44
Lakin Əhməd ibn Məhəmmədin Təbərsəran hakimi olan qardaşı Şirvana hökmranlıq iddiasından əl
çəkməmişdi. H.357(968)-ci ildə o, ləkzlər ölkəsini tərk edərək Salar İbrahim ibn Mərzuban Deyləminin yanında
sığınacaq tapdı, onunla birlikdə yürüş edib Şirvan torpağına girdi. Salar ölkəni və Dərbəndin ətrafını qarət etdi.
Şirvan hakimi Əhməd onunla sülh sazişi bağladı və ona xərac verdi. Salar Şirvanı tərk
etdi və Heysəmi də özü
ilə aparmaq istədi. Lakin Heysəm əl-Məsqətə qaçdı və ona siyasi sığınacaq verən ehtiram və rəğbət göstərən əl-
Bab əmiri Əhməd ibn Əbd-ül-Məlik Heysəmin adından Şirvan hakimi ilə danışığa girərək, Şirvanın bir
hissəsinin ona güzəştə gedilməsini tələb etdi. Lakin Şirvanşah bu tələbi rədd etdi və hədə-qorxu gəldi. Dərbənd
əmiri Əhməd ibn Əbd-ül-Məlik əsasən Sərir vilayətindən qoşun toplayaraq Şirvana soxuldu. Şəbəran şəhərini
hücumla alıb, yandırdı, talan edib böyük qənimət götürdü. Geri qayıdarkən sərirli döyüşçülər əl-Baba əmirdən
bir gün əvvəl daxil oldular. Lakin şəhərdə iğtişaş və qarışıqlıq başlandı. Yerli əhali yüz
sərirli hərbi rəisi öldürüb
onların Şirvanda ələ keçirdikləri qəniməti çapıb taladılar. Şirvanşah Əhməd iyirmi beş ilə yaxın hökmranlıqdan
sonra h.370-ci ilin zilhiccə ayında (iyun 981-ci il) vəfat etdi.
34
Əhmədin ölümündən soııra taxta onun oğlu Məhəmməd ibn Əhməd çıxdı. O, qonşu feodallara qarşı
təcavüzkar siyasət yeridir və öz ərazisini bir sıra şəhərləri ilhaq etmək hesabına genişləndirməyə çalışırdı. H.371
(981/2)-ci ildə o, Qəbələ şəhərini onun əmiri Əbd ül-Bərr Ənbəsədən tutub aldı. Təqribən h.372 (982)-ci ildə isə
Bərdəni işğal edib Musa ibn Əlini özünün canişini təyin etdi. Məhəmməd öz şəhərlərini də möhkəmləndirirdi.
Belə ki, h.373 (983)-cü ildə o, Şəbəranın, görünür, hərbi əməliyyatlar nəticəsində dağıdılmış hasarlarını bərpa
etdirdi. Göründüyü kimi, Şirvanın ən zəngin və qədim şəhər mərkəzlərindən olan Şəbəran qonşu feodalların
diqqətini cəlb edirdi. Onlar aramsız olaraq şəhərə basqınlar edir, onu çapıb talayırdılar. Ehtimal ki, Şəbəran
qədim zamanlardan Şirvanın paytaxtı olmuşdu. H.372 (982)-ci ildə babası Məhəmməd
ibn Yəzidin Layzana
(V. F. Minorskiyə görə Lahıc)
35
birləşdirdiyi Xursan və Şirvan məliklikləri Məhəmməd ibn Əhmədın mülklərinə
daxil idi.
H.378 (988)-ci ildə et-Tuzi Dərbəndi onun əmiri Əhməd Haşiminin oğlu Məymıından aldı və onu
şəhərdən qovdu. Sonra o, şəhəri Şirvanın hakimi Məhəmməd ibn Əhmədə təslim etdi. O, bir neçə ay şəhərdə
hökmranlıq etdi, lakin Məymunun qulamlarından Balid (Baldu?) adlı birisi tərəfindən yaralanan Məhəmməd ibn
Əhmədi tabe olan feodallar Şirvana apardılar. Balid onıın iqamətgahında üstünə atılaraq
təbərzinlə boynunun
ardından vurub yaralamışdı. Qulam Təbərsəranda gizlənən və bu hadisələrdən sonra Dərbəndə qayıdan ağası
Məymunun yanına qaçmışdı. Məhəmməd tezliklə sağaldı. Lakin bu zaman onun Bərdədəki canişini Musa ibn
Əli açıqca qiyam qaldıraraq, yalnız öz adından xütbə oxunmasını Şirvanşah Məhəmmədin adının xütbədən
çıxarılmasını əmr etdi. Sonra "Tarix-i əl-Bab"da xəbər verilir ki, h.380 (990)-cı ildə Dərbənd əhalisi öz əmirləri
Məymuna qarşı üsyan qaldıraraq onu hakimiyyətdən qovdular. Onlar Şirvanşah
Məhəmməd ibn Əhmədi
Dərbəndə dəvət etdilər. Dərbəndə gələn Məhəmməd qalanı yenidən tikdirdi, daha doğrusu, bərpa etdirib
möhkəmləndirdi və orada öz adamlarından ibarət qarnizon yerləşdirdi.
Bundan sonra o, öz paytaxtına,
[85 - 86]
ehtimal ki, Yəzidiyyəyə qayıtmış, on bir il səkkiz ay və iyirmi bir gün səltənət sürdükdən sonra h.381 (991)-ci
ilin ramazan ayında (noyabr) ölmüşdür.
36
Onun yerinə hakimiyyətə qardaşı Yəzid ibn Əhməd keçdi. Bu hadisələrdən və hakimiyyətin
dəyişilməsindən istifadə edən əmir Məymun yenidən Dərbəndi tutaraq
,
ehtitnal ki, cəmi bir il beş ay əvvəl,
Şirvanşah Məhəmməd ibn Əhmədin vaxtında tikilmiş orta (köndələn) divarı (Əs-sür əl-vəstani) dağıtdı. Yəzidin
hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal
ara müharibələri ilə əlamətdardır. H.382 (992)-ci ildə Qəbələ nrstagında şirvanhlarla şəkərlilər
*
arasında
şiddətli vuruşma baş verdi. Döyüşdə Şirvanşahın vəziri
Müsəddin ibn Həbəşi öldürüldü, onunla birlikdə Şirvan
qoşununun adlı-sanlı 400 süvari əsgəri həlak oldu. Şirvanşah Yəzid ibn Əhmədin hakimiyyəti onunla əlamətdar
idi ki, o, dövlət işlərini təkbaşına idarə etmir, bütün dövlət işlərini bərdəli Abbasın oğlanları oğlanları Əbd ül-
Əziz
və Əbd ül-Səmədə həvalə edir, yalnız onların məsləhəti ilə qərar çıxarırdı. H.389 (999)-cu ildə Şirvanşah
Yəzid Qəbələnin hakimi, Gürzül
**
qalasını sahibi Əbd ül-Bərr Ənbəsə ilə müharibə edərək, Gürzül qalasını
onun əlindən aldı. Bundan elə həmin il Şirvanşah Zirkiyyə (daha doğrusu, Rizkiyyə?) mülkünə sahib olmaq
üstündə Dərbənd əmiri Ləşkəri ibn Məymunla lakin uğur qazana bilmədi. Ləşkəri Şəbərana yürüş etdi.
Şirvanlılar onlarla şəhərin qapıları qarşısında vuruşdular. qoşunu ağır məğlubiyyətə ıığradı, döyüşdə Ləşkərinin
qardaşı Əbu
Nəsr ibn Məymun əsir alındı. Şirvanşah onu həbsxanaya saldırdı barışıq bağlandıqdan sonra o,
girov saxlandı. H.391 (l00l)-ci ild
Ləşkərinin ölümündən sonra Dərbənd əhalisi Şirvanşah
Yəziddən özlərinə
əmir seçmək istədikləri Əbu Nəsrin azad olunmasını tələb etdilər. Lakin Yəzid qızını Əbu Nəsrə ərə vermək
istəməsi bəhanəsilə bundan boyun qaçırdı və şərt qoydu ki, Əbu Nəsri o zaman buraxar ki, Dərbənd camaatı
Dərbənd və Sull (Çul) qalalarının tikilməsinə (daha doğrusu, bərpa olunmasına) razılıq versinlər. Dərbəndlilər
bu təklifı rədd etdilər və Yəzid heç bir günahı olmayan Əbıı Nəsri edam etdi. Əbu Nəsr Şəbəran qalasının
həbsxanasında saxlanırdı və Şirvanşah onu həmin şəhərin qapıları qarşısında dəfn etdirdi. Bıı h.392 (1002)-ci
*
Ehtimal kİ, şəkililər.
**
Gürzül Göyçay çayının qərb sahillərindəki Girdədül kəndi ilə eyniləşdirilir.