47
Münəccimbaşının məlumatına görə Salar h.445 (1053)-ci
ildə Malu
*
(Maluğ) qalasını tutaraq
möhkəmləndirmiş, orada qarnizon yerləşdirmiş, ərzaq və silahla təchiz etmişdi. O, qalanın yaxmlığında
ətrafında istehkamlar qurulmuş şəhər (Mədinə) saldırmış, oraya əhali köçürmüş və cümə məscidi tikdirmişdi,
Salar "kaftrlərlə", ehtimal ki, (Dağıstanın islamı qəbul etməyən əhalisi ilə) müharibəni davam etdirmiş və
Şirvanı onların basqınlarından qorumuşdur. O, on beş il hökmranlıq etdikdən sonra h.455-ci il, şənbə günü səfər
ayının 18-də (20 fevral 1063) ölmüşdür. Salar Şəddadi Əbü-1-Əsvar Şavur
ibn Fəzllə qohumluq
münasibətlərində olmuş, onun qızı ilə evlənmişdir.
51
Onun adına üzərində dörd sətirlik yazı olan sikkə zərb
edilmişdir, Məhəmməd rəsulullah! Kömək edən Şah, Əbu... - ... Salar ibn Yəzid, Şirvanşah.
52
Salar ibn Yəzidin
adı Qəffarinin "Cahan ara" əsərində də yad edilir. Bütün bu məlumatlara əsasən A. Bakıxanov onun adını
çəkir.
53
Lakin Şirvanşahların Qəffari tərəfindən
verilmiş şəcərəsi səhvdir, belə ki, burada Saların atasının adının
Yəzid ibn Əhməd deyil, Yəzid ibn Məzyəd olduğu göstərilir.
54
Abşerondakı Buzovna
**
kəndində, qədim
qüllənin xarabalıqlarında üzərində yarım silinmiş kitabə olan daşlar tapılmışdır İ. Berezin onun məzmununu
belə oxumuşdur: "Bu binanı böyük və nəcabətli insan, hər şeyin dərin bilicisi, etiqadın parlaq ulduzu
müsəlmanların ən yaxşısı, padşah Məlik Salar 53-cü ildə tikdirmişdir".
55
Hal-hazırda
Sankt-Peterburqda
Şərqşünaslıq institutunda saxlanılan həmin iki daş kitabədən Y. A. Paxomov da bəhs edərək, onun aşağıdakı
oxunuşunu vermişdir: "İqamətgahın və binanın sahibi, sədr... müdrik, alicənab, kamil... icmanın və dinin məşəli,
islamın kamilliyi Şah məlik Salar h.53-cü ilin [Dörd] yüz üç və beşinci
***
ilin rəcəb ayı".
56
İ. Berezin
qeyd edir
ki, "görünür, yüzlük rəqəmi pozulmuşdur və Məlik Salar haqqında mənə heç kim doğru bir söz deyə bilmədi".
57
İ. Berezin mətni dəqiq oxumamışdır. Münəccimbaşının məlumatına görə, Məlik Salar [ibn Yəzid] Şirvanşah
[90
- 91]
olmuş və təqribən h.441 (1049)-ci ildən 455 (1063)-ci ilədək, yəni 15 il hakimiyyət sürmüşdür.
58
Beləliklə,
Y. A. Paxomovun oxuduğu h.53-cü il tarixi h.453 (1061)-cü il kimi düzəldilməlidir ki, bu da həqiqətə uyğundur.
Şirvanşahların siyasi tarixi araşdırılarkən aşağıdakılar müşahidə olunur. Şirvanşahlar İrandakı Sasani ənənələrini
davam etdirərək, taxta oturarkən rəqib və hakimiyyət iddiasında olmasın deyə öz qardaşlarını öldürtdürürdülər.
Şirvanşahlar ilkin hökmranlıqları dövründə böyük əraziyə malik idilər. Buraya təkcə Şirvanın qədim torpaqları
deyil, bir sıra hallarda, Arranın, Dağıstanın cənub vüayətləri, Təbərsəran və Mavakaniyayadək Dərbənd də daxil
olmaqla, Baş Qafqaz dağlarına qədər şimal vilayətlərinin əraziləri də daxil olmuşdur. Şirvanşahlar Arranın
paytaxtı Bərdəni, cənubda Muğanı da tez-tez ələ keçirirdilər. Görünür, Şəbəran Şirvanın mərkəzi şəhəri, hətta
erkən
dövrlərdə, ehtimal ki, paytaxtı olmuşdur. Şirvanşahların bir çox ailə üzvlərinin Şəbəranda və onun
həndəvərində dəfn edilməsi də bunu göstərir. Zəngin və inkişaf etmiş bu şəhər ölkənin iqtisadiyyatında mühüm
rol oynamışdır. Mənbələrdə onu zəbt etməyə can atan qonşu feodalların basqınlarına dair məlumatlara tez-tez
rast gəlinir. Şirvanşahlar keçmiş ənənəyə əsasən Dərbəndi də özlərinin qədim torpağı sayırdılar: hərçənd o, artıq
IX əsrdən müstəqil Haşimilər cülaləsi tərəfindən idarə olunan şəhər-dövlət idi. Bununla belə,
Sirvanşahlar daim
Dərbəndin işlərinə qarışır, dəfələrlə onu zəbt edərək, Haşimiləri sıxışdırıb aradan çıxarmağa və Dərbəndi öz
torpaqlarına birləşdirməyə çalışırdılar. Məzyədilərin səltənət dövrü "kafirlərə", yəni aralarında islamın hələ
geniş yayılmadığı, qədim bütpərəstlik ayinlərinin mövcud olduğu bir sıra Dağıstan tayfalarına qarşı yürüşlərlə
səciyyələnir. IX əsrdə ərəblər Şirvanda islamı bərqərar etdilər. Lakin onlar burada xristianlığı, eləcə də qədim
din və ayinləri tamamilə məhv edə bilmədilər. Məsələn, Şirvan rayonlarında bu günədək astral ayinlər,
müqəddəs ağaclara, daşa, oda və s. sitayişin qalıqları qalmaqdadır.
Şirvan əhalisi islamı qəbul etdikdən sonra VIII-X əsrlərdə qədim pirləri müsəlmanlaşdırılmağa,
müsəlman ənənələri
ilə müqəddəsləşdirilməyə, ərəb-müsəlman adları ilə adlandırılmağa başladı. Lakin mənşəcə
ərəb olan Məzyədi Şirvanşahlar qatı mömin müsəlman olduqlarından "kafırlərlə" müharibə aparmağı özlərinin
müqəddəs vəzifəsi sayırdılar. Ərəb və erməni mənbələri ərəblərin VII-VIII əsrlərdə apardıqları müharibələrə,
şimala - Dərbəndə və daha sonra Dağıstan ərazisinə istilaçı yürüşlərinə, burada artıq VII əsrdən Şirvan və
Albaniyaya dəfələrlə hücum edərək, onun qala və şəhərlərini tutub dağıdan xəzərlərin böyük ordusu ilə
toqquşmalarına
59
dair məlumat verirlər. Ərəb mənbələrində Şirvanın şəhərlərində və başqa yerlərində əhalinin
ağır
vergilər, dözülməz zülm və istismarla əlaqədar ərəb ağalığı əleyhinə üsyanları haqqında məlumatlar vardır.
Bu və ya digər əyalət xəlifəyə itaətsizlik göstərərək, istila dövründə ərəb canişinləri ilə bağlanmış sazişləri
pozaraq Üsyan qaldırdıqda onlar amansızcasına yatırıldı.
60
X əsrin 1-ci yarısına aid ərəb mənbələrində Şirvanın iri feodallarının idarə etdikləri və böyük gəlir
götürdükləri varlı şəhər və kəndlərindən bəhs olunur. Belə ki, İbn Havqəl böyük malikanələrə sahib olan iri
feodalları xırda hökmdarlar (məlik) adlandırır. "Tarix-i əl-Bab"da
[91 - 92]
Təbərsərandakı Məhəmmədiyyə,
Rizkiyyə (ehtimal ki, və digər malikanələrin adı çəkilir. Feodalların möhkəm qalaları, böyük sürüləri, ilxıları,
çoxlu nökərləri, şəhə
r
vilayət və nahiyələri, onlara böyük qazanc gətirən məhsuldar torpaqları var idi. İbn Havqəl
*
V. F. Minorskinin fıkrincə, Malu Şaki vilayətində yerləşirdi.
50
**
K. Spasski-Avtonomovun fıkrincə, bu daşlar Bıızovna kəndindəki qullənin xarabalıqlarından tapılmışdır. Lakin İ. Berezin yazır ki,
həmin qüllə Mərdəkan kəndində olmuşdur. Bu flkir ayrılıği həmin kİtabənin müəyyən konkret tikili ilə inamla bağlamağa imkan vermir.
***
Rusca tərcümədə 5 (50?) rəqəmi buraxılmışdır.