45
ildə olmuşdur. Dərbənd əhalisi Əbu Nəsrin qardaşı Mənsuru əmir seçdi. Şirvanşah
Dərbəndi tutmaq üçün
müharibəni davam etdirdi. Döyüşlər gah bu, gah da digər tərəfin üstünlüyü ilə gedirdi. H.410 (1019)-cu ildə
sərhəd vilayətinin (səqr), ehtimal ki, Dərbəndin əhalisi öz əmiri Mənsurun əleyhinə üsyan qaldırdı, onu şəhərdən
qovub hakimiyyəti Şirvanşah Yəzid ibn Əhmədə təslim etdi. Yəzid ibn Əhməd Dərbənd qalasını bərpa
etdi və
orada öz qarnizonunu yerləşdirdi. Lakin Səririn hakimi Mənsuru müdafiə etdi. Dərbənd sakinləri Şirvanşaha
xəyanət edərək Mənsurun tərəfinə keçdilər. H.412 (1021)-ci ildə Mənsur Dərbəndə daxil olaraq onu Yəziddən
aldı. Sonra Mənsur Şəbərana hücum etdi. Şirvanlılarla Mənsurun qoşunları arasında bir neçə vuruşma oldu.
Lakin düşmən tərəflərin heç biri qələbə qazana bilməyib aralandılar. Dərbənd
[86 - 87]
əhalisi h.414 (1023)-cü
ildə yenidən əmir Mənsuru şəhərdən qovdu Şirvanşah Yəzidi dəvət edib, Dərbəndi ona təhvil verdi. Yəzid
qalan;
bərpa etdi. H.415-ci ilin ramazan ayında (noyabr 1024) Mənsur qayıtdı və iyirmi gündən
sonra yenidən
qalanı ələ keçirdi. H.416 (1025)-cı ildə Şirvanşah Yəzidin qardaşı Heysəm Təbərsəranda ehtimal ki,
Şirvanşahların ailə üzvlərinin irsi mülkü olan "Məhəmməd mülkü”ndə öldü. Elə həmin ildə Sərracilərə - ehtimal
ki, sərraclar zümrəsinin tərəfdarları ilə Şirvanşahlar arasında şiddətli mübarizə başladı(və Şirvanşahlar qalib
gəldilər).
37
"Tarix-i əl-Bab"da Şirvanşah Yəzidin hökmranlığı dövrünə aid maraqlı məlumatlar verilir: "Həmin il
[ehtimal ki, h.416 (1025)-cı il] Sirvanşahın Yəzidiyyə canişini olan oğlu Ənuşirəvan ibn Yəzid atasının əleyhinə
qiyam qaldırdı. Bu vaxt atası [ailə üzvlərindən olan] bir neçə qadınla Gürzlü [Girdədül] qalasında əylənir və ov
edirdi. Bundan istifadə edən Ənuşirəvan ibn Yəzid açıq-aşkar qiyam qaldırdı. Qara camaatdan [aybaş ən-nas]
çoxları onun ardınca getdi. O atasının vəziri Əbd-ül-Əziz ibn Abbasın əmlakını müsadirə etdi, evini talayıb
özünü həbsxanaya saldırdı. Sonra onun tərəfdarları arasında təfriqə düşdü. (Onlardan bəziləri) tutduqları işdən,
onun ardınca getmələrindən peşiman oldular. Onlar Yəzidi gizlincə dəvət edərək, onu tezliklə qayıtmağa razı
salmağa çalışdılar. Yəzid təcili (evə)
hərəkət etdi, əhali şəhərin qapılarını açdı, onun oğlundan üz döndərdi.
Qiyamçı oğul sığınmaq üçün Kastan [Gülüstan?] qalasına qaçdı, lakin vəzir onun arxasınca düşərək, yolda
yaxaladı və atasına verdi. Yəzid oğlunu bir müddət həbsxanada saxladı, sonra orada ac və susnz qalıb öldu.
Şirvanşah Yəzid ibn Əhməd özü otuz yeddi il səltənət sürdükdən sonra h.418 (1027)-ci ildə öldü.
38
Yəzid ibn
Əhmədin hökmranlığı dövründə bu səltənət xanədanında ilkin mənbələrdə əksini tapmayan hansısa hadisələr
baş vermişdir. Lakin bir şey şəksizdir: Şirvanşahların adları dəyişmişdir - Yəzid ibn Əhməddən sonra ərəb
adlarından qədim Sasani adlarına dönüş başlamışdır. (Yəzidin oğulları Ənuşirəvan, Mənuçöhr adlanırdı). Çox
ola
bilər ki, artıq X yüzilliyin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli
yerli əsilzadə ailələri ilə
qohumluq əlaqələrinə girir və həmin ailələrin qadın nümayəndələri köhnə ənənələri dirçəldirdilər. Əl-Məsudi
h.332 (943)-ci ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi.
39
Şirvanşahların Sasani Bəhram Gurun əsilzadə nəslindən olmalarını iddia etmələri faktı özü artıq erkən dövrlərdə
yerli şahlardan biri ilə, ehtimal ki, Sasani mənşəli Şirvanşahlarla nikah bağlanması ilə izah edilə bilər.
Ola bilər ki, Xilafətin tənəzzülü və Şirvanşahların hakimiyyətinin möhkəmlənməsi ilə bağlı "xanədan
yenidən dirçəlməyə başladıqda ona öz nüfuzunu əsilzadə nəslinə mənsubluğu ilə hər vəchlə əsaslandırmaq lazım
gəldi və onda Şirvanşahların Sasanilərlə qohumluğu barədə köhnə nəzəriyyə ortaya çıxdı, onların Şeyban
tayfası ilə bağlılığı isə arxa plana çəkildi..."
40
Yəzid ibn Əhməd h.418 (1027)-ci ildə öldükdən sonra hakimiyyətə oğlu Mənuçöhr ibn Yəzid keçdi.
Onun hakimiyyət dövrü üçün feodal ara müharibələri və yadelli basqınlara qarşı mübarizə c
səciyyəvidir. XI
əsrin birinci yarısında Şirvanşahlar qonşu feodallarla ara müharibələri, habelə, yadelli işğalçılara, dəfələrlə
onların torpaqlarına basqınlar edən müxtəlif tayfalara
[87 - 88]
- alanlara, sərirlilərə ruslara və başqalarına qarşı
müdafıə müharibələri aparırdılar. H.420 (1029)-ci ildə Mənuçöhr Məsqətə məxsus
olan Mücəkabad malikanəsi
üstündə el-Bab əmiri ilə müharibəyə başladı. Şirvanşah bu müharibədə məğlubiyyətə uğradıqdan sonra əl-Bab
hakimi h.42l (1030)-cı ildə Şirvanşah torpaqlarına basqın edərək onun ərazisindəki bir çox yaşayış məntəqəsini
dağıtdı.
41
Həmin il, bir qədər sonra, ruslar Şirvana basqın etdilər. H.421 (1030)-ci ildə Bakı yenidən otuz səkkiz
gəmi ilə yiirüş edən rusların hücumlarına məruz qaldı. I Mənuçöhr ibn Yəzid onları Bakuya (Bakı) yaxmlığında
qarşıladı. Ruslarla vuruşmada çoxlu Şirvanlı, o cümlədən zadəganlardan Əhməd ibn Xasskin (ehtimal ki,
Xasstəkin) həlak oldu. Sonra ruslar Kürlə üzüyuxarı üzərək Araza çatdılar. Mənuçöhr rusların
hərəkətini
dayandırmağa çalışaraq, Arazın qabağını bəndlə kəsib, onların irəliləməsinə mane olmağa cəhd göstərdi. Lakin
ruslar Şirvanşahın dəstəsini batıra bildilər. Bununla belə, onların Arazla irəliləməsi dayandırıldı.
42
Həmin ildə
Gəncə hakimi Şəddadi Musa ibn Fəzl rusları dəvət etdi, onlara çoxlu pul verərək əhalisi üsyan qaldırmış
Beyləqanın üzərinə göndərdi. Musa ibn Fəzl feodallarin ara müharibələrində dəfələrlə muzdlu əsgər kimi
tutduqları rusların köməyi ilə Beyləqanı ələ keçirdi, öz atasına və qardaşına qarşı qiyam qaldırmış qardaşı
Əskəriyyəni öldürdü. Sonra ruslar Arranı tərk edərək Ruma getdilər və oradan vətənlərinə qayıtdılar. Mənbədə
göstərilir ki, ruslar tezliklə - h.421-ci ilin zilhiccə ayında (noyabr 1031) yenidən gəldilər. Bu dəfə Şirvanşahın
qaynı olan Arran hakimi Əbü-l-Fəth Musa ibn əl-Fəzl ibn Məhəmməd ibn Şəddad ruslara hücum etdi. Bakuya
yaxmlığında onlarla vuruşdu? düşməni ölkədən sıxışdırıb çıxararaq xeyli hissəsini qırdı.
43
"Tarix-əl-Bab"da
xəbər
verilir ki, h,423 (1032)-ci ildə alanlar və sərirlilər ruslarla birlikdə Şirvana hücum edərək Yəzidiyyəni
44