37
Azərbaycanın bir sıra rayonlarında aparılan arxeoloji qazıntılar zamanı başsız və əl-ayaqsız qadın və
kişi heykəlcikləri aşkar edilmişdir.
Ehtimal ki, onlar ibadət mərasimi ilə bağlı sındırılmışlar. Molla İsaqlı
kəndindən (İsmayıllı rayonu) tapılmış qadın heykəlcikləri, daşdan yonulmuş kişi başı, heyvan fiqurları son
dərəcə maraqlıdır. Qadın heykəlciklərinin birində əllər və döşlər nəzərə çarpdırılmır. Yuxarıya doğru zəifləşən
uzun boyun, balaca baş və çiyinlərə tökülən saçlarla tamamlanır. Üzü dimdikvarı çıxıntı şəklində təsvir
olunmuşdur. Boynıında beş cərgə yapma muncuq, yaxud metal boyunbağı təsvir edilmişdir. Kiçik kişi başı
Şirvanın avtoxton sakininin antropoloji cizgilərini - uzun sifət,
iri və uzunburun, batıq gözlər - aydın əks etdirir.
Bu heykəlciklər e.ə. birinci minilliyin sonlarına aid edilir. Bu cür tip indiyədək də istər Abşeronda, istərsə də
Şirvan rayonlarında mövcuddur. Şirvanın Ağsu rayonunun dağlıq hissəsindəki Nuran kəndində qırmızımtıl
gildən qadın heykəlciyi tapılmışdır. Onun zərif
[73 - 74]
daranmış saçları, pariki xatırladır. Çılpaq döşləri bir
qədər uzunsovdur. Boynunda iri medalyonlu həmail var. Ayaqları sanki hamar paltarla örtülmüşdür. Bu
heykəlcik e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərinə aid edilir.
9
Azərbaycanda küp qəbirlər dövrünə aid 5 sm-dən 20 sm-dək hündürlükdə olan bir sıra
son dərəcə
maraqlı heykəlciklər tapılmışdır. Bunlar, əsasən, qırmızı gildən hazırlanmış və yaxşı bişirilmiş çılpaq qadın
fiqurlarıdır. Bir neçəsinin boyunbağıları və ayaqlarındakı xal-xal aydın seçilir. Bəzilərinin aşağıya doğru relyefli
qatlar, yaxud nöqtəli naxışiar şəklində işlənmiş paltarları ayırd edilir. Rəssam qadın fıqurunın ölçülərini
mümkün qədər realistcəsinə təcəssüm etdirməyə çalışmışdır. Heykəlciklər kobud və sxematik şəkildə
düzəldilmişdir. Ehtimal ki, heykəlciklər məhsuldarlıq ilahəsinə sitayişlə bağlıdır. Onlar e.ə.
birinci minilliyin
sonu - eramızın ilk əsirlərinə aid edilir. Bu heykəllərin minlərlə insan rəsmi olan Qobustan qaya təsvirlərindəki
qadın fıqıırları ilə oxşarlığı son dərəcə maraqlıdır. Həmin rəsmlər Mezolit dövründən tutmuş, inkişaf etmiş orta
əsrlərədək müxtəlif dövrləri əhatə edir. Ola bilsin ki, Azərbaycanın müxtəlif rayonlarındakı istər qrafık, istərsə
də heykəl qadın təsvirlərinin bəziləri eyni bir şəxsə - bir sıraYaxın Şərq
Orta Asiya ölkələrində, Zaqafqaziyada
və İranda geniş sitayiş olunan məhsuldarlıq ilahəsi Anahidə aiddir. Strabonun (e.ə. I əsr-
K
e I əsri) verdiyi
məlumata görə, bu ilahənin şərəfinə məbədlər ucaldılır, qurbanlar kəsilirdi. "Bu ilahənin məbədi olan hər yerdə
adət üzrə Vakx bayramına bənzər Sak bayramları keçirilirdi..."
10
Anahidə midiyalılar və ermənilər də sitayiş
edirdilər. "Onlar burada kölə kişi və qadınları ilahənin xidmətinə verirlər. Burada təəccüblü heç bir şey yoxdur.
Lakin tayfanın adlı-sanlı adamları da öz qızlarını hələ qız vaxtlarında ilahənin xidmətinə verirlər..."
11
Məhsuldarlıq ilahəsinə sitayiş qədim Şirvanın yerli tayfaları arasında da geniş yayılmışdı. "Albaniya tarixi"ndə
Afrodita
12
adlandırılan bu ilahəyə sitayiş edildiyi
qeyd olunur, lakin onun yerli adı çəkilmir. Orta Asiyada,
Dağıstanda, Ermənistanda, Gürcüstanda, İranda çoxlu gil qadın və kişi fıqurları tapılmışdır. Lakin onlar
Azərbaycanda tapılmış heykəlciklərdən üslııbi cəhətdən fərqlənirlər. Azərbaycandakı heykəlciklərdə realist
duyum tərzi ilə yanaşı, formaca ifrat mücərrədlik və bəsitlik müşahidə olunur.
13
Burada vahid üslub yoxdur.
Tədqiqatçı bu materialda ifrat materializmdən tutmuş, ən
inkişaf etmiş formalizmə, ekspressionizmə və
impressionizmə qədər müasir estetik kateqoriyaların hamısına rast gələ bilər. E. Xertfeld İranda tapılmış
heykəlcikləri ev allahları adlandıraraq, onları uzaq dövrlərin dini təsəvvürləri ilə bağlayır.
14
O hesab edir ki,
əhali "ev allahları"nın başını insanlara kömək etməyi bacarmadıqları, yaxud kömək etmək istəmədiklərinə görə
vurmuşlar. Qadın heykəlciklərini o, matriarxat dövrü ibtidai-icma cəmiyyətində ana-ilahənin təcəssümü sayır.
Azərbaycanın bir sıra rayonlarından tapılmış başı və əl-ayağı sındırılmış heykəlciklər
qurban ayinləri ilə
də bağlı ola bilər. Strabon qədim Albaniyada insan qurban verilməsi adətinin mövcud olduğunu göstərirdi.
15
Ehtimal ki, sonralar qurbankəsmə ayinlərində insan gil heykəlciklərlə əvəz edilmişdir. Movses Kalankatlının
salnaməsində bu mərasimə işarə vardır: "müqəddəs baş Gisə gəldi və cansız qurban gətirdi". Albaniyada
"bütpərəstlərin qurbangahları" var idi. "Yaman bütlərə qurban verməklə sitayiş etmək" yaxud "bütlərin
[74 - 75]
yaramazlıqlarına" sitayiş etmək adəti qeyd olunur.
16
Heykəlciklərdən ölü duası ibadətində istifadə olunması da mümkündür. Heykəlciklərin forma və üslubi
xüsusiyyətlərinin müxtəlifliyi onları düzəltmiş tayfalar arasındakı etnik fərqlərlə bağlıdır.
Eramızın hüdudlarında və ilk əsrlərində Şirvanda insanı realist formalarda əks etdirən monumental daş
heykəltəraşlıq meydana gəlir. Lakin bu heykəllərin semantik mənası başqadır. Bu heykəllər ayin təyinatlı
heykəlciklərdən fərqli olaraq, qədim Azərbaycanın plastik sənətinin inkişafında yeni - insanı, onun
fəaliyyətini
təbiətdən ayırmaq mərhələsi demək idi. Bəlkə də insanı təsvir edən monumental heykəltəraşlığın yeni
formalarının meydana gəlməsi burada incəsənətin inkişafı ilə bağlı olmaqla bərabər, cəmiyyətin sosial-iqtisadi
inkişafındakı irəliləyişi, onun sinfı təbəqələşməsini, yeni formasiyaya - feodalizmə keçidini də əks etdirirdi.
Monumental heykəllər nikbin incəsənətin yeni formaları idi. Sonralar, IV-V əsrlərdə xristianlığın bütpərəstliklə
mübarizəsi və VII əsrdə insan fıqurlarının təsvir olunmasını qadağan edən islam dininin yayılması ilə əlaqədar
monumental heykəltəraşlıq inkişafdan qaldı. Mənbələrdə belə heykəllərə işarə var. Ərəb mənbələri Şirvan
ərazisində bəzi nümunələri dövrümüzədək gəlib çıxmış insan və heyvanları təsvir
edən dairəvi heykəllərin
mövcud olduğunu göstərirlər. Ərəb müəllifi İbn əl-Fəqih əl-Həmədaninin təqribən eramızın 903-cü ilində
yazılmış "Kitab əl-buldən" ("Ölkələr kitabı") əsərində maraqlı məlumat verilir: "Bab (Dərbənd –
S. A. )
şəhərində Bab əl-Cihaddakı (cihad qapıları) divarın üstündə iki daş sütun var; hər sütunın üstündə ağ daşdan