Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

37 



düşmənə  pənah  aparmalı,  ya  da  sənin  günəşsiz 

dünyanda ömrünü başa vurmalıdır.

 

BURA QƏDƏR DEYİLƏNLƏR VƏ BUNDAN 

SONRA… 

Bura  qədər  mən,  İslamdan  uzaqlaşıb  qərb 

mədəniyyətinə  üz  tutmuş  və  öz  insani  şəxsiyyətini 

tanıya  bilməyən  gənc  bir  nəslin  nümayəndəsi  kimi 

danışdım.  Mən  həmin  nəsil  ilə  həmfikir  deyiləm. 

Sadəcə,  onların  narazılıqlarını  məsuliyyət  daşıyan 

məzhəb nümayəndələrinə çatdırdım. Həmin məzhəbi 

cəmiyyət məni məzhəbi şəxs kimi deyil, hətta bir bəla 

tanıyır.  Mən  isə  bu  məsələni  sizin  mühakimənizə 

verirəm.  

İndi  isə,  dini  gerilik  səbəbi  bilən  mənim  ziyalı 

təbəqəmdəki  dinsizlərə  tam  məsuliyyətlə  bəyan 

edirəm: İslam sizin düşündüyünüz kimi deyil! 

Mənim  İslam  dininə  bağlılığımın  elmi  əsasları  var. 

Dindən  nə  maddi  xeyrim  var,  nə  də  dini  baxışlarım 

mənə  ictimai  mövqe  verib.  Əksinə,  mən  dini 

etiqadıma görə hər şeyi itirmişəm. Mən İslamı həqiqət 

bilərək ona inanmışam.  

Ey  ziyalı!  Sənin  şüarlarınla  razıyam.  Mənim  də 

istəyim  budur  ki,  zülmün  kökünü  kəsək,  insan 

haqlarını  təmin  edək.  elə  buna  görə  də  tam 

səmimiyyət və inamla elə bir dinə üz tutmuşam ki, bu 

din  fəqirliyi  (yoxsulluğu)  və  təbəqə  ziddiyyətlərini 

aradan qaldırmağa, insanlara azadlıq verməyə, dünya 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

38 



həyatımızı  işıqlandırmağa,  cəmiyyətdə  ədaləti  bərpa 

etməyə qadirdir! 

Yaxınlarımdan 

biri 


şiə 

məzhəbinə 

olan 

münasibətimi təmənnalı düşünərək dedi: «Dediklərin 



həqiqətdir,  yoxsa  bir  xeyrin  var?».  Hansı  ki,  mənim 

məzhəbi  mübarizələrdəki  itkim  və  qazancım  hamıya 

məlumdur.  Mən  ictimai  nüfuzumu,  ziyalılığımı, 

gəncliyimi,  rahatlığımı,  bir  sözlə  -  hər  şeyimi  əqidəm 

yolunda  qurban  vermişəm.  Əvəzində  həm  ziyalıdan, 

həm  də  iman  əhlindən  töhmət  almışam.  Peşman 

deyiləm;  çünki  əqidəmə  sadiq  qalmışam.  Əgər  nə 

ziyalı,  nə  də  iman  əhlini  tənqid  etməsəydim,  günüm 

daha xoş keçərdi. Mənim mövqeyimi həm ziyalı, həm 

də  dindar  ədalətsiz  qiymətləndirir.  Mənimlə  çiyin-

çiyinə durmuş ziyalı elə düşünür ki, arxamda hansısa 

dindar bir qüvvə dayanıb.  

Ey  ziyalı!  Ziyalı  mühitində  İslamı  təbliğ  etdiyimə 

görə  məni  arxalı  bilməyin  tam  əsassızdır!  Axı,  sən 

həmin 

təbəqənin 



mənə 

olan 


münasibətindən 

xəbərdarsan.  

Bir  daha  bəyan  edirəm:  Məni  İslama  bağlayan—

bütün  varlığımla  inandığım  həqiqətdir.  Məsihi 

keşişlərin  kafir  hesab  etdikləri  tanınmış  mütəfəkkir 

Ernest  Renan  yazır:  «İslam  əsl  insan  dinidir.  Mən  şiə 

məzhəbində  həqiqi  İslamdan  fərqli  əlavələrin 

olduğuna  inanmıram!  İnanmıram  ki,  İslamın  üç, 

şiəliyin  isə  beş  etiqad  əsası  ola.  Bəli,  şiəlik  həqiqi 

İslamı  anlama  yoludur».  Necə  anlama?  İslam  dininin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

39 



mütərəqqiliyini,  despotizmə,  irqçiliyə,  təbəqəçiliyə 

zidd 


olduğunu 

anlamaq! 

Allah 

tərəfindən 



göndərilmiş  bütün  dinlər  təhriflərə  məruz  qalmışdır. 

İslam  dinini  uyğun  təhriflərdən  qoruyan  məhz  şiə 

məktəbi 

olmuşdur! 

Peyğəmbər 

(s) 


sünnətini 

təcavüzlərdən  qoruya  bilən  yeganə  məzhəb  şiəlikdir! 

Şiəlik  İslamın  İbrahim  dininin  əsas  hədəfi  olan 

«ədalət» və «imamət»i bünövrə prinsiplərindən qərar 

vermişdir. Yəni ictimai ədalət və həqiqi rəhbərlik! 

Mən  ənənəvi  şiəlik  keşikçisi  deyiləm  və  ziyalıların 

mütərəqqi arzuları ilə razılaşıram. Mən keçmiş dinləri 

və  İslamı,  eləcə  də,  bəşər  tarixində  mövcud  olmuş 

ideologiyaları  dərindən  araşdıraraq  bu  qənaətə 

gəlmişəm  ki,  ən  mütərəqqi  yol  İslamın  şiə  məktəbinə 

məxsusdur! 

Ey ziyalı! Bir anlıq təəssübü kənara qoy və seçdiyin 

ideologiyada  ədalət  və  rəhbərlik  prinsiplərini 

süzgəcdən  keçir.  İstər  dialektik  materializm,  istər 

ekzistensializm,  istər  humanizm  -  bütün  yolların 

«ədalət»i 

istismar 

və 


zülm, 

«imamət»i 

isə 

hakimiyyətsizlikdən 



ibarətdir. 

Kimi 


təbəqə 

mübarizəsi aparır, kimi də hakimiyyət! 

Şiəlik  isə,  sənin  düşündüyün  kimi,  ağlaşmaqdan 

ibarət deyil. Bütün işıqlı düşüncələrin axtardığı həqiqi 

ictimai  ədalət  və  həqiqi  hakimiyyət  məhz  şiə 

məktəbinin 

ədalət 

və 


imamət 

prinsiplərində 

mövcuddur. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

40 



Ey  ziyalı!  Məgər,  sən  öz  cəmiyyətin  və  bəşəriyyət 

üçün bu həqiqətləri axtarmırsanmı? 

Şiəlik  bu  iki  əsas  üzərində  qurulub.  Amma  bu  gün 

həmin  əsasların  yalnız  adı  qalıb.  Dünya  həyatı 

xoşbəxtliyimizin  bu  iki  prinsipini  hərəkətdən  salan 

fırıldaqçılar,  hətta  bu  prinsiplərin  adını  dəyişib  başqa 

terminlər  işlətsəydilər  də,  mən  dünyaya  müraciət  edib 

deyərdim  ki,  şiəliyin  əsası  ədalət  və  imamətdir. 

Bədbəxtçilik ondadır ki, həmin əsasların adını qoruyub, 

mahiyyətini dəyişdilər! Min il cihad, eşq, müqavimət və 

işkəncədən,  ərəblərin  və  monqolların  dözülməz 

əsarətindən  sonra  məhrum  şiə  toplumunun  əlində 

qalan, yalnız axirətə aid olan «Əli məhəbbəti» oldu.

  

Hər  şeyi  dəyişdilər.  Mahiyyəti  dəyişən,  yalnız 



zahiri qalan dəyərlər qəsbkar hakimlərin mənafelərinə 

uyğunlaşdırıldı.  Bütün  məzhəbi  gerçəkliklər  ruhdan 

məhrum edildi. İlahi dəyərlər İslama zidd xurafatlarla 

əvəz olundu.  

Tövhid, Quran, Həcc, ədalət, imamət, məad, şəfaət, 

təvəssül kimi təsirli məfhumlar süst şəkilə salındı.  

Ey  mənim  azadlıqsevər  ziyalı  bacım  və  qardaşım! 

Bu gün sənə İslam və şiəlik adında təqdim olunanlar, 

cahil dost və qərəzli düşmən əlində eybəcərləşdirilmiş 

məfhumlardır. Bu gün sənin gördüyün İslam və şiəlik 

əsl  İslam  və  şiəlik  deyil.  Bəşəriyyətə  səadət  yolunun 

göstəricisi  olan  bu  çıraqların  üstünə  qara  pərdə 

çəkilib. Sənin bu gün gördüyünü inkar etməyə haqqın 

var! Amma bilməlisən ki, sənin axtardığın həqiqət elə 

bu qara pərdənin altındadır! 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə