Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə67/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   63   64   65   66   67   68   69   70   ...   98

Seçilmiş əsərləri, I CİLD 
207 
yerind
ə “yuxarılardan” qonağı olduğunu bildirər, Mövludsa ve-
ril
ən tapşırığı icra etməyə girişərdi.  
 Ad
ətən, sauna qızdırılan günlər şər qarışandan sonra bu tə-
r
əflərdə  yad adamların görünməsi adi hal alırdı. Gecənin gird 
ya
rısı  haradansa peyda olan adamların  elə  təkcə  maşınlarına 
ba
xıb onlar haqda müəyyən təsəvvür yürütmək olardı; nəhəng, 
baha
lı  maşınlardan düşənlərin  əksəriyyəti Həmzə  Çaparlının 
ya
nına məsləhət almağa gələn adamlar idi; əslində gələnlər “el 
ağsaqqalına” hədiyyələr gətirir, çox vaxt onun xeyir-duası  ilə 
v
əzifə başına çəkilirdilər. Mövlud hədiyyələrin nədən ibarət ol-
du
ğunu təxminən bilirdi, çünki bəzən o “hədiyyələrdən” onun 
özün
ə də pay düşürdü. 
 Aradan bir müdd
ət keçəndən sonra Mövludun başı  yenə 
qa
pının  ağzında göründü. Mövlud Həmzə  Çaparlının  yanına 
g
ələn az adamlardan biri idi ki, kabinetə  birbaşa  keçirdi. Hər 
nec
ə olsa da kabinetin sahibi öz dostu, dostunun katibəsi isə öz 
g
əlini idi.  
 -Ha
zırdı?-deyə, Həmzə Çaparlı  başını  azacıq  qaldırıb  so-
ruşdu. 
 Mövludun da cava
bı qısa oldu: 
 -Ha
zırdı. 
 -Ged
ə bilərsən... Evə  get. Ta buralarda sənlik bir iş  yox-
dur. 
 -M
əən...  
 Mövlud n
əsə demək istəsə də, nədənsə udqunub susdu. Bir 
söz dem
ədən geri dönüb qapıdan çıxdı. 
 H
əmzə  Çaparlı  ayağa  durub otaqda gəzişməyə  başladı. 
Ayda bir neç
ə dəfə saunaya getmək onun şakərinə çevrilmişdi. 
Ad
ətən, saunanı Mövlud qızdırardı. Çox vaxt gecələr şəhərdən 
H
əmzə Çaparlının qonaqları da gələrdi. Kişi qonaqlarla yanaşı 
“masaj
çı”  qadınlar da gələrdi arabir. Bu qonaqlarla  əlaqədar 
k
ənd arasında gizli bir “pıçhapıç” dolaşsa da, ucadan danışma-
ğa cürət edənlər yox idi.  
 H
əmzə  Çaparlı  otaqda bir neçə  dəfə  obaş-bubaşa  var-gəl 
ed
əndən sonra qəbul otağının qapısına yaxınlaşdı, ehmalca qa-


Firuz Mustafa 
208 
pını  açdı.  Ağca mürgüləyirdi.  Qız  nəsə  hissedibmiş  kimi, ya-
rımqapalı  gözlərini  açdı.  Sifətinin  açılmış  hissəsini örtmək 
üçün yay
lığın uclarını bərk-bərk çəkib düyünlədi. Həmzə Ça-
par
lının bildiyinə görə, qız şəriət əhli deyildi və bu yaylığı yal-
nız öz ərinin təhriki ilə başına örtmüşdü. Ötən il Ağcanın to-
yun
da ağsaqqallıq edən Həmzə Çaparlının özü olmuşdu. O, elə 
toy gü
nü qızın gözəlliyinə heyran olmuşdu. Mövludun çəlim-
siz, qara
şın oğlu ilə yanaşı oturan gəlinin dumağ sifəti, ala göz-
l
əri sanki ətrafa şəfəq yayırdı. Adətən, bu cür qənirsiz gözəllərə 
çapar
lılar “Ay parçası”  və  ya “su sonası”  deyərdilər. Toydan 
bir neç
ə gün keçəndən sonra Həmzə Çaparlının qulağına bəzi 
söz-söhb
ətlər çatmışdı. Yaşıdlarından biri söhbət əsnasında de-
mişdi ki, toy gecəsi bəy öz bəyliyini göstərə bilməyib. Deyilə-
n
ə görə, heç sonrakı günlər də bir şey hasil olmamış və bundan 
möhk
əmcə şübhələnən “Şeytabapapıştikən”, yəni Mövlud, həm 
öz oğlunu, həm də gəlini həkimə göstərməli olmuşdu. Həkim 
la
zımı analizlər aparandan sonra bildirmişdi ki, gəlinə indiyə-
c
ən naməhrəm əli dəyməyib, sadəcə olaraq bəyin kişiliyi zəif-
dir. K
ənddə diribaşlığı və yekəxanalığı ilə seçilən, böyüklər ya-
nında sözü keçən,  şəxsən Həmzə  Çaparlı  ilə  yaxın  dost  olan 
Mövlud, bu hadis
ədən sonra xeyli müddət adamların  üzünə 
çıxmağa  ürək eləməmişdi. Deyəsən, bu mühüm məsələ  heç 
sonra
kı  müddətdə  də  öz müsbət  həllini tapmamışdı.  Amma 
“Şeytabapapıştikən” biabır olmamaqdanmı, ya digər bir səbəb-
d
ənmi, xülasə, hər nədənsə gəlini boşatdırmamışdı. Həmzə Ça-
par
lı Mövludun oğlunu rayon mərkəzində işə düzəltmiş, gəlini-
ni is
ə öz yanına katibə götürmüşdü. 
 -Dey
əsən, yuxun gəlir, yatmaq istəyirsən, hə? 
 G
əlin başını azacıq aşağı əyib: 
 -Yox, yat
mıram,- deyə, astadan dilləndi. 
 Dey
əsən, Həmzə  Çaparlının  hələlik öz qəbul otağından 
çıxmaq fikri yox idi. O, ani sükutdan sonra: 
 -Ev-
eşikdə  səni incidən-zad olmur ki?-  deyə, soruşdu; 
onun sözünd
əki və  səsindəki təəssübkeşlık  hissini duymamaq 
mümkün deyildi. 


Seçilmiş əsərləri, I CİLD 
209 
 
Qız qısaca, yenə astadan: 
 -Yox,- dedi. 
 -Dey
əsən, hələ dünyaya uşaq gətirməyibsiniz... 
 
İndi isə Həmzə Çaparlının sözündə gizli bir eyham vardı. 
 
Ağca yenə: 
 -Yox,-dey
ə, dilləndi. 
 
Aşkarca hiss olunurdu ki, kişi onu söhbətə cəlb etmək istə-
yir. 
 H
əmzə Çaparlı əyilib qızın alnından öpdü: 
 -Bal ki
mi şirinsən,-dedi. 
 
Qız diksinib geri dartındı. 
 -Burada ol, bir azdan s
ənə zəng vuracağam,-deyə, Həmzə 
Çapar
lı qapıya yaxınlaşdı, iti addımlarla eşiyə çıxdı. 
 
Qız təəccüblə onun arxasınca boylandı. 
 Ar
tıq hava qaralmışdı.  
 H
əmzə Çaparlı ətrafa göz gəzdirib, binanın arxa qapısın-
dan ge
niş zala daxil oldu. Bura saunanın “gözləmə zalı”, daha 
doğrusu, Həmzə  Çaparlının  yeyib-içdiyi otaq idi. Adətən, o, 
ya
nına yaxından-uzaqdan gələn qonaqları  əvvəlcə  Mövludun 
yem
əkxanasına aparar, özü demışkən “toqqanın  altını  bərki-
d
əndən sonra” buraya, saunaya gətirərdi. Kənd camaatının pıç-
ha
pıçla deməsinə görə, arabir Həmzə Çaparlının gecələr qadın 
qonqla
rı  da  olurdu və  Mövludun yeməkxanasından  başlanan 
qonaq
lıq bu saunada yekunlaşırdı. Bunun nə qədər doğru oldu-
ğunu yalnız Mövlud bilərdi; di gəl ki, “Şeytabapapıştikən” bü-
tün m
əclislərdə Həmzə Çaparlının ünvanına tərif  yağdırmaqla 
kifay
ətlənər, hətta, arada adamların gur yerində “Həmzə Çapar-
lının  düşməni mənim  düşmənimdi” deyərək,  əyilmiş  qəddini 
düz
əldərək sinəsini qabardardı.  
 Son zamanlar Mövlud t
əkcə öz kəndlərinin dahi bir alımi-
ni-  H
əmzə Çaparlını tərifləməklə kifayətlənmir, əslən bu yan-
lardan olan dig
ər bir alimi- Cavad Əmirxanlını pisləyib gözdən 
salmaqla da m
əşğul  olurdu: “Camaat geniş  dünyaya üz tutur, 
bu is
ə mağaraya... Bunu necə başa düşmək olar? Bu adam ma-
ğara ağlı ilə yaşayır hələ. Bunun başqa bir adı yoxdur ki... Val-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə