədər enerji var ki, faktlar üçün yer qalmır. Bir fikir verin, Tredqold, burada sizin Sənaye Sahibləri 
Assosasiyasının başçıları kimi, insanlar da müəyyən mənada günahkardırlar. Mən laboratoriya 
tədqiqatçısıyam, ya da, daha doğrusu, olmaq istəyirəm. Özüm də dəqiq rəqəmlərlə iş görməyi sevirəm. 
– Mən də. Uilyams kollecində riyaziyyatla maraqlanırdım, – Tredqold söylədi. 
O dəqiqə onlar Martinlə xalq təhsili məsələsinə keçdilər və "fabrikdə kolbasa hazırlanan kimi 
ştamplaşdırılmış mütəxəsisslər hazırlanır", – söyləyərək universitetlərin qarasına danışdılar. Martin 
birdən ayıldı ki, Tredqolda özünün "dəyişənlər"lə bağlı şübhələri haqqında danışır, Tredqold isə ona dedi 
ki, atasının fabrikinə həvəssiz başçılıq edib:  gənc yaşlarından astronom olmaq istəyib. 
Loera isə bu arada missis Tredqolda direktor köməkçisinin arvadına qənaət etməyin necə çətin olduğunu 
izah edirdi, missis Tredqold da  ona təskinlik verirdi: 
– Bilirəm, atam vəfat edəndə mənim özümə də çox çətin olub.  Siz Krimins-stritdə balacaboy isveç 
qadının yanında paltar tikdirməmisiniz ki? Kosteldən iki ev o yana? Çox bacarıqlı dərzidir, özü də ucuz 
tikir. 
Ailə qurduqdan sonra ilk dəfə idi  Martin elə bir ev tapmışdı ki, orada özünü bütünlüklə xoşbəxt hiss 
edirdi. Leora da təbii olaraq qəşəng qadının timsalında (bu xüsusiyyət həmişə ona qorxu və kin hissi 


yaradırdı) özü üçün maraqlı həmsöhbət tapdı. Onunla Allah haqqında da, kətanın qiyməti haqqında da 
danışa bilərdi. Onlar çox sərbəst idilər, çünki onlara gülən  yox idi. 
Gecə saat on ikidə, bakteriologiyanın və kətan parçasının cazibədarlığı zəifləyəndə, pəncərənin altından 
avtomobil fiti, sonra da öskürək səsi eşidildi, otağa qırmızı yanaqlı bir gonbul girdi. Qonaqlara onu cənab 
Şlemil kimi təqdim etdilər – Nautilus Qarğıdalı zonasının sığorta cəmiyyətinin prezidenti. 
O, Kley Tredqolddan çox aşford-qrov aristokratiyasının sütunu hesab olunurdu. Amma indi, göy-gümüşü 
otağa barbar kimi soxularaq, onun ortasında dayananda, Şlemil, sadəcə iltifatlı idi. 
– Sizinlə tanış olmağıma şadam, doktor.  İnanın, Kley, mən çox sevinirəm ki, danışmaq üçün alim 
həmsöhbət tapmısınız. Mən isə, Erousmit, sadəcə kasıb, qoca sığorta agentiyəm. Kley həmişə məni avam 
və cahil adam olduğuma görə məzəmmət edir. Qulaq asın, Kley, əzizim, kokteyl verəcəksiniz, ya yox? 
Mən sizin iç üzünüzü bilirəm. Görürəm ki, təkrar-təkrar öz məharətinizlə qürrələnməkdən 
məmnunsunuz. Hə, hə. Qarışdırın! 
Tredqold əməlli-başlı çalxalandı. O, bitirməyə macal tapmamışdı ki, gənc Monti Maqford peyda oldu. Öz 
bakenbardlarına baxmayaraq, o, ən sevimlilər məclisinə aid edilənlərdən biri olan Nataniel Maqfordun 
nəticəsi idi. Yeri gəlmişkən, həmən bu Nataniel "Maqford kolleci"nin əsasını qoymuşdu. Monti, Martinin 
orada olmasına təəccübləndi, onu əsl insan kimi qəbul etdi və bu barədə ona söylədi, sonra da kokteyl 
içməkdə digərlərinə çatmağa çalışdı. 
Belə oldu ki, səhər saat üçdə dinləyicilərin həvəsləndirdiyi Martin, Qustav Sondeliusun öyrətdiyi 
balladanı oxumağa başladı: 
 
Qara göz, işvəli göz, 
Nadinc saçlar çırpınır 
Həm təvazökardır, həm sevimlidir 
Amma onunla bacarmaq olmur. 
 
Saat dörd üçün Erousmitlər  Nautilus cəmiyyətinin ən möhtərəm dairəsinə üzv qəbul edildilər, beşin 
yarısında isə Kley Tredqold maşını qadağan edilmiş sürətlə sürərək onları evlərinə apardı. 
 

 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə