Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   99   100   101   102   103   104   105   106   ...   145

 
240
– Bilmək istəyirsiniz necə olub bütün bu işlər, leytenant? Qurd Cəbrayıl necə 
öldürüb Mahmud Qəmərlinskini, həmin Mahmud Qəmərlinskinin ki, bir vaxt Qurd 
Cəbrayılın dəstəsini darmadağın etmişdi, bilmək istəyirsiz? 
Fəttah, daha doğrusu, Qurd  Cəbrayıl yenə mühüm işlər müstəntiqinə baxdı və 
bu saat o, qətiyyən şübhə etmirdi ki, yaşından xeyli cavan görünən bu bəstəkar oğlu, 
doğrudan da, hər şeyi bilir; sonra çox gözlənilməz bir hadisə baş verdi: Fəttah əlini 
aparıb ağzındakı diş protezini çıxartdı və onun damaqları bir-birinə yapışanda xalis 
qoca çaqqala oxşadı. 
– Belə olub əhvalat, leytenant, qulaq asın... – dedi. Gündüz Kərimbəyli və elə 
bil ki, onun sözlərinə qulaq asan Fəttah da bir neçə gün bundan əvvəlki həmin gecə 
görüşünə qayıtdı... 
... Sulu qar dayanmaq bilmirdi və paltosunun boynunu qaldırıb  şlyapasını 
gözünün üstünə çəkmiş Mahmud Qəmərlinski yanında addımlayan Fazilə nəsə deyə-
deyə gəlirdi. 
Rayonun küçələri qaranlıq və kimsəsiz idi.  
Onlar kitab mağazasına yaxınlaşanda, Fəttah mağazanın arakəsməsində taxta 
kətildə oturub qəlyanını tüstülədə-tüstülədə  əllərini elektrik plitəsinin cərəyandan 
qızarmış məftillərinin üstünə tutmuşdu və o bu soyuq gecədə kiminsə gəldiyini hiss 
edib mağazanın qapısından küçəyə boylandı, Fazillə babası onun yanına gəlib 
çatanda: 
– Salam, a müəllim, – dedi. – Gecə vaxtı xeyir ola belə? 
Fazil dedi: 
– Salam, Fəttah dayı. Babam gəlib Bakıdan. 
Fəttah: 
– Xoş gəlib, səfa gətirib, – dedi və Mahmud kişiyə baxdı. 
– Çox sağ olun. – Bunu da Mahmud kişi dedi və elektrik plitəsinin zəif işığında 
Fəttahın sifətini güclə sezdi. 
Onların baxışı  cəmi bir an toqquşdu, sonra Fəttah başını içəri saldı, Mahmud 
kişiylə  nəvəsi də yoluna davam etdi. Və bütün yolboyu Mahmud kişi ancaq bunu 
soruşdu: 
– Nədi dedin adı bu kişinin? 
– Fəttah dayıdı. Kitab mağazasının qarovulçusudu. Oğlu bizdə oxuyur. 
Sonra onlar Ayna xalanın açdığı qapıdan həyətə girib pilləkənlə ikinci 
mərtəbəyə, Fazil müəllimin otağına qalxdılar. 
Elə bil ki, Mahmud kişinin fikri özündə deyildi və o, pəncərəyə yaxınlaşıb bir 
müddət bayırın qaranlığına baxdı, sonra əlini paltosunun, pencəyinin yaxasından 
sinəsinə salıb ürəyinin üstünü ovuşdurdu, nəvəsinə sarı dönüb nəsə dedi, Fazil 
nəyəsə etiraz etdi və  nəhayət, Mahmud kişi yenə elə-eləcə  əynindən çıxartmadığı 
paltosunun boynunu qaldırıb aşağı düşdü, küçəyə çıxdı. 
O, asta addımlarla boş və kimsəsiz küçələrlə addımlaya-addımlaya gəlib kitab 
mağazasının qabağına çatdı. 
Fəttah qapının ağzında ayaq üstdə dayanıb qəlyanını tüstülədirdi və elə bil ki, 
Mahmud kişinin bu gəlişini gözləyirdi. 
Onlar bir müddət üzbəüz dayanıb bir-birinə baxdılar. 
Sonra Mahmud kişi: 


 
241
– Səhərdən fikirləşirdim ki, sən deyilsən, bəlkə  səhv edirəm, – dedi. – Sağ 
qalmışam mən. Görürsən də. 
Mahmud kişi bu sözləri dedi və elə bil ki, neçə illər bundan əvvəlki son 
görüşləri onların ikisinin də gözlərinin qabağından gəlib-keçdi. Iyirmi-otuz il 
bundan əvvəlki son görüş... 
...Qurd Cəbrayıl dağın döşündəki sıldırım qayaların arası ilə çapırdı və tez-tez 
arxaya çevrilib baxırdı; arxadan gələn atlı Mahmud idi və o Qurd Cəbrayılı 
qovduqca, atının ayaqlarının altından çınqıl qopub ətrafa səpələnirdi. 
Qurd Cəbrayıl böyük bir qayanın başına fırlanıb atın yüyənini çəkdi və at 
yüyənin tarımlığından boynunu az qala ikiqat yana əyib qabaq ayaqlarını qaldırdı; 
Qurd Cəbrayıl atın belində qayanın dibinə qısıldı. 
Mahmud çapıb qayanı keçdi və o, bir balaca aralanan kimi, Qurd Cəbrayıl sağ 
əlində hazır tutduğu iri bıçağı qaldırıb arxadan bir göz qırpımında  Mahmuda tərəf 
atdı; bıçağın kürəyinə sancılması ilə Mahmudun atın belindən yerə  sərilməsi bir 
oldu. 
Sonra o, güclə başını qaldırıb qızarmış  və genişlənib, az qala, hədəqəsindən 
çıxacaq gözləri ilə qayanın dibindən çıxmış Qurd Cəbrayıla baxdı, sonra da əllərini 
yerə basıb qolları  əsə-əsə dizləri üstə dayandı, gücdən boğazının, üz-gözünün 
damarları şişdi, dodaqları səyriyə-səyriyə dedi: 
– Arxadan vurursan, Qurd! Kişi arxadan vurmaz! 
– Sən kişi niyə olursan?! – dedi Qurd Cəbrayıl. – Adam izləyən itsən sən, indi 
gəbər, köpəkoğlu! Milsanerlərin, geroyların indi gəlsin köməyinə, görüm necə gəlir! 
Və Mahmud daha bu sözləri eşitməyib üzü üstə yerə sərildi. 
Qurd Cəbrayıl ata yağlı bir şallaq ilişdirib çapdı və bir azdan qayaların arasında 
görünməz oldu... 
– ...Mən sağ qaldım, – Mahmud kişi  dedi, – amma elə bilirdim sən itib-
batmısan çoxdan, amma sağmışsan sən də... – Mahmud kişi çevrilib bayaqkı  ağır 
addımlarla geri qayıtdı. 
Fəttah bir müddət elə-eləcə kitab mağazasının qapısı  ağzında dayandı, sonra 
tələsik küçəyə çıxıb Mahmud kişinin ardınca getdi və ona on-on beş addım qalmış 
gecə gözətçisi kimi cibində gəzdirdiyi bıçağı, bu işin köhnə ustası kimi zərblə atdı. 
Mahmud kişi yerində dayandı, başını geri çevirib Fəttaha baxdı və nə isə demək 
istədi, amma bir söz deyə bilməyib uzuqoylu səkinin üstünə  sərildi; paltonun 
üstündən kürəyinə sancılmış bıçağın dəstəyi qaranlıqda işıldadı. 
Fəttah tələsik addımlarla ona yaxınlaşdı,  əyilib baxdı  və  əvvəlcə bilmədi ki, 
neyləsin, sonra Mahmud kişinin qolundakı qızıl saata baxdı, tələsik saatı açdı, əlini 
onun paltosunun döş cibinə salıb portmanatını çıxartdı. 
Və elə bu vaxt sulu qarın şırhaşırı içində Cəbinin kefli zümzüməsi eşidildi: 
 
Gül açılanda yaz olur, bəh-bəh-bəh! 
Kədərim, qəmim az olur, bəh-bəh-bəh! 
Gözəldə işvə, naz olur, bəh-bəh-bəh! 
Gəl, gəl, gözəl yar, sevirəm səni! 
 
Cəbi tini burulub alışıb-yanan gözləriylə onu gözləyən Fəttahı gördü, yerə 
yıxılmış adam qaraltısına baxdı və güclə ayaq üstə dura-dura dedi: 
– Bu nədir a, Fəttah dayı, indi də piyanları daşıyırsan ayıltmaya? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə