Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   2   3   4   5   6   7   8   9   ...   17

SAM-ın İCMALI

  |   9     

əlaqələr qurmağa üstünlük verirdilər. Türkiyə 1991-ci il dekabrın 16-da heç bir şərt 

irəli sürmədən Ermənistanın müstəqilliyini tanımışdır. Ermənistanın Qara dənizə çı-

xışı olmasa da, 1992-ci il iyunun 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına 

müşahidəçi üzv kimi dəvət edilmiş

4

  və həmin il Türkiyə ilə Ermənistan arasındakı 



Qars-Gümrü dəmir yolu xətti açılmışdır.

5

 



  Türkiyənin  Ermənistanın  müstəqilliyini  tanımasından  sonra  bu  ölkənin 

İrəvanda  açılacaq  diplomatik  nümayəndəliyinə  səfir  də  təyin  olunmuşdu.  Lakin 

səfirin  Ermənistana  getməsindən  öncə  Türkiyə  tərəfi  Ermənistanın  ona  qarşı  tor-

paq tələbinin olmaması barədə maddənin də daxil olduğu protokolun imzalanma-

sını istəmişdir. Ancaq Ermənistan bu tələbi qəbul etməmişdir.

6

  Belə olan təqdirdə 



1992-ci ildə Türkiyə İrəvanın iki ölkə arasında mövcud sərhədləri tanıdığını yazı-

lı  olaraq  bildirməyənə  qədər  Ermənistanla  diplomatik  əlaqələr  qurmamağa  qərar 

vermişdir.

7

  Bu qərara baxmayaraq, Türkiyə tərəfi Ermənistanla qeyri-rəsmi əlaqələri 



kəsməmişdir.

  Ermənistan tərəfi bəzi türk iş adamlarını İrəvana dəvət etmiş, onlardan Türkiyənin 

Trabzon limanını genişləndirərək Ermənistanın istifadəsinə verməsi üçün vasitəçi 

olmalarını istəmişdir. Bəzi erməni iş adamları Türkiyəyə gələrək bu məsələni Xa-

rici  işlər  naziri  Hikmət  Çətinlə  müzakirə  etsələr  də,  bu  təklif  Türkiyə  tərəfindən 

qəbul edilməmişdir. Amma Türkiyə 1992-ci ildə Avropa İttifaqından Ermənistana 

göndərilən 100 min ton buğdanın Türkiyə üzərindən Ermənistana daşınmasına və 

enerji böhranı yaşayan Ermənistana elektrik enerjisi sahəsində yardım etməyə ra-

zılıq vermişdir. Lakin 1992-ci ilin ortalarından etibarən ermənilər Dağlıq Qaraba-

ğa hücumlarını artırdıqlarına görə Türkiyə Azərbaycanın sərt reaksiyasından son-

ra Ermənistana buğdanın göndərilməsini yubatmış və elektrik enerjisi anlaşmasını 

həyata keçirmədən ləğv etmişdir.

8

 

  Beləliklə,  ötən  əsrin  90-cı  illərinin  əvvəllərində  Türkiyə  Ermənistanla  siyasi 



problemləri  həll  etməyə,  Ermənistan  isə Türkiyə  ilə  iqtisadi  yaxınlaşmaya  üstün-

lük vermişdir. Lakin Türkiyədə olduğu kimi, Ermənistanda da Türkiyə-Ermənistan 

münasibətlərinə fərqli yanaşmalar olmuşdur. Ermənistan Prezidenti Ter-Petrosyan 

Azərbaycanla davam edən müharibəni nəzərə alaraq, iki cəbhədə birdən vuruşma-

maq üçün Türkiyə ilə keçmişdən qalmış problemləri ikinci planda tutaraq Ankara ilə 

siyasi və iqtisadi əlaqələrini gücləndirmək istəmişdir. Bu düşüncə Petrosyanın mü-

şaviri tərəfindən daha yaxşı ifadə olunmuşdur: “Qarabağ və Ermənistanın maraq-

ları çərçivəsində Türkiyə ilə iqtisadi əlaqələr qursaq nə olar? Ermənistan-Türkiyə 

əlaqələrinin qurulmaması Azərbaycanla diplomatik görüşlərdə Ermənistanın möv-

qeyini  zəiflədir.  ...Ermənistan  Türkiyə  ilə  əlaqələr  qurarsa,  Xəzərin  karbohidro-

gen ehtiyatlarının nəqli üçün tranzit ölkə ola bilər”. 

9

 Lakin həm daxildəki radikal 

4  Mustafa Aydın. Kafkasya ve Orta Asya ile İlişkiler. Editor, Baskın Oran. Cild.2, 1980-2001 (İstanbul 2001), s. 407.

5  Turkey and Armenia. Opening Minds, Opening Borders, Europe Report. №. 199. (April 2009), p. 2.

6  Aybars Görgülü. Türkiye-Ermenistan İlişkileri. Bir Kısır Döngü. Tesev Yayınları, s. 7.

7  Muhammed Örtlek. Millet-i Sadıkadan Haydata. Radikal (23.02.2007).

8  Mustafa Aydın. Göstərilən əsəri, s. 410.

9  Gerard J. Libardian. The Challenge of Statehood. Armenian Political Thinking Since Independence. (Blue Grane

Books, 1999), p. 116.



10  |  

SAM-ın İCMALI 

erməni millətçiləri, həm də erməni diasporu Ter-Petrosyanın bu planlarına qarşı çıx-

mışdır. Buna baxmayaraq, Ter-Petrosyan Ermənistanın Müstəqillik Bəyannaməsində 

yer alan Türkiyəyə qarşı torpaq tələblərini beynəlxalq aləmdə irəli sürməmiş və bu 

maddənin 1995-ci ildə qəbul edilən Ermənistan konstitusiyasına birbaşa salınmasını 

əngəlləmişdir. Bundan əlavə, 1992-ci ildə ATƏT-ə daxil olarkən üzvlük şərtləri ara-

sında yer alan sərhədlərin toxunulmazlığı prinsipini də qəbul etmişdir.

10

 



  Türkiyə-Ermənistan münasibətlərində gərginlik 1998-ci ildə Robert Köçəryanın 

iqtidara gəlməsi ilə artmışdır. Bu hadisə qarşılıqlı münasibətlərdə yeni bir mərhələ 

idi. Köçəryan 1915-ci il hadisələrinin beynəlxalq aləmdə “soyqırım” kimi tanınma-

sını Ermənistanın xarici və təhlükəsizlik siyasətinin prioriteti elan etdi. Bunun qarşı-

lığında isə Türkiyə Ermənistan vətəndaşları üçün viza prosedurasını və Ermənistana 

məxsus təyyarələrin Türkiyənin hava sahəsindən istifadəsini çətinləşdirdi. 

  XX  əsrin  90-cı  illərində  Türkiyə-Ermənistan  münasibətlərində  Ermənistanın 

Türkiyəyə qarşı tələbləri və bu ölkənin Dağlıq Qarabağı işğal etməsi vacib rol oy-

namışdır.  SSRİ  dağılmamışdan  əvvəl  Türkiyə  Dağlıq  Qarabağ  məsələsini  SSRİ-

nin  daxili  işi  kimi  qəbul  etmişdir.  SSRİ  dağıldıqdan  sonra  isə  Türkiyə  birinci 

mərhələdə Dağlıq Qarabağ məsələsində tərəfsiz qalaraq Ermənistan ilə Azərbaycan 

arasında  vasitəçi  olmaq  istəmişdir.  Hətta Türkiyə  qısa  bir  müddət  Ermənistan  və 

Azərbaycanla  bu  məsələni  müzakirə  etmişdir.  Lakin  Türkiyənin  tərəfsiz  vasitəçi 

olma cəhdləri çox çəkməmiş, Ermənistanın işğalı davam etdirməsinə paralel olaraq 

türk xalqının hökumət üzərindəki təzyiqi Ankaranın daha çox Bakını dəstəkləməsinə 

gətirib çıxarmışdır. Xüsusən, Dağlıq Qarabağın ətraf rayonlarının işğala məruz qal-

ması  Türkiyə  ictimaiyyətində  Ermənistana  qarşı  sərt  reaksiyaların  ortaya  çıxma-

sına  səbəb  olmuşdur.  Müxalifət  partiyaları,  xüsusən  də  Milliyyətçi  Hərəkat  Par-

tiyası  Türkiyə  hökumətinin  tərəfsizlik  siyasətini  tənqid  etmiş  və  Ermənistana 

qarşı hərbi əməliyyatların başlanmasını tələb etmişdir.

11

  Hökumət isə öz növbəsində 



Türkiyə ictimaiyyəti arasında artan bu narazılıqlar qarşısında Ermənistan siyasətini 

sərtləşdirsə  də,  bu,  yalnız  sözdə  qalmış  və  gecikmiş  bir  addım  təsiri  bağışlamış-

dır.

  Ermənistanın  Kəlbəcəri  işğal  etməsindən  sonra  Türkiyə  mərhələli  olaraq  bu 



ölkəyə qarşı nəzərəçarpacaq sərt addımlar atmışdır. İlk əvvəl, Türkiyə SSRİ-nin möv-

cud olduğu dövrdə belə açıq olan Əlican sərhəd-keçid məntəqəsini bağlamış, 1993-

cü il aprelin 5-də Xarici işlər naziri Hikmət Çətin Türkiyə üzərindən Ermənistana 

keçən  bütün  humanitar  yardımların  dayandırıldığını  və  icazəsiz  keçmək  istəyən 

təyyarələri vuracaqlarını açıqlamışdır.

12

  Bunun ardınca Türkiyə ilə Ermənistan ara-



sındakı dəmiryolu da bağlanmışdır. Türkiyə sərhədləri Dağlıq Qarabağda işğalın da-

vam  etməsi  səbəbindən  bağlasa  da,  sonralar  sərhədləri  açmaq  üçün  başqa  şərtlər 

də irəli sürmüşdür. Türkiyənin Ermənistanla sərhədlərini açmaq üçün irəli sürdüyü 

şərtlər aşağıdakılardır. Ermənistan:

  •  1915-ci  il  hadisələrini  beynəlxalq  aləmdə  “soyqırım”  kimi  tanıtma 

10   Mustafa Aydın. Göstərilən əsəri, s.407.

11   Yenə orada, s. 403.

12  Yakup Hurç. Türkiyənin Karabağ Politikası, Kahramanmaraş İmam Universitesi, Tarix Fakültesi. 2008, s. 64.




Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə