Seçilmiş əsərləri, I CİLD
1
Firuz MUSTAFA
SE
ÇİLMİŞ ƏSƏRLƏRİ
(OTUZ CİLDDƏ)
Birinci cild
(romanlar)
BAKI - “
ECOPRİNT” - 2016
Firuz Mustafa
2
Redaktor:
F. Mustafayev
Firuz Mustafa,
“Seçilmiş əsərləri – I cild”
Bakı, “Ecoprint”, Bakı, 2016, 352 səh.
Bu cildə
Firuz Mustafa
nın iki əsəri-“Qapı” və “Cənnət çi-
çəyi” romanları daxil edilmişdir. Həmin əsərlər ilk dəfə
“Azərbaycan” və “Literaturnıy Azerbaydjan” jurnallarında nəşr
olunmuşdur. Sonrakı mərhələdə romanlar Azərbaycanın və
Rus
iyanın bir sıra məşhur ədəbi saytlarında dərc edilmişdir.
Əsər haqqında peşəkar ədəbiyyatşünaslar, tənqidçilər, habelə
oxucular
yüzlərlə rəy və mülahizələr söyləmişlər.
ISBN:
© Firuz Mustafa
Seçilmiş əsərləri, I CİLD
3
MÜ
QƏDDİMƏ ƏVƏZİ
...ça
pı nəzərdə tutulan çoxcildlik (otuz cild) “starta” hazır-
dır. İlk cild isə artıq sizinlə görüşə gəlib.
Qısaca onu deyə bilərəm ki, yaradıcılığa orta məktəbdən
başlamışam. Sovet dönəmində bir neçə ədəbi və elmi kitabım
işıq üzü görüb.
Bi
lənlər bilir: uzun illər elmi və ədəbi fəaliyyətlə məşğul
olmu
şam. Dram əsərlərimə müxtəlif ölkələrin teatr səhnələrin-
də onlarla quruluş verilib.
İndi dönüb keçmişə baxanda görürəm ki, gərgin bir rejimdə
işləmişəm. Gündüzlərim kitabxana və auditoriyalarda, gecələ-
rim
isə miz arxasında keçib. Ona görə də deyə bilərəm ki, təq-
dim olu
nan əsərlərin çoxu gecələr lampa işığında yazılıb. Əs-
lin
də mən elə hər bir yazıçının yaxşı əsərini qaranlıqda işıq sa-
çan bir lampa hesab edi
rəm.
Bəzən dost-tanışlar məni çox yazmaqda, çox işləməkdə
“qınayirlar”. Mən isə əksinə, belə hesab edirəm ki, daha çax iş-
ləmək, daha çox yazıb-yaratmaq olardı.
Əlbəttə, çox yazıb-pozmaq hələ şərt deyil. Yaradıcılığın öz
stixiya
sı var. Gərək göy üzündəki buludlar dola ki, yağış da ya-
ğa. Amma buludlar təkcə yağış gətirmir. Bəzən o dolu buludlar
üz-
üzə gəlib toqquşur, onların bu qəfil “görüşündən” ildırım
ça
xır. Düşünürəm ki, qələmdən, daha doğrusu beyindən süzü-
lüb gələn fikirləri məhz o çaxan şimşəklərdən qopan parlaq qı-
ğılcımlarla müqayisə etmək olar.
Budur, birin
ci cild nəşrə təqdim edilib. Amma mən nigara-
nam.
Gö
rəsən, kitabların az qala oxunmadığı bir dövrdə bu kita-
bı necə qarşılayacaqlar?
Gö
rəsən, digər cildlərin nəşrini görmək mənə müyəssər
olacaq
mı?
Doğrusu, bu gün kitab nəşr etdirmək əsl söz sahibləri üçün
çətindir. Amma pullu qrafamonlar üçün bu, çox asan bir işdir.
İlk cildə mənim iki romanım daxil edilib.
Firuz Mustafa
4
Birinci roman (“Qa
pı”) ötən əsrdə, 80-ci illərin ortalarında
ya
zılıb. “Cənnət çiçəyi” romanı isə otuz il sonra, bu əsrin 10-cu
il
lərinin ortalarında yazılıb.
Hər iki əsər “qalın” jurnallarda- “Azərbaycan” və “Litera-
tu
nıy Azerbaydjan” dərgilərində nəşr olunub.
Əlbəttə, əsər yazmaq çətin işdir. Bunun üçün yaradıcı ada-
ma,
hələ digər amillər bir yana, düşüncə və zaman, başqa sözlə,
ən azı düşünmək üçün bir ZAMAN lazımdır. Buna sosial za-
man da de
mək olar. Bu zamanı hər kəs özü və onun ətrafında-
kılar yaradır. Elə bu səbəbdən də, yəni mənə bu ZAMANI ya-
rat
dıqlarına görə ətrafımdakı insanlara, ailə üzvlərimə, həmkar-
la
rıma, dostlarıma öz minnətdarlığımı bildirirəm.
Və nəhayət, öz oxucularını sevən hər bir qələm adamına
bol oxucu sevgisi arzu edi
rəm.
Seçilmiş əsərləri, I CİLD
5
zül
mətə аçılаn
QАPI
sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış
qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu
(
каntаtа. rоmаn.)
Firuz Mustafa
6
Seçilmiş əsərləri, I CİLD
7
MÜ
ƏLLIFDƏN
“...QАPI...” 1987-88-ci illərdə qələmə аlınıb. Mən 80-ci il-
l
ərin sоnundа həmin əsərin çаpı ilə bаğlı bir çоx nəşriyyаt və
jurnаllаrа mürаciət еtsəm də о vаxtlаr bir nəticə hаsil оlmаdı.
H
əttа, о dövrün bir çоx qаrаnlıqlаrа işıq sаlаn “pеrеstrоyка”sı
dа кöməyə gələ bilmədi. Hаlbuкi qоnşu Rusiyаdа bir çоx yаzı-
çının (məs.Pristаvкin, Bulqакоv, Rıbакоv, Plаtоnоv və s.)
vаxtilə işıq üzü görməyən - “həbs” оlunmuş əsərləri оxuculаrа
t
əqdim еdildi. Mənim “...QАPI...”m isə аçılmırdı кi, аçılmırdı.
Indi bizd
ə “sаndıq ədəbiyyаtı”nın оlmаdığını iddiа еtməк bir
d
əb hаlını аlıb. Əlbəttə, mən özümü “rеprеssiyа оlunаnlаrа”,
“dissidentl
ərə” аid еtmirəm. Аmmа fакt budur кi,
“...QАPI...”dаn pаrçаlаr yаlnız 90-cı illərin оrtаlаrındа аyrı-
аyrı qəzеt və jurnаllаrın səhifələrində görünməyə bаşlаdı. Hal-
buki m
ən əsəri ötən əsrin 80-ci illərində yazıb “qаlın”
jurnаllаrdаn birinə təqdim etmişdim. Həmin dərginin ədəbiyyat
m
əhsullarına, daha doğrusu nəsrə baxan “tələbkar” məsul işçi-
si, roma
nı öz seyfinə qoyub sanki onu həbsə məhkum etmişdi.
Q
əribədir, sən demə əsər də öz qəhrəmanlarının taleyini yaşa-
ma
lı imiş.
N
əhayət, həmin jurnalın həmin o “tələbkar” məsul işçisi
günl
ərin bir günü daha məsul bir işə keçirildi; onun yerinə tə-
yin edil
ən köhnə yazıçı dostum bir gün, aradan on il keçəndən
sonra m
ənə zəng vurub bildirdi ki, öz xələfinin seyfindən ro-
ma
nımı tapıb. Elə bildim ki, o, əsəri mənə qaytarmaq istəyir.
Ona gör
ə də zarafatla dedim ki, ta o əsərin sahibi mən yox, siz-
siniz. O da zarafatla bildirdi ki, el
ə əsərə sahiblik etmək üçün
z
əng vurub. Onu da əlavə etdi ki, əsəri bir qədər ixtisarla çap
etm
ək istəyirlər. Çünki o zaman ədəbi jurnalların sayları maliy-
y
ə qıtlığından dolayı, əvvəllər olduğu kimi hər ay deyil, rübdə
c
əmi bir dəfə nəşr olunurdu. Mən, necə deyərlər, “kompromi-
s
ə” getməli oldum. Hər halda heç çap olunmamaqdansa, bu,
daha
əlverişli təklif idi.
Bel
əliklə, romanın “rəndələnmiş” vаriаntı 90-cı illərin
Dostları ilə paylaş: |