Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə119/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   115   116   117   118   119   120   121   122   ...   145

 
285
mən!.. Ölsəm də, qalsam da səninəm... Sənin! Yox,  yox, ölmək istəmirəm daha... 
Xoşbəxtəm, bəxtəvərəm mən! Bu gecədən sən ərimsən mənim! – Sonra bərkdən 
qışqırdı: – Gülgəz! Gülgəz! 
Gülgəz yüyürə-yüyürə içəri girdi.  
Şahnaz xanım eyni qızdırmalı həyəcanla: 
– Tez samovarı eyvana çıxart! Yandır bütün şamları! Qorxma yağışdan! Plov 
qazanını as! Qonşudan çağır Axund ağanı. Nicata ərə gedirəm mən! 
Gülgəz sevinə-sevinə: 
– Allah xeyir versin, xanım! – dedi, sonra əlavə elədi. – Amma Axund ağa 
qaçıb axı... 
Şahnaz xanım qəribə bir təəccüblə Nicata baxdı: 
– Bəs Axundsuz necə olacaq?  
Nicat gülümsədi: 
– Eybi yoxdu. Bizim polkda qırmızı molla var. 
Şahnaz xanım: 
– Qırmızı molla? – soruşdu, sonra birdən-birə  bərkdən gülə-gülə: – Hə! – 
qışqırdı. – Qoy Şahnaz xanımın kəbinini qırmızı molla kəssin! Qoy Böyük bəyin 
bacısına, Mehmandar ağanın qızına qırmızı molla xeyir-dua versin!.. 
Nicat: 
– Sakit ol, – dedi. – Sakit ol. 
Gülgəz də bilmirdi ki, sevinsin, ya da qorxsun. 
VI 
Bütün bu Şuşa dağlarının fövqəladə komissarı Nicat Ovçuoğlu bu otaqda həm 
yaşayırdı, həm də bura onun müvəqqəti iş yeri idi və bu otağın pəncərəsindən Xəznə 
qayasının sıldırım zirvəsi aydın görünürdü. 
Bu otağa o qədər girib-çıxan olurdu, hamı o qədər tələsirdi, hamı elə işgüzarlıq 
göstərirdi ki, bütün bu tələsiklik, vurnuxma müqabilində  Xəznə qayasının ağır, 
təmkinli sükutu, diqqət edəndə, fikir verəndə, qəribə, sirli, bəlkə  də sehrli təsir 
bağışlayırdı. 
Nicat budəfəki camaatı yola salandan sonra, mizin üstündəki balaca zəngi 
götürüb səsləndirdi və elə bu səsə bəndmiş kimi, cavan əsgər içəri girdi: 
– Eşidirəm, yoldaş komissar. 
– Qaryagin tərəfdən nə xəbər var? 
– Dünən gecə bizim hissələr Qaryagindən ötüb Cəbrayılla Qubadlı 
qəsəbələrinə daxil oldu. Hələlik təzə bir xəbər yoxdu. 
Nicat yerindən qalxıb divardan asılmış böyük xəritənin qabağına gəldi: 
– Bəs Zəngilan? 
– Hələ bir məlumat yoxdu. Hacımahmudlu Kəriş  bəy Horadiz tərəfdə Arazı 
keçmək istəyəndə bizimkilər tutublar. Burdadı indi. 
– Tək qaçırmış? 
– Üç-dörd bəylə mal-qaranı, qoyun-quzunu qabaqlarına qatıb, qaçırmaq 
istəyirmişlər o taya, iyirmi araba yükü xalı-gəbə, qızıl-gümüş aparırmışlar özləriylə. 
– Gətirin onu bura. 
Nicat öz yerinə keçməmişdən əvvəl pəncərədən Xəznə qayasına baxdı. 


 
286
Kəriş  bəy  əli arxasında içəri girdi və  bəyin duruşunda, baxışında bir istehza 
vardı; islanmışın yağışdan qorxusu yoxdu. Kəriş bəy də bunu yaxşı başa düşürdü və 
bunu başa düşdüyü üçün də özünü kişi kimi aparırdı. 
Nicat cibindən maxorka kisəsi çıxarıb papiros bükdü. 
Kəriş bəy komissarın əlindəki papirosa işarə elədi: 
– Hökumət üzvü olanda da maxorka?  
Nicat gülümsədi: 
Eybi yoxdu, vaxt gələr, bahalı papiros da çəkərik. Qaça bilmədiz, hə, bəy? 
– Zəmanə sizin zəmanədi indi... 
– Yaxşı, bu mal-qaranı ki, götürüb   aparırdız, demirdiz, bəs, nəylə dolanacaq 
arvad-uşaq? 
– Bəs, siz onlara yağ-bal verməyəcəksiz? Süd gölündə üzdürməyəcəksiz? 
Əlbəttə, belə olmayacaq! Olmayacaq belə! Onsuz da, acından öləcəklər hamısı! 
Rusların qabağına düşüb viran elədiniz yurdumuzu. Atasını yandırdınız Vətənin, 
elin, obanın. O vətənin ki, – Kəriş  bəy iki barmağını düz tutub hirslə, az qala, öz 
gözlərinə soxdu, – bax, bu iki gözümü də verərəm onun yolunda, «uf» demərəm! 
Nicat Ovçuoğlu papirosu külqabıda sıxıb söndürdü və dedi: 
– Bəs biz ki, bu qədər pisik, siz də vətəni beləcə istəyirsiz, onda niyə vətəni də, 
eli-obanı da qoyub Arazı keçib qaçırsız?! 
Kəriş bəy bir söz demədi və bu zaman cavan əsgər hövlnak içəri girib: 
Yoldaş komissar, bir nəfər hay-küy salıb yaraqlı-yasaqlı içəri girmək istəyir. 
– Kimdi? 
– Kim olduğunu demir. Hündürboy, zəhmli kişidi. 
– Buraxın içəri. Bunu isə aparın. 
– Yoldaş komissar, tüfəngli-zadlı buraxaq? 
– Əməl edin, yoldaş Valeh! 
Cavan  əsgər Kəriş  bəylə birlikdə otaqdan çıxdı  və onların çıxmağı ilə  də 
Solaxay Həsənalının içəri girməyi bir oldu. 
Nicat tələsik yerindən qalxıb kişinin əlindən yapışdı. 
– Xoş gördük, ata! Başa düşdüm ki, sənsən! Necəsən, ata? 
Solaxay Həsənalının sifətində bir tük də tərpənmədi. 
– On gündü gəlmisən, indi soruşursan? Yoxsa, Gülablını tay şəninə 
sığışdırmırsan? 
Nicat gülümsəyib: 
– Inciməyə haqqın var, ata, – dedi. – Sağ-salamat olmağından hal-əhval 
tutmuşam. Özüm də ha deyirəm indi gedərəm, bir saatdan gedərəm, hər dəfə bir iş 
çıxır ortaya. Biz  bu saat əksinqilabla ölüm-dirim mübarizəsi aparırıq, yəni ki, 
onların ölümü, bizim diriliyimiz. 
Solaxay Həsənalı  əlindəki beşatılanın qundağını yerə söykəyib necə 
dayanmışdısa elə-eləcə də dedi. 
– Ona görə də oturmusan Böyük bəyin imarətində? Ona görə də Böyük bəyin 
bacısını almısan? 
Nicat köksünü ötürüb bir müddət susdu və burası tamam aydın idi ki, 
qarşısındakı atası yox, bir başqası olsaydı, cavabını alardı. 


 
287
– Əvvəla burada müvəqqəti qalıram, ata. Ikincisi, indi bu mülk nə mənimdi, nə 
də Böyük bəyin, xalqındı, məktəb eləyəcəyik buranı. O ki, qaldı... Sən bilirsən ki, 
mənim onun bacısı ilə münasibətim çoxdanın əhvalatıdı... 
– Heç bir namuslu oğul atasının dədə-baba yurdunu dağıdıb kor qoyan, özünü 
dost-düşmən yanında xar eləyən namərd düşməninin bacısını almazdı! 
– Qızın nə  təqsiri vardı, ata? Bacı qardaşın, özü də Böyük bəy kimi bir 
qardaşın işinə necə cavabdeh ola bilər?! 
Solaxay Həsənalı qəzəbindən boğula-boğula: 
– Düşmənin böyüyü-kiçiyi yoxdu, – dedi. – Düşmən düşməndi! Bəs, mənim 
nə günahım vardı? Kişi əcdadının namusunu arvada satmaz! 
– Ata!.. – Nicat özünü güclə ələ aldı. – O qızın ürəyi...  
Solaxay Həsənalı oğlunun sözünü kəsdi: 
– Boşla bu əzginiş sözləri! Kişi söhbəti danış! Arvadın dili şeytan dilidi. Onun 
felinə düşməmək üçün kişi olmaq lazımdı! 
Nicat dərindən nəfəs alıb: 
– Sağlıq olsun, ata... Vaxt gələr, görərsən ki, yaxşı qızdı o... 
Solaxay Həsənalı birdən-birə maraqlandı: 
– Kəbin kəsdirmisən ona? 
– Əlbəttə. 
– Kim kəsib kəbini? 
– Qırmızı molla.  
Solaxay Həsənalı təhdidlə: 
– Deyəsən, məni dolayırsan, – dedi. – Mollanın da qırmızısı, ağı olur? Hardadı 
o qırmızı molla? 
– Bizim polkda. 
Bu dəfə Solaxay Həsənalı dərindən nəfəs aldı: 
– Allaha şükür ki, ona bizim molla kəbin kəsməyib! Günü bu gün qov getsin! 
– Bu nə zarafatdı, ata?  
Solaxay Həsənalı qəzəblə: 
– Sən mənim ömrümdə zarafat eləməyimi görmüsən?! – soruşdu. – Dedim ki, 
qov getsin! 
Nicat həyəcanla: 
– Bu, mümkün olan iş deyil, ata! – dedi. 
– Sən kişisən!  Əyər o sənin ürəyinin bir parçasıdısa, o parçanı  kəs at, qoy 
Böyük bəy görsün ki, bir olan Allah nahaq işi qisassız qoymaz! Böyük bəyin ingilis 
banklarında milyonları var. Gedib yenə kefi istəyən   kimi yaşayacaq,  mənim 
qisasımı  bəs kim alacaq?! – Solaxay Həsənalı bir müddət susdu, sonra dərin bir 
kinlə: – Onun bacısını bir qatıra mindir, – dedi. – Göndər hüzuruna. Qoy yansın 
ciyəri qiyamətəcən! 
Bu dəfə daha Nicatın təmkini tab gətirmədi: 
– Bəsdi, ata! Bəsdi! 
Solaxay Həsənalı hiddətlə guruldadı: 
– Qışqırma! Naməkbəharam! Yoxsa, elə bilirsən ki, qapında soldat durur 
deyən, səndən qorxub çəkinəcəyəm? Bu gündən sən adlı oğlum yoxdu mənim! Qoy 
Böyük bəyin yurdunu, yuvasını dağıdıb qapılara saldığı ananın südü sənə haram 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə