Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   ...   9   10   11   12   13   14   15   16   17

SAM-ın İCMALI

  |   27     

“Yol xəritəsi”nin hazırlanması

46

  razılaşdırılmışdır. Hətta xarici işlər nazirləri bu 



çərçivədə ilk toplantılarını da məhz ABŞ-dakı nüvə təhlükəsizliyi üzrə sammitdə 

həyata keçirdilər. Birinci “səssiz diplomatiya” prosesi protokolların hazırlanma-

sı ilə nəticələnmişdir. İkinci “səssiz diplomatiya” isə protokolların təsdiqlənməsi 

üçün “Yol xəritəsi”nin müəyyən olunması ilə nəticələnəcəkdir və buradan sürprizlər 

də  gözləmək  olar.  Türkiyənin  Ermənistanla  başlatdığı  “səssiz  diplomatiya”da 

Azərbaycanla əlaqələrin koordinasiya olunması Bakı ilə Ankara arasında ortaya 

çıxa biləcək yeni gərginlikərin qarşısını ala bilər. 

2.8. Siyasi prosedura

  Türkiyə və Ermənistan hökumətləri protokolların təsdiqlənməsi üçün xaricdən, 

təsdiqlənməməsi üçün isə daxildən təzyiqlərə məruz qalırlar. Protokollar imzalanan-

dan sonra Türkiyə-Ermənistan münasibətləri və protokollar haqqında mübahisələr 

bitmədi, sadəcə məzmun dəyişdi. Lakin onu da qeyd etmək lazımdır ki, qarşılqılı 

müzakirələr üçün psixoloji şərait yarandı.  Protokollar imzalanandan sonra Türkiyənin 

Qarabağ şərti ermənilər tərəfindən ciddi qəbul olunmurdu. Türk rəsmilərinin Qarabağ 

haqqında açıqlamalarını Türkiyə və Azərbaycan ictimaiyyətlərini rahatlatmaq üçün 

verilən mesajlar kimi dəyərləndirən Ermənistan Türkiyənin bu məsələdə qəti möv-

qeyini gec dərk etdi. Ermənistan protokolların “Qarabağsız” təsdiqlənməsi üçün Ru-

siya və ABŞ vasitəsilə Türkiyəyə qarşı təzyiqi artırmağa çalışdı və Qarabağın rəsmi 

olaraq protokollarda yer almamasını siyasi manevr üçün vasitə kimi istifadə etdi. 

İrəvanın özünün isə Türkiyəyə qarşı ata biləcəyi addımlar məhduddur. Ermənistan 

protokolları gah Türkiyədən sonra, gah da ondan əvvəl təsdiqləyəcəyini bildirdi. Hər 

iki halda da ABŞ vasitəsilə Türkiyəyə  qarşı təzyiq göstərməyə çalışdı. Lakin nə 

protokollarla əlaqədar qətiyyətli bir siyasət ortaya qoya bildi, nə də Türkiyəyə qarşı 

təzyiq siyasəti bir nəticə verdi. Bu səbəbdən Ermənistanın “protokollar” siyasətinin 

İrəvan mərkəzli olduğuna dair şübhələr özünü doğrultmağa başladı. Ermənistanın 

protokollardan imzasını geri çəkmə ehtimalı azdır. Bu addım onun həm Türkiyə, həm 

də beynəlxalq aləmə qarşı haqsız vəziyyətə düşməsinə səbəb ola bilər. Ermənistan 

parlamentinin protokollardan imzasını geri çəkmək üçün ölkə prezidentinə verdiyi 

səlahiyyət onun protokollardan imzasını geri çəkəcəyi mənasına gəlmir. 

  Tərəflər  arasında  yaranmış  fikir  ayrılığı  yalnız  Qarabağ  məsələsi  ilə  bağlı  de-

yil. Protokolların imzalanmasından sonra Ermənistan Türkiyə tərəfindən yaradılma-

sı istənilən tarix komissiyasının 1915-ci il hadisələrinin “soyqırım” olub-olmadığını 

araşdırmaq  məqsədi  güdmədiyini  qeyd  etdi.  Ermənistan  21  dövlətin  parlamenti 

tərəfindən qəbul edilmiş məsələnin tarix komissiyasında müzakirə edilməsinə razılıq 

verməklə mövqeyini zəiflətmək istəmirdi. Ermənilər protokolların imzalanmasından 

sonra  da  1915-ci  il  hadisələrinin  beynəlxalq  aləmdə  “soyqırım”  olaraq  tanınması 

üçün təbliğat kampaniyasını davam etdirdilər. 2010-cu ilin mart ayında ABŞ Konq-

resi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində və İsveç parlamentində 

46   Top Dışişleri Bakanlarında, Yenişafak, (13.04.2010)




28  |  

SAM-ın İCMALI 

qəbul olunan “soyqırım” qətnamələri bu təbliğatın nəticələri idi. 

  Beləliklə, Qarabağ və tarix komissiyasının yaradılması kimi məsələlərlə bağlı ya-

ranmış fikir ayrılığı protokolların təsdiqlənməsini çətinləşdirdi. 

  Təzyiqlərə baxmayaraq, protokolların Türkiyə Böyük Millət Məclisində yaxın 

vaxtlarda təsdiqlənmə ehtimalı olduqca azdır. Bunun özünəməxsus daxili və xarici 

səbəbləri vardır. Bu səbəblər aşağıdakılardır: 

       1. Protokolların təsdiqlənmə prosesində AKP millət vəkilləri arasında parçalan-

ma ehtimalı. Bunun da iki səbəbi ola bilər:

   - Məlumdur ki, AKP millət vəkillərinin sayı protokolları parlamentdə təsdiqləmək 

üçün kifayətdir. Lakin partiya daxilindəki millətçi millət vəkilləri Qarabağ məsələsi 

həll  olunmadan  protokolların TBMM-nin  gündəliyinə  salınmasına  qarşı  çıxır.  Bu 

səbəbdən  Baş  nazir  Ərdoğan  “protokolların  təsdiqlənməsi  üçün  Türkiyədə  uy-

ğun şərait meydana gəlməlidir” açıqlamasını vermişdir. Bu uyğun şərait Qarabağ 

məsələsi  və  Ermənistanın Türkiyəyə  qarşı  tələblərində  dəyişikliklərin  yaşanması-

dır.  Bundan  başqa, AKP  daxilindəki  kürd  əsilli  millət  vəkilləri  də  əvvəlcə  “kürd 

açılımı”nın başa çatdırılmasını istəyir. Çünki “erməni açılımı”na qarşı xalq arasında 

mövcud mənfi reaksiya “kürd açılımı”na da mənfi təsir göstərir. 

  Parlamentdəki  AKP-dən  olan  millət  vəkilləri  arasında  parçalanma  təcrübəsi 

əvvəllər də yaşanmışdır. Belə ki, 2003-cü il martın 1-də ABŞ-ın İraqa müdaxiləsi 

məsələsi ilə bağlı partiya daxilində fikir ayrılığı baş vermişdi. İraqa keçəcək ABŞ hərbi 

kontingentinin Türkiyə torpaqlarından istifadə etməsinə dair sənəd AKP hökuməti 

tərəfindən  dəstəklənsə  də,  parlamentin  müzakirəsindən  keçmədi.  Parlamentdəki 

AKP millət vəkilləri də sənədin əleyhinə səs vermişdi. Türkiyə hökuməti bu proble-

min təkrar yaşanmasını istəmir, çünki bunun təkrarlanması hökumətin xalq arasın-

dakı imicinə böyük zərbə vurar. Lakin hökumət millət vəkilləri arasındakı bu fikir 

ayrılığını xarici təzyiqlərə qarşı da istifadə edir. 

   2. Azərbaycanla Ermənistan arasında davam edən Dağlıq Qarabağ müzakirələrində 

istənilən nəticənin əldə olunmaması  və Ermənistanın mövqeyini sərtləşdirməsi.  

   3. 2009-cu il Türkiyə üçün “açılımlar ili” oldu. AKP Türkiyə üçün iki ənənəvi 

problem olan və cəmiyyəti ikiyə bölən kürd və erməni məsələlərinin həlli yönündə 

ciddi  addımlar  atdı.  Bu  açılım  prosesində  yaşanan  bəzi  hadisələrdən  sonra AKP 

hökuməti seçkilərdə qazandığı səslərin bir qismini itirdi. Açılım prosesində səhvlər 

davam edərsə, səs itkisi daha da arta bilər. Digər tərəfdən aparılan sorğular nəticəsində 

məlum oldu ki, türk xalqı “kürd açılımı”na “erməni açılımı”na nisbətdə daha müsbət 

yanaşır. 

            4. Türkiyədə  hal-hazırda  qeyri-rəsmi  seçki  təbliğatına  başlanılmışdır.  2010-

cu  il  sentyabrın  12-də  Türkiyə  hökumətinin  təklifi  ilə  konstitusiyaya  müəyyən 

dəyişikliklər  etmək  üçün  referendum  keçirilməlidir.  2011  və  2012-ci  illərdə  isə 

ölkədə parlament və prezident seçkiləri olmalıdır. Türk xalqının böyük əksəriyyəti 

Azərbaycanı dəstəklədiyi üçün müxalifət partiyaları Ermənistan məsələsini hökümət 

əleyhinə istifadə edə bilərlər. Azərbaycanın bu həssas məsələyə reaksiyası Türkiyədə 

seçicilərin rəyinə təsir göstərə bilər.  Nəticədə, seçicilərin milli konservativ hissəsinə 




Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə