Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə126/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   122   123   124   125   126   127   128   129   ...   145

 
308
Allah qoysa, xeyir olar…– dedi. 
Ibrahim xan, elə bil, Axund Mirmöhsün ağaya yox, zəmanəyə çımxırdı: 
– Mən bu zəmanədən heç bir xeyir xəbər gözləmirəm!– dedi. 
Mirmöhsün ağa naməni oxumağa başladı: 
– «Şöhrətli Qarabağ hakimi Ibrahim xana Şahənşahi–Iran, əzəmətli Fətəli şahdan 
salam. Ibrahim xan, hökmdarımız Ağa Məhəmməd şahın Şuşa şəhərində xaincəsinə 
qətlə yetirilməsindən sonra, onun cənazəsini hörmətlə Tehrana göndərməyindən 
xeyli məmnunam.  Şöhrətli Qarabağ xanlığı ilə dostluğa söykənən himayədarlıq 
münasibətini daha da möhkəmləndirmək üçün, sənin – şərəfli Ibrahim xanın kamallı 
qızı  Ağabəyim Ağa ilə izdivac arzusunda olduğumu bildirirəm. Ağabəyim Ağanın 
əqli, fərasəti mənə  məlum olduğundan və o məhz sən Ibrahim xanın qızı 
olduğundan, onu özümə Baş hərəm etmək fikrindəyəm. Oğlun Əbülfət ağanı da öz 
sarayıma dəvət edirəm. 
Salam-dua ilə Fətəli şah, Şahənşahi–Iran.» 
Araya sükut çökdü. 
Ibrahim xan nargiləni bir tərəfə itələyib taxtın üstündə dikəldi, bayaqdan bəri 
qoltuğunu söykədiyi mitəkkələri də  kənara çəkdi və  Fətəli  şahın naməsindəki 
sonuncu cümləni təkrar etdi: 
– «Əbülfət ağanı da öz sarayıma dəvət edirəm…» Ağabəyim Ağa ona bəs 
eləmir…  Əbülfəti də girov istəyir… Mənimlə qohum olur, amma qanımı sormağa 
hazırdır… 
Araya yenə sükut çökdü. Axund Mirmöhsün ağa indicə oxuduğu naməni yavaş–
yavaş bürmələdi. 
– Nə fikirdəsən?– Bunu Ibrahim xan soruşdu. 
Axund: 
– Iki nəhəng  əjdaha burun-buruna durub, bir-birini divara qısnayıb,– dedi.– 
Qarabağ Iran üçün də, Rusiya üçün də bir udumluq tikədi… 
– Elə  də müdrik bir fikir söyləmədin, ağa…– Ibrahim xan əsəblərini cilovlaya 
bilmədi, döşəkcənin üstündəki iri kəhraba təsbehi götürüb ayağa qaldı  və Axund 
Mirmöhsün ağa da qalxıb yüngülcə baş əydi. 
– Mən olanını  təkrar etdim, xan sağ olsun… Sizin həmişəki sözlərinizdi ki
ehtiyatlı olmaq lazımdı…– Bu sözləri də Mirmöhsün ağa dedi. 
– Bəli, ehtiyatlı olmaq lazımdı, amma bu ehtiyat bizi hara aparıb çıxaracaq?.. 
Əlbəttə, Rusiya kimi bir məmləkət üçün, Iran kimi bir səltənət üçün balaca Qarabağ 
bir udumluq tikədi… Amma bəzən tikə, əjdahanın da boğazında qalır… Hə? 
– Nə deyim, xan sağ olsun?.. – Axund çiyinlərini çəkdi. 
Ibrahim xan pəncərənin qabağına keçdi, əllərini arxasında çarpazlayıb təsbehin iri 
daşlarını oynada-oynada uzaqdan aydın görünən Topxana meşəsinə baxdı: 
– Nə  qədər çalışdım mən? – dedi.– Nə  qədər dil tökdüm ki, gəlin birləşək
yumruq kimi bir olaq, vahid bir Azərbaycan dövləti yaradaq, yoxsa bizi bir-bir 
udacaqlar?! Sən ki, bunun şahidisən, Mirmöhsün ağa!.. «Düzdü» –  dedilər, amma 
nə oldu? Cavad xan bir tərəfə çəkdi, Kəlbəli xan bir tərəfə çəkdi, Hüseynqulu xan 
bir tərəfə, Məhəmməd xan bir tərəfə, mənim kürəkənim Səlim xan da bir tərəfə… 
Mən heç özümü də  təmizə  çıxarıb onlardan ayırmıram… Bir-birimizlə  çəkişmək, 
bir-birimizə badalaq gəlmək, hakimiyyət uğrunda bir-birimizə zülm etmək, bax, ağa, 
budu sən deyən o tikəni rahat-hülqum edən! – Ibrahim xan gözlərini pəncərədən 


 
309
çəkib vəzirə baxdı.– Mən də təzə bir söz demirəm, deyinirəm… Naməyə nə cavab 
verək? 
– Biz Iranla açıq düşmənçilik edə bilmərik… 
– Mən Ağabəyim Ağanı qurban verməliyəm?!– Ibrahim xanın gözlərində bir 
qəzəb qığılcımı çaxdı, amma Axund Mirmöhsün ağa təmkinini pozmadı. 
– Dünyadı, xan sağ olsun… Hərənin bir taleyi var… Qurani–şərif də izdivacı 
vacib sayıb… 
– Ay ağa, sənin cəddinə qurban olum, bəsdi, qurtar mənə  məktəb dərsi 
keçməyi… – deyə Ibrahim xan hirsləndi.– Izdivac vacibdi deyə, mən, gözümün 
işığını, Ağabəyim Ağanı həmişəlik yad bir məmləkətə göndərməliyəm? Allahın hər 
verən günü şah sarayında təkliyini, gücsüzlüyünü, acizliyini hiss edəcək!.. Mən qızı 
belə bir qəribçiliyə  məhkum etməliyəm?!  Əbülfət kimi bir cavanı Tehrana girov 
göndərməliyəm?! 
 Əbülfət ağa, onsuz da, Iran təmayüllüdü… 
– Nə olsun?  Cavandı, çox şeyi başa düşmür… Bu, onun lələsi Molla 
Cəfərqulunun tərbiyyəsinin nəticəsidi ki, təqsiri də  mənim özümdədi, nəzarətdə 
saxlamamışam. Indi nə olsun? Hə? Əbülfəti girov göndərim Tehrana ki, Fətəli şah 
kefi istəyəndə onun başını bədənindən üzsün?!  
Axund Mirmöhsün ağa cavab vermədi. 
Ibrahim xan yenə gözlərini pəncərədən Topxana meşəsinə zillədi. 
– Susursan, Mirmöhsün ağa, çünki yaxşı bilirsən ki, mənim başqa çarəm yoxdu… 
Mimrmöhsün ağa: 
– Hökmdarlıq ancaq kənardan baxan üçün şirin şeydi…– dedi. 
Ibrahim xan eləcə pəncərədən baxa-baxa: 
– Bəs, Rusiya bu izdivaca nə deyəcək? Boğazımızdan yapışmayacaq ki, bir 
tərəfdən deyirsən, bizimlə danışıqlara meyillisən, amma o tərəfdən də Iranla qohum 
olursan? 
– Deyəcək, əlbəttə… Amma mən başqa bir çarə görmürəm… Bir də ki, Fətəli şah 
özü də türkdü. Biz bu izdivacdan, bu qohumluqdan istifadə edib, Qarabağın 
toxunmazlığını təmin edə bilərik, Azərbaycanı vahid bir dövlətə çevirməkdə Fətəli 
şahın əzəmətinə, Iranın qüdrətinə söykənə bilərik. Nə üçün Fətəli şah istəməsin ki, 
Iranla Rusiya arasında bir müsəlman dövləti olsun? Və lazım olduqda Rusiyanın 
həmlələrinə Iran özü yox, məhz bu dövlət cavab vermək məcburiyyətində qalsın? 
Xüsusən də ki, bu dövlət də Fətəlinin öz dədə-baba kökündən olacaq… 
– Axund, bəyəm Ağa Məhəmməd  şah öz türkümüz deyildi? Bəyəm Nadir türk 
deyildi? Şah Abbas türk deyildi? O biriləri türk deyildi? Nə oldu? Bəyəm o boyda 
Osmanlı türk deyildi, səfəvilər də türk deyildi ki, bir-birini qırdılar? Bəs o qırğından 
kim qazandı? Mirmöhsun ağa, Iranın başında kim olursa-olsun, bu məmləkətin bir 
dövlət kimi qədim tarixi var, böyük dövlət  ənənələri var və Azərbaycanın 
müstəqilliyi onların dövlətçiliyi üçün bir təhlükədir. 
– Ağabəyim Ağanın zəkasına hamı bələddi, xan sağ olsun. Onun Fətəli şaha təsiri 
ola bilər… 
Ibrahim xan dərindən köks ötürdü: 
– Eh!.. Ağabəyim Ağa o boyda səltənətin maraqlarına üstün gələcək?..– Sonra 
eləcə  pəncərədən baxa-baxa dedi.– Bilirsən ürəyimdən nə keçir, Mirmöhsün ağa? 
Allah-tala bir gün, bircə gün məni bütün qayğılardan azad edəydi və  mən, bax, o 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə