Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə16/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   ...   9   10   11   12   13   14   15   16   17

SAM-ın İCMALI

  |   35     

güzəştlər kimi başa düşüldü. Ermənistanın bu düşüncəsi protokolların təsdiqlənmə 

prosesinə də öz təsirini göstərdi və Ermənistan ABŞ-ın təzyiqi ilə Türkiyənin pro-

tokolları təsdiqləyəcəyini düşündü. Ermənistan bu protokollardan Türkiyənin ilkin 

şərtlərinin ortadan qalxmasına və sərhədlərin açılmasına nail olmaq üçün istifadə 

edir və bundan cəsarətlənərək həm Türkiyəyə, həm də Azərbaycana qarşı daha sərt 

mövqe nümayiş etdirir. 

  Ermənistan  Qarabağla bağlı danışıqlarda aprelin 24-dən əvvəl güzəştə getmək 

istəmədi. Çünki aprelin 24-dən əvvəl Obamanın soyqırım kartının işləyəcəyini, yəni 

Obamanın soyqırım deməməsinə qarşılıq Türkiyənin protokolları təsdiqləyəcəyini 

düşündü. Protokollar təsdiqlənmiş olsaydı, Ermənistana qarşı ən ciddi təzyiq vasitəsi 

olan sərhədlərin açılması məsələsi ortadan qalxacaqdı. Lakin proses Ermənistanın 

istədiyi kimi irəliləmədi və ermənilərin 24 aprel ümidi puç oldu. Bu isə o deməkdir 

ki,  Ermənistanın  ümidləri  tükənir.  Madrid  prinsiplərinin  yenilənmiş  variantını 

Azərbaycanın qəbul edib, Ermənistanın qəbul etməməsi Ermənistanın vəziyyətini 

daha da çətinləşdirə bilər. 

  İstər Ermənistanın siyasi manevrlərinə, istərsə də daxildən və xaricdən gələn cid-

di təzyiq və tənqidlərə baxmayaraq, Türkiyə hökuməti protokollara sala bilmədiyi 

Dağlıq Qarabağ şərtindən imtina etmədi və Azərbaycanla strateji müttəfiqliyini bir 

daha  sübut  etdi.  Ermənistanla  protokolları  imzalayan  Türkiyə  erməni  problemini 

“soyqırım” iddiaları xaricinə çıxararaq müdafiədən müzakirəyə keçmək istədi. ABŞ 

Konqresi Nümayəndələr Palatası Xarici əlaqələr komitəsinin və İsveç parlamenti-

nin qəbul etdikləri qərarlar hələlik Türkiyənin bu istəyinə nail olmadığını göstərdi. 

Bundan başqa, 1915-ci il hadisələri ilə bağlı olaraq 21 ölkənin parlamentində “soy-

qırım”  haqqında  qərarların  qəbul  edilməsi  Ermənistanın  deyil,  erməni  diasporu-

nun  fəaliyyətinin  nəticəsidir.  Protokollar  məsələsinə  münasibətdə  erməni  diaspor 

təşkilatları ikiyə bölünsə də, hər iki qrup “soyqırım” məsələsində eyni düşüncədədir. 

Bundan əlavə, xüsusən ABŞ-da ən güclü erməni diaspor təşkilatları protokolların 

imzalanmasına qarşı çıxmışdır. Elə bu səbəbdən Ermənistanla protokolları imzala-

yan Türkiyə beynəlxalq aləmdə “soyqırım” qərarlarının qarşısını alacağını düşünsə 

də, qısa zamanda bunun mümkün olmadığını anladı. 

  Lakin  Türkiyə bu protokolları erməni diasporuna 1915-ci il hadisələrini “soyqı-

rım” olaraq tanıyacağını söz verən Obamaya qarşı bu istifadə etdi. Eyni zamanda, 

Türkiyə hökümətinə görə, protokol siyasətinin nəticəsi barədə danışmaq hələ tezdir 

və bunun üçün vaxta ehtiyac vardır. Nəticədə, Türkiyə protokolları imzalayaraq bö-

yük bir risk etdi. Onun istədiyi nəticənin alınıb-alınmayacağı bilinmir. Türkiyənin 

Ermənistanla  protokolları  imzalaması  onun  ilkin  şərtlərinin  ortadan  qalxması 

mənasına gəlmir. Əslində, Türkiyə hökumətinin protokolları imzalamaqda məqsədi 

Ermənistanın Türkiyəyə qarşı tələblərini ortadan qaldırmaq və Qarabağ məsələsinin 

həlli üçün fərqli bir taktika həyata keçirməyə çalışmaqdır. 

  Digər  tərəfdən  protokolların  Türkiyə-Ermənistan  münasibətlərində  müsbət  bir 



36  |  

SAM-ın İCMALI 

əhvali-ruhiyyə  yaratdığını  da  söyləmək  mümkündür.  1915-ci  ildən  indiyədək  bö-

yük  güclərin  təsiri  ilə  ermənilər  türkləri  və  Türkiyəni  təhlükə  mənbəyi  olaraq 

görmüşlər.  Türkiyə  ermənilərlə  bu  vaxta  qədər  danışıqlar  aparmamaqla  erməni 

millətçilərinin iddialarını doğrultmuş, Ermənistan ermənilərini diasporun və böyük 

güclərin təbliğatı qarşısında, Türkiyə və türklərlə yaxşı əlaqələr qurmaq istəyənləri 

millətçilər qarşısında tək qoymuşdur. Türkiyənin düşmən görüntüsü davam etdiyi 

üçün bütün ermənilər türk düşmənçiliyi ideyası ətrafında birləşmişdir. Bu isə erməni 

xalqında Türkiyə və Azərbaycan barədə fikirlərin parçalanmasını çətinləşdirmişdir. 

Belə ki, münasibətlərin normallaşma prosesi və protokollar məsələsi göstərmişdir ki, 

ermənilər arasında ciddi fikir ayrılığı yaratmaq mümkündür. Lakin bu fikir ayrılığı 

“soyqırım” və Dağlıq Qarabağ nöqtəsində deyil, protokollar nöqtəsindədir. Yəni bəzi 

mütəxəssislərin iddia etdiyi kimi, protokollardan sonra ermənilər arasında yaranmış 

fikir ayrılığı “soyqırım” və Türkiyədən torpaq tələbi ilə bağlı deyil, protokolların 

mövcud şərtlər altında imzalanıb-imzalanmaması məsələsi ətrafındadır. 

  Protokollardan sonra Dağlıq Qarabağla bağlı diplomatik görüşlərdə Türkiyənin 

tərəf olma arzusu özünü büruzə verdi. Ermənistan buna qarşı olsa da, Türkiyə bu 

məqsədinə nail olmaq üçün hələ də fəaliyyətini davam etdirməkdədir.

  Protokollar imzalandıqdan sonra dünyada və Türkiyədə Qarabağ məsələsinə ma-

raq artdı. Lakin bu sadəcə Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların 

deyil,  eyni  zamanda  2008-ci  il  Rusiya-Gürcüstan  müharibəsinin  və  Ermənistanın 

düşdüyü “blokada” halqasının daralmasının nəticəsidir. 

  Protokollar ilkin görünüşdə Cənubi Qafqazda status-kvonu dəyişdirə bilər. La-

kin  status-kvonun  kimin  lehinə  dəyişəcəyi  bilinmir.  Bağlı  sərhədlər  nəticəsində 

Türkiyənin regional rəqibləri Rusiya və İran Ermənistan sərhədləri daxilində “həbs 

olunub”  saxlanılarkən, Türkiyə  Gürcüstan  və Azərbaycan  üzərindən  həm  hərəkət 

sahəsini artırdı, həm də Azərbaycanı və Gürcüstanı İranın və Rusiyanın təzyiqlərindən 

sığortaladı. Sərhədlər açıq olsaydı, Türkiyənin Rusiya və İran kimi regional rəqibləri 

Ermənistan üzərindən regionda təsir gücünü artıracaq və Türkiyənin hərəkət sahəsini 

daraldacaqdılar. 

  Türkiyə  hökuməti  Dağlıq  Qarabağ  münaqişəsi  həll  olunmadan  protokolları 

parlamentdə ratifikasiya etməmə siyasətində israr edirsə, həm Azərbaycanın, həm də 

Türkiyə müxalifətinin protokollora qarşı etirazlarından narahat olmamalıdır. Bu eti-

razlar Aİ və ABŞ-ın təzyiqlərinə qarşı Türkiyə hökumətinin mövqeyini  gücləndirir. 

Digər tərəfdən, Türkiyə protokolların TBMM-dən keçməsi üçün daxili siyasətində 

süni psixoloji vəziyyət yaratmamalıdır. Eyni zamanda, Dağlıq Qarabağ məsələsində 

həqiqi mənada bir irəliləyiş olmadan, yəni Ermənistan hərbi birləşmələri Azərbaycan 

torpaqlarından çıxmadan protokollar TBMM-də ratifikasiya  olunmamalıdır. 

  Qurulduğu 1918-ci ildə ərazisi 9 min km

2

 olan Ermənistan 20-ci illərdə Zəngəzur 



və Göyçə mahalını da torpaqlarına qataraq sahəsini 29 min km

2

-ə çatdırmışdır. Dağ-



lıq Qarabağı işğal edən, Türkiyə və Gürcüstana qarşı ərazi iddiası olan Ermənistan 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə