Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   28   29   30   31   32   33   34   35   ...   147

41 
 
Azərbaycanın cənubunun, Arranın, Beyləqanın, Bərdə vilayətinin və başqa  şəhərlərin, habelə onlarla birlikdə 
Deyləm, Gilan və Təbəristanın əhalisi qaçmağa üz qoydular, çünki onlar dənizdən hücum gözləmirdilər və qəfıl 
basqına məruz qalmışdılar. Ruslar bu dənizdə bir neçə ay qaldılar, belə ki, dənizlə qonşuluq edən heç bir xalq 
bir ölkədən başqasına gedib-gələ bilmirdi. Ruslar böyük qənimət əldə etdikdən sonra yenidən xəzər torpaqlarına 
qayıtdılar. Lakin burada onlar müsəlmanların hücumuna məruz qaldılar. Onların böyük hissəsi (30.000 minə 
yaxın) qırıldı və yalnız cüzi bir qismi (5 minə yaxın) xilas olub vətənə qayıda bildi.

Məsudinin dediklərindən 
belə  nəticəyə  gəlmək olar ki, rusların basqınları dövründə  Xəzər dənizinin qərb sahilləri, yəni Bakı  şəhəri ilə 
birlikdə Abşeronun da daxil olduğu Şirvan ərazisi əhalisi sıx olan zəngin diyar idi. Həmçinin, Şirvanın hakimi 
Əli ibn Heysəm olduğu aydınlaşır ki, bu da "Tarixi- əl-Bab"ın məlumatına tamamilə 
[79 - 80]
 uyğun gəlir. 
Böyük qoşunu olmasına baxmayaraq, Şirvanşahın dəniz donanması yox idi və  dənizdə onun yalnız ticarət 
gəmiləri üzürdü. Məsudinin dediyinə görə, o vaxtadək dənizdən düşmən gəlməmişdi. Xəzər dənizi sahillərini və 
Şirvan vilayətini viran qoyan xəzərlərin gəmiləri yox idi. Ehtimal ki, bu, Əli ibn Heysəmin hakimiyyəti 
dövründə rusların Abşerona mənbələrdən məlum olan ilk hücumu olmuşdur. Göstərilən hadisələr, hərbi 
uğursuzluqlar  Şirvanşah  Əli ibn Heysəmin nüfuzuna sarsıdıcı  zərbə vurdu, böyük miqdarda qoşunlarımızın 
məhv olması isə onun dövlətini zəiflətdi və h.305 (917)-ci ildə özünün devrilməsinə  gətirib çıxardı.  Əli 305 
(917)-ci ilədək - qohumu (babasının əmisi oğlu – S. A. ) layzan hakimi Tahir Yəzid ibn Məzyəd əş-Şeybani ona 
qarşı üsyan qaldıranadək - hakimiyyətdə qaldı".
9
 V. F. Minorski rusca tərcümədə ərəb mətnindəki İran (Aran) 
sözünü Layzan kimi şərh və  təshih etmişdir. Məlumdur ki, X-XI əsr  ərəb coğrafıyaşünaslarının  əsərlərində, 
eləcə  də "Hüdud əl-aləm"də bu ərazinin adı Layzan, Liran, yaxud İran kimi çəkilir, onun hakimi isə  İranşah 
adlandırılır. Bu, hələ Markvartın diqqətini cəlb etmiş, və o, İran - Aran sözlərini eynimənalı saymışdır.
10
 
V. F. Minorski İstəxrinin lokallaşdırılmasına əsasən mətndə rast gəldiyi Liran, Lazyan adlarını Laycan (indiki 
İsmayıllı rayonundakı  ətraf kəndlərlə birlikdə Lahıc qəsəbəsi) kimi təshih etmişdir.  İstəxriyə görə, Layzan, 
Şirvan, Muğaniyyə və Qəbələ (Ənbasiyə, yəni Ənbasi məlikliyi)
11 
ilə həmsərhəd idi. Məsudi isə təsdiq edir ki, 
Qəbələ Muğanla qonşu idi.
12
 Ehtimal ki, Kürdən  şimalda, Girdiman, Göyçay və Türyançay çaylarının aşağı 
axarlarında yerləşirdi. Ola bilsin ki, Kürlə Arazın arasındakı ərazini tutub, gürcü mənbələrindəki Movakaniyaya 
uyğun gəlirdi.
13
  Təbəridə Muğandan Qabh (Qafqaz) dağlarına mənsub yer kimi danışılır.
14
  Məsudi yazır: 
“Şirvan torpağına Qabh dağı yanında başqa bir məmləkət də həmsərhəddir. Bu yer Layran, onun hökmdarı isə 
Layranşah adlanır. Hal-hazırda bu ölkəni Şirvan şahı tutmuşdur. O, həmçinin Muğaniyyə adlanan məmləkəti də 
zəbt etmişdir”. Məsudi daha sonra qeyd edir; İndi  Şirvanşah kimi tanınan Məhəmməd ibn Yəzid  əvvəllər 
Layzanın
*
 şahı idi. Şirvanşahı isə Əli ibn Heysəm idi. O həlak olduqdan sonra 
**
Məhəmməd, dediyimiz kimi
əmilərini öldürüb Şirvanı tutdu. Məhəmməd, həmçinin, adlarını  çəkdiyimiz məmləkətləri də  zəbt etdi. Onun 
Qabh dağında dünyada misli-bərabəri olmayan Niyal (mətndə Tiyal) adlı qalası var..."
15
 
V. F. Minorski  Şirvana dair şərhlərində  aşağıdakıları qeyd edir "Bizim müəllif Məhəmməd b. Xalidin 
ölümündən sonra bütün diqqətini Şirvan qoluna yönəldir və biz Arranda və onun paytaxtı Cənzədə (Qanzada) 
baş verən hadisələrdən xəbərsiz qalırıq. Bu boşluq yüz illik bir dövrü h.245 (859)-ci ildən, təqribən h.344 (955 - 
Arran)-cü ilədək deyləmli Müsafirilər, h.360 (917)-cı ildə isə kürd Şəddadilər tərəfındən işğal olunanadək - 
əhatə edir. Arranda Məhəmməd b. Xalidin nəsil şəcərəsinin davam edib-etmədiyi, yaxud Xəlifənin öz idarəetmə 
və  təyinetmə sistemini bərpa etməyə nail olub-olmadığı naməlumdur. Yalnız 371 (982)-ci ildə biz 
[80 - 81] 
Şirvanın Bərdəni tutduğunu Öyrənirik. Göründüyü kimi, Məhəmməd ibn Xalidin idarə etdiyi ərazi, cənub 
sərhədləri Kürdən keçən son dövr Şirvan hökmdarlarının hakimiyyəti dövründəki  ərazidən xeyli geniş 
olmuşdur..."
16
 
Göstərdiyimiz kimi, "Tarix-i əl-Bab"a görə Məhəmməd ibn Xalid Gəncənin əsasını qoyan, yəni Arran 
şəhərlərindən birinin hakimi olmuşdur. Onun qardaşı Heysəm ibn Xalid həmin vaxt Şirvanın hakimi idi və 
müstəqillik qazanaraq, Şirvanşah titulu qəbul etmişdi. "Tarix-i əl-Bab"da sonra deyilir: "...Heysəm ibn Xalid 
Şirvanda müstəqillik  əldə edəndə onun qardaşı  Yəzid ibn Xalid də Layzanda müstəqillik qazandı. Heysəm 
Şirvanşah, onun qardaşı Yəzid isə Layzanşah adlanırdı". Bu mətndən aydın olur ki

Cənzənin (Gəncənin) əsasını 
qoyan Məhəmməd ibn Xalid "Tarix-i əl-Bab"ın göstərdiyi kimi, yalnız Cənzənin hakimi olmuşdur: o, 
Ərminiyyə
***
 hakimiliyini öz üzərindən götürdü, Cənzə şəhəri və mülklərinin mədaxili ilə kifayətləndi. Sonrakı 
hadisələr "Tarix-i əl-Bab"da belə nəql edilir: "Bir müddətdən sonra Yəzid öldü və onun yerinə oğlu Məhəmməd 
ibn Yəzid keçdi. O, uzun müddət hakimiyyət sürdü, ləyaqəti ucaldı, əməlləri çiçək açdı. Onun ölümündən sonra 
(təqr. h.305 (917)-ci il - S. A. ) oğlu Əbu Tahir Yəzid ibn Məhəmməd hakimiyyətə gəldi. O, Şirvana da sahib 
olmaq üçün səbirlə  məqam gözlədi. Adamlarının  əksər hissəsi  əsir alınıb öldürülən  Əli ibn Heysəmin 
zəifləməsindən istifadə edən Yəzid qəflətən Mərzuqiyyədə onun üzərinə hücum çəkərək özünü, oğlu Abbası və 
nəvəsi - Abbasın oğlu Əbu Bəkiri əsir aldı. Yəzid Heysəmi və Abbası edam etdi. Əbu Bəkir qaşdı. Beləliklə, 
                                                 
*
 V. F. .Minorski mətndə Layran və L - İranı Layzan, Layranşah və L İranşahı isə Aranşahla əvəz etmişdir. 
**
 Tarix-i əl-Bab"a görə (§9) onu Əbu Tahir Yəzİd öldürmüşdür. 
***
 Ərminiyyə - Cənubi Qafqaz ölkələrinin inzibati  bölgüsü. Ərəblərdə Albaniya, Gürcüstan və Ermənistanın ümumi adı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə