38
yonulmuş şir heykəli durur. Onlardan aşağıda iki daş var və həmin daşların üstündə də şir təsvir olunmuşdur.
Qapının yaxınlığında daşdan yonulmuş insan heykəli var. Onun ayaqları arasında ağzında üzüm salxımı tutmuş
tülkü təsvir edilmişdir. Şəhərdən kənarda "Məsruf hovuzu" adı ilə tanınan ovdan var. Ovdana
düşmək üçün
pilləkən düzəldilmişdir. Su az olanda həmin pilləkənlə ovdana enirlər. Pilləkənin hər iki tərəfində daşdan iki şir,
onlardan birinin başı üstündə isə daşdan insan heykəli qoyulmuşdur. Hökmdar evinin üzərində də divardan bir
qədər aralı daşdan iki şir heykəli boylanır. Bab sakinləri onlara divarın tilsimləri deyirlər..."
17
Şübhəsiz, bu
heykəllər daha əvvəlki, islamaqədərki dövrə,
ehtimal ki, Dərbənd səddinin tikildiyi V-VI əsrlərə aiddir.
Dərbəndin qala divarları üzərindəki qədim heykəllər bu günədək qalmışdır. Şir heykəlləri Qırxlar qapısı və Orta
qapı qala darvazalarının üstündə və Dərbənd diyarşünaslıq muzeyindədir.
Son onilliklərdə Şirvan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində 20-dən çox monumental
insan heykəli aşkara çıxarılmışdır.
18
1946-cı ildə Şamaxı şəhərindən 3 km aralı, Xınıslı kəndində tapılmış iri daş
kişi heykəli böyük maraq doğurur. Onun hündürlüyü 2,26 m, ən enli yeri 0,47 m-dir. Yerli əhəngdaşından
yonulmuş bu heykəl kiçik pyedestala bitişikdir. Başı yoxdur, əl və ayaqları yaxşı qalmışdır. Sol əli sağ sinəsinə
sıxılmışdır, aşağı sallanan sağ əli qarnının üstündədir. Əllər çox diqqətlə işlənilmişdir. Sol əlin üstündə
altıləçəkli ornament var. Görünür,
bu xatirə abidəsi, tayfa başçısının əcdada sitayişi əks etdirən portret təsviridir.
Heykəlin e.ə. sonuncu - eramızın ilk əsrlərinə aid olduğıı ehtimal edilir.
19
1959-cu ildə elə həmin yerdə eyni cür
heykəlin qalıqları tapılmışdır. Çılpaq bədən arxa tərəfdən yaxşı işlənmişdir. Cinsiyyəti aydın deyil. Bu tapıntı
birinci heykəlin tarixini müəyyənləşdirməyə kömək edir. Belə
[75 - 76]
ki, ondan təqribən eramızın V-VI əsrlərinə
aid daş qutu qəbirinin üstünü örtmək üçün istifadə olunmuşdur. Deməli, heykəl daha əvvəllərə aiddir. 1960-cı
ildə buradaca içərisinə 593/4-cü ildə, II Xosrovun hakimiyyəti dövründə (590-628) kəsilmiş gümüş Sasani
draxması qoyulmuş daş qutu qəbirlərini örtən daha iki daş heykəl aşkar edilmişdir. Onlardan birinin arxa tərəfi
yaxşı qalmışdır, kürəyində belinə qədər tökülən hörük bildirən qabartma vardır. Qabarıq ombalı çanaq
hissəsi
kəskin nəzərə çarpır. Cinsiyyəti aydın deyil, ehtimal ki, qadındır. Kobud yonulmasına baxmayaraq, bu heykəl
heykəltəraşın realist manerasından və sənətkarlığından xəbər verir. 1961-ci ildə Şamaxı rayonunun Dağkolanı
kəndi yaxınlığındakı Allahəkbər adlı yerdə, qədim yaşayış məskəninin ərazisində eramızın
birinci minilliyinin
birinci rübünə aid edilən müxtəlif saxsı qabların və digər əşyaların arasında daş insan heykəli tapılmışdır. Başı
yaxşı yonulmuş, çiyinləri enlidir. Boynu mütənasib deyil, sifəti monqolaoxşar, yastı burnu Çapıqdır. Qulaqları
hündürdədir. Göz çanağı dərindədir. Ağız yeri və saqqalı aydın seçilir. Sol əli sinəsində, ürəyinin başındadır,
sağ əli isə düzbucaqlı şəklində bükülmüş halda qarnının üstündədir. Ətəkləri aydın seçilən paltarı kaftana, yaxud
çuxaya oxşayır. Sağ tərəfdən aşağıda bütöv daşına bənzər uzunsov bir əşya asılıb. Kürəyində şaquli çökək var.
Kürəyinin yuxarı hissəsində, ehtimal ki, hörük şəklində çiyinlərə tökülmüş kişi saçını bildirən dördkiinc qabarıq
çıxıntı var. Pyedestalı dairəvi çapılmış çıxıntı əvəz edir, Ayaqlarının yalnız yuxarı hissələri təsvir olunmuşdur.
Oturaq vəziyyətdədir. Heykəlin e.ə. I minilliyin sonu - eramızın I minilliyinin əvvəllərinə aid
olduğu ehtimal
edilir.
20
Heykəldəki saç formasından Dərbəndə soxulan xəzərlərin antropoloji tipinin təsvir olunduğu VII əsr
mənbəyində bəhs edilir. "Saçları dağılmış qadın sifətində üstlərinə şığıyan iyrənc, enlisifət, qaşsız, eybəcər
kütlənin dəhşətli
təhlükə olduğunu görən əhali, xüsusilə onların sərrast və güclü atıcı olmalarından qorxub
lərzəyə düşdü..."
21
Həmin mənbədə türklər, həm də, "hörük saxlayan xalq" adlandırılır. Bu cür saça Tuvada,
Şərqi və Cənubi Qazaxıstanda Tyan-Şanda tapılmış heykəllərdə də rast gəlinir,
22
Kişi heykəllərindəki hörüklər,
yaxud çiyinlərə tökülmüş dağınıq saç tüklərinin çin salnamələrində təsvir olunan saç formasına
tam uyğun
gəlir.
23
Kiçik saqqal da səciyyəvidir. Pirsaatçay çayının sol sahilindəki Çıraqlı kəndinin yaxınlığındakı Çaxnax
ərazisində ondan çox belə heykəl tapılmışdır. Onların bəziləri başsızdır. Bəzilərinin isə başı sımmışdır. Onlar
yerli əbəngdaşından yonulmuşdur. E.ə. son əsrlərə - eramızın ilk əsrlərinə aid edilən bu heykəllərdən də
qəbirlərin üstünü örtmək üçün istifadə olunmuşdur. Xınıslı heykəlləri başqalarından böyük ölçülü olmaları ilə
seçilir.
24
Pirsaatçay rayonu qədim məbəd yeri olmuşdur. Ehtimal ki, bu heykəllər allahların, yaxud tayfa
başçılarının mücəssəməsi olub, əcdada sitayiş ayinini əks etdirir. Bəlkə də çoxlu miqdarda heykəl tapılması
burada emalatxana olduğunu göstərir.
Bəhs edilən Şirvan heykəlləri ümumi ikonoqrafik əlamətlərlə bağlı olan böyük qruplarda birləşdirilir.
Bu heykəllərdəki təsvir xüsusiyyətləri (kanonik poza, əllərin və bütün fıqurun vəziyyəti) onların
sitayiş xarakteri
daşıdığını göstərir. Şamaxı rayonundan tapılmış bütün daş heykəllər iri daş parçalarından çapılmış, kobud
şəkildə yonulmuşdur. Bədən üzvləri dəqiq təsvir olunmamışdır.
23
Salamat qalmış hissələr qədiın heykəltəraşın
realist manerasına və bəsit sənətkarlığına dəlalət edir.
[76 - 77]
Bu cür heykəllər bir sıra Orta Asiya ölkələrində, cənubi rus çöllərində də geniş yayılmışdır. Lakin
monumental Şirvan heykəltəraşlığı üslubu baxımdan onlardan fərqlənir. Həmin heykəllərin Şamaxı rayonunun
ərazisində aşkara çıxması bıırada müxtəlif tayfaların məskun olduğunu göstərir. Bir rayonda kiçik gil və
terrakotadan ibtidai heykəlciklər düzəldən tayfalar yaşayırdılar. Digər alban tayfaları isə dairəvi monumental
heykəllər düzəldirdilər. Belə heykəllərin eramızın hüdudlarında və onun əvvəllərində qədim Şirvan torpağında
meydana gəlməsi, ehtimal ki, oxşar qədim ənənəyə malik müxtəlif köçəri tayfaların - skiflərin, hunların,