Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

SAM-ın İCMALI

  |   23     

maddə də digər maddələr kimi fərqli mənalar ifadə edə bilər.

  Ermənistanda  hakimiyyətdə  olan  Respublikaçılar  Partiyasının  parlamentdəki 

fraksiyasının sədri Eduard Şarmazarovun sözlərinə görə, “diplomatik əlaqələr qu-



rulanda,  əlbəttə,  Türkiyə  ilə  ortaq  sərhədlər  tanınacaqdır.  Lakin  Muş,  Van,  Ağrı 

ermənilər  üçün  hər  zaman  Qərbi  Ermənistan  olaraq  qalacaqdır.  Heç  bir  erməni 

üçün Qərbi Ermənistan Şərqi Anadolu ola bilməz. Ağrı dağı bizim üçün hər zaman 

Ararat  olaraq  qalacaqdır.  Bunun  üçün  konstitusiyamızda  dəyişikliyə  ehtiyac  yox-

dur”. 

41

  Şarmazarovun  sözlərindən  bir  daha  məlum  olur  ki,  Ermənistan  qanunla-



rında  dəyişikliyə getməyəcəyi kimi, erməni xalqı da beynindən Qərbi Ermənistanı 

silməyəcəkdir. Konyukturaya uyğun olduğu zaman Ermənistan Türkiyədən o torpaq-

ları tələb edə bilər. Beləliklə, Türkiyə “sərhəd kartı”nı Ermənistana qarşı səmərəli 

şəkildə istifadə edə bilməyəcəkdir. 

  Qars  müqaviləsini  tanımamaq  Türkiyənin  Naxçıvan  üzərində  təminat  haqqı-

nı  itirməsi  mənasına  gəlir.  Belə  ki,  1993-cü  ildə Türkiyə  Qars  müqaviləsinə  isti-

nad  edərək  Naxçıvana  təcavüz  olacağı  təqdirdə  Ermənistana  hərbi  müdaxilə  edə 

biləcəyini qeyd etmişdi.



  2.6. Dağlıq Qarabağ problemi protokollarda əksini tapıbmı? 

  Türkiyənin  üç  şərtindən  ikisi  (1915-ci  il  hadisələri  və  Qars  müqaviləsi)  dola-

yısı ilə də olsa protokollarda öz əksini tapdığı halda, burada Dağlıq Qarabağa dair 

konkret müddəa yoxdur. Qarabağ şərtinin protokollarda yer almaması bu məsələni 

Türkiyə-Ermənistan münasibətləri xaricində saxlamaq istəyən İrəvan üçün ciddi bir 

uğurdur.


42

  Lakin Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğluna görə, Dağlıq 

Qarabağ məsələsində bir irəliləyiş olmasaydı, Türkiyə-Ermənistan protokolları im-

zalanmazdı. Türkiyədə protokolların maddələrinin bəziləri ilə Qarabağ arasında bir-

başa əlaqə quranlar da var.

43

  Dağlıq Qarabağın dolayısı ilə ilkin şərt olduğunu iddia 



edənlər protokolların birinci hissəsinin dördüncü maddəsinə istinad edirlər. Həmin 

maddə aşağıdakı kimidir:



  İkitərəfli  və  beynəlxalq  müqavilələrdə  bərabərhüquqluluq,  suverenlik,  digər 

dövlətlərin  daxili  işlərinə,  ərazi  bütövlüyünə  və  sərhədlərin  toxunulmazlığına 

müdaxilə etməmək şərti bir daha vurğulanır.

  2010-cu il aprelin 12-də ABŞ-da nüvə təhlükəsizliyi üzrə sammit çərçivəsində 

keçirilən Serj Sərkisyan və Barak Obama ilə görüşdən qayıdan Baş nazir Ərdoğan 

isə Türkiyənin ilkin şərt kimi Qarabağ probleminin həllini irəli sürdüyünü proto-

kollarda əksini tapmış digər bir maddəyə işarə edərək bildirdi: “Sürixdə imzalanan 

protokollarda ilkin şərt olmasa da, çox əhəmiyyətli bir maddə var: regional sülhün 

təmin olunması. Bu regional sülhün təmin olunmasında Azərbaycanı kənarda qoy-

maq  mümkündürmü?”  Ərdoğan  bu  açıqlaması  ilə  protokolların  imzalanmasından 

41  Milliyet (14.09.2009).

42   Bulent Aras, Fatih Özbay. Türkiye ve Ermenistan. Statüko ve Normallaşma Arasında Kafkasya Siyaseti, SETA Analiz,

(12.10.2009). s. 5.

43   Taha Akyol. Protokoller Yaşıyor. Milliyet. (06.05.2010).



24  |  

SAM-ın İCMALI 

sonra Türkiyənin ilkin şərt kimi Qarabağ probleminin həllini irəli sürdüyünü təsdiq 

etdi. Həmçinin, protokollarda bu problem ilkin şərt kimi əksini tapmayıb iradlarına 

bu şəkildə cavab vermiş oldu.

  Bəzi türk diplomatlarına və beynəlxalq əlaqələr sahəsində çalışan mütəxəssislərə 

görə,  Dağlıq  Qarabağ  məsələsinin  Türkiyə-Ermənistan  münasibətlərinə  birbaşa 

aidiyyəti olmadığından protokollara daxil edilə bilməzdi və əgər edilsəydi Ermənistan 

protokolları imzalamayacaqdı. Lakin Dağlıq Qarabağ Türkiyə ilə Ermənistan arasın-

dakı münasibətlərin normallaşmasının  yazılı olmayan ilkin şərtidir. Protokollar im-

zalandıqdan sonra Türkiyə Respublikasının Prezidenti, Baş naziri, parlament sədri 

və xarici işlər naziri Dağlıq Qarabağın protokollarda olmasa da, şifahi şəkildə il-

kin şərt olduğunu qeyd etmişlər. Bundan başqa, Türkiyə tərəfi Sürixdə protokolla-

rın imzalanma prosesində Minsk qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin 

də  iştirakını  Dağlıq  Qarabağ  şərtinin  varlığına  sübut  kimi  göstərir.  Lakin  erməni 

tərəfi Türkiyənin bu açıqlamalarını qəbul etmir və protokollar imzalanarkən heç bir 

şəkildə Qarabağdan bəhs olunmadığını qeyd edir. Türkiyənin digər iki ilkin şərtindən 

(dolayı şəkildə də olsa) fərqli olaraq, Dağlıq Qarabağın protokollarda yer almama-

sı Türkiyə rəsmilərinin Dağlıq Qarabağla bağlı açıqlamalarının beynəlxalq aləmdə 

dəstəklənməməsinə səbəb olur.  

  Göründüyü kimi, protokollarda Qarabağ şərti yer almadığı kimi Qars müqaviləsinə 

də  birbaşa  vurğu  yoxdur,  tarix  komissiyasının  işi  barədə  isə  ciddi  fikir  ayrılığı 

mövcuddur.  Türkiyə  hökumət  nümayəndələri  protokolların  bu  şərtlərlə  imzalana 

biləcəyini ən optimal variant kimi müdafiə edir. Əhməd Davudoğlu protokollarda 

tarix komissiyası ilə əlaqədər qeyri-müəyyənliyi və Qars müqaviləsinə birbaşa vur-

ğu olmamasını münaqişələrin həlli üçün beynəlxalq münasibətlərdə istifadə olunan 

“konstruktiv qeyri-müəyyənlik” (constructive ambiguity) prinsipi ilə izah edir. Yəni 

protokollarda tərəflər arasında problemlərlə əlaqədər qeyri-müəyyən və ya hər iki 

tərəfin öz xeyrinə izah edə biləcəyi ifadələr işlətmək yolu ilə  işə başlamaq və daha 

sonra problemləri addım-addım həll etmək

44

  nəzərdə tutulmuşdur. 



  2.7. Protokolların təsdiqlənmə prosedurası

  Protokolların qüvvəyə minməsi üçün hər iki ölkənin daxilində müəyyən orqanlar 

tərəfindən təsdiqlənməlidir. Türkiyə tərəfində proses bu ardıcıllıqla həyata keçirilir: 

Türkiyənin xarici işlər naziri hökumət adından protokolları parlamentə təqdim edir. 

Protokollar müvafiq komissiyalarda müzakirə edilib qəbul olunduqdan sonra parla-

mentin geniş müzakirəsinə çıxarılır. Parlament qəbul edərsə, prezidentin təsdiqinə 

göndərilir. Protokollar prezident tərəfindən imzalandıqdan sonra rəsmi qəzetdə çap 

olunur, bununla da qüvvəyə minmiş hesab edilir. Bu o deməkdır ki, Türkiyə istəyərsə, 

bu mərhələlərin hər birində prosesi ləngidə bilər. Məhz bu səbəbdən bəziləri belə 

düşünür ki, protokolların təsdiqlənmə prosesi parlamentdə, xüsusən də parlamentin 

Xarici əlaqələr komissiyasında ləngidilə bilər. Belə ki, TBMM-nin Xarici əlaqələr 

44   Taha Akyol. Protokoller Yaşıyor. Milliyet. (06.05.2010).




Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə