Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   ...   9   10   11   12   13   14   15   16   17

SAM-ın İCMALI

  |   29     

aid səslərin AKP–dən digər partiyalara keçmə ehtimalı var. Bunun qarşısını almaq 

üçün, ümumiyyətlə, neoliberal xarici siyasət anlayışına sahib olan AKP Ermənistanla 

yaşanan “protokol böhranı”nda millətçi bir davranış sərgiləməklə millətçi seçicilərin 

səslərini toplamağa çalışdı.

             ABŞ  Konqresi  Nümayəndələr  Palatası  Xarici  əlaqələr  komitəsinin  4  mart 

2010-cu il tarixində 1915-ci il hadisələri ilə əlaqədər qəbul etdiyi qərar da Türkiyə-

Ermənistan  protokollarına  mənfi  təsir  göstərdi.  Komitə  23-ə  qarşı  22  səslə  qəbul 

etdiyi qətnamədə ABŞ Prezidentinin 1915-ci il hadisələrini “soyqırım” olaraq elan 

etməsini istəyirdi. 2007-ci ildə də Xarici əlaqələr komitəsində eyni qərar qəbul edil-

miş və o zaman qətnamənin lehinə 27 səs verilmişdi. 2010-cu ildəki səsvermədə 

qətnamənin  23  səs  toplamasını  protokollarla  əlaqələndirənlər  də  oldu.  İddialara 

görə, komissiyadakı bəzi nümayəndələr Türkiyə ilə Ermənistan arasındakı prosesə 

zərər  verməmək  üçün  qətnamə  əleyhinə  səs  verdi.  İstər  Obama  hökumətinin 

qətnamənin komissiyadan keçməsini əngəlləmək üçün ləng hərəkət etməsi, istərsə 

də qətnamənin komissiyadan keçməsindən sonra Davudoğlunun “ABŞ Türkiyənin 

təzyiqlərə  boyun  əyəcəyini  düşünürsə,  yanılır”  ifadəsi  komissiyada  qəbul  edilən 

qərarın təzyiq məqsədli olduğunu ortaya qoyur. Lakin komissiyanın qəbul etdiyi bu 

qətnamə Türkiyəyə istər protokollar, istərsə də 1915-ci il hadisələri ilə əlaqədər ABŞ 

və Obamanın mövqeyinə qarşı reaksiya vermə fürsətini yaratdı. Türkiyənin bu sərt 

reaksiyası bir tərəfdən Türkiyənin Qarabağ məsələsində qəti mövqeyini yenidən or-

taya qoymasına stimul verdiyi halda, digər tərəfdən  aprelin 24-də “soyqırım” sözü-

nü istifadə etmək istəməyən Obama üçün bir bəhanə də ola bilər. 

  Bu qətnamə özlüyündə Qarabağ prosesini sürətləndirdi. Qətnamənin qəbulundan 

sonra  Ə.Davudoğlu  Qarabağ  şərtini  daha  sərt  sözlərlə  ortaya  qoydu.  Bundan 

başqa,  Madrid  prinsiplərinin  yenilənmiş  variantını  Azərbaycan  tərəfinin  qəbul 

etməsi, Ermənistan tərəfinin isə qəbul etməməsi, Qarabağ məsələsində Türkiyə və 

Azərbaycanın sərt mövqeyi və Rusiya-Azərbaycan münasibətlərində yaşanan müsbət 

irəliləyiş  Ermənistana  qarşı  təzyiqləri  artıra  bilər.  Minsk  qrupu  həmsədrlərinin 

Azərbaycanın  qəbul  etdiyi  Madrid  sənədinin  yenilənmiş  variantının  müzakirəsi 

üçün sadəcə Ermənistana səfər etməsi və həmsədr ölkələrin bu ölkənin rəsmiləri ilə 

görüşdən  sonra  bir  açıqlama  verməməsinə  baxmayaraq,  Ermənistanın  xarici  işlər 

naziri Nalbandyanın “biz 2007-ci ildəki Madrid sənədini qəbul edirik” açıqlaması

47

   



Ermənistana qarşı artan təzyiqin ilkin işarələri ola bilər. Lakin bu təzyiq işarələri 

Ermənistanın güzəştə gedəcəyi mənasına gəlmir. Ermənistan Rusiya və ABŞ arasın-

da rəqs etmək yolu ilə bu təzyiqlərdən qaçmağa çalışır.

  Türkiyənin  daxili  siyasətinə  təsirini  nəzərə  aldığımız  zaman  2011  və  2012-ci 

illərdə  seçkilərin  keçiriləcəyi  səbəbindən  önümüzdəki  2  il  ərzində    protokolların 

təsdiqlənmə ehtimalı olduqca azdır. Lakin 1915-ci il hadisələrinin 100-cü ildönümü 

olan 2015-ci ildə Türkiyəyə qarşı təzyiqlər arta və bu səbəbdən həmin il protokollar-

47  http://www.panarmenian.net/eng/politics/news/46190/RA_MFA_Madrid_Principles_were_adopted_by_Armenia_as_

basis_for_talks_two_years_ago, (6 aprel 2010).



30  |  

SAM-ın İCMALI 

la bağlı kritik tarix ola bilər. 

  Protokolların təsdiqlənməsi prosesi ləngisə də, Türkiyə ilə Ermənistan arasındakı 

münasibətlər normallaşmağa doğru davam edir. Türkiyə bu prosesin dayandırılaca-

ğı təqdirdə bir daha başladıla bilməyəcəyini qeyd edir. Digər tərəfdən Türkiyə pro-

tokolları bir kart olaraq həm Ermənistana, həm də Obama administrasiyasına qarşı 

istifadə edir. 

  Qarabağ  şərtinin  ermənilərin  iddia  etdiyi  kimi  türk  xalqının  və Azərbaycanın 

reaksiyasından  sonramı  gündəliyə  gətirildiyi,  yoxsa  protokolların  imzalandığı 

mərasimdəmi  Ermənistana  bildirildiyi  dəqiq  deyil.

48

    Lakin  Türkiyə  mətbuatında 



yazılanlar  və  bu  ölkənin  rəsmi  şəxslərinin  açıqlamaları  Türkiyənin  protokolla-

rı  imzalayarkən  Qarabağ  məsələsindən  bir  tərəfdən  Ermənistanı  cəsarətləndirmək 

(Qarabağ məsələsinin həlli üçün addım atmaq məqsədilə), digər tərəfdən isə Minsk 

qrupu  həmsədr  ölkələrinin  Ermənistana  təzyiqi  artırmaları  üçün  istifadə  etməyi 

hədəflədiyi  düşünülməkdədir.

49

   Yəni Türkiyə  protokolları  imzalayarkən  Qarabağ 



şərtini tamamən diqqətdən kənarda qoymamışdır.  

  Protokolların imzalanmasından və Baş nazir Ərdoğanın 2009-cu ilin may ayın-

da Azərbaycan Milli Məclisində etdiyi çıxışından sonra Türkiyədən Qarabağ şərti 

ilə  bağlı  fərqli  açıqlamalar  da  gəldi.  Bu  isə  ekspertlərin  Türkiyə  Qarabağ  şərtini 



dəyişdirir (yumuşaldır) şəklində fikirlər səsləndirməsinə səbəb oldu. Xüsusən Baş 

nazir Ərdoğanın 2010-cu ilin aprel ayında Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi 

üzrə sammitdən qayıdarkən, “Ermənistan Qarabağı boşaltmağa Ağdam və Füzulidən 

başlaya bilər”

50

  şəklindəki açıqlaması Türkiyə və Azərbaycan mətbuatında Türkiyə 

Qarabağ şərtini iki rayonla əvəz etdi qənaətli təhlillərin aparılmasına  səbəb oldu. 

Lakin Baş nazir Ərdoğanın açıqlamasının sətiraltı mənalarına diqqət yetirdiyimiz 

zaman Türkiyənin Qarabağ şərtini iki rayonla əvəz etmədiyini görürük. Türkiyənin 

Xarici işlər naziri Əhməd Davudoğlunun  2010-cu il mayın 4-də Türkiyə media-

sına verdiyi müsahibədə “Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması 



üçün ilk növbədə İrəvan işğal etdiyi bölgələrdən çəkilməli, Bakı bu addımdan razı 

qalmalı və sonra Azərbaycan-Ermənistan sərhədi açılmalıdır”

51

 şəklində açıqlaması 



Türkiyənin sərhədlər siyasətinin Bakı mərkəzli olduğuna işarədir. Göründüyü kimi, 

Davudoğlunun  bu  açıqlaması  Ərdoğanın Azərbaycan  Milli  Məclisində  “Qarabağ-

da işğal bitmədən sərhədlər açıla bılməz” şəklində səsləndirdiyi fikirdən nisbətən 

fərqlənir.  Lakin  burada  mühüm  olan  Azərbaycanın  Qarabağ  siyasətinin  Türkiyə 

tərəfindən dəstəklənməsidir. Çünki Azərbaycan da işğal altındakı rayonların boşal-

dılması qarşılığında Ermənistanla sərhədlərini aça biləcəyini qeyd etmişdir. Bakının 

istəklərinin əks olunduğu hər hansı bir razılaşma isə hələ də Ermənistan tərəfindən 

qəbul edilməmişdir. 

 

48   Mehmet Ali Birand. Gizli görüşmelerde kim kimi aldattı? Hürriyet (03 aprel 2010).



49   Gürkan Zengin. Rusya, Türkiye’yi aldatıyor mu? Star (9 mart 2010).

50   Başbakan Erdoğan`dan önemli açıklamalar. Sabah (14 aprel 2010).

51   Can Dündar. Davudoğlu Oxford`dan hangi kitabı aldı? Milliyet (4 may 2010)



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə