Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə128/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   124   125   126   127   128   129   130   131   ...   145

 
313
bilməyəcək, Sultan Səlimin «Nizami-cədid"i də onların dadına yetməyəcək. Artyun 
paşa bu fikirdədir ki, biz hələ üzə  çıxmamalıyıq, həmişəki kimi öz işimizi 
görməliyik. Qoy Osmanlı  zəifləsin, qoy müsəlmanlar bir-birini qırsın, qoy türklər 
özləri özlərinə qənim kəsilsin!.. Qoy, Rusiya öz ordusuyla öz sözünü desin!.. Qoy, 
Avropa hörümçək kimi, öz intriqalarını hörsün!.. Bütün bu hadisələrdə Allah 
bizimlədir! Cənablar, uzağı  əlli-altmış ildən sonra biz öz sözümüzü deyəcəyik. 
Artyun paşa inanır ki, Böyük Ermənistanın yaranması prosesi elə bu əsrdə – X1X 
yüzildə başlayacaq! Sadəcə olaraq, biz situasiyanı  nəzarətə götürməyi və bundan 
effektli istifadə etməyi bacarmalıyıq. O zaman tarix sübut edəcək ki, sərhədləri 
dənizdən dənizə  qədər uzanacaq Ermənistan dövləti bizim xam xəyallarımızın 
bəhrəsi deyil!  
– Cənablar! Cənablar! Bir az realist olun! Siz düz yolda deyilsiniz! Bu yolun 
sonunda millətimizi bədbəxtçiliyə apara bilərsiniz! Bu yol qan gölməçələrindən 
keçir, cənablar! Doğrudanmı siz bunu görmürsünüz? Biz başqalarına xəyanətlə öz 
millətimizi xoşbəxtliyə apara bilmərik, cənablar! – Bu sözlər köhnə kilsədəki o gecə 
yığıncağında çox qəfil və çox da yad səsləndi və bu sözləri deyən adam həyəcanını 
gizlədə bilməyib ayağa qalxdı. – Ayılın, cənablar, ayılın! 
Aşot Karapetyan: 
– Siz kimin qanının təəsübünü çəkirsiniz, cənab Petros Dəlləkyan?– soruşdu.– 
Türklərin? Siz bizi kimlərə xəyanətdə suçlayırsınız? Türklərə? 
Petros Dəlləkyan: 
– Yox!– dedi. 
– Bəs kimə? 
– Ona! – Dəlləkyan barmağını yuxarı qaldırıb bir də təkrar etdi. – Ona!  
Zirzəmiyə narahat bir sükut çökdü və bu sükutu Vanya yüzbaşı pozdu: 
– Ara, Petros ağa, sənin bu gecə vaxtı, bu soyuqda burda nə işin var? Ara, niyə 
isti yorğan-döşəyində yatmırsan? Türklərin ürək dostusan, get dostluğunu elə  də! 
Istəyirsən, get, lap özünə sünnət elə! – Vanya yüzbaşı ləzzətlə güldü. 
Petros Dəlləkyan: 
– Siz tərbiyəsiz adamsız, Vanya yuzbaşı!– dedi. 
Vanya yüzbaşı eləcə ləzzətlə gülə-gülə: 
– Ara, məzhəb haqqı düz deyirəm!– dedi. 
Mesrop Hamparsumyan maraqla Vanya yüzbaşıya baxdı  və yanında oturandan 
yavaşca soruşdu: 
– Vanya yüzbaşı budu? 
– Bəli. 
– Mən belə adamlarla bir yerdə qala bilmərəm! – Bu sözləri də barmağı ilə Vanya 
yüzbaşını göstərərək Petros Dəlləkyan deyib, iti addımlarla mağaradan çıxdı. 
Mesrop Hamparsumyan onun ardınca baxa-baxa: 
– Bizim millətimizin bədbəxtliyi ondadır ki, aramızda belələri də var…– dedi.– 
Ancaq türklər bizim analarımızı, bacılarımızı öz hərəmxanalarına yığanda, heç onu,– 
Hamparsumyan barmağını yuxarı qaldırdı, – fikirləşmirlər! Bizi eşşək kimi işlədib, 
özümüzü də adam yerinə qoymayanda, gülüb bizi ələ salanda heç ondan 
qorxmurlar!.. Bizim petros dəlləkyanlarımızın belə hümanizmi, yatanda, türklərin 
heç yuxusuna da girmir!..  
Vanya yüzbaşı bərkdən deyindi: 


 
314
– Ara, bura lap buzxanadı!.. 
Bu dəfə də hamı Vanya yüzbaşıya baxdı. 
– Ara, bizim canımız bu xaraba Alban kilsəsinin zirzəmisindən nə vaxt 
qurtaracaq? 
Aşot Karapetyan dedi: 
– O zaman ki, Vanya yüzbaşı, biz bu Alban kilsəsini öz kilsəmiz edəcəyik və 
katalikos özü gəlib burada bizim balalarımıza xeyir-dua verəcək! 
Vanya yüzbaşı: 
– Vax!. – dedi. – Ara, Aşot ağa, siz buranı elədiz erməni kilsəsi, mən dedim 
olmaz? Ha? Mesrop ağa, sən allah, de görüm, Artyun paşanın canı-başı 
salamatdımı? 
Mesrop Hamparsumyan məclisin gedişatından açıq-aydın bir narazılıqla: 
– Yaxşıdı…– dedi. 
– Sən məzhəb, Mesrop ağa, məndən – Vanya yüzbaşıdan ona çoxlu salam de! Biz 
onunla köhnə dostuq! 
Hamparsumyan: 
– Bilirəm…– dedi. 
– Ara, görürəm, sən hər  şeyi bilirsən… Ha–a? Türklər demişkən, maşallah 
olsun!.. Artyun paşaya mənim adımdan deyərsən ki, buralarda hər şey qaydasındadı, 
heç nədən narahat olmasın.– Vanya yüzbaşı  əlini arxasına aparıb belini dikəltdi. – 
Ağalar! Fətəli şah Ibrahim xanın qızı Ağabəyim Ağaya elçi düşüb. Oğlu Əbülfəti də 
girov tələb edir. Xanın  əlacı yoxdu, razılıq verəcək. Biz bu vəziyyətdən ağılla, 
bacarıqla istifadə etməliyik. Sisianovu başa salmaq lazımdı ki, Ibrahim xan Rusiya 
əleyhinə Iran ilə gizli sövdalaşma aparır, Qarabağı Iran himayəsinə salmaq istəyir, 
ona görə  də onunla qohum olur. Ağalar! Ibrahim xan ağıllı, tədbirli, hiyləgər bir 
hakimdi. Məzhəb haqqı, adam heç inana bilmir ki, türkdən belə ağıllı adam çıxsın! 
Nə  qədər ki, o sağdı, biz millətimiz naminə Qarabağda istədiyimizi edə 
bilməyəcəyik. Nüfuzlu adamdı, zəhmli adamdı, dünya görüb, onunla zarafat eləmək 
olmaz. Azərbaycanın bütün xanlıqları onunla hesablaşır. Nə  qədər ki, o sağdı, 
Qarabağ xanlıq olaraq qalacaq. Biz çalışmalıyıq ki, Qarabağ Rusiyanın bir əyalətinə 
çevrilsin. Bizdən başqa bütün Qafqazda bu türklərin, bu müsəlmanların arasında 
rusların kimi var ki, ona arxalansınlar? Heç kimi. Ona görə də biz rusların özündən 
də yaxşıca istifadə etməliyik. Qoy, bizi axmaq hesab eləsinlər, qoy, elə bilsinlər ki, 
bizim  əlimizlə türklərin arasında öz işlərini görürlər, amma biz, öz işimizi görək. 
Onda tarix görəcək ki, axmaq kim imiş!.. Ara, məzhəb haqqı, bura buzxanadı. Mən 
də uzun danışdım… Haykanuş xalanız təkdi isti yorğan-döşəkdə, məni gözləyir, 
mən getdim…– Vanya yüzbaşı bu sözləri  deyə-deyə ayağa qalxdı.– Ağalar, yeni 
görüşümüzəcən! 
Mesrop Hamparsumyan: 
– Vanya dayı,– dedi.– Mən Petros Dəlləkyanın sözlərindən nigaran qaldım… 
Ondan gözüm su içmir… 
– Ara, Petros ağadı da… Sən Artyun paşaya de ki, heç nədən narahat olmasın…– 
Vanya yüzbaşı yenə ləzzətlə güldü.– Petros ağanı mən özüm sünnət edərəm… 
Və Vanya yüzbaşı zirzəmidən çıxdı, ehtiyatla addımlaya-addımlaya pilləkanları 
qalxdı  və soyuqdan çuxasının içində büzüşərək köhnə kilsə xarabalığından 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə