Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   2   3   4   5   6   7   8   9   10   ...   17

SAM-ın İCMALI

  |   17     

etməməsi  erməni  diasporunu,  ermənicə  “metz  yegen”  sözünü  istifadə  etməsi  isə 

Türkiyə rəsmilərini narahat etmişdir. Lakin Türkiyə hökuməti Obamanın “soyqırım” 

deməməsini aprelin 22-də açıqlanan “Yol xəritəsi”nin uğuru kimi qiymətləndirdi. 

Obamanın “genocide” deməməsi Türkiyənin, “metz yegen“ deməsi isə ermənilərin 

könlünü almaq mənasına gəlirdi. 

  Həmin  günlərdə AKP  təmsilçiləri  və  bəzi  diplomatlar  Ermənistanla  əlaqələrin 

normallaşdırılmasının  fərqli  yollarını  axtarırdılar.  Bu  yollardan  biri  də  Türkiyə 

ilə  Ermənistan  arasında  sərhədlərin  açılmasından  əvvəl  diplomatik  əlaqələrin  qu-

rulması idi. Buna görə tərəflər arasında diplomatik əlaqə Gürcüstandakı səfirliklər 

vasitəsilə qurulmalı və bu məqsədlə hər iki tərəfin Tbilisidəki səfirləri qarşılıqlı ola-

raq akreditə olunmalı idi.

25

  Gürcüstan üstündən diplomatik əlaqələr qurulduqdan 



sonra Türkiyə ilə Ermənistan arasındakı gömrük qapısının həftədə bir gün açılması

26

  



və ya “sərhədləri ilkin şərtsiz açaq, Ermənistan buna qarşı müsbət addımlar atmazsa, 

sərhədləri təkrar bağlayarıq” təklifləri səslənirdi. “Normallaşma” üçün ikinci yol isə 

tərəflərin qarşılıqlı surətdə səfirliklər açması idi.

27

 



  2.2. Protokolların Türkiyə-Azərbaycan münasibətlərinə təsiri

  Türkiyə-Ermənistan  münasibətlərinin  normallaşmasının  müzakirə  olunduğu 

günlərdə  prosesi  diqqətlə  izləyən  üçüncü  tərəflərdən  biri  də  Azərbaycan  olmuş-

dur. Çünki bu prosesin Azərbaycanın Dağlıq Qarabağ siyasətinə birbaşa təsiri var. 

Azərbaycanın  dövlət  rəsmiləri Türkiyə  ilə  Ermənistan  arasındakı  görüşlərə  etiraz 

etməsələr də, Dağlıq Qarabağda işğal bitmədən sərhədlərin açılmasına şiddətlə qarşı 

çıxırdılar. Bu sahədə Türkiyə ilə Azərbaycan arasında son 16 ildə ciddi əməkdaşlıq 

olmuşdur. Lakin 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin nor-

mallaşması  prosesinin  detalları  haqqında  xəbərləri  üçüncü  tərəf(lər)dən  alması, 

türkiyəli rəsmilərin bu barədə bir-birindən fərqli açıqlamaları və erməni mətbuatında 

Dağlıq Qarabağın Türkiyə-Ermənistan “normallaşma prosesi”ndə ilkin şərt olma-

ması xəbərlərini Türkiyənin təkzib etməməsi Azərbaycanı narahat etmişdir. Digər 

tərəfdən, 1993-cü ildən etibarən ilk dəfə Türkiyə ilə Ermənistan münasibətlərində 

Dağlıq Qarabağın güclü bir ilkin şərt olmadığı hiss olunurdu. Türkiyədə davam edən 

bu prosesə paralel olaraq, Türkiyə daxilindən olduğu kimi, Azərbaycandan da etiraz 

səsləri yüksəldi. Azərbaycan Prezidenti İlham Əliyev “sərhədlər Kəlbəcərin işğalın-

dan sonra bağlanmışdır, yalnız Kəlbəcər azad olunduqdan sonra açılmalıdır” açıq-

lamasını  verərək  rəsmi  səviyyədə Azərbaycanın  mövqeyini  bildirdi.  Bu  hadisələr 

qarşılıqlı olaraq etimadsızlığın yaranmasına səbəb oldu. Türkiyədə də Ermənistanla 

“normallaşma porsesi” ilə bağlı Azərbaycanın məlumatlandırılmadığı və prosesdə 

25  Türkiyə-Ermənistan əlaqələrində Türkiyənin Tbilisidəki səfirliyi daha əvvəl də önəmli rol oynamışdı. Ermənistanın

Baş naziri Markaryanın vəfatından sonra 2007-ci ilin martında Ərdoğanın başsağlığı məktubunu Ermənistan Prezidenti

Köçəryana çatdırmaq üçün Türkiyənin Gürcüstandakı səfiri Ermənistanın Tbilisidəki səfirinə təqdim etmişdi.

26   Bu formul AKP sədrinin xarici əlaqələr üzrə müavini, TBMM Xarici əlaqələr komissiyasının mətbuat katibi Suat

Kınıklıoğlunun NTV kanalına açıqlamasında ortaya çıxmışdır.

27  Hürriyet (24.04. 2009).




18  |  

SAM-ın İCMALI 

Azərbaycan tərəfinə diqqət göstərilmədiyinə dair iradlar artdı. 

  Əlbəttə, məsələyə Cənubi Qafqazda davam edən geosiyasi oyun prizmasından 

baxdığımız zaman yaşanan bu böhranlardan nə Azərbaycan, nə də Türkiyə qazanclı 

çıxdı. Əksinə, üçüncü qüvvə(lər) qazanclı çıxmağa çalışdı. Türkiyə-Ermənistan pro-

tokolları ilə bağlı yaranan qısa gərginlik Türkiyə ilə Azərbaycan arasındakı  digər 

sahələrə də mənfi təsir göstərdi. Xüsusilə iki ölkə arasında qazın alqı-satqısına dair 

müqavilənin imzalanması gecikdi. 

  Lakin  Türkiyə  və  Azərbaycan  arasında  etimadsızlıq  uzun  sürmədi,  qarşılıqlı 

səfərlər zamanı aparılan danışıqlar nəticəsində ortadan  götürüldü. Bu səfərlərdən 

ən əhəmiyyətlisi 2009-cu il mayın 13-də Baş nazir Ərdoğanın hökumətin beş nazi-

ri ilə birlikdə Azərbaycana gəlməsi oldu. Ekspertlər bu səfəri “gecikmiş, lakin fay-

dalı bir səfər” kimi dəyərləndirdilər. Ərdoğanın Azərbaycan Respublikasının Mil-

li  Məclisindəki  çıxışında  “Dağlıq  Qarabağda  işğal  bitmədən  Türkiyə-Ermənistan 

sərhədləri  açılmayacaqdır”  açıqlaması  mövcud  şərtlər  altında  sərhədlərin  açıl-

masına  qarşı  olanları,  tam  olmasa  da,  bir  qədər  rahatlatdı,  sərhədlərin  açılma-

sını  istəyənlər  tərəfindən  isə  tənqid  olundu.  Bəzi  jurnalistlər  və  yaşlı  diplomatlar 

Türkiyənin sərhədləri Dağlıq Qarabağ üçün deyil, ətrafındakı 7 rayon üçün bağla-

dığını önə çəkərək Ərdoğanın səhv açıqlama verdiyini iddia etsələr də

28

  Baş na-



zir  Ərdoğan  daha  sonralar  da Azərbaycan  parlamentindəki  açıqlamasını  dəfələrlə 

təkrarladı. Türkiyənin Baş nazirindən başqa xarici işlər naziri Əhməd Davudoğlu da 

dəfələrlə Dağlıq Qarabağda işğal bitmədən sərhədlərin açılmayacağını bildirdi. İki 

qardaş dövlət arasında yaranan bu problemdə ekspertlərin ən çox üstündə durduğu 

çatışmazlıqlardan biri koordinasiyanın olmaması idi. Bu hadisədən sonra Türkiyə 

və Azərbaycan arasında Dağlıq Qarabağ diplomatiyası və protokollar məsələsində 

koordinasıyanın daha da gücləndiyi açıq şəkildə hiss olunmağa başladı. Türkiyə ilə 

Ermənistan arasında yaşanan hər yeni hadisədən sonra Türkiyədən Azərbaycana xü-

susi diplomatlar göndərilərək və ya rəsmi səviyyədə telefon danışıqları ilə bu yeni 

hadisələrin  inkişafı  haqqında  Azərbaycan  daha  çox  məlumatlandırıldı.  Beləliklə, 

Azərbaycanda Türkiyənin protokollar siyasətinin məğzi anlaşıldı. Xüsusən Baş na-

zir Ərdoğanın Azərbaycan Milli Məclisindəki açıqlamaları Azərbaycanda Türkiyəyə 

qarşı etimadı artırdı.

  Lakin  bu,  Türkiyə-Azərbaycan  münasibətlərində  yaranmış  gərginliyin  tam  or-

tadan qaldırılması ilə nəticələnmədi. Protokolların mətninin açıqlandığı tarix, yəni 

31 avqust münasibətlərdə problemə səbəb olmasa da, 2009-cu il oktyabrın 14-də 

dünya  kubokunun  seçmə  oyunları  çərçivəsində  Türkiyə  ilə  Ermənistan  arasın-

da Bursada oynanılan futbol oyununa Azərbaycan bayrağının gətirilməsinə Bursa 

İcra  Hakimiyyətinin  Dünya  Futbol  Federasiyasının  (FİFA)  qərarına  əsasən  icazə 

verməməsi  və  Azərbaycan  bayrağının  bir  polis  işcisi  tərəfindən  təhqir  olunma-

sı  münasibətlərdə  yeni  bir  gərginlik  yaratdı. Azərbaycan  bayrağının  təhqir  olun-

masına  qarşılıq  olaraq  Bakıda  türk  şəhidlərinin  xatirəsinə  ucaldılmış  abidənin  və 

türk məscidinin qarşısındakı Türkiyə bayraqları müvəqqəti olaraq endirildi. Bursa-

28   Cengiz Çandar. Berbat Diplomasi. Radikal (15.05.2009).




Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə