Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə17/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   ...   9   10   11   12   13   14   15   16   17

SAM-ın İCMALI

  |   37     

bu yolla öz ərazisini genişləndirməyə çalışır. Bu səbəbdən bağlı sərhədlər  siyasətini  

qonşularına  qarşı  kin  və  nifrət  üzərində  quran  və  xarici  dəstəyi  işğala  sərf  edən 

erməni  millətçilərini  və  dövlətini  “ağıllandırmaq”  üçün  bir  vasitədir.  Yəni  bağlı  

sərhədlər Ermənistanın işğalçı siyasətinin dayandırılmasıdır. Əgər sərhədlər siyasəti 

uğurla nəticələnməzsə, Ermənistan bu işğalçılığını davam etdirə bilər. Ermənistan 

siyasətçilərində  bu  siyasət  anlayışı  dəyişmədən  sərhədlərin  açılması  Ermənistanı 

daha da cəsarətləndirəcəkdir.

  Ermənistanın Türkiyəyə qarşı tələblərində mövqeyini zəiflədəcək bir protokolu 

imzalaması sərhədlərin 16 il bağlı olmasının nəticəsidir. Bu mənada bağlı sərhədlər 

siyasətinin bir nəticə vermədiyini iddia etmək doğru deyildir. Amma sərhədlərin açıl-

ması üçün Türkiyə tərəfindən irəli sürülən Dağlıq Qarabağ şərti hələ də Ermənistan 

tərəfindən qəbul olunmamış və bu ölkə 1915-ci il hadisələrini beynəlxalq aləmdə 

“soyqırım” kimi tanıtdırma siyasətindən əl çəkməmişdir. Türkiyənin başladığı pro-

ses Dağlıq Qarabağ məsələsi həll olunmadan sərhədlərin açılması ilə nəticələnərsə, 

Dağlıq Qarabağda işğalı bitirmək üçün Azərbaycanın müharibədən başqa yolu qal-

maya bilər. Ermənistanın sərhədlərin açılmasına daha çox ehtiyacı olduğu bir vaxtda 

qarşılığı alınmadan sərhədlərin açılması regional sülhə zərbə olar. 



 

TÖVSİYƏLƏR

  Türkiyə və Azərbaycan üçün 

  Hər iki dövlət tarixi, mədəni qohumluq kökləri ilə bir-birinə bağlıdır. Türkiyə 

ilə  Azərbaycan  arasında  kökləri  qədimlərə  gedib  çıxan  bu  dostluq  və  qardaşlıq 

münasibətləri  tarix  boyu  üçüncü  tərəf(lər)i  narahat  edib.  Ortaq  keçmişə,  mənəvi 

dəyərlərə,  qardaşlıq  əlaqələrinə  malik  bu  iki  dövlət  arasında  əməkdaşlıq  heç  bir 

vaxt üçüncü dövlət(lər)ə qarşı olmamış və uğurlu nəticələr vermişdir. Türkiyə ilə 

Azərbaycan arasındakı nümunəvi əməkdaşlıq regionda yaşayan digər xalqların da 

rifahına və sabitliyinə öz müsbət təsirini göstərmişdir. Bu münasibətlərə kölgə sal-

maq istəyənlər isə həmişə bəhanələr axtarışında olublar. Bu səbəbdən bu gün digər 

güclərin Türkiyə ilə Azərbaycan arasında gərginlik yaratmaqla münasibətlərə zərər 

vurmaq istəklərinə qarşı ehtiyatlı olmaq lazımdır. Bunun üçün tərəflər arasında bü-

tün səviyyələrdə koordinasiya intensivləşdirilməlidir. 

  Həm Türkiyə, həm də Azərbaycan qonşuları ilə sıfır problem siyasəti yürüdərkən 

aralarındakı əlaqələrə də zərər verməməlidirlər. Türkiyə İraq, Suriya və İran kimi 

dövlətlərlə dostluq əlaqəsi qurarkən Azərbaycanı küsdürməməlidir. 

  Hər  iki  tərəf  “xalq  diplomatiyası”  siyasətini  gücləndirməlidir.  İki  dövlət  ara-

sında  qarşılıqlı  münasibətlər  dövlət  rəsmilərinin  əlaqələrinə  paralel  olaraq  qeyri-

hökumət  təşkilatları,  mətbuat,  elm,  təhsil  və  mədəniyyət  orqanları  arasında  da 

gücləndirilməlidir. Həm Azərbaycanda, həm də Türkiyədə mətbuatın apardığı təbliğat 



38  |  

SAM-ın İCMALI 

xalqlar arasında münasibətlərə təsir göstərir. Bu məsələdə hər iki ölkə mətbuatının 

üzərinə ciddi məsuliyyət düşür. Türkiyə mətbuatı Azərbaycan həqiqətləri haqqında 

yetərli məlumata malik deyil. Bu səbəbdən Azərbaycanın problemlərini lazım olan 

səviyyədə işıqlandıra bilmir. Bu mənada Türkiyənin Azərbaycanda, Azərbaycanın 

isə Türkiyədəki diplomatik nümayəndəlikləri bütün təmayüllü mətbuat orqanları ilə 

əlaqələrini yüksək səviyyədə qurmalı və  daim onları məlumatlandırmalıdırlar.  

  Türkiyə  və  Azərbaycan  protokolları  Ermənistana  qarşı  “kökə  və  qamçı” 

siyasətinin bir parçası olaraq istifadə edə bilərlər. Ermənistan məsələsi iki dövlətin 

maraqlarının üst-üstə düşdüyü ən qabarıq sahədir. Azərbaycan erməniləri daha yaxşı 

tanıyır. Türkiyənin isə ermənilərlə işləmək imkanı daha çoxdur. Məhz bu səbəbdən 

iki  dövlətin  də  erməni  siyasətində  koordinasiya  və  qarşılıqlı  əməkdaşlıgı  davam 

etdirilməlidir.  Azərbaycan  erməni  iddiaları  ilə  mübarizədə  Türkiyəyə  dəstəyini 

davam etdirməlidir. Ermənistanın işğalına son vermək üçün Türkiyə Azərbaycana 

dəstəyini  davam  etdirməlidir.  Türkiyənin Azərbaycanı  tək  qoyması  onun  Cənubi 

Qafqaz və türk dünyası siyasətinə olduğu kimi, Qərbin enerji təhlükəsizliyində oy-

naya biləcəyi körpü roluna da mənfi təsir göstərə bilər. 

  Azərbaycan  Türkiyədəki  diaspor  fəaliyyətlərini  Türkiyə-Azərbaycan 

münasibətlərinə müsbət təsir göstərəcək şəkildə gücləndirməlidir. Azərbaycan dias-

poru Türkiyənin problemlərinin həllində aktiv iştirak etməlidir. 

  Türkiyənin  Ermənistanla  sərhəd  olan  Qars  və  İğdır  şəhərlərinin  iqtisadi 

problemlərinin həllində Azərbaycan Türkiyəyə dəstək verməlidir. Bu mənada həm 

Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının, 

həm  də  Türkiyənin  Qars  və  İğdır  regionunun  iqtisadi  vəziyyətini  yaxşılaşdırmaq 

üçün regionda azad iqtisadi zona qurula bilər.

 

  Azərbaycanın Dağlıq Qarabağ siyasəti üçün

  Protokolların imzalanması Dağlıq Qarabağ məsələsində aktivliyi artırmışdır. Bu 

mənada protokolların TBMM-də təsdiqi üçün Türkiyəyə paralel olaraq Ermənistan 

və Azərbaycana da təzyiqlər artmaqdadır. Bu təzyiqlər vasitəsilə, təbii ki, tərəflərdən 

güzəştlər  tələb  olunacaqdır.  Bu,  ortaya  çıxan  yeni  vəziyyətdir  və Azərbaycan  bu 

vəziyyətə uyğun olaraq Dağlıq Qarabağ siyasətini modernləşdirməlidir. 

  Türkiyənin vasitəçi kimi Minsk qrupu prosesində aktiv rol alması Dağlıq Qa-

rabağ məsələsinin həllinə müsbət təsir edə bilər. Türkiyənin prosesə daxil olması 

regionda sülhün və sabitliyin yaranması üçün ciddi nəticələr ortaya çıxara bilər.

  1991-ci ildən sonra Sərkisyan həm Azərbaycan, həm də Türkiyə ilə münasibətdə 

müsbət  addımlar  ata  biləcək  ilk  erməni  lider  görüntüsü  verir.  Mənfi  tərəflərinə 

baxmayaraq,  protokollar  Ermənistan  siyasətinin  dəyişdiyinə  işarədir.  Bu  mənada 

Türkiyə və Azərbaycan erməni probleminin həlli üçün Ermənistanla danışıqları da-

vam etdirə bilər. 



SAM-ın İCMALI

  |   39     

  Qarabağ siyasətində müharibə amili xüsusən ətraf rayonları işğaldan azad etmək 

üçün beynəlxalq hüquq tərəfindən Azərbaycana verilən bir haqdır. Bu haqqının dün-

ya tərəfindən tanınması üçün Azərbaycan səylərini artırmalıdır. Lakin Azərbaycan 

müharibə açıqlamlarında Dağlıq Qarabağ erməniləri ilə işğalçı Ermənistan arasında 

bir fərq qoymalıdır. Əslində, bu fərqli yanaşma Azərbaycanın Qarabağ siyasətində 

müşahidə edilir. Amma bu siyasətin daha güclü təbliğata ehtiyacı vardır. Dağlıq Qa-

rabağ erməniləri ilə aparılan işlər onları itirməyə deyil, qazanmağa, Ermənistan və 

erməni diasporundan onları uzaqlaşdırmağa  yönəlik olmalıdır. 

  Qarabağ danışıqlarında Azərbaycanın əleyhinə hər hansı bir vəziyyət ortaya çı-

xarsa, Azərbaycan prosesi uzatmalı və məsələnin həlli üçün öz maraqlarına uyğun 

bir vaxtı gözləməlidir. 

  Üçüncü tərəflər üçün

  Türkiyə  regional  sabitlik  və  əməkdaşlıq  naminə  Ermənistana  qarşı  barış  əlini 

uzatdı. Regionda qarşılıqlı etibarın yaranması üçün bu mərhələdə Ermənistan Qa-

rabağ ətrafındakı rayonlardan hərbi qüvvələrini geri çəkməlidir. Protokolların imza-

lanması üçün Türkiyə və Ermənistanı cəsarətləndirən ABŞ, Aİ və Rusiya eyni ad-

dımları Ermənistan hərbi birləşmələrinin Qarabağ ətrafındakı rayonları boşaltması 

üçün də ata bilərlər. Bu cür addım region xalqları arasında hər üç gücə –Rusiya, ABŞ 

və Aİ-yə etibarı artırar. Xüsusən Rusiyanın Ermənistanın üzərində ciddi təsir gücünə 

sahib olduğu həqiqəti danılmazdır. Bu mənada heç bir dövlət Rusiya qədər regional 

sülh üçün Ermənistanı razı sala biləcək gücə sahib deyildir. 

  Minsk  qrupu  Dağlıq  Qarabağ  danışıqlarında  prinsipial  məsələlərlə  əlaqədar 

iki  tərəfi  razı  salmaq  naminə  ümumi  ifadələr  istifadə  etməkdən  uzaq  durma-

lı və məsələnin həllində ATƏT-in internet səhifəsində yayımlanan Cənubi Qafqaz 

xəritəsini əsas götürməlidir. 

  Bütün regional və regional olmayan güclər anlamalıdırlar ki, öz müqəddəratını 

təyin  etmə  haqqını  (self-determination)    separatizm  kimi  təqdim  etmək  regionda 

yeni münaqişələrin yaranmasına zəmin yaradar və ümumiyyətlə, beynəlxalq hüquq-

da köklü dəyişikliyin ortaya çıxması ilə nəticələnə bilər. 

  Dağlıq Qarabağ münaqişəsinin BMT-nin prinsiplərinə uyğun şəkildə həll olunma-

sı həm Ermənistanın, həm də Dağlıq Qarabağ ermənilərinin maraqlarına uyğun ola-

caqdır. Ermənistan üçün düşmən Azərbaycan dost Azərbaycandan daha təhlükəlidir.



40  |  

SAM-ın İCMALI 

Kitablar:

Davudoğlu, Ahmet. Stratejik Derinlik, Küre Yayınları. 

İstanbul, 2009, 34.basım. 

Hurç, Yakup. Türkiyenin Karabağ Politikası, Kahraman-

maraş İmam Universitesi, Tarix Fakültesi, 2008. 

Libardian J. Gerard. The Challenge of Statehood. Arme-

nian Political Thinking Since Independence. Blue Grane 

Books,1999. 

Oran, Basqın. Türk Dış Politikası, II Cild,  İstanbul, 2001, 

I basım.


Oral, Sander. Siyasi Tarih 1918-1994. İstanbul, 1989, I 

Basım.


Pazarcı, Hüseyin. Uluslararası Hukuk, Ankara, 2006, 

Turhan Yayınları, VI basım.



Məqalələr: 

Aydın, Mustafa. Kafkasya ve Orta Asya ile İlişkiler, Edi-

tor, Baskın Oran. Türk Dış Politikasi. Cild 2, 1980-2001. 

Dağı, İhsan. Azerbaycan’ın Tercihi Rusya mı, Türkiye 

mi?,  Zaman, 21.04.2009.  

Çandar, Cengiz. Berbat Diplomasi, Radikal, 15.05.2009. 

Çandar, Cengiz. Tek Millet İki Devlet’e Azerbaycan 

Uyuyor mu?, Timetürk

İdiz, Semih. Güney Kafkasya’yı Sıcak Günler Bekliyor, 

Milliyet, 25.04.2009. 

Laçıner, Sedat. Türkiye-Ermenistan İlişkilerinde Sınır 

Kapısı Sorunu ve Ekonomik Boyutu, Ermeni Araşdırma-

ları, Cilt: 2, No: 6, Yay  2002. 

Laçıner, Sedat. Azerbaycan Rusya’nın Oyununa Geliyor, 

http://www.usakgundem.com/yazar/1162/azerbaycan-

rusya-39-n%C4%B1n-oyununa-geliyor.html, 13.04. 2009.

Ogan, Sinan. Yeni Bir Dünya Kurulur ve Azerbaycan 

Orada Yerini Alır mı?, 

html>, 2 Mayıs 2009.

Oğhan, Yavuz. Ankara Azerilere Ateş Püskürüyor, http://

www.cnnturk.com/Yazarlar/YAVUZ.OGHAN/Ankara.

Azerilere.ates.puskuruyor/47.166/index.html, 23.04.2009.

Oskanıan, Vartan.  Getting This Wrong Will Be Unforgi-

vable,

http://www.asbarez.com/2009/09/08/getting-this-wrong-



will-be-unforgivable/ (08.09.2009).

Örtlek, Muhammed. Millet-I Sadıkadan Haydata, Radikal. 

(23.02.2007).

Veliev, Cavid. Rus Dış Politikasında Yakın Çevre, Cum-



huriyet Strateji (28. 06.2007). 

Veliev, Cavid. Cephe Yarma Girişimi, Cumhuriyet Strateji 

(09.02.2009).

Qəzet və jurnallar: 

Hürriyet, 24.04.2009

Hürriyet, 24.04.2009.

Timetürk, 04.09.2008.

Hürriyet,  25.09.1990.

İnternet səhifələri:

http://www.armeniaforeignministry.com/htms/doi.html

Yener Atlı, Türk-Ermeni İşbirliğinde Kaan Soyak İsimli 

Bir Türk. http://www.diplomathaber.com/?page=Articles

&YazarID=11&ID=472, (14.06.2009).

https://www.cia.gov/library/publications/the-world-

factbook/geos/tu.html

https://www.cia.gov/library/publications/the-world-

factbook/geos/am.html

http://www.unit.com.tr/distribution_electrialy_trading.

htm, 

http://www.eud.org.tr/Upload/1298erm.htm. 



http://www.tabdc.org/, 

http://www.mfa.gov.tr/turkiye-ermenistan-siyasi-iliskileri.

tr.mfa

http://arama.hurriyet.com.tr/arsivnews.aspx?id=-280757, 



(27.12.1997).

Hesabatlar:

Aydın, Mustafa. Azerbaycan, Türkiye-Ermenistan Anlaş-

masının Neresinde? TEPAV. Eylül 2009. 

Baghramyan, Mehr. Estimating The Change in Trade 

Flows Between Armenia and Turkey if The Border is 

Open: Case Study Based on Georgia-Turkey and Armenia 

Iran Trade, http://www.aiprg.net/UserFiles/File/journal/

proceedings/Baghramyan.pdf

Görgülü, Aybars. Türkiye-Ermenistan İlişkileri. Bir Kısır 

Döngü. Tesev Yayınları.

Migdalovitz, Carol. Turkey: Selected Foreign Policy 

Issues and U.S. Views, CRS Report For Congress. August 

29, 2008.

Türkiye-Ermenistan İlişkileri Çalıştayı Raporu, 25-28 

May 2009, Conrad Otel, İstanbul. http://www.setav.org/

document/SETA_Ermenistan_Calistayi_Raporu.pdf

Türkiye-Azerbaycan İlişkileri Çalıştayı Raporu, 25-27 

İyun 2009, Ceylan Intercontinental Otel, İstanbul.

The Closed Armenia-Turkey Border: Economic and 

Social Effects, Including Those on The People; and Imp-

lications for The Overall Situation in The Region, August 

2007 European Parliament, http://www.europarl.europa.

eu/activities/expert/eStudies.do?languageEN

The Economic and Social Impacts of Opening the 

Armenia-Turkish Border AIPRG conference, http://www.

aiprg.net/UserFiles/File/Conference_Findings_Overview.

pdf

Armenia Internal Instability Ahead. International Crisis 



Group. 18.10.2009.

Turkey and Armenia. Opening Minds, Opening Borders, 

Europe Report no. 199. April 2009. 

İSTİFADƏ OLUNAN MƏNBƏLƏR 



SAM-ın İCMALI

  |   41     

Əlavə 1. TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİ XƏRİTƏSİ


42  |  

SAM-ın İCMALI 

Əlavə 2. TÜRKİYƏ-ERMƏNİSTAN QARS-GÜMRÜ DƏMİRYOLU


SAM-ın İCMALI

  |   43     

Əlavə 3. TÜRKİYƏ-ERMƏNISTAN PROTOKOLLARI


44  |  

SAM-ın İCMALI 

Azərbaycan Respublikasının Prezidenti yanında

Strateji Araşdırmalar Mərkəzi

Azərbaycan, Bakı şəhəri, AZ 1005

M. İbrahimov küç. 8

Tel.: (+994 12) 596 82 41

Faks: (+994 12) 437 34 58

e-poçt: info@sam.gov.az

web-ünvan: www.sam.gov.az

Müəllif hüquqları qorunur. SAM-ın yazılı icazəsi dərc olunmuş materialların istifadəsi və hər hansı şəkildə yayımı qadağandır. 

“SAM-ın icmalı”nda göstərilən bütün fikirlər müəlliflərin şəxsi mövqeyini əks etdirir.

SAM-ın bütün nəşrlərinin elektron variantı ilə bu internet səhifəsində tanış ola bilərsiniz: www.sam.gov.az

 

Cavid İsmayıl oğlu Vəliyev 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini Sumqayıt şəhər 31 



saylı orta məktəbində almışdır. 1996-2002-ci illərdə dövlət hesabına Türkiyə Respublikasının Ege Universitetinin jur-

nalistika fakültəsində bakalavr təhsili almışdır. 2006-cı ildə Qazi Universitetinin beynəlxalq münasibətlər fakültəsinin 

magistraturasını  bitirmişdir.  Hal-hazırda  Ankara  Universitetinin  siyasi  elmlər  fakültəsinin  doktoranturasında 

beynəlxalq münasibətlər ixtisası üzrə təhsilini davam etdirir. 

 

2004-2009-cu illərdə Türkiyənin TUSAM (Türkiyə Milli Təhlükəsizlik Strategiyaları Araşdırmalar Mərkəzi) və 



TÜRKSAM (Türkiyə Strateji Araşdırmalar Mərkəzi) kimi strateji araşdırmalar mərkəzlərində Yaxın Şərq, Cənubi 

Asiya və Cənubi Qafqaz regionları üzrə ekspert və şöbə müdiri kimi fəaliyyət göstərmişdir. Türkiyənin aparıcı jurnal 

və qəzetlərində 100-dən çox elmi məqaləsi və qısa analizləri dərc olunmuşdur.

 

Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasətin 



təhlili şöbəsində Türkiyə regionu üzrə aparıcı elmi işçi vəzifəsində çalışır.

Tiraj   :  500



Sifariş   :  086

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, 2010

Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə