Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə124/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   120   121   122   123   124   125   126   127   ...   145

 
300
Mən bu dağın maralıyam. 
Yaralıyam, yaralıyam, 
Mən bu dağın maralıyam... 
 
1978. 
 
 
 
 
 
 
 
 


 
301
HÖKMDARIN TALEYI 
 
 
 
İlyas Əfəndiyevin «Hökmdar və qızı» 
faciəsinin motivləri əsasında yazılmışdır. 
 
 
 
 
 
 
  
 
 
 


 
302
PROLOQ 
 
… Sonra ildırım çaxdı… 
Tufan qopmuşdu, şıdırğı bir yağış yağırdı… 
… Və atlı o şıdırğı yağış altında sıldırım qayaların dibi ilə yarğan boyu boz 
ürgəni var gücü ilə çapırdı… 
Su atlının sifətindən, üst-başından süzülüb axırdı, amma o bunun fərqində 
deyildi, gözlərini qıyıb qarşıya baxırdı, elə bil ki, baxışları ilə  sıldırım qayaların 
dibindən cığır açırdı və elə bil, boz ürgə də o dəm belindəki adam gözləri ilə açdığı 
o cığırla çapırdı.  
Qayaların təpəsindən baxanda, adama elə gəlirdi ki, at çapmırdı, atlı ilə bərabər, o 
boz ürgəni də tufan aparırdı… 
Yarğanın dibi bitib burulanda atlı cilovu çəkdi, boz ürgə bu qəfil dartmadan şahə 
qalxdı, burun pərələri gözgörəti  şişib böyüdü və atın kişnərtisi o çovğun hay-
küyündən də güclü oldu, bütün yarğana yayıldı. 
Və o kişnərtinin ardınca atlının bağırtısı eşidildi: 
– Ruslar gəlir!.. 
Elə o andaca iri bir qayanın altında daldalanmış ikinci atlı bu xəbəri alıb yerindən 
götürüldü və bu dəfə də o tufanın içində ikinci atlı çapmağa başladı… 
O sözlərin isə, yağış  şırıltısının müşaiyəti ilə  əks-sədası yarğan boyu hər tərəfə 
yayılırdı: 
– Ruslar gəlir!.. 
– Ruslar gəlir!.. 
– Ruslar gəlir!.. 
 
 
 
 
 
 
 


 
303
BİRİNCİ HİSSƏ 
 
1.  
 
6 sentyabr 1802–ci il. Sankt-Peterburq. Qış Sarayı.  
 
Imperator I Aleksandr öz iş otağında general və əyanların arasında var-gəl edirdi 
və imperator bu dəm, elə bil, əsabələri ilə yox, öz-özü ilə danışırdı: 
– Xəzər Rusiyanın daxili dənizinə çevrilməlidir. Isti dənizlərə bizim yolumuz 
Cənubi Qafqazdan keçir… Nə  qədər ki, Avropanın başı Bonaparta qatışıb, biz 
bundan istifadə etməliyik… Cənubi Qafqaz imperiyanın tam rahatldıqla söykənə 
biləcəyi bir Cənub sütunu olmalıdır… – Ani sükutdan sonra imperator sonuncu 
sözü, elə bil ki, bir az rişxəndlə təkrar etdi:– Olmalıdır… ancaq… General Knorrinq! 
General Knorrinq baş əydi: 
– Əlahəzrət… 
 1 Aleksandr yenə ani bir sükutdan sonra: 
– Mən hələ keçən il sizə yazmışdım ki, Fətəli şahın… – dedi və nəyi isə yadına 
salmaq istədi.– Onu oralarda necə çağırırdılar? 
General Knorrinq: 
– Baba xan, əlahəzrət…– dedi.– Fətəli şah taxta çıxmazdan əvvəl… 
Imperator generalın sözünü yarımçıq kəsdi: 
–  Bilirəm, bilirəm… Baba xan… Mən sizə, general, hələ keçən il yazmışdım, nə 
qədər ki, Iranın Cənubi Qafqazla bağlı iddiaları gerçəkləşməyib, yerli hakimləri, 
xüsusən, Qarabağ, Gəncə, Irəvan, Bakı,  Şirvan… Biri də var idi… Hə,  Şəki 
xanlıqlarını öz tərəfimizə çəkməliyik... Bu isə o demək idi ki, ən yaxın zamanlarda – 
vaxt artıq çoxdan yetişib! – o xanlıqları Rusiyanın tərkibinə qatmaq üçün hazırlıq 
işləri getməli idi… Artıq Ingiltərə  Fətəli  şahla müqavilə bağlayıb! Bəs siz nə 
etmisiz, general?  
General Knorriq nəsə demək istədi. 
Imperator əlinin işarəsi ilə onu saxladı: 
– Bilirəm… Georgiyevskdə danışıqlar aparmısınız. Ancaq… – Imperator 
gülümsədi.– Orada kimlər iştirak edib? 
Həyəcanını boğmağa çalışan general Knorrinq dedi: 
– Tərki şamxalı, Qara Qaytaq usmisi, Tabasaran hakimi… 
Imperator yenə onun sözünü kəsdi: 
– Bunları bilirəm… Bəs, Azərbaycandan? Azərbaycandan kimlər? 
– Quba və Talış xanlarının nümayəndələri… 
– Bəli, cəmi iki xanlığın… Özü də xanla yox, onların nümayəndələri… 
General Knorrinq: 
– Üzr istəyirəm,  əlahəzrət…– dedi.– Onları yanlız danışıqlarla ram etmək 
olmayacaq… 
I Aleksandrın sifətindəki təbəssüm çəkildi və o sərt bir ifadə ilə: 
Kim deyir ki, biz onları yalnız danışıqlarla ram edəcəyik?.. 
– soruşdu.– Mən sizə belə bir söz demişəm, general? 
General Knorrinq yenə  nə isə demək istədi, amma imperator bu dəfə  də  əlinin 
işarəsi ilə onu saxladı: 


 
304
– Lazım deyil, general… Artıq bunun əhəmiyyəti  yoxdur… Bu danışıqlar, 
verilən vədlər müvəqqəti diplomatik gedişdən başqa bir şey deyil! Bu ki, aydın 
məsələdi!.. Rusiya bu danışıqları  məgər ciddi qəbul edə bilər?.. Yox! Qəbul edə 
bilməz! Və etməyəcək!  Əlbəttə, zor işlədiləcək!  Şərq hakimləri o qədər də axmaq 
deyillər ki, güc görməyəndə bizim verdiyimiz vədlərə inansınlar! Vəd o zaman 
şirnikdirici olur ki, arxasında güc dayanır! Güc görməyən hansı axmaq ultimatum  
qəbul edər?! Biz zor işlətməliyik və işlədəcəyik! Özü də elə zor ki, ətrafdakılara da 
dərs olsun! Qafqaz Şərqdir! Vəhşi qafqazlılarla Şərq dilində də danışmağı bacarmaq 
lazımdır! Knyaz Sisianov! 
Knyaz Sisianov bir addım irəli atıb baş əydi: 
– Əlahəzrət… 
– Mən sizi Qafqazın Baş komandanı  təyin edirəm! Cənubi Qafqazdakı bütün 
mülkü-hərbi hakimiyyəti mən sizə həvalə edirəm, general!  
Knyaz Sisianov şümal bədənini tarım çəkib: 
Təşəkkür edirəm,  əlahəzrət!– dedi.– Əmin ola bilərsiniz ki, mən sizin 
etimadınızı doğruldacağam! 
Imperator yenə gülümsədi: 
– Bunu zaman göstərəcək, Pavel Dmitriyeviç!.. Əsas odur ki, Qafqazda başınızı 
qoruyun!.. 
– Imperiyanın yolunda mən başımdan keçməyə hazıram, əlahəzrət!.. 
– Mənim buna şübhəm yoxdur, knyaz… Ancaq, hər-halda, başınızı qoruyun! O 
sizə də, bizə də lazımdı! 
 
  2. 
 
6 sentyabr 1802-ci il. Sankt-Peterburq. Qış sarayı. Bal 
 zalı.  
 
Gözəl bir gecə, gözəl bir bal idi… 
Orkestr özü də öz ifasından ləzət ala-ala çalırdı və saraya dəvət olunmuş Sankt-
Peterburq zadəganları rəqs edirdi. 
… Knyaz Pavel Dmitriyeviç Sisianov I Aleksandra baş  əyərək imperatriçə 
Yelizavettanı rəqsə dəvət etdi: 
– Xahiş edirəm, mənə şərəf verəsiniz, əlahəzrət… 
Imperatriça imperatora baxdı və I Aleksandr yüngülcə başını tərpətdi. 
 Imperatriçə Yelizavetta gözəl bir təbəssümlə gülümsəyərək knyazın dəvətini 
qəbul etdi. 
… Knyaz Sisianov ilə imperatriçə bütün zalın ehtiram və  səcdə dolu diqqəti 
altında rəqs edirdilər. 
… Imperatriça: 
– Sizi təbrik edirəm, knyaz…– dedi. – Imperator sizə böyük ümidlər bəsləyir… 
Knyaz: 
– Təşəkkür edirəm,  əlahəzrət…– dedi.– Mən o ümidləri doğrultmağa 
çalışacağam.  
– Həqiqətən, qəribə taleyiniz var, knyaz!.. Böyük bir imperiyanın ən səlahiyyətli 
nümayəndəsi kimi ata-baba yurdunuza gedirsiniz… Yəqin qan da çəkir… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə