Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   2   3   4   5   6   7   8   9   ...   17

SAM-ın İCMALI

  |   11     

siyasətindən əl çəkməli, o hadisələri araşdırmaq üçün türk və erməni tarixçiləri ilə 

yanaşı, digər tərəfsiz tarixçilərin də daxil olduğu komissiyanın yaradılmasına razılıq 

verməlidir;

  •  Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməməli və Ağrı dağının təsvirini bay-

rağından çıxarmalıdır;

  •  Dağlıq  Qarabağ  münaqişəsində Azərbaycanın  istədiyi  həll  variantını  qəbul 

etməlidir;

  •  Naxçıvan-Azərbaycan yolunu açmalıdır. 

13

  1994-cü il mayın 12-də Azərbaycan ilə Ermənistan arasında atəşkəs müqaviləsi 



imzalandıqdan sonra, beynəlxalq təzyiqlərin nəticəsi olaraq, Türkiyə hava sahəsinin 

H-50  koridorunu  Ermənistanın  üzünə  açmışdır.

14

    Sərhədlərin  bağlı  qalmasına  və 



diplomatik əlaqələrin olmamasına baxmayaraq, iki tərəf arasında əlaqələr bundan 

sonra da tam qopmamışdır. Belə ki, 1997-ci ildə iş adamlarının bir araya gəlməsi ilə 

iki ölkə arasında ticarət və siyasi əlaqələri inkişaf etdirmək üçün Türkiyə-Ermənistan 

Ticarət Şurası yaradılmış və 1999-cu ilin noyabrında Türkiyənin Kənd təsərrüfatı na-

ziri Mehdi Əkər Ermənistanın qətlə yetirilmiş Baş naziri Vazgen Sərkisyanın yas 

mərasimində iştirak etmək üçün Ermənistana getmişdir. 2001-ci il iyunun 9-da ABŞ-

ın vasitəçiliyi ilə Ermənistanla Türkiyə arasında Türk-Erməni Barışdırma Komissi-

yası yaradılmış, komissiyaya Türkiyə tərəfindən 4, Ermənistan tərəfindən isə 6 tanın-

mış siyasətçi daxil edilmişdir.

15

 



  Türkiyə  ilə  Ermənistan  arasında  ticarət  sahəsində  əlaqələr  üçüncü  ölkələr 

vasitəsilə davam etdirilmişdir. Erməni marketlərində türk malları satılmağa başlamış 

və keçən müddət ərzində erməni iş adamları Türkiyəyə asanlıqla viza ala bilmişlər. 

Sərhədlərin bağlı olmasına baxmayaraq, ticarət İran və Gürcüstan əraziləri vasitəsilə 

davam etdirilmişdir. İki tərəf arasında 1993-cü ildə 4,5 milyon dollar olan ticarət 

dövriyyəsi  1997-ci  ildə  30  milyon,  2007-ci  ildə  120  milyon  və  2008-ci  ildə  200 

milyon  dollara  qədər  artmışdır.  Bundan  başqa,  iki  ölkə  arasında  İstanbul-İrəvan, 

Antalya-İrəvan  təyyarə  reysləri  və  İrəvan-İstanbul, Antalya-İrəvan  avtobus  marş-

rutları təşkil olunmuşdur. Türkiyədə qeyri-leqal olaraq 20 mindən çox Ermənistan 

vətandaşı  çalışmaqdadır.  Türkiyə  və  Ermənistan  GSM  şirkətləri  arasında  rominq 

müqavilələri imzalanmış və erməni şirkətləri bu rominq xidmətindən zaman-zaman 

işğal  altındakı  Azərbaycan  torpaqlarında  da  istifadə  etmişlər.  Abdullah  Gülün 

Ermənistana səfəri zamanı Türkiyənin Unit Group şirkəti ilə Ermənistan Elektrik 

Şirkəti və Ermənistan Enerji və Sənaye Nazirliyi arasında elektrik enerjisinin alın-

ması sahəsində müqaviləsi imzalanmışdır.

16

 



  1.1. 2002-ci ildən sonra Türkiyə-Ermənistan münasibətləri

  2002-ci ildən sonra Türkiyənin xarici siyasətində yaşanan anlayış dəyişikliyi An-

13  Muhammed Örtlek. Millet-i Sadıkadan Haydata. Radikal (23.02.2007).

14  Mustafa Aydın. Göstərilən əsəri, s. 412.

15   Aybars Görgülü. Göstərilən əsəri, s. 19.

16  Tərəflər arasında texniki və icazə hazırlıqları bitdikdən sonra Türkiyə Ermənistandan elektrik enerjisi almağa




12  |  

SAM-ın İCMALI 

karanın Ermənistan siyasətinə də öz təsirini göstərdi. Türkiyə Kipr, Suriya və Şimali 

İraq siyasətində olduğu kimi Ermənistana qarşı da bəzi “qarşılıqsız” addımlar atma-

ğa başladı. Onlardan bəzilərini qeyd edək:

  •  2003-cü il oktyabrın 16-da Türkiyə hava sahəsini Ermənistanın üzünə açdı və 

bu ölkənin təyyarələri Türkiyəyə birbaşa uçmağa başladı;

  •  2007-ci il martın 29-da Türkiyə erməni kilsəsi olan Akdamarı təmir etdirdi və 

muzey olaraq istifadəyə verdi;

17

 

  •  2008-ci ilin sentyabrında Serj Sərkisyanın dəvəti ilə Türkiyə Prezidenti Ab-



dullah Gül Ermənistana səfər etdi;

  •  Abdullah Gülün bu ölkəyə səfərindən sonra xaricdəki Ermənistan səfirliklərinin 

təşkil etdiyi ziyafətlərdə türk diplomatlarının iştirakına icazə verildi. 

  Bu addımlara qarşılıq olaraq Ermənistan tərəfi sadəcə Abdullah Gülün bu ölkəyə 

səfəri ilə əlaqədar Ermənistan Futbol Federasiyasının (EFF) emblemindən Ağrı da-

ğının  təsvirini  çıxartdı. Amma  çox  keçmədən  Ermənistan  ictimaiyyətindən  gələn 

sərt tənqidlər nəticəsində EFF erməni xalqından üzr istəyərək Ağrı dağının təsvirini 

yenidən embleminə qaytardı.



  1.2. Türkiyənin Ermənistan siyasətində normallaşmanın səbəbləri

  Türkiyə 2002-ci ildən sonra Ermənistan siyasətindəki bu dəyişikliyə “iki dövlət 

arasında münasibətlərin normallaşması” adını verdi. “Normallaşma” Ədalət və İn-

kişaf Partiyasının (Adalet və Kalkınma Partisi (AK Parti) təşkil etdiyi hökumətin 

dövründə  başlasa  da,  Türkiyədə  bu  prosesi  digər  türk  diplomatları  arasında  da 

dəstəkləyənlər  oldu.  Türkiyə  dövləti  münasibətlərin  normallaşması  prosesini  üç 

istiqamətdə aparmağa çalışdı:

-  birincisi,  türk və erməni xalqları arasında barışın əldə olunması;

-  ikincisi,  Türkiyə  ilə  Ermənistan  arasında  siyasi  və  tarixi  məsələlərlə  bağlı 

müzakirələrə başlamaq və Dağlıq Qarabağ probleminin həllinə dəstək vermək yo-

luyla regional sülhün əldə olunması;

-  üçüncüsü, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpa edilməsi 

və sərhədlərin açılması. 

Türkiyə hər üç istiqamətin bir layihə çərçivəsində həyata keçirilməsini istəyir. 

  2002-ci  ildən  sonra  münasibətlərin  normallaşması  prosesi  sadəcə  Ermənistana 

qarşı  deyil,  eyni  zamanda  Türkiyədəki  ermənilərə  qarşı  da  həyata  keçirilməyə 

başlandı.  Bu  mənada  Türkiyə  ermənilərinin  hüquqları  məsələsi  siyasi  partiyala-

rın təbliğat proqramlarında yer aldı,

18

  QHT-lər və araşdırma mərkəzləri türklərlə 



başlayacaqdır. Unit Group şirkətindən Beynəlxalq Böhran Qrupuna verilən məlumata görə, Türkiyə tərəfi siyasi

səbəblərdən bu müqavilənin həyata keçirilməsinə icazə vermir. http://www.unit.com.tr/distribution_electrialy_trading.

htm, http://www.eud.org.tr/Upload/1298erm.htm.

17   2010-cu ildən etibarən bu kilsə türkiyəli ermənilərin istəkləri nəzərə alınaraq ildə bir dəfə ibadətə açıldı. Hal-hazırda

ermənilər bu kilsəyə erməni xaçının taxılmasını istəyirlər.

18   Ermeni asıllı Türk vatandaşı AKP’den aday, http://www.hyetert.com/haber3.asp?AltYazi=Haberler%20\>%20

Güncel&Id=26422&DilId=1, (17.05.2007).



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə