Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə125/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   121   122   123   124   125   126   127   128   ...   145

 
305
– Qan barədə bir söz deyə bilmərəm, əlahəzrət, ancaq əlahəzrət imperatorun və 
imperiyanın qarşısındakı borcun məsuliyyətini hiss edirəm. 
– Tale nədir? Tale hər bir insanın bu dünyadakı missiyasıdır. Sizin də missiyanız 
beləymiş, knyaz… Mən də sizə inanıram və siz mənim üçün də… – Imperatriçə 
sözünü davam etməyə, elə bil, bir az çətinlik çəkdi.– Mənim üçün də…  əziz bir 
adamsız… Deyirlər, Qafqazda sıldırım dağlar çoxdur. Mən istəyirəm ki, siz o 
dağların arasında, o vəhşi diyarlarda… – Imperatriçə özü öz sözünü yarımçıq 
kəsdi.– Belə deməklə sizin qəlbinizə toxunmadım? 
Knyaz güldü: 
– Yox… Siz olan şeyi deyirsiz… 
Imperatriçə davam etdi: 
– Mən istəyirəm ki, siz o diyarlarda xatırlayasınız ki, uzaq Sankt-Peterburqda 
mənim simamda bir dostunuz var! Mən bilirəm ki, siz dediyiniz o borcu müqəddəs 
sayan bir insansız və inanıram ki, həmin borcu layiqincə yerinə yetirəcəksiniz! 
Məndən bir xahişiniz varmı, knyaz? 
– Var. 
Imperatriçə maraqla knyaz Pavel Sisianova baxdı: 
– Eşidirəm… 
– Deyirlər, Gəncə Qafqazın ən gözəl şəhəridir… 
Imperatriçə eyni maraqla: 
– Ola bilər…– dedi. 
– Icazə verin Gəncəni sizin şərəfinizə Yelizavettapol adlandıraq. 
Imperatriçə ani bir şaşqınlıqdan sonra gülümsədi: 
– Bunun üçün Gəncə imperiyanın bir parçası olmalıdır, knyaz… 
–  Buna şübhəniz olmasın, əlahəzrət! 
– O zaman, elə bilin ki, icazəni aldınız… 
 
3. 
 
Şuşa dağlarını duman bürümüşdü… 
Və o duman içindəki yaşıl yamacda iki atlı gedirdi… 
Ağabəyim Ağa qumral kəhərin belində yanpörtü oturmuşdu, bir az arxada isə ağ 
atın belində Saday bəy gəlirdi. 
Ağabəyim Ağa başını arxaya çevirib: 
– Nədi? – soruşdu. – Yenə ağzına su alıbsan? 
Saday bəy duman içində boz-yaşıl kölgə kimi güclə sezilən dağlara baxdı, 
ayaqlarını üzəngiyə basıb, elə bil, başqa nələr də görəcəkmiş kimi, atın belində 
dikələrək ətrafa boylandı və: 
– Vallah, – dedi, – belə vaxtlarda sənnən danışmağa qıymıram… Istəyirəm ki, elə 
eyzən o dağlara baxasan…  
Bu sözlər açıq-aşkar Ağabəyim Ağanın ürəyinə yayıldı və qız: 
– Bəsdi, sən Allah…– dedi. – Amma o gözəl sözlərin sevdasını heç cürə gizlədə 
bilmədi. 
Qumral kəhərlə  ağ at duman içindəki o yaşıl yamacda bir müddət də eləcə 
addımladı. 


 
306
Ağabəyim  Ağa bu dəfə başını arxaya çevirmədən – elə bil, sözlərini qarşıdakı 
dumanlı dağlara deyirdi – bir az da şıltaqlıqla: 
– Həmişə deyirsən ki, məni çox istəyirsən… – dedi.– Bəs mənnən çox istədiyin 
bir şey yoxdu? 
Saday bəy cavab vermədi. 
Ağabəyim Ağa: 
– Nə oldu, qoşunbaşı?– soruşdu.– Düzünü deməkdən qorxursan? 
– Mən heç nədən qorxmuram! 
– Onda de! Var, ya yox? 
Saday bəy: 
– Var…– dedi. 
Bu dəfə ikisi də susdu. 
Bəlkə bu söz, Saday bəyin bu təsdiqi Ağabəyim Ağa üçün gözlənilməz oldu? 
Və o sükutu Saday bəy pozdu: 
– Qarabağ!– dedi. 
Ağabəyim Ağa aşkar bir qısqanclıqla: 
– Pah!..– dedi.– Yaman özündən razısan! 
– Sən soruşdun, mən də dedim! 
– Onda çap, Cıdır düzünə! Görək sənin ağ atın nə deyir, mənim kəhərim nə 
deyir!? 
– Belə dumanda Cıdır düzündə cıdıra çıxmazlar, a xan qızı! Bir də görərsən ki, 
sıldırımdan qopub Daşaltının dibinə düşübsən! 
Ağabəyim Ağa bərkdən gülüb: 
– Ay ağ at!..– dedi.– Gör, sənin belindəki bu qoçaq sənin barəndə  nə fikirdədi 
ey!.. 
Saday bəy: 
– Indi ki, belə oldu, onda gəl, görüm, xan qızı!– dedi və irəli çapdı. 
Ağabəyim Ağa: 
– Baxaq, qoşunbaşı!– dedi və o atlıların ikisi də çapıb  Şuşa dağlarının dumanı 
içində görünməz oldu. 
 
4. 
 
Şuşanın Bazar başı şəhərin sakinləri ilə dolu idi… 
… Xan carçısı misgər dükanının qənşərində yoğun bir kötüyün üstünə qalxıb gur 
səslə car çəkirdi: 
– Camaat!.. Əlahəzrət hökmdarımız Ibrahimxəlil xan taxt səltənətin ildönümü 
münasibətilə xalqa əfvi–ümumi əta eləyib! Zindandakı məhbusların azadlığı barədə 
sərəncam verib! Camaat!.. 
… Bu xəbər Bazar başında alış-verişlə  məşqul olan adamların arasına bir 
çaxnaşma saldı… 
… Xəbəri evə tez çatdırmaq üçün biri dükanı bağladı… 
… O biri aldığı arşın malı yarımçıq piştaxtanın üstünə atıb qaçdı… 
… Bir başqası atın belinə sıçradı… 
… O biri eşşəyi dartdı... 
… Və bazar əhli xana dua edirdi: 


 
307
– Allah xanın ömrünü uzun eləsin!.. 
– Allah xanı həmişə öz taxt-səltənətində bərqərar eləsin! 
– Allah Pənah xana rəhmət eləsin!.. 
 
5. 
 
Dağlar arası əyri-üyrü uzanıb gedən dolanbac Molla Nəsrəddin yolu ilə üzüyuxarı 
– Şuşa qalasına doğru karvan qalxırdı və o karvan dəvələrinin aram-aram atdıqları 
addımlar, elə bil, o Şuşa dağlarının təmkininin davamı idi… 
Qala divarının qarşısında oynaşan bir dəstə uşaq aşağıdan qalxan o karvanı görüb 
çığır-bağır saldı: 
– Karvan gəlir!.. 
– Karvana bax!.. 
– Bizimkilər deyil!.. 
– Tehran karvanıdı!.. 
– Irandan gəlir!.. 
 
6. 
 
Ibrahim xan Şuşa iqamətgahında Axund Mirmöhsün ağa ilə  bərabər nargilə 
çəkirdi və hiss olunurdu ki, xan fikirli, qayğılıdır. 
Xan nargilədən dərin bir qüllab vurub: 
– Bir qara qəpiklik zəmanə deyil, Mirmöhsün ağa…– dedi. 
Axund Mirmöhsün ağa gülümsədi: 
– Zəmanə nə vaxt yaxşı olub ki?.. 
Bu vaxt qapıçı içəri girdi. 
Xan açıq-aşkar bir nigarançılıqla: 
– Nə xəbərlə gəlmisən?– soruşdu. 
Qapıçı: 
– Karvan yerbəyer olundu. Dəvələr… 
Xan onun sözünü kəsdi:  
– Bunları bildik, sonra? 
Qapıçı əlindəki iki bürmə kağızın ikisini də irəli uzatdı: 
– Biri hədiyyələrin siyahısıdı... 
Xan təəccüblə: 
– Nə hədiyyələr? – soruşdu.– Fətəli şah mənə hədiyyə göndərib? 
Qapıçı: 
– Bəli.– dedi.– Bu da Fətəli şahdan sizə namədir... 
Xan maraqla qapıçının əlindəki kağıza baxdı. 
– Ver ağaya. 
Qapıçı hər iki kağızı Axund Mirmöhsün ağaya verdi. 
Xan: 
– Karvanla gələnlərə yaxşı qulluq edin,– dedi.– Gedə bilərsən.– Və qapıçı eşiyə 
çıxan kimi, üzünü Axunda tutdu:– Naməni oxu, Mirmöhsün ağa, görək, nə 
məsələdi? 
Mirmöhsün ağa namə bükməsini aça-aça: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə