56
İraqdan,
Suriyadan tacirlər gəlir, gətirdikləri malların əvəzində karvanlarla neft, duz, balıq, mal-qara
(qatır), zəfəran, qırmızı
boyaq, boyaqotu və digər mallar aparırdılar.
116
Aparılan mallar içərisində sənətkarlıq
məmulatları, başlıca olaraq və Şamaxıda, onun
ətrafındakı kəndlərdə toxunan ipək parçalar, Şirvan şəhərlərində
- Bakı və onun ətrafında, Xursanda, Muğanda hazırlanan yun parçalar, xalçalar, xalça məmulatları, örtüklər,
117
Beyləqan və Şəbəranda istehsal edilən saxsı və mis qablar da var idi.
Ən
iri şəhərlər - Bərdə, Dərbənd, Gəncə, Şamaxı və Bakı beynəlxalq ticarət yollarının üstündə idi.
Başlıca ticarət yolu Muğandan keçib, Kürün sağ sahili ilə Tiflisə, oradan isə Qara dənizə gedirdi. Xəzər sahilləri
ilə Bakı və Dərbənd limanlarından və daha sonra Xəzər xaqanlığından keçərək şimala gedən yol da mühüm
əhəmiyyətə malik idi. Yollardan biri Bərdədən Ərdəbilə və İrana, digəri isə yenə də Bərdədən
Dvinə və oradan
Suriya və Mesopotamiyaya gedirdi. Ərəb müəllifləri Bərdədən Bab əl-Babadək yolun marşrutunu vermişlər.
118
Bakı X əsrin sonlarında artıq Xəzər dənizində mühüm liman olub, istər dəniz, istərsə də karvan yolu ilə
beynəlxalq tranzit ticarətində iştirak edirdi.
Yüksəklikdə yerləşən köhnə Bakı Azərbaycanın başqa şəhərləri kimi qala divarları ilə əhatə olunmuşdu.
Arxeoloji qazıntılar zamanı həm yüksəkliyin üstündə, həm də Qız qalası ərazisində qala divarlarının qalıqları
üzə çıxarılmışdır.
119
Şirvanşahlar sarayı və İçərişəhər ərazisində orta əsr şəhərinə məxsus əhalisi sıx olan
məhəllələr aşkar edilmişdir. Bu, Bakı şəhərinin VIII-XI əsrlərdə və sonralar mövcud olmasına dair mənbələrin
verdiyi məlumatı təsdiq edir. Şəhər olduqca böyük bir ərazini tutaraq, dənizə qədər uzanırdı.
120
Şirvanşahlar
sarayı ərazisində aparılan arxeoloji işlər zamanı yaşayış binalarının qalıqları, təndirlər, su
[106 - 107]
quyuları,
taxıl və zibil quyuları, çoxlu miqdarda şirli saxsı qab qırıntıları, sikkələr və digər
maddi mədəniyyət və məişət
qalıqları meydana çıxarılmışdır.
121
İçərişəhərin şimal tərəfində, uçurulmuş evin yerində, 80 m
2
sahədə, XII-XIII əsrlərə aid divarların
altında, 5,5-6 m dərinlikdə Bakı yüksəkliyinin qayaları üzərində ev divarları, təndirlər, ocaqlar aşkar edilmişdir.
Qayada üç təsərrüfat quyusu oyulmuşdu. VIII-X əsrlərə aid bu təbəqədə adi və şirli keramika
tapılmışdır.Şirvanşahlar sarayının şərq tərəfində 16x8 m sahədə aparılan qazıntılar torpaqları təbəqəyə qədər
(təqribən 6 m dərinlikdə) çatdırılmışdır. Düzbucaqlı bina divarlarının bünövrələri ilə yanaşı, su və təsərrüfat
quyuları, təndirlər üzə çıxarılmışdır. Çoxlu miqdarda adi şirli qablar və onların qırıntıları tapılmışdır. Üst
təbəqədən tapılmış şirli keramikada anqob və manqanla işlənmiş naxışlarla, oymalarla
və müxtəlif rəsmlərlə
bəzədilmiş polixrom qablar üstünlük təşkil edir. Alt təbəqədəki keramikada isə monoxrom naxışlı qablar
çoxdur. Tapılmış qablar arasında cam, kasa, boşqab, bardaq var. Kasaların dibinə, qabarıq möhürlər
vurulmuşdur. Adi saxsı qablar dar və genboğaz bardaqlardan, qazanlardan, kasa və çıraqlardan ibarətdir. Çoxlu
daş kirkirə aşkara çıxarılmışdır. Şirvanşah adından zərb edilmiş mis sikkələr,
mis və dəmir əşyalar, şüşə və
fayans məmulatlar və i.a. tapılmışdır.
122
1971-ci ildə Bakı yüksəkliyinin cənub-şərq yamacında qazıntı işləri aparılmağa başladı. 168 m
2
sahədə
aparılan qazıntı işləri torpaqaltı qata - sal qayaya qədər çatdırıldı. İki metrə yaxın alt mədəni təbəqə VIII-XIII
əsrlərə aiddir. Yaşayış kompleksləri qazıntı sahəsinin cənub-şərq hissəsini tutur. Alt təbəqədə təsərrüfat və su
quyuları, təndirlər, otlaqlar aşkar edilmişdir. Çoxlu miqdarda keramika məmulatı, fayans, metal və şüşə əşyalar,
mis sikkələr tapılmışdır. Nəbati və həndəsi səciyyəli qabarıq basmaqəlib naxış vurulmuş sarı gil qablar seçilir.
IX-X əsrlərə aid şirli qablar - anqob və manqanla işlənmiş və yaşıl rəngli şir çəkilmiş monoxrom kasalar aşkar
edilmişdir; bəzilərinə dulusçu ustaları möhürü basılmışdır. Alt təbəqələrdə naxışla bəzədilmiş al-qırmızı rəngli,
nazik divarlı zərif qablar tapılmışdır. Mis, dəmir, bürünc və şüşə məmulatlarının
aşkar edilməsi orta əsrlər
Bakısında metal və şüşə emalının, zərgərlik və digər sənətlərin inkişaf etdiyini göstərir. Tapılmış gümüş və mis
sikkələr IX-X əsrlərə aid olub, Abbasi xəlifələri və Şirvanşahlar adından kəsilmişdir. Onlar Bakının
Azərbaycanın başqa şəhərləri və qonşu ölkələrlə geniş ticarət əlaqələri olduğunu təsdiq edir.
123
1973-cü ildə
qazıntı işləri şəhərin qala hissəsinin şimal tərəfində qövsşəkilli bürcləri olan şəhər divarlarının yaxınlığında
aparılmışdır. Arxeoloji tədqiqatlar göstərdi ki, köhnə Bakının sənətkarlıq emalatxanalarının əksəriyyəti burada
olmuşdur. Şəhərin bu hissəsində tikili qalıqlarına az təsadüf edilir. Keramika tapıntıları alt IX-X əsrlərə aidliyini
göstərir. Şirli qablar (adi bardaqlar və çömçələr) anqob və manqanla işlənmişdir.
Alt təbəqədə həmçinin çoxlu
miqdarda şüşə qablar,- nazik divarlı rəngli kicik qab qırıqları, qara və yaşıl qolbaqlar, müxtəlif formalı
muncuqlar aşkar edilmişdir. Metal məişət əşyaları və sikkələr tapılmışdır.
124
Qazıntı işləri Bakı yüksəkliyinin
üstündə, Şirvanşahlar sarayının yaxınlığında, ehtimal ki, saray xidmətçilərinin yaşadıqları sahədə də
aparılmışdır. 1,5 m qalınlığında olan alt təbəqə
[107 - 108]
bilavasitə
torpaqaltı qatın üstündədir. O, şəhərin erkən
dövr həyatını əks etdirir. Burada üzə çıxarılmış bina bünövrələri qalınlığı ilə 1 metrədək seçilir. 4,8 m dərinlikdə
içərisi ev heyvanlarının sümükləri və keramika qırıqları ilə doldurulmuş 2 təsərrüfat quyusu aşkar edilmişdir.
Orada,
həmçinin, böyük gil çıraq, əl dəyirmanın alt daşı, şirsiz və şirli qab parçaları, eləcə də hər iki tərəfdən
açıq mavi rəngli şir çəkilmiş və üzərində ərəb əlifbası ilə sahibinə xoşbəxtlik arzusu bildirən qabarıq kitabə olan
kasa tapılmışdır. Başqa bir fayans kasanın dibində şəffaf şirin altında bitki və quş rəsmlərindən ibarət naxış
vardır. Bu sahədə 24 mis sikkə tapılmışdır, Aparılmış qazıntılar nəticəsində VIII-XI əsrlərdə İçərişəhər
ərazisində böyük əhali sıxlığı olduğu, Bakıdan sənətkarlığın və ticarətin inkişaf etdiyi sübuta yetirilmişdir.
125