SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə30/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   26   27   28   29   30   31   32   33   ...   104

Cilda: - Ne qovori, - dedi, - xoxma e... 
 
Nemət: 
 
- Balam, özünüz maqnitofon istəmişdiniz, - dedi, - Başımı keçəl 
eləmişdiniz. Mən də alıb gətirmişəm də. 
 
Sürəyya: 
 
  Lap  yaxşıdır,  -  dedi.  -  sən  bu  sırtıqlara  fıkir  vermə,  qələt  eləyirlər. 
Bikə xala məzəmmətlə: 
 
  Heç nəyi bəyənmirlər, - dedi. - Alyanın uşaqları da belədir. 
 
Sürəyya: 
 
  Amma  doğrudan  qiyamət  şeydir,  -  dedi.  -  Mən  heç  öz  səsimi  ta-
mmazdım. Elə bil özgə adamdır. 
 
Nemət: 
 
  Heç kəs öz səsini tanımır, - dedi. - Çünki elə belə həyatda biz 
 
səsimizi olduğu kimi eşitmirik. 
Sürəyya: 
  Sən  mənim  canım,  qoy  bir  də  qulaq  asaq,  -  dedi. 
Karmen: 
 
  Nu uje prostite, - dedi. - Eto ispıtaniye vışe moix sil. 
 
O  da, Cilda da  o  biri  otağa  keçdilər.  Nərgiz  də  onların  dalınca  qaçdı. 
Nemət düyməni basdı. Dinləmoyə başladılar. İlk sözlər, cümlə-lor ötdü. 
 
Maqnitofondan Sürəyyanm səsi eşidildi: - 
Demək, mən istə... 
 
O biri otaqdan Karmen qışqırdı: 
 
  Demək, mən istə... 
 
Nemət başını buladı: 
 
O biri otaqdan Kamıenin səsi gəldi: 
 
  Seyças  çuvixa  naçnyot  rasxvalivat  maqnitofon  Murzika. 
Dərhal maqnitofondan Bikə xalanın səsi eşidildi: 
 
  Alyagildə  də  bundan  var.  Amma  bundan  böyük  olar.  O 
biri otaqda qəhqəho vazları cingiltiylə sınıb dağıldı. 
Axıra qədər qulaq asdılar. Qızlar o biri otaqdan replikalar atır və 
 
maqnitofon onların sözlərini tutuquşu kimi təkrar edirdi: artıq onlar yazını 
əzbər bilirdilər. 
Əslinə  qalsa,  Nemət  də  hansı  sözdən  sonra  hansı  sözün,  kimin  sə-
sindən  sonra  kimin  səsini  eşidəcəyini  bilirdi.  Dil  yamltmacları,  danışıq 
büdrəmələri,  nəfəslər,  öskürəklər,  gülüşlər,  hamısı  cağbacağ  öz  yerin-də 
sabit və dəyişilməz donub qalmışdı. 
 
Maqnitofondan Nemətin səsi eşidildi: - 
Bir də mən görsəm ki... 
Sonra lentlərin sükutu hərlonməyə başladı. 
 
Nərgiz o biri otaqdan qaçıb gəldi. Qaçanda iki nazik hörüyü siçan 
quyruğu kimi çiynində atılıb-düşiirdü. 
 
  Ata,  -  dedi.  -  Bir  də  görsən  nə  edərsən? 
Nemət: 
  Ay  şeytan,  -  dedi.  -  Bir  az  tez  saxlamışam,  sözüm  yarımçıq  qa-lıb. 
Amma bax deyirəm: bir də monim ruçkamı götürsən, atanı yandı-racağam. 
 
Nərgiz dinməzcə mətbəxə getdi. Kibrit gətirib atasına uzatdı. - 
Yandır, - dedi. 
 
Nemət gülüb qızını qujağına götürdü. O üzündən, bu üzündon öpdü. 
Yerə qoydu. 
 
Qapı döyüldü. 
Açdılar. 
 
Mürşüdün daz başı göründü. Mürşüd: 
 
-  Döy  taxta qapımı,  döyorom  domir qapını,  -  dedi,  -  gülmo  qon-şuna, 
quyuya  öziin  düşorson,  -  bu,  onun  danışıq  manerası  idi.  Qosdon  miixtəlif 
zorb-mosəllori bir-birinə calayıb deyər, ya da təhrif cdərdi. 
 
İki qatar qızıl dişloriylo gülo-gülə içəri girdi. 
 
Ay salamoleyküm, ay hor vaxtınız xcyir. Necosiniz? Yaxşısınız. - Bu 
da onun zarafat formalarından biri idi. Özü sual verib özii do ca-vab verordi: 
“Saat neçodir? Beşin yarısı. Hardan golirson? İşdon” . Sonra da gülordi. 
 
Mürşüd Ncmotgilin qonşusu idi. Özü do diş həkimiydi. Kimso ha-çansa 
demişdi ki,  bu  Mürşüd  yaman  baməzə  oğlandır  vo  bu  sözlorlo  onun  evini 
yıxmışdı.  Mozəlilik,  neçə  deyorlor,  ağır  bir  yük  kimi  onun  boynuna 
düşmüşdü.  Hor  yerdo, hər  məclisdo, hər  saniyə, hor  dəqiqo  mozoli  olmaq 
yolunda  yeddi  qat  qabıqdan  çıxardı.  Mürşüd  gəlondo  so-si  otağı  başına 
alardı, otağı güclü radiostansiya efıri dolduran kiırıi dol-durardı. 
 
- Nizaıni dcmişkən, cücəni payızda sayarlar, - dedi.- İndi golmi-şom, 
Nemət qağa, səndən qisas alım. 
 
Dünən Nemət şahmatda onu dörd ol dalbadal udmuşdu. 
 
- Dünən xoruzumu verdin qoltuğuma. Arvad sübh tezdən moni oyadıb 
ki, get bir toyuq da al evdə ptisafenna düzəldək. Dedim, arvad 


heç  elə  söhbət  yoxdur,  -  əlini  daz  başına  çəkdi,  -  eşitməmisən  keçəl  suya 
getməz.  Bu  xoruz  əmanətdir.  Nemət  qağadan  əlborcu  almışam.  Sabah 
şəxsən  aparıb  qağamın  qoltuğuna  verəcəm.  Nizami  demişkən:  borclu 
borclunun sağlığını istər. 
 
Nemət: 
 
  Nizami müəllimin bir başqa kəlamı da var,  - dedi. - Rəhmətlik yaxşı 
deyib  ki,  daldan  atılan  daş  dəysə-dəysə,  topuğa  dəyər,  -  o  da  Mürşüdün 
yumoruna alışmış və onu mənimsəmişdi. 
Mürşüd: 
 
  Ay Allah ölənlərinə rəhmət eləsin, - dedi. - İndi mən səni elə udacam 
ki, heç Nizaminin Gəncədə ruhu da inciməsin. 
 
Nemət: 
 
  Məni  şahmatda  udmaq,  tul  işdir,  -  dedi.  -  Mən  yaxşı  məktəb 
keçmişəm.  Müharibə  vaxtı,  uşaq  idim  onda,  anamdan  gizlin  qonşunun 
oğluyla marqarinə oynayardıq. Bilirdim ki, ölsəm də gərək udam. Doğrudan 
bir dəfə də uduzmadım. 
 
Mürşüd: 
 
  O  ki  qaldı  mənkuhatın  müəzzəm  faidələrinə,  burada  mətləb  bir  az 
tuldur, - dedi. 
 
Mürşüddən beş dəqiqə sonra M ənzər gəldi. M ənzər Mürşüdün ar-vadı 
idi.  Həmişə  də  belə  edərdilər.  Ya  əvvəl  ər  gələrdi,  beş  dəqiqə-dən  sonra 
arvad təşrif buyurardı. Ya da tərsinə. 
 
Mənzər: 
 
  A kişi, hardasan, səhərdən səni axtarıram,  - dedi. - Salamə-leyküm. 
Nemət qardaş. 
 
  Hardayam?  Çəkməmin  üstündə,  papağımın  altmda,  köynəyimin 
içində. 
 
Mənzər şaqqıldayıb əliylə ağzını yumdu, 
 
  Aa,  aa,  -  dedi.  -  Bacı,  deyəsən,  xəmir  yoğurur.  Mürşüd,  səsivi 
çıxarma, düşbərə-qutaba qonağıq. 
 
Mürşüd: 
 
  Mən  srağagündən  hazır,  -  dedi,  -  mən  düşbərə-qutabın  köhnə 
Məcnuniyəm. 
Sürəyya: 
 
  Gözümüz  üstə  yeriniz  var,  -  dedi.  -  Sabah  üçdə  buyurub  gəlin. 
Mürşüd: 
 
  E, yox, - dedi. - Nisyə girməz kisəyə. Sabah nisyə söhbət oldu. Çərxi-
dövranı bilmək olmaz. Zəifcanlı oğlanam. Qan təzyiqim yüksək, 
 
özüm də radikulit. Nə bilim sabaha salamat çıxacağam, yoxsa yox. Ni-zami 
yaxşı deyib ki, bu günün işini sabaha qoyma: 
 
Mənzər: 
 
  A,  bacı,  mübarək  olsun,  -  dedi.  -  Deyəsən,  təzə  priyomnik  almısız. 
Mürşüd iki əlini daz başma vurdu: 
 
  Vaxsey,  vaxsey,  arvad,  -  dedi.  -  Məni  biabır  elədin.  Ağız,  bu  ki 
maqnitofondur,  priyomnik  deyil,  çox  mübarək,  sağlığınıza  qismət  ol-sun, 
mən də bayaqdan görmürəm. 
Mənzər: 
 
  Nə bilim, a kişi, - dedi, - evimizdə bişməyib, qonşudan gəlməyib... 
 
Mürşüd “ciddiləşdi” . 
 
  Yox,  arvad,  sən  lap  ağ  elədin.  Qonşun  sənə  düşbərə-  qutab  bişi-rir, 
bəs deyil, hələ üstəlik maqnitofon da bişirsin? 
 
Mənzər şaqqanaq çəkdi: 
 
  Ay kişi, heç bəndə sənin dilinə düşməsin. 
 
Mürşüd: 
 
  Yox  da,  -  dedi,  xeyli  gülüb  birtəhər  sakitləşdi.  -  Mən  ölüm,  düz 
demirəm, Nemət qağa? Kişisən, vur bura. Deyir, qonşuda bişməyib. Balam 
hansı vilayətdə görünüb ki, qonşu-qonşuya maqnitofon alsın? 
Bikə xala: 
 
  Sizin  kimi  qonşuya  adam  lap  canını  da  qurban  eləyər,  -  dedi.  - 
Vallah, xeyirdə, şərdə qonşu adama qohumdan yaxın olur. 
 
Nemət:  “Qonşu  mövzusu,-  deyə  düşündü,  -  on  beş  dəqiqə  çərən-
ləyəcəklər” . 
 
Mürşüd: 
 
  Can Bikə xala, - dedi,- varam sənin o bal kimi şip-şirin şəkər dilinə. 
Belə dili olan adamın dişləri də gərək cabaca olsun. Sabah gəl sənə müftəcə 
düz otuz iki dənə təzə diş qoyum. Amma, Nemət, zara-fat bir yana dursun, 
qonşuluq ki var, doğrudan ayrı aləmdir. 
 
Nemət:  “Yox,  deyəsən tab  gətirə  bilm  əyəcəyəm  ”,  -  deyə  düşündü.  - 
“Mürşüdün yumoruna birtəhər davam gətirmək olar, am-ma üstəlik izhari-
məhəbbətinə də qulaq asmaq!” . 
  Əlbəttə, Mürşüd, - dedi, - söz ola bilməz ki, qonşuluq ayrı aləm-dir, - 
Birdən  gözü  maqnitofona  sataşdı.  -  Bilirsən,  dedi,  indicə  səsi-mizi 
yazmışdıq. Qiyamət çıxıb, qulaq asmaq istəmirsiniz? 
 
Mürşüd: 
 
  Bax,  bu  olar,  rəhmətlik  Nizami  demişkən  əmiri.  Qur,  qulaq  asaq, 
Nemət qağa. Yaxşı deyiblər ki, hər şeyin köhnəsi, maqnitofonun təzəsi. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə