Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə15/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   ...   9   10   11   12   13   14   15   16   17

SAM-ın İCMALI

  |   33     

sından alacaqdır.

53

  Yəni İnter RAO Metsamorda istehsal etdiyi elektrik enerjisini  



Türkiyəyə satacaqdır.

  Rusiya  Türkiyə-Ermənistan  sərhədlərinin  açılması  məsələsini  Türkiyə-

Azərbaycan münasibətlərinə zərər vermək üçün istifadə edə bilər. Rusiyanın Cənubi 

Qafqaz siyasətinə ən böyük zərəri Türkiyə-Azərbaycan əməkdaşlığı nəticəsində or-

taya çıxan regional lahiyələr vermişdir. Bu regional lahiyələrin bir hissəsi tamamlan-

sa da, yeniləri də gündəmdədir. Yeni lahiyələri əngəlləmək və əvvəlkiləri istifadəyə 

yararsız  hala  salmaq  üçün  Rusiya Türkiyə-Ermənistan    münasibətlərinin  normal-

laşmasından  istifadə  edərək  Türkiyə-Azərbaycan  əməkdaşlığına  zərər  vermək 

istəyəcəkdir. Hal-hazırda protokalların imzalanmasını dəstəkləməsinə baxmayaraq, 

Rusiya prosesin öz əleyhinə döndüyünü hiss etdiyi anda Ermənistan hakimiyyətinə 

təsir edə biləcək siyasi rıçaqlara sahibdir. 

  3.3. İranın Qafqaz siyasətinə təsiri

  İran  Türkiyə-Ermənistan  sərhədlərinın  bağlanmasından  maksimum  səviyyədə 

faydalanaraq  Ermənistanı  özündən  asılı  vəziyyətə  salmağa  və  bu  ölkə  vasitəsilə 

dünyaya  çıxmağa  çalışmışdır.  Bu  şəkildə  Ermənistandan  həm  özünün  Qafqaz 

siyasətində,  həm  də ABŞ-dakı  erməni  diasporunun  dəstəyini  almaq  üçün  istifadə 

etmişdir. ABŞ dəfələrlə İranın təklənməkdən çıxmasına qarşı olduğunu bildirsə də, 

Ermənistan-İran  münasibətlərindən  narazılığını  ifadə  etməmişdir.  Bununla  belə, 

Ermənistan Rusiyaya olduğu qədər İrana bağlı olmamışdır.

  İran  indiki  səviyyədə  Türkiyə-Ermənistan  sərhədlərinin  açılmasını  istəməyə 

bilər. Çünki sərhədlərin açılması nəticəsində İranın Ermənistandakı gücü zəifləyə 

və ya İranla Ermənistan arasındakı layihələr arxa plana keçə bilər. Eyni zamanda, 

sərhədlərin  açılması  Qərbin  Ermənistanda  rolunun  artmasına  səbəb  ola  bilər  və 

bu da, təbii ki, İranın maraqlarına ziddir. İranla ABŞ arasında gərginlik bitmədən 

Türkiyə-Ermənistan sərhədlərinin açılması Ermənistanın İrana qarşı istifadə olunma-

sına və İran ətrafındakı mühasirənin daralmasına yol aça bilər. Bundan başqa, böyük 

güclərin Ermənistanda mövcudluğu İranın hərəkət sahəsini daraldar. Lakin Türkiyə-

Ermənistan sərhədlərinin açılması eyni zamanda İranın Ermənistan üzərindən dün-

yaya çıxışına da yol aça bilər. Belə ki, bu proses İran-ABŞ münasibətlərinin normal-

laşması ilə dəstəklənərsə, İran-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa enerji və 

kommunikasiya xətti reallaşa bilər.

  3.4. Sərhədlərin açılması üçün ABŞ-ın iki səbəbi

  Türkiyə-Ermənistan  sərhədlərinin  açılmasını  ən  çox  istəyən  dövlət  ABŞ-dır. 

Hətta rəsmi Vaşinqton bu məqsədlə Türkiyəyə təzyiq etməkdən və tərəflər arasın-

da vasitəçi olmaqdan da çəkinmir. ABŞ iki səbəbdən protokollara dəstək verərək 

53  http://www.politeknik.org.tr/site/index.php/bolumler/basin-bildirileri/33-tmmob-ve-odalar/292-basri.html, Timetürk, (04.09.2008).



34  |  

SAM-ın İCMALI 

sərhədlərin açılmasını və diplomatik əlaqələrin qurulmasını istəyir.:

  1.  ABŞ-ın  Cənubi  Qafqaz  siyasəti  və  Cənubi  Qafqazda  davam  edən  geosiya-

si  mübarizə. ABŞ,  xüsusən  Obamanın  hakimiyyətə  gəlməsindən  sonra  Orta  Şərq 

və  Cənubi  Qafqaz  siyasətində  Türkiyəyə  müəyyən  “rol”  vermişdir.  Bu  səbəbdən 

Türkiyə  ilə  Ermənistan  arasında  sərhədlərin  açılmasını  Ermənistanın  Rusiya  və 

İrandan qoparılması və Qərbə inteqrasiyası üçün mühüm bir addım kimi görür. Bu, 

eyni zamanda, ABŞ-ın İran və Rusiyaya bir az da yaxınlaşması və bu iki dövlətin 

regiondan təcrid olunması ilə nəticələnə bilər. Bundan əlavə, ABŞ Ermənistanı alter-

nativ enerji dəhlizi olaraq görür. Xüsusən, Rusiya-Gürcüstan müharibəsindən sonra 

ABŞ  Gürcüstanın  Xəzərin  enerji  resurslarının  tranziti  və  Cənubi  Qafqazın  qapısı 

kimi etibarlı bir xətt olmadığını düşünür. Rusiyanın bir həmlə ilə Gürcüstanı nəzarət 

altına alması ABŞ-ın Cənubi Qafqazda maraqlarına ciddi ziyan vura bilər. Bunun 

üçün Cənubi Qafqazda Gürcüstana alternativ bir enerji və kommunikasiya dəhlizinə 

ehtiyac var.

  2. ABŞ-da prezident seçkilərində erməni diasporunun oynadığı rol. Seçki kampa-

niyasında 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyacağına dair ABŞ-dakı erməni 

diasporuna yazılı söz verən Barak Obama prezident seçildikdən sonra bu sözü tut-

mağın çətin olduğunu anladı. Çünki ABŞ prezidentinin 1915-ci il hadisələrini “soy-

qırım”  kimi  açıqlaması  Türkiyə-ABŞ  münasibətlərinə  ciddi  zərbə  vura    bilərdi. 

Aprelin 24-də “soyqırım” deməmək üçün Obamanın əlində hansısa  ciddi bir dəlil 

olmalı idi. Bunun tək yolu Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsinə olan 

ümidlər idi. 

  Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidentləri daima “soyqırım” məsələsini 

Türkiyəyə  qarşı  təzyiq  vasitəsi  kimi  istifadə  etmişlər.  Yuxarıda  qeyd  olunduğu 

kimi, 2008-ci ildə keçirilən prezident seçkilərində namizədlərdən biri olan demok-

rat  Barak  Obama  ABŞ-dakı  erməni  diaspor  təşkilatlarına  1915-ci  il  hadisələrini 

“soyqırım” olaraq tanıyacağını yazılı şəkildə vəd etmişdir. Yay aylarından etibarən 

Obamanın ən güclü namizəd olduğu ortaya çıxanda Türkiyə Ermənistanla danışıq-

lar  apardığını  açıqladı.  Obama  daha  sonra Türkiyə  səfərində Türkiyə-Ermənistan 

müzakirələrini əngəlləməmək üçün “soyqırım” ifadəsini işlətməyəcəyini bəyan etdi. 

Lakin bu ifadənin altında “sərhədlər açılmazsa”, “soyqırım” sözünü işlədəcəyəm” 

fikri gizlənirdi. Lakin Türkiyə ilə Ermənistan arasındakı gizli danışıqların 2007-ci 

ildən başladığını nəzərə alsaq, bu prosesi sadəcə Obama ilə bağlamaq doğru olmazdı. 

Obama bu prosesi sürətləndirmişdir. Bu normallaşma prosesinin ABŞ-ın Türkiyəyə 

qarşı təzyiqləri nəticəsində ortaya çıxdığını demək üçün kifayət qədər sübut yoxdur. 

  NƏTİCƏ 

  Ermənistanla  münasibətləri  normallaşdırmaq  məqsədilə  Türkiyənin  atdı-

ğı  təktərəfli  addımlar  Ermənistan  tərəfindən  ABŞ-ın  təzyiqi  ilə  verilən  təktərəfli 



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə