39
bulqarların, sabirlərin,
xəzərlərin, xanlıqların və başqalarının miqrasiyası ilə də bağlıdır, lakin bu məsələ
öyrənilməmişdir.
Ta qədimdən yerli alban tayfalarının və köçərilərin birgə yaşadıqları bir ərazidə 20-dən çox böyük
monumental heykəlin tapılması adlı-sanlı adamların, tayfa başçılarının, sərkərdələrin dəfh mərasimi ilə əlaqədar
yaradılan və əcdadlara sitayiş əks etdirən belə heykəllərin geniş yayıldığını göstərir. Əsrlərin dərinliklərinə
gedib çıxan qədim Şirvan plastik sənəti müxtəlif gil, terrakota və daş beykəl
nümunələrində təzahür edərək,
Mezolit və Tunc dövrlərindən eramızın əvvəllərinə qədər gəlib çıxışdır. Ehtimal ki, Şirvanda monumental
heykəltəraşlıq e.ə. II minillikdə meydana gəlib, eramızın ilk əsrlərinədək mövcud olmuşdur. Bu heykəllərin
zədələnmiş halda tapılması göstərir ki, onlar xristianlığın və islam dininin "bütləri" qadağan etməsi ilə əlaqədar
sındırılmışlar.
Nəzərdən keçirdiyimiz insan və heyvan təsvirləri qədim azərbaycanlıların dini
etiqad və totemizm
baxışları ilə bağlıdır. Şirvan və Arranın bu incəsənət və maddi mədəniyyət abidələrinin tədqiqi Azərbaycan
xalqının etnogenezi probleminin aydınlaşdırılmasında mühüm əhəmiyyətə malikdir.
40
III FƏSİL
MƏZYƏDİ ŞİRVANŞAHLAR DÖVLƏTİ
(IX ƏSRİN İKİNCİ YARISI-XI ƏSRİN BİRİNCİ RÜBÜ)
§1. Məzyədi Şirvanşahlar
Məhəmməd ibn Xalidin ölümündən sonra onun qardaşı Heysəm ibn Xalid Şirvanın hakimi oldu. H.247
(86l)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü
müstəqil elan etdi. O. təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi.
1
Ehtimal ki, Heysəm
ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdıır. Beləliklə, Heysəm ibn Xalid Şirvanın
Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir.
Həmin vaxtdan etibarən
V. F. Minorskinin haqlı olaraq qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun
əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara
çevrilirlər..."
2
Şirvanda sonralar baş verən hadisələr Məzyədi Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə
qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında nıəlumat çox cüzidir. Onun
Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil. Görünür, o, az müddət hakimiyyət
sürmüşdür, Heysəmdən sonra onun oğlu Məhəmməd ibn Heysəm ibn Xalid Şirvanşah olmıışdur. Deyildiyinə
görə o, "atasının
vəsiyyətlərinə əməl edərək, ədalətli olmuş və kafırlərlə müharibə aparmışdır. O habelə bu
diyarda özü haqqında yaxşı ad qoyub getmişdir".
3
Onun varisi - oğlu Heysəm ibn Məhəmməd ibn Heysəm də, ehtimal ki, Cənubi Dağıstanda "kafır"
qonşuları ilə vuruşmuşdur. O, bir neçə kəndi Dərbənd qazilərinə vəqf vermişdi; bütün məhsulu daşıyıb yığmaq
və əl-Babın korluq çəkən sərhəd vilayətlərinin sakinləri və qazilər arasında paylamaq üçün paytaxtında anbarlar
tikdirmişdir. O, əmir kimi mərhəmətli, ədalətli, (kafırlərlə)
mübarizdə qeyrətli idi; o, uzun ömür sürmüşdür..."
4
Onun ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəldi. Şirvanda baş verən
bir sıra hadisələr onun adı ilə bağlıdır. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafırlər"
üzərinə yürüş etmişdir. Lakin onlar Şəndanın qapıları qarşısında məğlub oldular. Əli və əl-Babın əmiri 10 min
müsəlmanla əsir düşdü. Onların hamısı Şəndan, Sərir əhalisi və xəzərlər arasında bölüşdürüldü. Üç aydan sonra
sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və
xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi. "Tarix-i əl-Bab" da
göstərilir ki, "Əl-Bab sərhəd vilayətinin (səqr) kafır tayfaları içərisində müsəlmanların ən qəddar düşməni
Şəndanın əhalisi idi". Adı çəkilən döyüş h.309 (917)-cu ildə baş vermişdir.
5
Əli ibn Heysəmin hakimiyyəti
dövründə əl-Məsudinin bəhs etdiyi başqa hadisə də olmuşdur. Xəzərlərlə yanaşı, Şirvana
ruslar da dəfələrlə
dənizdən basqınlar edirdilər. Şirvanşahlar və Dərbənd əmirləri bu basqınlara qarşı mübarizə aparırdılar. Xəzər
dənizinin əhalisi sıx olan cənub-qərb sahilləri yadelli işğalçıların diqqətini çoxdan cəlb edirdi. Ticarət məqsədilə
[78 - 79]
öz gəmilərində Xəzər dənizinin sahillərinə üzüb gələn rus tacirləri bu diyara yaxşı bələd idilər və
xəzərlər kimi Azərbaycanın, xüsusilə Şirvan vilayətinin zənginliyi barədə məlumatlarlı yayırdılar. Ruslar
təqribən 914-cü ildə Bakı sahillərinə hücum etdilər. "Rus drujinaları buraya ilk dəfə gəlmirdilər. Onlar
qədimdən şərqi Avropa ölkələri, Qafqaz və İran arasında qızğın ticarət gedən yaxşı bələd olduqları yolla
irəliləyirdilər".
6
Ruslanın bu səfərini əl-Məsudi ətraflı təsvir etmişdir. O göstərir ki, h.300 (912-13)-cü ildən
sonra rusların hərəsində 100 adam olan təqribən 500 gəmisi Don çayı ilə Xəzər kanalına qədər gəldi. Rusların
gəmiləri kanalın ağzını qoruyan Xəzər gözətçi dəstələrinin durduğu yerə çatdıqda ruslar bu dənizin ətrafında
yaşayan xalqlardan zəbt etdikləri qənimətin yarısını xəzər xaqanına
verməyi vəd edib, ondan bütün ölkəni
keçərək Volqa çayına, sonra isə üzüaşağı üzüb Çayın mənsəbinə və Xəzər dənizinə çıxmağa razılıq aldılar.
7
"Xaqan onların bu qanunsuz işi etməsinə icazə verdi və ruslar körfəzə girib, (Donun) mənsəbinə yetişdilər və
onun vasitəsilə üzüyuxarı başladılar. Nəhayət, Xəzər çayına (Volqaya) çatdılar və bu çayla Atil
*
şəhərinədək
endilər, onun yanından Ötərək, çayın Xəzər
dənizinə töküldüyü yerdə mənsəbinə yetişdilər, oradan isə
(Təbəristandakı) Amul şəhərinə doğru (üzdülər). Rusların gəmiləri
dənizə səpələndi və Gilana, Deyləmə,
Təbəristana, Curcan sahilindəki Abeskuna neft verən vilayətə [biləd ən-nəffətə - Abşeron] və Azərbaycan
istiqamətində yerləşən (bütün torpaqlara) basqın etdilər... bu dənizin ətrafında yaşayan xalqlar Özlərini itirdilər,
çünki keçmişdə onların üzərinə dənizdən basqın edən düşmən görməmişdilər. Dənizdə yalnız ticarət və balıqçı
gəmiləri üzərdi. Ruslar gilanlılarla, deyləmlilərlə və İbn Əbu əl-Sacın sərkərdələrindən biri ilə vuruşdular. Sonra
onlar Şirvan şahlığının Bakuh adı ilə tanınmış neft verən sahilinə gəlib çıxdılar. [Sahilboyundan[ qayıdarkən
ruslar neftverən (vilayətdən) cəmi bir neçə mil aralı olan adalarda
**
daldalandılar. O vaxtlar [təqr, 914-cü il]
Şirvanın şahı Əli ibn əl-Heysəm idi. Əhali hazırhq gördü, qayıqlarına [kəvarib] mini, həmin adalara qədər üzdü.
Ruslar onların qarşısına çıxdılar. Minlərlə müsəlman öldürüldü və dənizdə boğuldu. Əl-Məsudi xəbər verir ki,
*
Yəni Azov dənizindən Dona qədər, sonra isə gəmiləri sürüyə-sürüyə çəkib Volqaya salaraq üzüaşağı üzdülər.
**
Bakı buxtasının
girəcəyindəki Böyük Zirə, Çilov, Pirallahı və s. Adalar.