Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə123/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   119   120   121   122   123   124   125   126   ...   145

 
297
XIII 
Elə həmin gecə idi. 
Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala 
həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların 
yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz 
yiyəsini gözləyirdi... 
...Yapıncısı çiynində, papağını gözünün üstünə basmış, ağzını, burnunu şalla 
örtmüş bir atlı da Ərimgəldi tərəfdən Qala həbsxanasına çapırdı  və bu atlının da 
yanınca beli yəhərli, qayışı tüfəngli boş bir at çapırdı... 
...Şahnaz xanım Qala həbsxanasının darvazasına yaxınlaşıb qapının dəmir 
çəkicini döyəclədi. 
Valeh darvazaya yaxınlaşıb: 
– Kimdi? – soruşdu. 
– Komissarın arvadıdı! 
Valeh Şahnaz xanımın səsini tanıdı, darvazanın qapısını açdı. 
Şahnaz xanım tələsik: 
– Nicatdan izin almışam, Böyük bəylə   görüşə gəlmişəm, – dedi. 
Valeh tərəddüd etdi: 
– Yoldaş komissar mənə bir söz deməyib... 
– Mənə inanmırsınız? 
– Inanıram, yoldaş komissar arvadı, amma... 
– Tez edin, mən Böyük bəylə cəmi üç dəqiqə danışıb gedəcəyəm. 
Valeh tərəddüd içində qalıb dayanmışdı. 
– O mənim qardaşımdı axı, bilmirsiz? 
– Bilirəm... 
– Tez eləyin! 
Valeh darvazanın qapısını içəridən bağlayıb: 
– Dayanın burda, – dedi və həbsxananın pilləkəni ilə yuxarı qalxdı. 
Bu üçmərtəbəli kiçik həbsxananın artırmaları həyətə baxırdı və bu kiçik həyət 
üç tərəfdən də hündür daş hasarla əhatəyə alınmışdı... 
... Yapıncılı atlı Qala həbsxanasının hasarına çatıb dayandı. Yanındakı boş at 
da dayandı. Yapıncılı atlı atın belindən kəmənd götürüb hasarın başında çoxdan 
hədəf elədiyi sal daşa atdı. Kəməndin ucu hasarın başındakı daşı aldı  və yapıncılı 
atlı: 
– Ya Allah! – deyib atın belindən kəməndlə üzüyuxarı qalxmağa başladı... 
... Valeh pilləkənləri aşağı düşüb: 
– Yoldaş komissar arvadı, – dedi. – Böyük bəy gəlmədi. Deyir sizlə görüşmək 
istəmir. 
Şahnaz xanım eyni soyuqqanlılıqla: 
Gedin deyin ki, mən ona çox mühüm bir xəbər verməliyəm.  
Valeh yenə tərəddüd içində dayanıb qaldı. Hiss olunurdu ki, bütün bu əhvalat 
bu cavan oğlanın xoşuna gəlmir. 
– Xahiş edirəm, Valeh. 
Valeh ikinci dəfə yuxarı qalxdı... 
...Yapıncılı adam hasarın üstünə  dırmaşdı  və oradan aşağı baxdı. Hasarın 
üstündən həbsxananın zəif işığı altında həyət ovuc içindəymiş kimi görünürdü... 


 
298
...Böyük bəy əlləri arxasında, Valeh də əlində tüfəng onun ardınca pilləkənləri 
aşağı düşdülər. 
Böyük bəyin ilk sözü bu oldu: 
– Nəyə gəlmisən? 
Şahnaz xanım qardaşına baxdı. Böyük bəy bu aylar ərzində on beş il 
qocalmışdı, saçı-saqqalı tamam ağarmışdı. Həmişə səliqə ilə geyinən bu kişinin üz-
gözünü tük basmışdı, pal-paltarı çirkin-pasın içindəydi, amma, başını yenə dik 
tutmuşdu, addımları, hərəkətləri yenə də əvvəlki kimi sərrast, qəti və sanballı idi. 
Şahnaz xanım bu dəfə Valehə baxdı və Valeh də bu baxışların mənasını başa 
düşüb, istər-istəməz, kənara çəkildi, amma əlindəki tüfəngi hazır tutmuşdu. 
Şahnaz xanım dedi: 
– Bu saat qala uçurumunun yanında yəhərli bir at səni gözləyir, qardaş. Qaç, 
özünü qurtar. Al bunu. – Şahnaz qoynundan tapança çıxarıb ehmalca Böyük bəyə 
tərəf tutdu ki, Valeh görməsin. 
Böyük bəy tapançaya baxdı. 
– Mənə acıyırsan, hə? – dedi, Böyük bəy. – Bilirsən ki, güllələyəcəklər məni, 
qurtarmaq istəyirsən, hə? Niyə qaçım, yenə  də on nəfər bolşevik öldürüm, on beş 
nəfər də qurban verim? Sonrası nə olsun? Get! Görmək istəmirəm səni! Hərdən vaxt 
tapıb fikirləşirdim sənin haqqında, elə bilirdim ki, yenə də istəyirəm səni, amma indi 
görürəm ki, kəsib atmışam səni ürəyimdən! Baxa bilmirəm üzünə  sənin! Qaçıb 
Arazı keçim, canımı qurtarım? Qaçardım, bolşeviklərlə bacarmaq mümkün deyil. 
Gedib o tayda bir gün ağlardım özümə. Fəxrəndə də xoşbəxt olardı... – Daha Böyük 
bəy özünü saxlaya bilməyib elə danışırdı, elə bil, dünyanın  ən pis adamına, 
dünyanın  ən namussuz, ən iyrənc məxluquna söyüş söyürdü. – Amma sənnən 
almaram o tapançanı. Belə binamusluq yaraşmaz mənə. Məni evimdən-eşiyimdən 
eləyib çöllərə salan bir adamı gecələr qucağına alan bacının  əllərindən iyrənirəm 
mən!.. 
Şahnaz xanım dəhşət içində təkcə elə bunu pıçıldayırdı: 
– Böyük!.. Böyük!.. Böyük!..  
Böyük bəy Valehə üz tutub: 
– Gedək, qarovulçu, gedək – dedi. – Dustağından muğayat ol! 
Böyük bəy həbsxananın pilləkəninə tərəf addımladı. 
Valeh bir dustağa, bir də komissar arvadına baxıb əvvəlcə darvazanın qapısını 
açdı və Şahnaz xanım da ayaqları ayaqlarına dolaşa-dolaşa həbsxananın həyətindən 
çıxdı. 
...Fəxrəndə xanım onlara tərəf gələn Şahnaz xanımı görüb irəli çapdı: 
– Nə oldu, qız? – soruşdu. – Hanı Böyük? 
Şahnaz xanım, elə bil, heç nə  eşitmədi, Fəxrəndə xanımın yanından ötüb 
uçuruma yaxınlaşdı      və birdən-birə  əlindəki tapançaya baxa-baxa lap astadan 
oxumağa başladı: 
 
Aman ovçu, vurma məni, 
Mən bu dağın maralıyam. 
Yaralıyam, yaralıyam, 
Mən bu dağın maralıyam... 
 


 
299
Və elə bu zaman Şahnaz xanım ürəyinin başına sıxdığı tapançanın tətiyini 
çəkdi. 
Güllə səsi həmin gecənin sakitliyini pozdu. 
Fəxrəndə xanım özünü atdan atıb: 
– Şahnaz! – qışqırdı. 
Şahnaz xanım qaya parçasının üstündə  sərilib qalmışdı  və ay işığında qızın 
solğun üzü gülümsəyirdi, dodaqlarının qırağından isə qan süzülürdü... 
...Pilləkənləri qalxan Böyük bəy güllə səsi eşidib ayaq saxladı. Valeh də geri 
çönüb güllə səsi gələn tərəfə baxdı. 
Bu dəm hasarın üstündəki yapıncılı adam kəməndi atdı  və  kəməndin 
atılmasıyla da Valehin əlinin-qolunun bədəninə sarılıb pilləkənlərdən yerə  aşması 
bir oldu. 
Yapıncılı adam: 
– Haydı, Böyük! – qışqırdı. – Darvazanın qabağında at gözləyir səni! 
Böyük bəy hasarın üstünə baxdı. Yapıncılı adam daha yox olmuşdu. Böyük 
bəy bir ildırım sürətilə aşağı atılıb əli-qolu bağlı yerdə çapalayan Valehin cibindən 
açarı çıxardı, darvazaya atılıb qapını açdı və Böyük bəy eşiyə çıxanda artıq yapıncılı 
adam at belində darvaza önündə idi, yəhərli boş at da yanında. 
Böyük bəy boş atın belinə  sıçradı  və  hər iki atlı üzüaşağı çapıb ay işığında 
gümüş kimi ağara-ağara qıjıltıyla axan Daşaltı çayına tərəf getdi... 
...Çay qırağında yüyənlər çəkildi, qızmış atlar şahə qalxdı  və Böyük bəy 
nəfəsini dərib: 
– Kimsən, igid? – qışqırdı. – Kimsənsə, bu gündən qardaşdan artıqsan mənə! 
– Yox! – Bağırdı yapıncılı adam. – Qanlıyıq biz son nəfəsə  qədər! Axır ki, 
təkbətəkik səninlə! 
Yapıncılı adam əl atıb üzündəki dəsmalı açdı  və Böyük bəy yalnız indi 
Solaxay Həsənalını tanıdı.  
Solaxay Həsənalı qışqırdı: 
– Qaldır tüfəngi! Ya sənə verən Allah, ya mənə! 
Böyük bəy tüfəngi atın qayışından dartıb çıxardı.  
Həmin gecə ay işığında gümüş kimi parıldaya-parıldaya qıjıltıyla axan Daşaltı 
çayının qırağındakı çınqıllıqda dalbadal iki güllə açıldı və bu güllələrin açılmasıyla 
da Solaxay Həsənalının atdan aşıb yerə sərilməyi bir oldu. 
Böyük bəy yaxına çapdı. 
Bu vaxt ovçu Həsənalı güclə dirsəklənib dizləri üstə qalxdı. Böyük bəyə ikinci 
dəfə atmağa imkan vermədi, sol əlindən buraxmadığı tüfəngi qaldırıb tətiyi çəkdi. 
Həmin gecə dördüncü güllə belə atıldı və Böyük bəyin qolları yanına düşdü, 
bəy atın belindən sürüşüb üzüqoylu çınqıllığa sərildi. 
Solaxay Həsənalı: 
– Kəramətinə şükür, Ilahi! – dedi və üzüüstə Daşaltı çayına yıxıldı. 
Atlar kişnədi və elə bil, bu kişnərti də Daşaltı çayının qıjıltısına qarışıb axdı. 
Və boş atlar baş alıb çapdı, elə bil ki, sakitliyini güllə deşən bu gecədən qaçıb 
qurtarmaq istəyirdilər... 
Sonra tamam sakitlik çökdü. 
Sonra, elə bil ki, uzaqlardan bir əks-səda gəldi: 
 
Aman ovçu, vurma məni, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə