53
görə, şəhər Gülüstan qalasının xarabalıqları rayonunda, müasir Şamaxının 1,5 kilometrliyində olmuşdur.
72
Ancaq "Tarix-i əl-Bab"da
deyilir ki, h.416 (1025)-cı ildə Şirvanşahın Yəzidiyyədə canişini olan oğlu
Ənuşirəvan ibn Yəzid
[100 - 101]
atasına qarşı baş tutmayan qiyamdan sonra sığınacaq üçün Gülüstan qalasına
qaçmış, lakin vəzir onu təqib edərək ələ keçirmiş və atasına vermişdi. Bu məlumat ehtimal etməyə imkan verir
ki, Yəzidiyyə Gülüstandan bir qədər aralı olmuşdur. Həmin mənbədə, həmçinin, 1067-ci ildə Şirvanşah
Fəribürzün bibisi, Yəzidin qızı Şəmkuyyənin öldüyü xəbər verilir. O, Culistanda (Gülüstanda) ölmüş, cənazəsi
isə Şəbərana aparılmışdı.
73
Göründüyü kimi, həmin vaxt Şirvanşahın ailəsi Gülüstan qalasında yaşayırdı. Bu
mətn
də göstərir ki, Yəzidiyyə Gülüstanın ərazisində deyil, ehtimal ki, indiki Şamaxının yerində olmuşdur.
"Tarix-i əl-Bab"dan başqa bütün IX, X və XI əsr ərəb mənbələrində Şəmaxiyyə şəhərinin adı çəkilir. Göründüyü
kimi, bu şəhər həm Yəzidiyyə, həm də qədim adı üə Şəmaxiyyə adlanırdı. Bunu Yaqut da təsdiq edir.
74
Şəmaxiyyə adı XI əsrdən sonra Yəzidiyyə adını sıxışdırıb aradan çıxarmişdır. Sonralar bu ada rast gəlinmir.
İstəxri təqribən 930-cu ildə "mühüm olmayan, eyni böyüklükdə, lakin bərəkətli, geniş yararlı təsərrüfat
sahələri olan şəhərlər" sırasında Şəmaxiyyə, Şərvan, Abxaz, Şəbəran, Qəbələ və Şəkinin adların çəkir. İstəxri bu
şəhərlərdəki ucuzluğu və ərzaq bolluğunu təsvir edir. ''Bu səhərlərdə [satış]
qiymətləri o qədər ucuzdur ki, bir
sıra yerlərdə qoyunun qiyməti yalnız iki dirhəmədəkdir, bəzi yerlərdə isə iki-üç man balın qiyməti bir dirhəmdir.
Orada hər şey boldur..."
75
İstəxrinin əsərinin Yaqutun istifadə etdiyi, lakin bizə gəlib catmayan nüsxəsində Bərdədən Bərzəncə
(Bərdicə - Kür üstündə salınmış şəhər –
S. A. ) qədər yol göstərildikdən sonra xəbər verilir "... Bərzəncdən Kürü
keçərək əş-Şəmaxiyyəyə qədər 14 fərsəxdir. Burada minbər (Cümə məscidi –
S. A. ) yoxdur. Şamaxıdan minbər
olan kiçik Şəbəran şəhərinədək üç günlük yoldur". Yaqut əlavə edir: "İstəxrinin sözlərinə əsasən
düşünmək olar
ki, Şamaxı şəhəri nisbətən təzə (yəni, İstəxrinin vaxtında –
S. A. ) salınmışdır".
76
Lakin gətirilmiş numizmatik
dəlillər göstərir ki, Şamaxı - Yəzidiyyə ərəblərin zamanında, VIII əsrin əvvəlindən gec olmayaraq mövcud
olmuşdur. X əsrin birinci rübündə müsəlman şəhərində - Şirvanşahların paytaxtında Cümə məscidinin
olmamasını köhnə məscidin tez-tez baş verən zəlzələlərdən uçııb-dağılması ilə izah etmək mümkündür,
Şamaxıdakı Cümə məscidinin həyətində aparılan arxeoloji qazıntılar zamanı iki mədəni təbəqə aşkara
çıxarılmışdır. Onlardan alt təbəqə IX-X əsrlər üçün səciyyəvidir. Həmin məscid
bir neçə dəfə bərpa edilsə də,
qədim plan quruluşunu saxlamışdır. Məscid plan quruluşu etibarilə ölçüsü 38x12,8 m olan və üç kvadrata
ayrılan düzbucaqlıdan ibarətdir. Yerli rəvayətlərə görə, məscid VIII əsrdə tikilmişdir.
77
Arxeoloji materiallar
VIII-IX əsrlərdə Cümə məscidinin mövcudluğunu təsdiq edir, lakin ehtimal ki, o,
X əsrdə zəlzələdən
dağılmışdır.
Ibn Havqəl 977/8-ci ildə yazdığı əsərində Bərdə, Bab əl-Əbvab və Tiflisi Arranın ən böyük şəhərləri
adlandırır. Sonra o, eyniadlı gözəl, eyni böyüklükdə şəhərləri olan, məhsuldar
[101 - 102]
və geniş təsərrüfat
yerlərinə malik xırda vilayətlər Beyləqan, Şəmaxiyyə, Şirvan, əl-Abxaz,
*
Şəbəran, Şəki haqqında yazır. İbn
Havqəlin xəritəsində göstərilir: əl-Bab (Dərbənd), Şəbəran, əl-Abxaz (Quba), Kabisi,
**
Şəki, Qəbələ. O,
Şəbərandan başlayıb, Şirvan və Şəmaxiyyə şəhərlərindən keçərək Bərdicə, oradan
da Bərdəyə gedən yolun
marşrutunu verir.
78
Mətndə o, İstərxinin verdiyi marşrutu təkrar edir İbn-Havqəlin yazdığına görə,
Azərbaycanda dəniz sahilində dənizə
doğru uzanmış dildə Muğan yerləşir. Varsan, Muğan və Beyləqan
şəhərlərindən danışarkən ibn Havqəl onların kiçik və demək olar ki bir böyüklükdə oldııqlarını qeyd edir. Bu
yerlər kənd təsərrüfatı məhsulları və meyvələrlə, bulaq və çay suları, meyvə bağları və ağaclarla, ətirli otlarla
zəngindir. Əkinçi və kəndlilər çox olduğundan (nahiyədə) kənd təsərrüfatı bitkilərindən yüksək məhsul
götürülür. Bu yerlər öz məhsulları ilə məşhurdur, meyvələri çox ucuz, yemək şeyləri
isə demək olar ki,
havayıdır. Sonra İbn Havqəl Beyləqandan danışaraq onun gözəl, axar sulu, ağacları, bağ və meyvəli yer
olduğunu, şəhərin çaylar üstündə salındığnı, burada dəyirmanlar qurulduğunu (ehtimal ki, arxlar üzərində -
S. A. ) göstərir. Bıınunla yanaşı, İbn Havqəl Arranın paytaxtı Bərdənin xeyli tənəzzülə uğradığını, vaxtı ilə
burada min iki yüz çörəkxana olduğu halda, onun vaxtında bunlardan cəmisi beşinin qaldığını qeyd edir.
Şəhərin tənəzzülə uğraması rusların Bərdəyə hücumu və onu dağıtmalarının nəticəsi idi.
79
Müqəddəsi 985-ci
ildə Bərdənin şəhərləri arasında Şəmaxiyyə, Şirvan, Bakı, Şəbəran,
Bab əl-Əbvab, Abxaz, Qəbələ və Şəkinin
adlarını çəkir. Sonra o, Şəmaxiyyənin müxtəsər təsvirini verir. "Dağın ətəyində şəhərdir. Binalar daşdan və
kərpicdəndir. Buranın axar suları, bağları və gəzməli yerləri vardır".
80
"Hüdud əl-aləm"in müəllifı 982-ci ildə Şəmaxiyyənin adıni yalnız bircə dəfə - onun Şirvanşahın
ordugahından bir fərsəx arali olduğunu göstərərkən xatırlayır.
81
Müasir Şamaxının ərazisindəki Şəhristanda aparılan arxeoloji qazıntılar VIII-XI əsrlərdə Şəmaxiyyə
şəhərinin mövcudluğunu təsdiq etmişdir. Şəhristanda mədəni təbəqənin dərinliyi 5,75 metrə çatır. Təqribən 0,75
m qalınlığında olan alt təbəqə VIII-IX əsrlərə aiddir. Bu təbəqədə bayır tərəfinə əhəng məhlulu ilə iri daşlardan
*
Kramer, Havqəlin mətnində V. F. Minorskiyə əsaslanaraq düzəliş aparır və Abxaz əvəzinə Laican yazır. Lakin biz Laicanı, Havqəlin 15
№ li xəritəsində və mətnində olduğu kimi, Abxaz kimi düzəldirik.
**
Ehtimal ki, antik müəlliflərdəki Kambisana - İori (Kambis) və Alazan qayaları arasındakı quraqlıq rayon.