Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə118/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   114   115   116   117   118   119   120   121   ...   145

 
282
– Sənin işlərindi də... – dedi. 
– Yox, ay xanım, nənəmin canıyçün,  Şuşadakı bütün xanımlar bu saat 
qulluqçu paltarı geyib... Ay xanım, vallah, lətifəsi sənə  gəlməsin, böyük şeymiş 
geyim-kecim. Bayaq Şahbaz bəyin arvadı  Pəri xanımı gördüm, Allah haqqı, 
nənəmin canıyçün, elə bil, ömür-billah qulluqçu-qaravaş olub! Pəri xanım e!.. 
Şahnaz xanım əynindəki nimdaş paltarlara baxdı: 
– Vaxtında Yunis bəyə getsəydim, indi bu günə qalmazdım... Indi 
Parisdəydim, Brüsseldəydim, Allah bilir ki, haralardaydım... 
Gülgəz, elə bil, qulaqlarına inanmadı: 
– Hayıfsılanırsan, xanım? 
Şahnaz xanım öz-özüylə danışırmış kimi: 
– Bəzən hayıfsılanıram, – dedi. – Amma çifayda ki, ağıl deyirdi get Yunis 
bəyə, amma ürək qoymurdu. Ürək ovçu oğlandan ayrı dura bilmirdi... 
Gülgəz gizli bir sirr açırmış kimi: 
– Ay xanım, – dedi. – Bilirsən nədi? Bolşeviklərin böyüyünün adı 
Ovçuoğludu, özü də deyirlər buralıdı... 
Şahnaz xanım ayağa qalxdı: 
– Görmüsən onu? 
– Yox, ay xanım, böyüklərini görməmişəm... Bilirsən, ay xanım, deyirlər ki, 
bunnan sonra biz nə dedik, odu. Bunnan sonra bəy, xan, xanım olmayacaq. 
Bulaqdakı qulluqçular danışırdı ki, çoxu ağası Böyük bəylə bir yerdə Turşsu 
meşəsinə çəkilib. Xanımlar da qulluqçu paltarı geyib, kimi cəhrə əyirir, kimi corab 
toxuyur, deyəcəklər bolşeviklərə ki, ağamız xanımla qaçıb, biz də oturub sizin 
yolunuzu gözləyirik... Deyirlər ki, bu gün-sabah meşədən gəlib bolşevikləri 
qovacaqlar. Eh, Allah vurmuşdu onları, nə hünərin yiyəsidirlər ki, gəlib bu qədər 
qoşunu qırsınlar burda!  
Şahnaz xanım qulluqçu qıza çıxmırdı: 
– Kiri, ay qız! 
Gülgəz isə tələsik qulaqlarını şəkləyib: 
– Bu nə səsdi, ay xanım? – soruşdu. 
Və bu dəfə yağış  şırıltısı arasından darvazanın döyəclənməyi lap aydın 
eşidildi. 
– Qapını döyürlər, ay xanım, gəlirlər deyəsən... Bəlkə açmayım? 
– Açmazsan, sındırarlar. Yeri get aç.  
Gülgəz ayağa qalxdı... 
...Və başına şal tutub yağışın altında qaça-qaça Böyük bəyin həyət darvazasıia 
tərəf gəldi: 
– Kimdi? – soruşdu. 
– Açın! Hökumət adamlarıdı... 
...Iki cavan oğlan və onların yanında bir arvad içəri girdi. Gülgəz arvada məhəl 
qoymadı, qaranlıqda onu tanımadı, başlarına «Budyonnı papağı» qoymuş uzun 
şinelli əsgərlərə: 
– Gəlin, – dedi. – Heç kim yoxdu evdə, ağayla xanım qaçıb, iki qulluqçu 
qalmışıq... 
...Bu gecə qonaqları  Şahnaz xanım oturan otağa girəndə, Gülgəz onluq 
lampanın işığında qonaqlarla gələn arvadı – çörəkçi Gözəli tanıdı: 


 
283
– Boy... başıma xeyir... Ay arvad, sən indi də bolşevik olmusan? 
Gözəl arvad özünü darta-darta: 
Mən arvadlarla iş aparanam, – dedi. – Yalançının biri yalançı! Bolşevik 
hökumətini aldatmaq olmaz! – Sonra üzünü əsgərlərə tutub: – Bu birisi qulluqçu-zad 
deyil, – dedi. – Böyük bəyin bacısıdı. 
Oğlanlardan biri güldü: 
– Onsuz da, xanım paltarını  dəyişəndə brilyant bilərziyi yadından çıxıb 
qolunda qalıb... 
Gülgəz nəsə demək istədi, bir söz tapmağa çalışdı, amma Şahnaz xanım 
qoymadı: 
– Düzdü, – dedi. – Bu arvad düz deyir. Mən Böyük   bəyin bacısıyam. 
Ikinci oğlan soruşdu: 
– Bəy hardadı? 
– Bilmirəm.  
Gözəl arvad: 
– Yalan deyir, – dedi. – Bilməmiş olmaz...  
Gülgəz yanıb-yaxıldı: 
– Bay səni! Nə imansız arvadsanmış az sən!.. 
Gözəl arvad qaşını çatdı, hirsli-hirsli: 
– Kəs səsini! – dedi. – Hökumətə sataşmaq olmaz!  
Əsgərlərdən birincisi yenə güldü və Gözəl arvada dedi: 
– Sən nə tez hökumət oldun, ay bacı?.. 
Və bu vaxt Böyük bəyin imarətində addım səsləri eşidildi və bu səs get-gedə 
yaxınlaşmağa başladı. 
Əsgər oğlanlar qulaq asdı, ikincisi: 
– Kimsə gəlir, – dedi. 
Hər ikisi tapançanı çıxartdı. Gözəl arvad gizlənmək üçün ora-bura baxdı: 
– Allah, sən saxla! – dedi. 
Ayaq səsləri daha da yaxınlaşdı.  Əsgərlər pusquda dayandı.  Şahnaz xanım 
ayaq üstə quruyub qalmışdı. Gülgəz qorxudan tir-tir əsirdi. Gözəl arvad özünə yer 
tapa bilmirdi.  
Qapı döyüldü. Qapı bir də döyüldü. Sonra qapı açıldı.  
Şahnaz xanım heç cınqırığını da çıxarmadı.  Əsgərlər təəccüblə komandirə 
baxdı. Gözəl arvadın matı-qutu qurudu. Gülgəz özünü saxlaya bilmədi: 
– Bıy, qağa, başına dönüm, sən göydən düşdün, nədi? 
Nicat Şahnaz xanıma baxdı: 
– Xoş gördük, – dedi. 
Şahnaz xanım heyrət, maraq və  kədərlə, elə bil ki, birdən-birə başqa bir 
dünyadan peyda olmuş bu adama baxdı, onun uzun şinelini, belindəki tapançanı, 
başındakı ortası qırmızı ulduzlu kepkasını gözdən keçirtdi: 
– O ayaq səslərini eşidən kimi, ürəyimə damdı, ürəyimə damdı ki, sənsən. 
Gülgəz: 
– Ay qağa, – dedi. – Yoxsa o Ovçuoğlu dedikləri sənsən?! 
Nicat gözlərini Şahnaz xanımdan çəkmədi, necə baxırdısa, elə-eləcə də baxa-
baxa: 
– Hə, mənəm, – dedi: 


 
284
Gülgəz özünü saxlaya bilməyib, əlini şappıltıyla baldırına çırpdı: 
– Oy, qurban olum qağama! Gör necə böyük adam olub? 
Əsgərlər bir-birinə baxdı, sonra ikisi də otaqdan çıxdı. Gözəl arvad da onların 
ardınca sivişib çıxdı. 
Nicat dedi: 
– Maşallah, heç dəyişməmisən... 
Şahnaz xanım diqqətlə, bir görməmişliklə Nicata baxa-baxa qeyri-şüuri 
soruşdu: 
– Doğrudan? 
Gülgəz Şahnaz xanıma baxdı, Nicata baxdı, sonra bərkdən gülə-gülə: 
– Mən getdim kəklikotu yığmağa! – deyib gülə-gülə də otaqdan çıxdı. 
Şahnaz xanım: 
– Sən çox dəyişmisən... – pıçıldadı. 
– Qocalmışam? 
– Yox, qocalmamısan... Yox.  Qorxuram mən səndən... 
Nicat bir söz demədi və bu zaman Şahnaz xanım birdən-birə özünü onun 
üstünə atdı: 
–  Əzizim!.. – dedi. – Iki gözüm!.. – dedi. – Həyatım mənim!.. Sənsiz bir 
günüm, bir gecəm olmayıb bu illər  ərzində!... – dedi. Nicatın üz-gözünü öpdü, 
oğlanın qüvvətli qolları arasında dünyada hər  şeyi yadından çıxardı, dünyanın  ən 
bəxtəvər adamı oldu və bu bəxtəvər pıçıltıyla da: – Nicat, – dedi, – tapançanı çıxart, 
məni vur, – dedi. 
Nicat dodaqlarını qızın saçlarında gəzdirə-gəzdirə: 
– Nə üçün? – soruşdu. 
Şahnaz xanım eyni bəxtəvərliklə: 
– Ölmək istəyirəm... – dedi. – Bax, bu saat, bu dəqiqə ölmək istəyirəm. Bu 
dəqiqəni özümlə həmişəlik aparmaq istəyirəm... 
Nicat yenə eyni zarafatla soruşdu: 
– Səni vurdum, bəs özüm? 
– Özün yaşa... – Şahnaz xanım Nicatın üz-gözünü öpə-öpə, nəfəsi tıncıxa-
tıncıxa: – Hə, özün yaşa, – dedi. – Çox yaşa sən. Işin çoxdu sənin. Qocalıb belin 
büküləndə gələrsən. 
– Hara? 
– O biri dünyaya... Mənim yanıma... 
– Yox, mən o vaxta qədər sənsiz qala bilmərəm!  
Birdən  Şahnaz xanım başını Nicatın sinəsindən qaldırıb düz gözlərinin içinə 
baxdı: 
– Zarafatdı, hə? 
– Yox! – dedi Nicat və bu bir kəlmə sözün qətiyyəti araya çökmüş səssizliyin 
hakimi oldu. 
– Bax, inanaram ha... 
– Inan, Şahnaz!  
Şahnaz xanım: 
– Sən mənim... sən mənim adımı necə mehriban pıçıldadın...  – dedi və dəli bir 
ehtirasla oğlanı öpməyə başladı. – Mənim əzizim, mənim ovçum... Nə eləyirsən, 
elə!.. Kim olursan, ol!.. Qardaşımın qatili ol!.. Gözümün düşməni ol!.. Səninəm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə