51
lakin h.218 (833)-ci ildə əl-Bab əmirləri Məsqəti zəbt etdikdən sonra onların müstəqilliyinə son qoyulmuşdur.
Vilayətə Mücqubad, Mehyariyə və Samsuyə mülk və qalaları daxil idi.
38
Maskutlar Cənubi Dağıstanda, Xəzəryanı ovalıqda, Samur və Vəlvələ çaylarının arasında yaşayırdılar.
39
Onların daha cənubda ta Abşeronadək məskunlaşması müşahidə edilir.
40
Göründüyü kimi,
Məsqətin əhalisi
qarışıq olub, qədim massagetlər olan irandilli alanlardan,
41
habelə Qafqaz və müxtəlif türk tayfalarından ibarət
idi. Bəlazurinin məlumatına görə, Mərvan ibn Məhəmməd VIII əsrdə islamı qəbul etmiş xəzərləri Məsqətdə,
"Samurla Şəbəran arasında ləkzlər vilayətindəki düzənlikdə yerləşdirmişdir".
42
Məsqət şəhəri Samur çayının yaxınlığında, onun sağ sahilində olub, hələ Sasanilər vaxtından məlum
idi.
43
"Hüdud əl-aləm"də verilən məlumatlara görə Məsqətdən islam ölkələrinə çoxlu qul qətirilirdi. O, Sərirə,
yəni avarlar ölkəsinə tabe idi.
44
Bəlazuri və Ibn əl-Fəqih onun müstəqil şəhər olduğunu göstərirlər.
45
Məsudi
xəbər
verir ki, burada Sasanilər dövründən daş tikililər var idi
46
. "Tarix-i əl-Bab"da Məsqət X-XI əsrlərdə
deyləmlilərin, və kürdlərin hücumlarına məruz qalmış bir şəhər kimi xatırlanır, XI əsrin ikinci yarısında
Şirvanşah Fəribürz Məsqət vilayətinə sahib olmaq uğrunda əl-Bab əmirləri ilə müharibələr aparmış, onun bütün
torpaqlarını zəbt edib Şirvan vilayətinə qatmışdı. XI əsrin ikinci yarısında Məsqət şəhəri Yəzidiyyə və Bakı
kimi türklərin dağıdıcı hücumlarına məruz
qalaraq viran edilmişdi. Bundan sonra Şirvanşah Fəribürz öz
mülklərinin mərkəzini Məsqətdəki Mehyariyəyə köçürməyi qərara alır. Ortasında
qəsr olan şəhərə çevrilmiş
Mehyariyə malikanəsinin ətrafına divar çəkildi. Şirvanşah çox vaxt Mehyariyədə yaşayaraq, buradan əl-Baba
basqınlar edirdi. H.464 (1071)-cü ildə türk Yağma Şirvanşahdan tələb edir ki, əl-Bab qalasını və Məsqəti təslim
etsin. H.468 (1075)-ci ildə səlcuqlar onları tutdular. Bab və Firuz Qubad şəhərləri də Məsqət vilayətinə daxil idi.
Sonuncunun adı,
ehtimal ki, Sasani hökmdarı I Qubadın adından götürülmüşdür.
47
Yaqutun lokallaşdırılmasına
görə (1227) "Bab əl-Əbvab,
[97 - 98]
yaxud Dərbənd yax;nlığındakı bu qədim şəhər",
48
ehtimal ki, indiki
Qubanın yerində olmuşdıır. IX-X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin
A. A. Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın [h.774 (1373)-cü il] Quba yaxınlığında gözəl türbəsini
gördüyünü xəbər verir ki,
49
bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər
olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin
dilindən xəbər verilir ki,
"dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582~ci il –
S. A. ) Quba çoxlu kəndi əhatə
edən nahiyənin adı idi".
50
Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə
mövcud olmuş, qala isə dağılmışdı. Biz belə hesab edirik ki, Quba Xilafətin Azərbaycanı və Dağıstanı istila
edərkən Mədinə yaxınlığındakı Quba şəhərindən gəlmə ərəb tayfalarının VII əsrdə özləri ilə gətirdikləri eyniadlı
toponimlər sırasına daxildir. Bu adın
*
ərəb Xilafətinin istila etdiyi ərazidə geniş yayılma arealı, eləcə də, Quba
şəhərini təsvir edən Zeynalabdin Şirvaninin (XIX əsr) aşağıdakı məlumatı bu fərziyyəni təsdiq edir: "Qədimdə
ərəb tayfalarından biri Qubaya köçərək burada məskən salmışdır".
52
Firuz
Qubada köçüb gələn ərəblər
Mədinənin yaxınlığındakı şəhərin adı ilə səsləşən adı eşitdikdə, Məsqət kimi, onu da tanış olan Quba adı ilə
adlandırmışlar.
IX-X əsr ərəb müəllifləri Arranın iri şəhərlərinin - Bərdənin, Rab əl-Əbvabın və Tiflisin adlarını
çəkirlər. Onlar "mühüm olmayan böyüklükdə, lakin məhsuldar, geniş və yararlı təsərrüfat sahələrinə malik"
şəhərlər sırasında Şirvan ərazisinə daxil
olan Beyləqan, Şamaxı, Şərvan, Abxaz, Şəbəran, Qəbələ, Şəki
şəhərlərinin adlarını çəkirlər.
53
Əl-İstəxri, İbn Havqəl və əl-Müqəddəsi bəzi müəlliflərin Oubada, yaxud onun yaxınlığında yerləşdirdiyi
Abxaz
54
şəhərinin adını çəkirlər.
55
A. Markvart və V. F. Minorski adın bu cür oxunduğunu səhv sayaraq onu
Alaycan
56
kimi təshih etmiş və Lahıc ərazisində yerləşdirmişlər. Lakin XII əsr Bizans yazıçısı İoann Tsetsin
belə bir qeydi var. "Kolxlar, əslində hind skifləridir. Onlar lazlar da adlandırılırlar və
abasqların, keçmiş
massagetlərin yaxınlığında yaşayırlar". O, sonra yazır: "Lazlar da deyilən kolxlar Misirdən köçürülmüşlər.
Onlar, həm də,
massagetlər adlandırılan abasqların
57
yaxınlığında yaşayırlar" (kursiv mənimdir –
S. A. ) XIII
əsr erməni yazıçısı Vardan
daha dəqiq məlumat verərək, özünün "Coğrafıya"sında yazır: "Abxaz Vrkan
(Girkan) dənizinin sahilində yerləşən mazkutlar ölkəsidir".
58
Bu mənbələr X əsr ərəb müəlliflərinin Abxaz və
Məsqət kimi xatırladıqları mövcud olmuş real Abxazdan və massagetiər - maskutlar ölkəsindən bəhs edirlər.
Ona görə ki, Markvartın və Minorskinin Abxaz sözünü Alaycan kimi oxuması səhvdir, xüsusən ona görə ki,
eyni ərəb müəllifinin bu iki toponimi müxtəlif cür yazması onların ayrı-ayrı toponimlər olduğunu sübut edir.
Abxazın yerini dəqiqləşdirmək üçün üç X əsr ərəb müəllifinin marşrutlarını nəzərdən keçirək. Əl-İstəxri
(təqribən 930-cu ildə yazmışdır) göstərir: "Bərdədən Bab əl-Əbvaba olan yol: Bərdədən Bərzəncə (Bərdicə
-
S. A. ) 18 fərsəx,
[98 - 99]
Bərzəncdən Kürü keçərək əş-Şəmaxiyyəyə 14 fərsəx, əş-Şəmaxiyyədən Şərvana 3
gün; Şərvandan əl-Abxaza 2 gün; əl-Abxazdan Samur körpüsünədək 12 fərsəx və Samur körpüsündən Bab əl-
Əbvabadək 20 fərsəxdir". İstəxrinin əsərinin başqa bir nüsxəsində "Samur" körpüsündən Bab əl-Əbvabadək 20
fərsəxdir" əvəzinə "on fərsəxdən azdır" getmişdir.
59
*
Ə. Hüseynzadə Qubanın salınmasına dair müfəssəl
məlumat və rəvayətlər
gətirir. Lakin
onun bu adı açıqlaması inandırıcı deyil.
51