Firuz Mustafa
114
Fikirl
ərinizi dəyişin, amma prinsiplərinizi qoruyub saxla-
yın; yarpaqlarınızı dəyişin, amma köklərinizi qoruyub saxlayın.
V.Hüqo
İnsanlarla nə qədər az üz-üzə gəlsək, bir o qədər yaxşıdır.
(...) Ba
lıq suda necə yaşayırsa, insan da tənhalıqda o cür yaşa-
yır.
A.Şopenhauer
Z
əkanın birinci vəzifəsi yalanı doğrudan ayırmaqdır.
A.Kamyu
Daha çox keç
mişlə yaşayan insan-bədbəxt, gələcəklə yaşa-
yan-fantaziya
çı, bu günlə yaşayan-yüngülfikirlidir. Lakin həm
ke
miş, həm gələcək, həm də bu günlə yaşayan ... ağıllı insan-
dır.
D.Yeremiç
...s
ən düşünürsən ki, bu dünya əbədidir? Sənə elə gəlir ki,
bu dünya
nın dərdi-səri, sevinci- nəşəsi də bu dünyanın özü ki-
mi daimidir, el
ədirmi? Unutma ki, bu dünyanın özü də elə bu
dünyada
kı adamlar kimi müvəqqətidir, öləridir. Niyə qaşlaını
ça
tırsan? İnanmırsan? Əslində, bu dünyanın özünu də insan ya-
ra
dıb. Hər doğulan insanla birlikdə bu dünya yenidən doğulur.
El
ə ölənlə də birlikdə ölüb gedir bu dünya. Hər şeyin bir əzəli
v
ə bir sonu olur. Günlərin bir günü bu dünyanın sonuncu adamı
gözl
ərini əbədi olaraq yumanda, dünyanın özü də adicə bir can-
Seçilmiş əsərləri, I CİLD
115
lı kimi bu dünyadan köç edib başqa bir aləmə qovuşacaq.
Firuz Mustafa
116
İlk dəfə Cavad Əmirxanlı gözləmədiyi qonağı soyuq bir
qış gecəsi özünün şəhərdəki mənzilində “qarşılamışdı”. Yaxşı
xa
tırlayır, həmin gün mətbəxdə cay-çörək hazırlayırdı. Arvadı
x
əstəxanada olduğu üçün o, özü-özünə qulluq etmək məcburiy-
y
ətində qalmışdı. Göydə Ay doğsa da pəncərənin o üzünə qışın
insan könlün
ə sirli bir qüssə gətirən tutqun rəngi çökmüşdü.
Ba
yırda yüngül külək qalxmışdı. Təbiətın özü kimi qüssə not-
la
rı üstündə köklənmiş Cavad Əmirxanlı, fincana qəhvə süzdü,
soyuducu
dan yağ-pendir çıxartdı. Elə bismillah eləyib tikəni tə-
z
əcə ağzına yaxınlaşdırmaq istəyirdi ki, eyvandan kiminsə asta
s
əslə onu çağırdığını eşıtdi: “Cavad bəy, Cavad bəy...”
Əvvəlcə elə bildi ki, qulağı səsə düşüb. Sonra onu təzədən
s
əslədilər: ”Cavad bəy...” Çaşıb qaldı. Səs həqiqətən eyvandan
g
əlirdi. Axı bu, kim ola bilərdi? Bəlkə qonşu mənzillərdən biri-
nin sakinidir. Olsun ki, kimins
ə pal-paltarı onların eyvanına dü-
şüb. Yox, bu, qonşu məsələsinə oxşamırdı... Lap tutaq ki, doğ-
rudan da eyvana pal
tar düşmüşdü. Hətta, bu cür olan halda be-
l
ə, hansısa bir axmağın gecənin bu vədəsində divara dırmaşıb
eyva
na çıxmaq xülyasna düşməsi ağlabatan iş deyildi; məsələ
h
əm də burasında idi ki, onun mənzili çoxmərtəbəli binanın so-
nuncu m
ərtəbəsində yerləşdiyindən, eyvana yalnız binanın da-
mına qalxıb oradan enmək mümkün ola bilərdi. Bu qarda-so-
yuqda kimins
ə belə bir sevdaya düşməsi isə... Yox, cox güman
ki, bu, ya qarabasma idi, ya da ola bilsin ki, onun qula
ğı səsə
düşmüşdü.
Adının bir də çəkildiyini eşidəndə Cavad Əmirxanlının ti-
k
əsi əlindən düşdü. Ayağa durub çəkinə-çəkinə pəncərədən ey-
vana sa
rı boylandı. Gözünə bir ins-cins dəymədi. Geri qayıdıb
yan-yör
əsini, dördbiryanını gözdən keçirdi. Xoflandı. Bu, han-
sısa xəstəliyin ilk əlamətləri də ola bilərdi. Hansı xəstəliyin?
Ca
vad Əmirxanlı uşaq-zad deyildi ki, bu cür halların hansı xəs-
t
əliklə nəticələnə biləcəyini hiss etməyəydi.
-Cavad b
əy...
O,
əsəbi halda eyvana açılan qapının dəstəyindən yapışıb
özün
ə sarı dartdı. Qapı taybatay açıldı. Kişiyə elə gəldi ki, açıq
Seçilmiş əsərləri, I CİLD
117
eyva
nın ortasına qoyulmuş nəhəng dibçəyin icindəki boy-bu-
xunlu, gümü
şü gövdəli iri kol (əslində bu bitki, koldan daha
çox, ağaca bənzəyirdi) indi sanki nədənsə çəkinərək küncə sarı
qısılmışdı.
Bu ağacın toxumu bir necə il əvvəl hansı yollasa uzaq qo-
humla
rından birinin eyvanındakı dibçəyə düşübmüş. Həmin
dibç
əkdə böyüyən ləki həmin uzaq qohum Cavad Əmirxanlının
ad gününd
ə onların evinə gətirmişdi. Sonralar həmin qohumun
ba
şına hava gəlmiş, bədbəxt kişi şəhərdəki psixatriya xəstəxa-
nala
rından birində keçinmişdi. Bu qəribə hədiyyə o vaxtdan bu
eyvanda böyüyüb qol-budaq at
mışdı. İri, gümüşü yarpaqlar ət-
ra
fa xoş bir ətir yayırdı. O yarpaqlara baxanda yayın isti hava-
sında belə Cavad Əmirxanlını nədənsə daxili bir üşütmə tutur-
du. O, qohumunun ba
şına gələn müsibəti eşidəndə körpə bitki-
ni eyvandan götürüb zibilliy
ə atmaq istəmişdi. Amma arvadı o
zaman israrla
ərinin istəyinin əksinə çıxmışdı: “Kiminsə başına
hava g
əlirsə, bunun günahını bəyəm cansız daşda-ağacda axtar-
maq la
zımdır? O kol sənə mane olmur ki... Qoy dursun öz ye-
rind
ə. Sən evdə olmayanda mən onunla dərdləşir, söhbətləşi-
r
əm”. Son cümləni deyərkən qadının çox ciddi bir görkəm al-
ma
sı Cavad Əmixanlını o vaxt bir qədər təəccübləndirmişdi də.
Yay-pa
yız aylarında yarpaqları tutqun rəngə çalan bu ağac, so-
yuqlar dü
şəndə gözgörəti cana gəlirdi; qışda isə gümüşü yar-
paqlar par-par yanan güzgüy
ə dönürdü. Cavad Əmixanlı indi-
y
əcən heç yerdə bu ağacın bənzərini görməmişdi.
Arva
dı xəstəxanaya gedərkən ərinə bu bitkiyə qulluq et-
m
əyi, onu vaxtlı-vaxtında sulamağı tapşırmışdı. O, yalnız indi
xa
tırladı ki, adını belə bilmədiyi, “gümüşü ağac” adlandırdığı
bu q
əribə bitkiyə son günlərdə heç düz-əməlli bir qulluq göstə-
r
ə bilməyib...
M
ənzilin işığı eyvana düşmüşdü. Ağacın budağndan asıl-
mış və eləcə də bir neçəsi daş döşəməyə səpələnmış gümüşü-
sa
rımtıl yarpaqları sazaq qarışıq yüngül külək astaca tərpədirdi.
Ca
vad Əmixanlı eyməndi, eyvandan otağa dönmək istədi.
- Salam, Cavad b
əy.
Dostları ilə paylaş: |