Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

SAM-ın İCMALI

  |   25     

komissiyasında uzun illərdir təsdiqini gözləyən sənədlər var. Bunlardan biri Aİ-nın 

da tez bir zamanda təsdiqlənməsini istədiyi Kipr protokoludur. 

  Türkiyənin  xarici  işlər  naziri  Əhməd  Davudoğlu  oktyabrın  21-də  protokolları 

parlamentə təqdim etdi. Hal-hazırda protokollar TBMM-nin Xarici əlaqələr komis-

siyasındadır.  Türkiyə tərəfi Qarabağ məsələsinin həllində irəliləyiş olmadığı halda 

protokolları təsdiqləmək üçün parlamentin gündəminə gətirməyəcəyini israrla qeyd 

edir. 


  Ermənistanda isə təsdiqlənmə prosesi iki ölkə arasında yeni böhrana yol açdı. Bu 

ölkədə proses fərqli məcrada davam edir. Belə ki, Ermənistan Prezidenti 2009-cu il 

noyabrın 17-də protokolları Konstitusiya Məhkəməsinə göndərdi. 2010-cu il yan-

varın 12-də Məhkəmə protokolların konstitusiyaya uyğun olduğunu açıqladı. Lakin 

beynəlxalq aləmdə müsbət qarşılanan bu qərarın yaratdığı ab-hava uzun sürmədi. 

Yanvarın  18-də  Konstitusiya  Məhkəməsi  verdiyi  qərarın  mətnini  açıqlamaqla 

Ankara-İrəvan arasında yeni bir böhrana yol açdı. Məhkəmə qərarının mətnində pro-

tokolların konstitusiyaya uyğun olması göstərilsə də, Ermənistan Konstitusiyası və 

Azadlıq Bəyannaməsinin 11-ci maddəsinə zidd ola bilməyəcəyi də vurğulanırdı.  

  Məhkəmənin  verdiyi  qərarda  Ermənistan  Konstitusiyası  və  Azadlıq 

Bəyannaməsinin protokollarla bağlı diqqət yetirilməli məqamları aşağıdakılardır:

  Azadlıq  Bəyannaməsinin  11-ci  maddəsində  Ermənistan  Respublikasının  1915-



ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda baş verən soyqırımın beynəlxalq 

aləmdə tanınması vəzifəsini dəstəklədiyi qeyd olunur.  

  Ermənistan Konstitusiyasının girişində Azadlıq Bəyannaməsində qəbul olunan 

prinsiplərin əhəmiyyəti bir daha qeyd edilir. 

  Konstitusiyanın 13-cü maddəsində Türkiyənin sərhədləri daxilində yerləşən Ağrı 

dağı isə Ararat olaraq Ermənistan dövlətinin rəmzi kimi təsvir edilir.

  Ermənistan Konstitusiya Məhkəməsinin qərarına görə, protokollar bu üç məqama 

zidd şəkildə şərh edilə bilməz. Yəni Ermənistanın daxili qanunlarına görə, bu ölkə 

Türkiyəyə qarşı torpaq və soyqırım iddialarından imtina etmir. Halbuki, protokol-

ları imzalamaqda Türkiyənin əsas məqsədlərindən biri Ermənistanın torpaq iddia-

larını ortadan qaldırmaq, tarix komissiyası yaratmaq yolu ilə 1915-ci il hadisələrini 

müzakirə etmək və onun beynəlxalq aləmdə soyqırım kimi tanınmasının qarşısını 

almaq idi.

Ermənistan  Konstitusiya  Məhkəməsinin  verdiyi  qərar  bir  neçə  səbəblə  izah  edilə 

bilər:


  1.  Protokokolların qəbul edilməsinə qarşı çıxan diasporun və müxalifətin sərt re-

aksiyalarını yumşaltmaq, bununla da Sərkisyan hökuməti üçün dəstəyi yeniləmək; 

  2.  Türkiyənin  “Qarabağ  kartı”nı  ortadan  qaldırmaq.  Məlumdur  ki,  Türkiyə 

tərəfi protokolların TBMM-də təsdiqi üçün Dağlıq Qarabağ məsələsinin həllini il-

kin  şərtlərindən  biri  kimi  irəli  sürmüşdü.  Konstitusiya  Məhkəməsinin  qərarı  ilə 

Ermənistan da Türkiyəyə qarşı bir “kart” əldə etmiş oldu. Ermənistan tərəfi proto-

kolların Konstitusiya Məhkəməsinin qərarı şəklində parlamentdən keçməməsi üçün 

Türkiyənin Dağlıq Qarabağ kartından imtina etməsi tələbini irəli sürə və bu tələbin 




26  |  

SAM-ın İCMALI 

reallaşması üçün ABŞ və Rusiyadan da dəstək istəyə bilər. 

  3.  Konstitusiya  Məhkəməsinin  bu  qərarı  Ermənistanın  əslində  Türkiyəyə  qar-

şı soyqırım və torpaq iddialarından imtina etmədiyini, protokollarin müzakirəsi ilə 

müvəqqəti olaraq dondurduğunu, ancaq vaxtı gələndə istifadə edə biləcəyini ifadə 

etmiş oldu.  

  Yanvarın  18-də  Türkiyənin  Xarici  İşlər  Nazirliyi  Ermənistanın  Konstitusiya 

Məhkəməsinin qəbul etdiyi qərarın protokolların, bütövlükdə müzakirə prosesinin 

ruh və məqsədi ilə ziddiyyət təşkil etdiyini önə çəkərək onların qəbuledilməz ol-

duğunu açıqladı. Bu hadisədən sonra bir tərəfdən bu qərarın müzakirə prosedurası-

na zərər verməyəcəyinə dair Ermənistan tərəfindən yazılı zəmanət istəyən Türkiyə 

digər tərəfdən vasitəçilərin - ABŞ və İsveçrənin dəstəyini almaq istədi. Lakin bunu 

bacarmadığı kimi hal-hazırda protokolların təsdiqlənməsi prosesində bu məsələnin 

çox  da  əhəmiyət  daşımadığını  düşünür. Türkiyə  Ermənistan  parlamentinin  proto-

kollarda bir dəyişiklik etmədən və Ermənistan Konstitusiya Məhkəməsinin qərarını 

nəzərə almadan müzakirələrdən keçirəcəyini düşünür.

  Aprelin  24-nə  qədər  protokolların  qarşılıqlı  olaraq  təsdiqlənməsini  istəyən 

Ermənistan Türkiyə  tərəfindən  məsələyə  münasibətdə  heç  bir  irəliləyiş  müşahidə 

etmədi.  Türkiyənin  protokolları  aprelin  24-dən  əvvəl  təsdiqləməməsi  erməni 

müxalifətinin  və  diasporunun  etirazlarına  baxmayaraq  protokolları  imzalayan 

Sərkisyan  üçün  ciddi  təhlükə  yaratdı.  Məhz  bu  səbəbdən  2010-cu  il    aprelin  22-

də, yəni tərəflər arasında “Yol xəritəsi”nin açıqlanmasından bir il sonra (aprelin 24-

dən iki gün əvəl) Ermənistan Prezidenti Serj Sərkisyan Türkiyədə uyğun bir şərait 

və Ankarada  normallaşma  prosesini  davam  etdirməyə  hazır  bir  liderlik  yaranana 

qədər protokolların təsdiqlənməsini “dondurduqlarını” açıqladı. Bu bəyanat proto-

kolların təsdiqlənmə prosesinin tamamən ortadan qalxdığı mənasına gəlmir. Proses 

müvəqqəti  olaraq  durduruldu.  Əslində,  Sərkisyanın  diaspordan  və  daxildən  gələn 

təzyiqlərin təsiri altında atdığı bu addım Qarabağ məsələsində hər hansı bir razılıq 

olmadan protokolları təsdiqləmək istəməyən Türkiyənin də maraqlarına uyğun oldu. 

Prosesin bu səviyyəyə gəlməsində Türkiyənin sonradan Qarabağ şərtini irəli sürməsi 

göstərilsə də, nəticədə protokolların təsdiqlənməsini dondurduğunu açıqlayan tərəfin 

Türkiyə deyil, Ermənistanın olması Türkiyə üstündə artan təzyiqləri azaltdı.

  2010-cu il  aprelin 24-dən sonra normallaşma prosesinin “səssiz diplomatiya” 

ilə davam edəcəyi ortaya çıxdı.

45

  İki tərəf arasındakı müzakirə edilən məsələlər çox 



həssas olduğu üçün açıq diplomatiya xalqların və müxalifətin reaksiyaları nəticəsində 

istənilən nəticəni vermir və ya prosesin zərər görməsinə səbəb olur. Beləliklə, açıq 



diplomatiya protokolların təsdiqlənməsi prosesinə zərər verdiyi üçün təkrar səssiz 

diplomatiyaya dönmə arzusu göstərilməkdədir. 

  Bundan  əlavə,  Baş  nazir  Ərdoğanın  ABŞ-dakı  nüvə  təhlükəsizliyi  üzrə 

sammitdə Sərkisyanla görüşdən sonra prosesin xarici işlər nazirləri vasitəsilə da-

vam etdirilməsi və protokolların təsdiqlənməsi üçün izlənəcək yol baxımından bir 

45   Sessiz diplomasi dönemi, Radikal (26.04.2010).



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə