SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə33/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   29   30   31   32   33   34   35   36   ...   104

Rahat nəfəs aldı. Qıl körpüsünü salamat keçmişdilər. Heç kəs bir şey 
duymadı, başa düşmədi, eşitmədi. 
 
Murtuz: 
 
- Bəs necə ki, - dedi, - mütləq. 
 
Alyayla Tahirə nə barədəsə pıç-pıç edirdilər. Ancaq Alyanın ay-rı-ayrı 
cümlələri Nemətin qulağına çatırdı: 
 
-  Az,  ağrım  onun  ürəyinə,  az,  bir  ağız-burun  bəhəm  eləyib  gəl  gö-
rəsən... Gədəni girinc eləyib. 
Nemət söhbətin kimdən getdiyini dəqiq bilmirdisə də, başa düşürdü ki, 
Alya xanım yenə Spartakın növbəti eşq-məhəbbət macə-rasmdan danışır. 24 
yaşlı Spartak əhli-kef oğlanlardan idi, yaxşı gəzib, dolanıb, yeyib-içən cayıl 
idi.  Atasınm  “mən  ölüm-sən  ölüylə”  bildir  birtəhər  medinstitutu  qurtardı. 
Vay  o  xəstənin  halına  ki,  pənahmı  Spartaka  gətirə!  Spartakm  bütün  fıkri-
zikri  gününü  xoş  keçirmək  idi.  Arvadları  qalstuk  kimi  dəyişirdi.  Murtuz 
oğlunun  bu  cəhətinə  gizli  bir  ata  qüruruyla  göz  yumar,  daxilində 
fərəhlənərdi.  “Ot  kökü  üstə  bitər,  mən  də  cavan  olanda  arvadlardan  qaçıb 
qurtara bilmirdim”. 
 
Alya üzdə Spartakın sərgüzəştlərindən guya bərk narazı idi. Tele-fonla 
Spartaka  zəng  eləyən  saysız-hesabsız,  “cananlara”  kobud  cavab  verib, 
dəstəyi asardı. Ancaq Nemət bilirdi ki, daxildə o da, Murtuzun ordenləriylə, 
Firəngizin  gözəlliyi,  əlaçıqhğı,  isməti  və  məsumluğuyla  fəxr  etdiyi  kimi, 
Spartakm erkək şöhrətiylə də qürurlanır. 
 
Alya  xanım  özündən  də  xeyli  bədgüman  idi.  Damşığmda  qəribə  bir 
təzad  vardı.  Gah  Murtuzun  adından-sanından,  yüksək  dairələrdə 
hörmətindən, ailələrinin səadətindən danışırdı, gah da xırda bir şey üstündə 
bəxtindən  şikayətlənərdi:  “Ey,  ay  Sürəyya,  vallah,  hərdən  deyirəm 
neynirdim bu gözəlliyi, bu ağlı, bu fıquranı? Bundansa Allah mənə bir bəxt 
verəydi” . 
 
Otağın  o  başmda  Mürşüd  Murtuza  bərk  girişmişdi.  Mürşüdün  ba-yaq 
Dadaşla tutmayan söhbəti indi Murtuzun canına kərə yağı kimi yayılırdı. 
 
  Bildiz  də,  Murtuz  Balayeviç,  Mahmud  İsrafıloviçi  zamministr 
qoydular. 
  Sən nə danışırsan? Bəs onun yerinə kimi qoydular? 
 
  Turab Qurbanoviçi. 
 
  Yox əşi? Bəs Turabın yerinə? 
 
  Turab  Qurbanoviçin  yerinə  Zakir  Zülfüqaroviçi  qoyublar.  Zakir 
Zülfüqaroviçin yerinə də elə Mahmud İsrafiloviç gəlib. 
 
  Keçəl Həsən, Həsən keçəl? 
 
  Necə?  -  deyə  Mürşüd  irişdi,  -  lap  düz deyirsiniz.  Bir  balaca  dəy-iş-
düyüş olub. Yerlərini dəyişiblər. 
 
İnzibati  dəyişikliklər  Murtuzun  da  azarı  idi.  Özü  də  həmişə  bu 
dəyişikliklərdən narazı qalardı. “Filan yerə filankəsi qoydular. Pah atonnan, 
gör dünyanın nə yeridir! Əşi, heç belə şey olmamışdı...” 
 
Onu da qeyd etmək lazımdır ki, istefaya çıxmış polkovnikin mən-səb 
ehtirasları heç də sönməmişdi. 
 
Sürəyya: 
 
- Buyurun süfrənin başına, - dedi. 
 
Nemət başını sındırırdı. “Yaxşı, əsas mən Dadaşı çağırmışam. Bi-rinci 
dəfədir  bizə  gəlib.  Amma di  gəl  ilk  badəni  Murtuzun  yox,  onun  sağhğma 
qaldırsaq,  Murtuz  Balayeviç  mısmırığını  sallayacaq.  Alya  xanımın 
qaşqabağı yemən gedəcək, Sürəyya pörtəcək, mənim də günüm qaralacaq. 
Amma o tərəfdən də...” 
 
Birdən çıxış yolu tapdı. Dahiyanə çıxış yolu... Caboş demişkən: qəşəng. 
 
Badəsinə çaxır töküb ayağa qalxdı: 
 
-  Mən  təklif  edirəm,  -  dedi,  -  ilk  badəni  içək  tamadanm  sağlığına. 
Murtuz  Balayeviçin  sağlığına.  Onun  ailəsinin  sağlığına.  Arzu  edək  ki,  bu 
xudmani məclisimizə əsil sorkərdə kimi rəhbərlik eləsin. 
 
Gülüşdülər. 
 
Nemət: 
 
“Bu belo,   deyo düşündü. - Göz dəyməsin, bu bəla da sovuşdu” . Nemət 
Murtuzgilin inciməsindən yaman qorxurdu. Özü do ən pis o idi ki, 
Murtuzun nədən, haçan və nə səbəbə inciməsini fələk özü do 
 
gəlsə  təyin  edə  bilməzdi.  Görürsən  adi  bir  söz,  bir  zarafat  elo  böyük  bir 
incikliyo,  kinə-ədavətə  səbəb  olurdu  ki,  Alyagilin  ailəsi  aylarla  küsü 
saxlayır, Bikə xala isə evin içində Nemətin gününü göy əsgiyo bürüyürdü. 
Əsəd  rəhmətə  gedəndən  bəri  Bikə  xalanm  ən  istokli,  ən  əziz  kürəkəni 
Murtuz olmuşdu. Eyni zamanda o, Nemət üçün göz dağı idi. Bəli, belə bir 
fövqəladə  (yəni  elə  tez-tez  olurdu  ki,  bir  fövqoladə-liyi  də  qalmamışdı) 
hadisə  baş  verən  kimi  Bikə  xala  başlayırdı:  “Qı-zım  sənə  deyirəm, 
kürəkənim  sən  eşit”  prinsipiylə  görürsən  Nemətin  qulağmın  dibində 
Süroyyayla damşırdı: “Getmişdim bu gün Alyagilə, Murtuzun qanı yaman 
qaradır, deyir, Bikə, nə ədəb qalıb, nə ərkan, dünənin lüməyi görürsən elə 
söz deyir, qalırsan baxa-baxa, nə böyük tanıyan var, nə kiçik. Saça-saqqala 
hörmət eləyən kimdir? Elə tutuqu- 


 
şu kimi bir-iki söz əzbərləyib, üç-dörd kitab oxuyurlar, elə bilirlər dünyada 
bunlardan  alim  adam  yoxdur.  Deyir,  qoyaydılar  onları  mənim  ixtiyanma, 
verəydim əllərinə lapatkanı, di qaz bu yeri, görüm necə qa-zırsan tranşey, bu 
səninçün  kitab  oxumaq  deyil,  arvad  kimi  kağız-kuğazla  elləşib  cızmaqara 
eləmək  də  deyil”  .  Bu  söhbətlər  onunla  n  ə  -  ticələnirdi  ki,  Sürəyyanm 
təkidiylə  Nemət  bahalı  konyaklardan  bir  şüşə  alıb,  yamnda  da  bir  qutu 
şokolad konfeti, gedirdi Murtuzgilə, otu-rub içir, barışırdılar. 
 
Murtuzun səsi Neməti fıkirlərindən ayırdı: 
 
-  Etimadınıza  görə  təşəkkür  edirəm.  -  Nemət  fıkirləşdi  ki,  elə  bil 
seçicilorlə görüşdə nitq irad eləyir. - Mən hərbi adamam, - boğazım arıtladı, 
-  boş-boş  danışmağı  sevmirəm.  Hər  şeydən  ə  w  ə  l  nizam-in-tizam,  rus 
demişkən, dissiplina prevışe vseqo. Kimə söz versəm, gə-rək, artıq-əskik söz 
danışmadan, durub, söz damşsm. Vəssalam. 
 
Nemətə elə gəldi ki, nitqini “əmri icra edin. Gedə bilərsiniz” söz-ləriylə 
qurtaracaq.  Amma  Murtuz  “vəssalam”  kəlməsindən  sonra  qıv-raq  bir 
hərəkətlə stula çökdü. 
 
Bir an  Nemot düşündü  ki, xudanəkərdə,  əsgər  olaydı,  özü də  Mur-tuz 
Balayeviçin  əsgəri.  Aman  Allah.  Adama  qan  uddurardı.  Səhərdən 
axşamacan  şaqqama  günün  altmda  o  baş-bu  başa  qovardı:  addımla  marş! 
Raz, dva! Raz, dva! 
 
Mürşüd: 
 
  Müəllim,  -  dedi,  -  Murtuz  Balayeviç.  Müsaido  etsəydiniz...  Bir  iki 
kəlmə... hi, hi, hi... 
 
Murtuz ötkəm səslə: 
 
  Edirəm, - dedi. - Damş, görüm nə deyirsən? 
 
Mürşüd Molla Nəsrəddindən başladı. Nemət nə qədər cəhd edir-disə də, 
diqqətini  toplaya  bilmirdi.  Beynindən  nə  qodər  çıxarmaq  is-təyirdisə,  bu 
yaxınlarda  aldığı  gözlənilməz  bir  məlumatı  unuda  bilmir-di.  Iki-üç  həftə 
bundan qabaq Sürəyya böyük bir sirr kimi Nemətə xə-bər verdi ki, Alyanın 
dediyinə görə, Murtuz Balayeviç şeirlə beş pər-dəlik bir pyes yazıb. Babək 
üsyam haqqmda. Bu xəbəri alanda Nemət qamını tutub uzun müddət sakit 
ola bilmədi. Sürəyya tutulan kimi ol-du: “Başa düşmürəm, burda gülməli nə 
var?” - dedi. Nemət boğula-boğula: “Murtuz Balayeviç, pyes yazıb... şeirlə” 
-  dedi  və  qəşş  edəc-ək  hala  düşdü.  İndi  də  bu  məlumatı  yada  salıb 
pıqqıldayıb  gülməkdən  özünü  güclə  saxlayırdı.  Xoşbəxtlikdən  Mürşüd 
Molla  Nəsrəddin  əh-valatını  danışıb  qurtardı,  hamı  gülüşdü  və  Nemət 
fürsətdən istifadə 
edib ürəkdən bir qəhqəhə çəkdi. Onun bu boyat lətifəyə belə bərk gülməsi 
deyəsən  Murşüdün  özünü  do  təəccübləndirdi.  Mürşüd  bir  an  dayanıb 
sözüno davam elədi: 
 
-  Hə,  indi  zarafat  bir  yana  qalsın,  birinci  dəfədir  ki,  Dadaş  Mame-
doviçlə bir məclisdəyik, amma necə deyərlər, ürəkdən ürəyə yollar görünür. 
Yəni, Dadaş Mamedoviçi çoxdan tanıyırdım. Nemətdən onun haqqında çox 
eşitmişdim,  bilirdim  ki,  bizim  bu  qonşu  qağam  alıb  qa-nadının  altına. 
Amma  Dadaş  Mamedoviç,  onu  deyim  ki,  yəni  özünüz  də  məndən  yaxşı 
bilirsiniz, bizim bu Nemət ayrı oğlandır, sizin xətri-nizi mən bilirəm necə 
istəyir. Bir Dadaş Mamedoviç deyəndə beş eşi-dir, sizdən danışanda, vallah, 
ağzına  çullu  dovşan  sığmır.  Deyir,  Mürşüd,  sən  həlo  o  kişini  tammırsan, 
belə  deməknən  qurtaran  deyil  e,  gərək  Dadaş  Mamedoviçlə  özün  oturub-
durasan  ki,  bu  adamm necə  adam  olduğunu  dərk  eləyə  biləsən  lazımınca. 
Elə bil onunçün deyib-lər ki, çelovek - eto zvuçit qordo. 
 
Nemət  fıkirləşdi  ki,  görəsən,  bu  büllur  qrafınin  qiyməti  neçədir? 
Görəsən, Sürəyyaya söz  versə ki, lap bu qrafınin cüt ekizindən tapıb alar, 
onda  bu  stolun  üstündəki  qrafıni  Mürşüdün  başına  vurmaq  olar-mı?  Yox, 
içindəki  çaxır  süfrəyə  tökülər,  qiyamət  qopar.  Ağ  süfrədən  çaxır  ləkəsi 
getmir,  gərək  üstünə  dərhal  duz  səpəsən.  Amma  onda  da  taınam 
təmizlənmir. Bəs, persol necə? Görəsən, persol ləkəni tamam aparırmı? 
 
Mürşüdün uzaqlaşmış səsi yenə yaxınlaşdı: 
 
-  Hə,  onu  deyirəm  axı,  mən  Dadaş  Mamedoviçi  çoxdan  tanıyıram, 
hərçənd o məni tanımırdı, biz balaca adamıq, həkim babayıq. Ancaq, Dadaş 
Mamedoviç, bilirsiniz də, məsəl var, dağın dağa işi düşməz, ada-mm adama 
işi düşor. Məsol var: arvadm pisdi, boşa getsin, hə, arvad, son qulağını yum 
görok  (ümumi  gülüş),  dişin  ağrıyır,  çək  qurtar.  İndi,  Allah  cloməmiş,  şər 
deməson, xeyir gəlməz. İşdi-şayəd Dadaş Mamedoviç, dişiniz ağrısa-eləsə, 
bax  bu  lələşiniz  qulluğunuzda  hazır,  haçan  istəso-niz,  necə  diş  istəsəniz, 
səhər, axşam, gecə, bahar, yay, qış, payız... 
 
Nemət düşündü ki, bu, lütfkarlığın ən yeni və orijinal formaların-
dandır: dişin ağrısın, gətir çokim. 
 
Mürşüd qədəhini Dadaşa tərəf uzatdı: 
 
  Sağ olun, Dadaş Mamedoviç, sizin sağlığımza. 
 
  Sağ ol, əziz olasan, çox sağ olun, hamınız, sağ olun. Sonra növ-bəylə, 
Cabbargilin, Mürşüdgilin, Nemətgilin sağlığına içdilər. Allah- 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə