Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə127/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   123   124   125   126   127   128   129   130   ...   145

 
310
Topxana meşəsində həmin günü təkcə, Mirmöhsün ağa, eşidirsən, təkcə və tamam 
qayğısız gəzib-dolaşaydım… 
 
7. 
 
O gözəl tirmənin naxışları, elə bil, Qarabağ dağlarının rəngindən, ətrindən xəbər 
verirdi... 
… Tuba xanım bir-iki qaravaşı ilə döşəkçənin üstündə oturub o tirmənin 
naxışlarını toxuyurdu… 
… Ibrahim xan iti addımlarla iqamətgahın üst qatına qalxdı və qapını açıb Tuba 
xanımın otağına girdi. 
Qaravaşlar dərhal ayağa qalxıb təzim etdilər və otaqdan çıxdılar. 
Ibrahim xan səbrini tamam itirmişdi: 
– Sən də vaxt tapmısan tirmə toxumağa? Nə oldu? 
Tuba xanım tirməni kənara qoyub: 
– Bu izdivac çətin olacaq, Ibrahim…– dedi. 
– Mənim baxtıma asan şey yazılmayıb! Nə deyir? 
– Nə deyəcək? Bəyəm, sən bilmirsən? 
– Hədiyyələrə nə dedi? 
– Heç gözünün ucuyla da baxmadı. Ibrahim, bu qız başqalarına bənzəmir… Onun 
ürəyi sınsa, ömrü boyu düzəlməyəcək…  
Ibrahim xan özündən çıxdı: 
– Sənin ürəyin yoxdu? Mənim ürəyim yoxdu? Kimdi indi ürəyi sayan? Kimdi 
ürəyi hesaba alan? 
– Mən sənə demişəm də, onun meyli Saday bəyədi… 
Ibrahim xan daha da hirsləndi: 
– Qoşunbaşı Saday bəy bir əlindəki qılıncla Iranın başını kəsəcək, o biri əlindəki 
qılıncla da Rusiyanın başını üzəcək!? Hə?! Tərəkəməoğlu Saday bəy lap Teymur-
ləng olsun, üç min qoşun ilə Qarabağı rusdan necə qorusun?! Fətəli  şahdan necə 
qorusun?! 
Tuba xanım: 
– Deməli, Ağabəyim Ağanı zorla Tehrana göndərəcəksən? 
Araya sükut çökdü.  
Və o sükutdan sonra Ibrahim xanın cavabı belə oldu: 
– Sən elə bilirsən mənim ürəyim daşdandı? 
Tuba xanım: 
– Yox, mən elə bilmirəm…– dedi. 
Ibrahim xan: 
– Ağabəyimlə özüm danışacağam,– deyib otaqdan çıxdı. 
8. 
 
 Bir  nəfər  Şuşanın sal daşdan salınmış  və gecənin qaranlığında tamam 
kimsəsizləmiş küçəsi ilə tələsik addımlarla addımlayırdı. 
O, küçəni burulub xəfif ay işığında qaraltısı aydın seçilən köhnə Alban kilsəsinin 
xarabalığına tərəf getdi və kilsənin girəcəyində qəfildən qaranlıqdan çıxan bir adam 
onun qarşısını kəsdi: 


 
311
– Kimsən? 
– Dənizdən dənizə gedirəm. 
– Keç. 
Və o bir nəfər kilsənin qapısından içəri girmək istəyəndə, qarşısını  kəsən adam 
onu tanıdı: 
– Vanya yüzbaşı, sənsən? 
Vanya yüzbaşı: 
– Ara, mən bəxti qaradan başqa hansı  səfeh olacaq, gecənin yarısı isti yorğan-
döşəyə girmək  əvəzinə, düşsün  Şuşanın bu buz kimi soyuq daş küçələrinə? Hə, 
matağını?– deyə  şikayət etdi və içəri girə-girə:– Bu zülmətdə  yıxılıb qabırğamı 
sındırmasam yaxşıdı…– dedi.  – Qaranlıqda ehtiyatla irəliləyərək üç-dörd daş 
pilləkən aşağı düşdü və köhnə taxtalarının arasından adda-budda işıq süzülən qapını 
itələdi.  
Qapı cırıltıyla açıldı. 
Hər tərəfi daş mağaraya bənzəyən bu zirzəmidə zəif şam işığında altı-yeddi nəfər 
daş üstündə dövrələmə oturub, gicgahından tutmuş ta çənəsinəcən uzanan çapıq yeri 
o zəif şam işığında da aydın görünən bir nəfərə diqqətlə qulaq asırdılar  və görünür
elə söhbət də ciddi olduğu üçün Vanya yüzbaşı içəri girəndə, içəridəkilərin bəzisi 
onu təkcə başlarının işarəsi ilə salamladı, bəziləri də hörmət  əlaməti olaraq ayağa 
qalxmaq istədi, amma Vanya yüzbaşı  əlinin işarəsi ilə onları yerindən qalxmağa 
qoymadı. 
Üzü çapıq adam deyirdi: 
– Bu gün Allahın yüz illərdən sonra bizə həqiqətən yazığı gəlib, millətimiz üçün 
ən əlverişli şərait yaradıb. Biz bu şəraitdən istifadə etməyi bacarmalıyıq. Əgər biz bu 
şəraitdən də istifadə edə bilməsək, o zaman bizdən sonrakı  nəsillər də heç vaxt 
Ermənistan dövlətini  yarada bilməyəcəklər. 
Vanya yüzbaşı pıçıltıyla yanındakından soruşdu: 
– Artyun paşanın Istanbuldan göndərdiyi nümayəndə budu? 
– Hə, Vanya dayı… 
– Mesrop Hamparsumyan? 
– Bəli... 
Mesrop Hamparsumyan çıxışına davam edirdi: 
– Rus ayısı Şimaldan gəlir, özü də bu dəfə, Yekatrinanın vaxtında olduğu kimi, 
onun geri çəkilmək fikri yoxdu. Gördünüz, Kartli–Kaxetiya çarlığı necə  məcbur 
oldu ki, Rusiya ilə birləşməsi barədə manifest elan etsin?  Tiflis indi Rusiyanın bir 
quberniyasıdır, knyaz Sisianov da oturub orada və hakimi-mütləq kimi quberniyanı 
idarə edir. Ovanes Melik-Paşayev Sankt-Peterburqdan xəbər göndərib ki, imperator 
I Aleksandr fikrində  qətidir: Rusiya Cənubi Qafqazı  nəyin bahasına olursa-olsun, 
ram etməlidir. Iran ayağa qalxıb, Rusiyanı  Cənubi Qafqaza buraxmaq istəmir, 
Azərbaycan xanlıqlarında da, Kartli-Kaxetiya çarlığında da öz hakimiyyətini bərpa 
etmək istəyir. Fətəli  şah fanatik paniranistdir. Onda belə bir maniya var ki, Iranı 
yenidən nəhəng və qüdrətli dövlətə çevirəcək. Yəqin ki, cənab Aşot Karapetyan 
mənim sözlərimi təsdiq edər, çünki cənab Karapetyanın da, Tehran sarayına yaxın 
olan başqa erməni qardaşlarımızın da, bu, manikal ideyaları  Fətəli  şahın başına 
yeritməkdə böyük xidmətləri var. Belədir, ya yox, cənab Karapetyan? 
Aşot Karapetyan təmkinlə başını tərpədərək: 


 
312
– Fətəli  şah nəyin bahasına olursa-olsun, rusları bu yerlərə buraxmaq istəmir,– 
dedi.– Buna heç kimin şübhəsi olmasın! 
Mesrop Hamparsumyan: 
– Təşəkkür edirəm, cənab Karapetyan,– dedi.– Azərbaycan xanlıqları bir-biri ilə 
çəkişir, bir-biri ilə yola getmirlər. Gürcüstan şahzadəsi Aleksandr Tehranda 
müsəlmanlığı qəbul edib, qoşun toplayıb Tiflisdə general Sisianovun üstünə getmək 
istəyir. Osmanlı imperiyası diqqətlə bu hadisələri izləyir. Napoleon Avropada 
Rusiya ilə müttəfiq olmaq istəyir, ancaq əl altından Iranı  Cənubi Qafqaz uğrunda 
Rusiya ilə müharibəyə şirnikləndirir. Bizim üçün bundan əlverişli vəziyyət bir də nə 
zaman olacaq, cənablar? Cənubi Qafqazın münbit torpaqlarından gözəl bir yeri biz 
harada və nə zaman tapacağıq? 
Bir müddət heç kim dinmədi. 
– Mən sizinlə tamamilə razıyam, cənab Hamparsumyan!– deyə Aşot Karapetyan 
sükutu pozdu.– Biz sürətlə Cənubi Qafqazda, xüsusən Irəvan, Qarabağ, Naxçıvan və 
Gəncə xanlıqlarında məskunlaşmalıyıq. Baxın, Iranda biz nə  vəziyyətdəyik? Tarix 
bizi nə kökə salıb? Marağadan tutmuş, Mazandarana, Həmədanadək hərə bir tərəfə 
səpələnib. Bir az orda, bir az burda, bir az da o tərəfdə… Bunun axırı  nə olacaq? 
Belə davam etsə, pərən-pərən düşmüş bir millət nə edə bilər?  Əriyib gedəcək… 
Millətimiz, tariximiz məhv olacaq… Gələcəkdə kimsə, hardasa oxuyacaq ki, hə, 
haçansa belə bir millət var imiş… Cənablar, biz mütləq müəyyən ərazilərdə toplum 
halında olmalıyıq.  
Mesrop Hamparsumyan: 
– Bu çox ciddi məsələdir, cənablar!– dedi.– Üzr istəyirəm müdaxilə etdiyim 
üçün, cənab Karapetyan. Bizim millətin Cənubi Qafqazda məskunlaşması  həm 
Iranın xeyrinədir, həm də, cənablar, Rusiya bunu istəyir. Iki düşmən bir məsələdə – 
bizimçün tarixi əhəmiyyəti olan bir məsələdə eyni mövqedədir. Biz, Allahın bizə 
bəxş elədiyi bu şəraitdən maksimum istifadə etməliyik! Bağışlayın, cənab 
Karapetyan, buyurun. 
Aşot Karapetyan sözünə davam etdi: 
– Fətəli  şah bizim həmvətənlərimizi Qarabağda və Irəvan xanlığında 
məskunlaşdırmağa söz verib. Biz müsəlmanların arasındakı qarışıqlıqdan, rus 
ayısının isti sular həsrətindən istifadə etməliyik. Biz bu torpaqlarda məskunlaşıb öz 
dövlətçiliyimizi bərpa etməliyik. Xəzərdən Qara dənizəcən Böyük Ermənistanın 
bünövrəsi burada qoyulmalıdır. 
Mesrop Hamparsumyan bir qürur hissi ilə: 
– Cənab Karapetyan!– dedi.– Sizin bu sözləriniz  bu gün kiməsə xam xəyal kimi 
görünə bilər. Ancaq bu sözlər gələcək həqiqətin ifadəsidir! Çünki hər  şey bizim 
özümüzdən, bizim bacarığımızdan, bizim xalqımıza sevgimizdən, tariximizə 
məhəbbətimizdən və ehtiramımızdan asılıdır. Hərgah bu sevgi, bu məhəbbət, bu 
ehtiram həmişə bizimlə olacaqsa, o zaman erməni xalqının taleyi bu qədər acı 
olmayacaq. Baxın, bu gün Osmanlı ordusunda on bir erməni paşa var! On bir paşa! 
Bilirsiz, bu nə deməkdir? Bir-iki nəsil sonra bu rəqəm ikiqat artacaq! Osmanlı 
padşahlığı get-gedə  zəifləyir… Druzlar Suriyaya da, Fələstinə  də  vəlvələ salıb… 
Ərəblər Ərəbistan səhralarının indi tam ağasıdır… Məmlük bəyləri Misirdə fironluq 
edir… Epirdə, Yunanıstanın  şimalında bizim suilot qardaşlarımız üsyan qaldırır… 
Osmanlı daha buna dözmək halında deyil, cənablar, Osmanlı davam gətirə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə