Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə121/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   117   118   119   120   121   122   123   124   ...   145

 
291
Qaçaq Bahadır: 
– Daha mənə  bənd olmayın. – dedi. – Mən nə eləyəcəyimi sonra 
fikirləşəcəyəm. Allah kərimdi! 
Qaçaqlar səs-küy saldı: 
– Sənsiz getmirik biz! 
– Sənsiz dağılmırıq! 
– Sən hara, biz də ora! 
Qaçaq Bahadır yəhərin qayışından tüfəngini çıxarıb yuxarı qaldırdı: 
– Qaçaqlar! Qardaşlar! Bugünkü günə  qədər qaçaq Bahadırın bir sözünü iki 
eləməmisiniz! Bu gün də eləməyin, yaraşmaz sizə! – Sonra qaçaq Bahadır əlindəki 
tüfəngi yerə atdı, patrondaşı da belindən açıb yerə tulladı. – Qaçaq Bahadır yoxdu 
daha! – Salamat   qalın! Niyyət olmasın, qismət olsun, görüşərik, inşallah... 
Və qaçaq Bahadır düşərgədən uzaqlaşdı. 
Qaçaqlar bəylərin yanından ötüb aşağı düşdü.  
Yunis bəy: 
– Gedək. – dedi. – Xeyir xəbər aparmırıq Böyük bəyə.  
Mirzə bəy alışıb-yanan həris gözləriylə Yunis bəyə baxıb: 
Siz gedin, – dedi. – Gəlib çatacağam sizə. – Və Mirzə bəy atı mahmızlayıb 
çapıb gözdən itdi. 
...Qaçaq Bahadır Topxana meşəsində bir düzənliyə  çıxdı  və bu düzənlikdən 
başı qarlı Kirs dağı açıq-aydın görünürdü. 
Qaçaq Bahadır atın cilovunu çəkib dayandı, yapıncısının boyunluğunu açıb 
çiynindən atın tərkinə saldı, əlində tutduğu sapı sədəflə işlənmiş qamçını təpəsiylə 
buxara papağını alnının üstündən yuxarı itələdi və başı qarlı Kirs dağına baxdı və elə 
bil ki, bu dağın böyüklüyü, azadlığı, sərbəstliyi qaçaq Bahadıra da sirayət etdi və 
qaçaq, güman ki, illərdən bəri hiss etmədiyi bir azadlıqla sinə dolusu nəfəs aldı və 
elə bu vaxt namərd gülləsi bütün bu yerləri lərzəyə gətirdi. 
Qaçaq Bahadırın əlləri süstləşib yanlarına düşdü, gözləri hələ də Kirs dağına 
baxa-baxa böyüyüb az qaldı hədəqəsindən çıxsın, sonra qaçağın beli büküldü, başı 
atın yalına düşdü. 
Atışmada qaçaqaça adət eləmiş at yerindən götürüldü. 
Qaçaq Bahadırın  əlindən sürüşüb düşən sapı  sədəfli qamçı elə-eləcə o 
düzənlikdə qaldı. 
Mirzə bəy at belində ağaclıqdan çıxıb gülümsəyə-gülümsəyə özündən razı-razı 
Qaçaq Bahadırı aparan atın ardınca baxdı, sonra indicə pusquda durub atdığı tüfəngi 
yəhərin qayışına keçirdi... 
...Yunis bəy uzaqdan güllə səsi eşidib atın cilovunu çəkdi və tələsik də o biri 
bəylərə: 
– Siz gedin, gəlirəm, – dedi və atı səs gələn tərəfə çapdı... 
...Yunis bəylə Mirzə bəy Topxana meşəsində üz-üzə gəldi. 
Mirzə bəy nəşəli-nəşəli: 
– Gəbərtdim köpək oğlunu! – dedi. 
Yunis bəy bütün hirs-hikkəsini Mirzə bəyin üstünə tökdü, səhərdən bəri bütün 
bu  əhvalat barədə bir kəlmə  də deməyib partlayırdı, axırı ki, bir fürsət düşdü, bir 
məqam yetişdi, bağıra-bağıra: 


 
292
– Silahsıza güllə atdın? – soruşdu Yunis bəy. – Arxadan  vurdun onu? Sənin 
kimi çaqqallara qoşulduq, igidlərə düşmən olduq, axırımız da belə oldu! Ac-yalavac 
bolşeviklərin  əlindən baba yurdumuzda çıraq yandıranımız qalmadı! Tüfəngsizə 
tüfəng tuşlayan oğraş! Qaldır tüfəngi! 
Dalbadal iki güllə açıldı.  
Mirzə bəy atdan sürüşüb yerə sərildi.  
Yunis bəy atın ağzını döndərib çapıb gözdən itdi.  
Mirzə  bəyin yalqız atı bu çapaçapdan, bu vurhavurdan xilas olub sakit-sakit 
ağacların dibini otlamağa başladı.  
...Nicatın ardınca gedən Valeh: 
– Elə bil, kimsə gəlir, yoldaş komissar, – dedi.  
Nicat cilovu çəkib dayandı. 
Valeh tüfəngi belindən aşırdı. 
Və elə bu vaxt Qaçaq Bahadırın atı ağaclar arasından çıxıb onlara sarı gəldi. 
At yavaş-yavaş, ehmalca addımlayırdı. Bahadır üzü üstə eləcə atın yalına 
düşüb qalmışdı və neçə müddət idi at onu beləcə belində gəzdirirdi. 
Bahadırın atı Nicatgilə çatıb dayandı və başını aşağı saldı. 
Bir müddət heç kim heç nə demədi, sonra Nicat: 
– Bahadırdı, – dedi. – Düş, Valeh, düş. Düş basdıraq onu. Topxana meşəsi son 
məskəni olsun Bahadırın... 
IX 
Şahnaz xanım pəncərə önündə dayanıb duman içində güclə seçilən Topxana 
meşəsinə baxırdı və bu dəm qızın üzündə bir qorxu, bir nigarançılıq vardı. 
Gülgəz otağa girəndə Şahnaz xanım diksinib geri çöndü və vahimə ilə: 
– Nədi? Nə olub? – soruşdu. 
Gülgəz bir təəccüblə: 
Heç bir şey, xanım, nə olasıdı ki? 
– Bəs, niyə mənə heylə baxırsan? 
– Nə cür, xanım? 
Şahnaz xanım, elə bil, birdən yuxudan oyandı, yenə  pəncərədən Topxana 
meşəsinə baxdı. 
– Fikir ver, elə bil, Topxana meşəsi tilsim içindədi.  
Gülgəz qorxdu əməlli-başlı: 
– Bismillah de, xanım. Tilsim nədi?.. Dumandı çöküb üstünə... 
– Mənə xanım niyə deyirsən? 
– Bəs nə deyim? 
Şahnaz xanım gülümsədi: 
– Yoldaş de. Yoldaş Şahnaz... 
– Bəsdi, sən Allah... Niyə özünü axı, belə həlak eləyirsən?.. Nə olub axı, ay 
xanım? 
– Görəsən, Nicat niyə gecikdi? 
– Xəbər göndərib ki, bəlkə gecə gəlmədi... 
Şahnaz xanım qəribə bir təəccüblə: 
– Bəs, mənə niyə bir söz deməyib? – soruşdu. 


 
293
Gülgəz çiyinlərini çəkdi: 
– Yəqin qəflətən işi olub də...  
Şahnaz xanım pıçıltıyla təkrar etdi: 
– Qəflətən... 
Gülgəz, elə bil, qorxdu yenə: 
– Heç bilmirəm, axır vaxtlar niyə belə olmusan, xanım...  
Şahnaz xanım birdən-birə vahimələnib: 
– Nə cür axı? Nə cür? – soruşdu. 
– Eyzən fikir-xəyal içindəsən. Hər  şeydən  şübhələnirsən. Mən dedim sən 
Nicata gedəndən sonra dünyanın bəxtəvəri olassan... Elə istəyir səni o, ay xanım, elə 
istəyir! 
Şahnaz xanım, elə bil, öz-özüylə danışırdı: 
– Bəs, mən istəmirəm onu? Amma onu nə  qədər öpürəm, oxşayıram onu nə 
qədər, yaxınlıq eləyirəm nə  qədər, ürəyimi sakit eləyə bilmirəm... Bir nigarançılıq 
boğur məni, Gülgəz... 
Şahnaz xanım qulluqçu qızı qucaqlayıb ağladı. 

Valeh hər biri öz işi ilə məşğul olan qızıl əsgərlərin, gəlib-gedən, harda oldu 
oturub gözləyən yerli camaatın arasından keçib tələsik komissarın otağına girdi. 
Nicat yazı masasının arxasından başını qaldırıb yuxusuzluqdan, yorğunluqdan 
qıpqırmızı qızarmış gözlərilə cavan oğlana baxdı və soruşdu: 
– Nə olub? 
– Yoldaş komissar, bu saat xəbər gətirdilər ki, Böyük bəylə  Gəncəli Həmid 
bəyin atlıları Yevlax tərəfdə  dəmir yolunu dağıtmaq üçün əli bel tutan kəndliləri 
silah gücünə yığıb aparıblar...  
Nicat yorğun-yorğun: 
– Bakı ilə, Rusiya ilə  əlaqəmizi kəsmək üçün... – dedi, sonra birdən-birə 
yumruğunu mizə çırpdı. – Bu, axırıncı döyüş olmalıdı!.. 
...Nicat şinelinin kəmərini bağlayıb, evdən çıxaçıxda Şahnaz xanım içəri girdi: 
– Yenə gedirsən? 
– Hə, təcili gedəsi oldum, Şahnaz. Nigaran qalma məndən. Gecə 
gəlməyəcəyəm. 
Bir müddət sükut çökdü, sonra Şahnaz xanım təkrar elədi: 
– Nigaran qalma məndən... Gecə gəlməyəcəyəm. 
Yenə araya sükut çökdü və Nicat bir anlıq, elə bil, bütün işini-gücünü 
yadından çıxartdı, arvadına yaxınlaşıb qucaqladı, elə bil, təkcə Şahnaz xanıma yox, 
özünə də təskinlik verdi: 
– Zamanə belədi,  Şahnaz... Tələsiklikdi... Heç nə dayanıb gözləmir... Amma 
eybi yox... Pis günün ömrü qısa olar. 
– Inanırsan buna? 
Nicat Şahnaz xanımın gözlərinin içinə baxdı: 
– Inanıram. Sən də inan. 
– Hara gedirsən? 
Nicat bir az tərəddüdlə dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə