Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   37   38   39   40   41   42   43   44   ...   147

50 
 
Bəlazuridə Sasani I Xosrov Ənuşirəvanın (VI əsr) Cənubi Dağıstanda al-ləkzlərin Xursanşah titullu şahını  və 
“hal-hazırda mövcud olmayan Məsqət məmləkətinin  şahını” təyin etməsi münasibətilə  çəkilir. Sonra müəllif 
xəbər verir ki, Mərvan Iəkzlərin müqavimətindən sonra (VIII əsrin birinci yarısının sonunda) sülami ərəbi 
Həşrəmi onlara hakim təyin etdi, özü isə Şirvan hakiminin "dəniz sahilindəki Xirş (Xurs?) adı ilə məşhur olan 
qalasına yollandı.
*
 Qalanın hakimi (Mərvanın) öz üzərində hakimiyyətini dərhal tanıdı  və düzənliyə endi".
24
 
Maraqlıdır ki, Bakının qədim adı Xursanı xatırladan Xunsar olmuşdur.
25
 Ehtimal ki, müəyyən dövrlərdə, 
Abşeron da daxil olmaqla, Xıdır-Zində və Beşbarmağa qədər cənuba doğru dənizboyu yerlər Xursanın tərkibinə 
daxil olmuşdur.
26
 Xursan vilayəti  geniş  ərazini tuturdu və  görünür, Məsqətdən
27
 (Müşkürdən) cənubda 
Dərbənd bölgəsinin cənub hissəsinə müvafıq olub, artıq  Şirvanın tərkibinə qatılmış  ləkz  ərazisinin bir hissəsi 
idi. X əsrin sonunda Cənubi Dağıstandakı 
[95 - 96]
 ləkz vilayətləri artıq Şirvanşaha tabe edilmişdilər.
28
 Ehtimal 
ki,  Şirvanlılardan başqa ləkz və tat tayfalarının məskun olduğu Xursan vilayəti Qafqaz dağlarının 
yamaclarınadək, Lahıcla Quba arasında yerləşirdi. Həmin tayfaların qalıqları indiyədək buradakı Buduq, 
Xınalıq, Qrız və Haput kəndlərində yaşayır, Sulut, Məlhəm, Qonaqkənd, Zarat, Dəmirçi və s. ətraf kəndlərlə 
birlikdə Lahıc da Xursan vilayətinin tərkibində idi.  
V. F. Minorskinin fıkrincə, Layzan vilayəti Girdiman çayının yuxarı axarındakı müasir Lahıc vadisində 
yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, - X-XI əsrlərdə isə Şirvanın tərkibində 
idi.
29
 Məsudinin
30
 və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın 
əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə  Şirvanı tutdu, öz qohumlarını öldürərək,  Şirvanşah 
titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V. F. Minorskiyə görə, Layzan 
vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan 
bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafıqdir.
31
 Lahıcın  əhalisi - tatlar İrandan, Gilanın 
Lahicın vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfındən 
Sasanilər dövlətinin  şimal sərhəd  əyalətlərinə köçürülmüşlər.
32
 Lahıc adlı yaşayış  məntəqələri hal-hazırda 
Zaqatala, Xanlar rayonlarında Abşeronda (Ləhəş kəndi - təhrif olunmuş Lahıc) da vardır. 
Lahıcın öyrənilməsi bu orta əsr  şəhərinin yüksək abadlıq səviyyəsinə - daş döşənmiş küçələr, 
meydanlar, daxili həyətlər atmosfer yağıntılarının axması üçün ölçülüb-biçilmiş  şaquli planlaşdırma, 
kanalizasiya sistemi, dağ çeşmələrindən içməli su ilə yaxsı təchiz edilməsi - malik olduğunu göstərir.
33
 Lahıcın 
planlaşdırma
 
strukturunun, memarlıq görünüşünün, eləcə də, abadlığının xüsusiyyətləri, yəqin ki, onun Layzan 
məlikliyinin inzibati-siyasi mərkəzi kimi əhəmiyyətindən irəli gəlirdi. Lahıc, eyni zamanda, orta əsrlərdə 
Şirvanın miss sənayesinin məşhur sənətkarlıq mərkəzi olub Cənubi Qafqaz ölkələrinə,  İran və Türkiyə 
şəhərlərinə ixrac edilən mis qabları  və silahları ilə  şöhrət qazanmışdı. Sulut kəndi vasitəsilə  Şamaxı  və 
Azərbaycanın digər şəhərləri, habelə qonşu Dağıstanla ticarət aparılırdı. Lahıc dərin çökəklikdə, demək olar ki, 
Girdiman çayının mənbəyində, Niyaldağın dibində yerləşib, üzük qaşı kimi hər tərəfdən keçilməz dağlarla əhatə 
olunmuşdur. Yalnız iti Girdiman çayı Elgədik və Niyaldağ dağları arasından Lahıc aşırımını yarıb keçir. Lahıc 
şəhərinin ortasından onu ikiyə bölərək Girdiman çayına tökülən iti Lulə Dərəsi çayı axır. Lahıc öz məscidi və 
meydanı olub, qədim adlarını qoruyub saxlayan bir sıra məhəllələrə bölünür: buradakı Dər-Həsən məhəlləsində 
çarvadarlar, Murodunda dəmirçilər və çarvadarlar, Bədoyunda keşduzlar, tacirlər, misgərlər, Ağəlidə misgərlər 
yaşayırdılar. Şəhərciyin ən yüksək hissəsi Zəvərə məhəlləsi (keşduzlar) və Dərə-Hamam adlanır. Lahıc əhalisi ta 
qədimdən kustar üsulla mis qablar düzəltməklə, bu məqsədlə xüsıısi kömür hazırlamaqla, habelə çarvadarlıqla - 
hazır məhsulu müxtəlif yerlərə daşıyıb satmaq və  əvəzində xammal alıb gətirməklə  məşğul olmuşlar.
34
  Əgər 
Şirvan və Arrannı Bakı, Qəbələ,  Şəbəran, Beyləqan, Gəncə  və digər  şəhərlərində saya və  şirli saxsı qablar 
istehsal edilirdisə, Lahıcda buna bənzər mis qablar hazırlanırdı. Lahıc qabları rəngli keramika rəsmləri əvəzinə, 
bədii oyma ilə  işlənmiş xalça 
[96 - 97]
 naxışlarını xatırladan naxışlarla bəzədilirdi. "Hüdud əl-aləm"də (982) 
göstərilir ki, bütün dünyada məşhur olan yun parçalar və xalçalar üç nahiyədə - Şirvan, Xursan və Layzanda,
35
 
yəni indiki Şamaxı, Bakı, Quba, Qonaqkənd, Lahıc və b. yerlərdə istehsal olunurdu. 
V-VII  əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları  Məsqət vilayətinin adını  çəkirlər. 
Sonralar IX-X əsr  ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və  Şəbəranla, həmsərhəd olan 
bərəkətli Məsqət - Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı - Maskut, yaxud Maşkut 
qədim massagetlərin adı ilə bağlıdır.
36
 Ammian Martsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və 
deməli, Məsqətin qədim sakinləridir. 'Tarix-i  əl-Bab"da  Şirvana və  Dərbəndə hücumlar edən alanların adı 
dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas 
("Tülkü") və Samur çay adları qalmışdır.
37
 Lakin Şirvan Xilafət tərəfındən istila edildikdən sonra bir vilayətin 
adını eşidən ərəblər onun İran körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət 
adlandırmağa başladılar. Bəlazuri xəbər verir ki, Məsqətin Ənuşirəvanın təyin etdiyi şahları olmuşdur və sonra 
əlavə edir ki, indi artıq onların məmləkəti yoxdur, Qədim zamanlarda bu vilayətin müstəqil hakimləri olmuşdur, 
                                                 
*
 Ehtimal ki, Dəvəçi rayonundakı Çıraqqala qalasıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə