305
– Qan
barədə bir söz deyə bilmərəm, əlahəzrət, ancaq əlahəzrət imperatorun və
imperiyanın qarşısındakı borcun məsuliyyətini hiss edirəm.
– Tale nədir? Tale hər bir insanın bu dünyadakı missiyasıdır. Sizin də missiyanız
beləymiş, knyaz… Mən də sizə inanıram və siz mənim üçün də… – Imperatriçə
sözünü davam etməyə, elə bil, bir az çətinlik çəkdi.– Mənim üçün də… əziz bir
adamsız…
Deyirlər, Qafqazda sıldırım dağlar çoxdur. Mən istəyirəm ki, siz o
dağların arasında, o vəhşi diyarlarda… – Imperatriçə özü öz sözünü yarımçıq
kəsdi.– Belə deməklə sizin qəlbinizə toxunmadım?
Knyaz güldü:
– Yox… Siz olan şeyi deyirsiz…
Imperatriçə davam etdi:
– Mən istəyirəm ki, siz o diyarlarda xatırlayasınız ki, uzaq Sankt-Peterburqda
mənim simamda bir dostunuz var!
Mən bilirəm ki, siz dediyiniz o borcu müqəddəs
sayan bir insansız və inanıram ki, həmin borcu layiqincə yerinə yetirəcəksiniz!
Məndən bir xahişiniz varmı, knyaz?
– Var.
Imperatriçə maraqla knyaz Pavel Sisianova baxdı:
– Eşidirəm…
– Deyirlər, Gəncə Qafqazın ən gözəl şəhəridir…
Imperatriçə eyni maraqla:
– Ola bilər…– dedi.
– Icazə verin Gəncəni sizin şərəfinizə Yelizavettapol adlandıraq.
Imperatriçə ani bir şaşqınlıqdan sonra gülümsədi:
– Bunun üçün Gəncə imperiyanın bir parçası olmalıdır, knyaz…
– Buna şübhəniz olmasın, əlahəzrət!
– O zaman, elə bilin ki, icazəni aldınız…
3.
Şuşa dağlarını duman bürümüşdü…
Və o duman içindəki yaşıl yamacda iki atlı gedirdi…
Ağabəyim Ağa qumral kəhərin
belində yanpörtü oturmuşdu, bir az arxada isə ağ
atın belində Saday bəy gəlirdi.
Ağabəyim Ağa başını arxaya çevirib:
– Nədi? – soruşdu. – Yenə ağzına su alıbsan?
Saday bəy duman içində boz-yaşıl kölgə kimi güclə sezilən dağlara baxdı,
ayaqlarını üzəngiyə basıb, elə bil, başqa nələr də görəcəkmiş kimi, atın belində
dikələrək ətrafa boylandı və:
– Vallah, – dedi, – belə vaxtlarda sənnən danışmağa qıymıram…
Istəyirəm ki, elə
eyzən o dağlara baxasan…
Bu sözlər açıq-aşkar Ağabəyim Ağanın ürəyinə yayıldı və qız:
– Bəsdi, sən Allah…– dedi. – Amma o gözəl sözlərin sevdasını heç cürə gizlədə
bilmədi.
Qumral kəhərlə ağ at duman içindəki o yaşıl yamacda bir müddət də eləcə
addımladı.
306
Ağabəyim Ağa bu dəfə başını arxaya çevirmədən – elə bil, sözlərini qarşıdakı
dumanlı dağlara deyirdi – bir az da şıltaqlıqla:
– Həmişə deyirsən ki, məni çox istəyirsən… – dedi.–
Bəs mənnən çox istədiyin
bir şey yoxdu?
Saday bəy cavab vermədi.
Ağabəyim Ağa:
– Nə oldu, qoşunbaşı?– soruşdu.– Düzünü deməkdən qorxursan?
– Mən heç nədən qorxmuram!
– Onda de! Var, ya yox?
Saday bəy:
– Var…– dedi.
Bu dəfə ikisi də susdu.
Bəlkə bu söz, Saday bəyin bu təsdiqi Ağabəyim Ağa üçün gözlənilməz oldu?
Və o sükutu Saday bəy pozdu:
– Qarabağ!– dedi.
Ağabəyim Ağa aşkar bir qısqanclıqla:
– Pah!..– dedi.– Yaman özündən razısan!
– Sən soruşdun, mən də dedim!
– Onda çap, Cıdır düzünə! Görək sənin ağ atın nə deyir,
mənim kəhərim nə
deyir!?
– Belə dumanda Cıdır düzündə cıdıra çıxmazlar, a xan qızı! Bir də görərsən ki,
sıldırımdan qopub Daşaltının dibinə düşübsən!
Ağabəyim Ağa bərkdən gülüb:
– Ay ağ at!..– dedi.– Gör, sənin belindəki bu qoçaq sənin barəndə nə fikirdədi
ey!..
Saday bəy:
– Indi ki, belə oldu,
onda gəl, görüm, xan qızı!– dedi və irəli çapdı.
Ağabəyim Ağa:
– Baxaq, qoşunbaşı!– dedi və o atlıların ikisi də çapıb Şuşa dağlarının dumanı
içində görünməz oldu.
4.
Şuşanın Bazar başı şəhərin sakinləri ilə dolu idi…
… Xan carçısı misgər dükanının qənşərində yoğun bir kötüyün üstünə qalxıb gur
səslə car çəkirdi:
– Camaat!.. Əlahəzrət hökmdarımız Ibrahimxəlil xan taxt səltənətin ildönümü
münasibətilə xalqa əfvi–ümumi əta eləyib! Zindandakı məhbusların azadlığı barədə
sərəncam verib! Camaat!..
… Bu xəbər Bazar başında alış-verişlə məşqul olan adamların arasına bir
çaxnaşma saldı…
… Xəbəri evə tez çatdırmaq üçün biri dükanı bağladı…
… O biri aldığı arşın malı yarımçıq piştaxtanın üstünə atıb qaçdı…
… Bir başqası atın belinə sıçradı…
… O biri eşşəyi dartdı...
… Və bazar əhli xana dua edirdi:
307
– Allah xanın ömrünü uzun eləsin!..
– Allah xanı həmişə öz taxt-səltənətində bərqərar eləsin!
– Allah Pənah xana rəhmət eləsin!..
5.
Dağlar arası əyri-üyrü uzanıb gedən dolanbac Molla Nəsrəddin yolu ilə üzüyuxarı
– Şuşa qalasına doğru karvan qalxırdı və o karvan dəvələrinin aram-aram atdıqları
addımlar, elə bil, o Şuşa dağlarının təmkininin davamı idi…
Qala divarının qarşısında oynaşan bir dəstə uşaq aşağıdan qalxan o karvanı görüb
çığır-bağır saldı:
– Karvan gəlir!..
– Karvana bax!..
– Bizimkilər deyil!..
– Tehran karvanıdı!..
– Irandan gəlir!..
6.
Ibrahim xan Şuşa iqamətgahında Axund Mirmöhsün ağa ilə bərabər nargilə
çəkirdi və hiss olunurdu ki,
xan fikirli, qayğılıdır.
Xan nargilədən dərin bir qüllab vurub:
– Bir qara qəpiklik zəmanə deyil, Mirmöhsün ağa…– dedi.
Axund Mirmöhsün ağa gülümsədi:
– Zəmanə nə vaxt yaxşı olub ki?..
Bu vaxt qapıçı içəri girdi.
Xan açıq-aşkar bir nigarançılıqla:
– Nə xəbərlə gəlmisən?– soruşdu.
Qapıçı:
– Karvan yerbəyer olundu. Dəvələr…
Xan onun sözünü kəsdi:
– Bunları bildik, sonra?
Qapıçı əlindəki iki bürmə kağızın ikisini də irəli uzatdı:
– Biri hədiyyələrin siyahısıdı...
Xan təəccüblə:
– Nə hədiyyələr? – soruşdu.– Fətəli şah mənə hədiyyə göndərib?
Qapıçı:
– Bəli.– dedi.– Bu da Fətəli şahdan sizə namədir...
Xan maraqla qapıçının əlindəki kağıza baxdı.
– Ver ağaya.
Qapıçı hər iki kağızı Axund Mirmöhsün ağaya verdi.
Xan:
– Karvanla gələnlərə yaxşı qulluq edin,– dedi.– Gedə bilərsən.– Və qapıçı eşiyə
çıxan kimi, üzünü Axunda tutdu:– Naməni oxu, Mirmöhsün ağa, görək, nə
məsələdi?
Mirmöhsün ağa namə bükməsini aça-aça: