SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə38/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   34   35   36   37   38   39   40   41   ...   104

qiqoləri Zaurun gözünün çimirini almaq üçün qısaca mürgü döydüyü anlara 
düşüb. İndi isə gecəyarını ötüb - təqvimin başqa tarixidir. Am - ma nə tarix, 
nə  təqvim?  Moskvadan  Afrikaya  on  bir  saatlıq  uçuş  ərzin-də-onlar 
Avropanın,  Aralıq  dənizinin,  Saxaranm  üstündən  keçmişdilər  -  bütün  vaxt-
zaman  anlayışları  qanşıq  düşmüş  və  Zaurgilin  ömrünə  üç  saat  əlavə 
olunmuşdu.  Bakıyla  Moskva  arasmdakı  bir  saatlıq  fərqi  də  bunun  üstünə 
gəlsən  -  ömürlərindən  dörd  saatlıq  hədiyyə  almışdılar.  Doğrudur,  bu 
hədiyyəni  qaytarmaq  lazım  gələcəkdi  -  üç  saatını  bura-dan  Moskvaya 
uçanda, bir saatım da Moskvadan Bakıya qayıdanda... 
 
Yer  kürəmiz  zaman  zolaqlarına  bölünüb,  Qərbdən  Şərqə  getdikcə  hər 
zolaqda  bir  saat  irəli  düşürsən.  Moskvada  saat  on  bir  olanda.  Ba-kıda  on 
ikidir... Daima üzü Qərbə doğru gedəsən, elə bir sürətlə ki, bir saat içində bir 
vaxt  zolağından  o  birinə  keçəsən  -  hamısında  da,  m  ə-sələn,  saat  on  bir 
olsun? Vaxtı bu sayaq aldatmaq mümkündürmü? 
 
Adamın  ağlma  nə  qəribə  fıkirlər  gəlir.  Fantastika!  Halbuki  ən  böyük 
fantastika  elə  real  gerçəklikdir,  bax,  elə  məsələn,  onların  bu-günkü  günü: 
zarafat  gəlməsin  sənə,  dünyamn  o  biri  başına  gəlib  çıxıb-lar.  Afrikada, 
Dakar  şəhərindədirlər.  17  mərtəbəli  “Enqor”  otelində-dirlər  və  bu  otel 
Atlantik okeanmm əlli metrliyindədir... 
 
Bu  son  üç  günün  təəssüratı,  məsafə  ölçüləri,  məkan  dəyişkənliyi  də 
ağlasığmaz  bir  gerçəklik  idi...  Əlbəttə,  hər  bir  şey  şüurla  dəqiq  izah 
olunurdu, amma, hər halda beyinə sığışdırmaq zor idi ki, cəmisi on beş saat 
bundan  qabaq  Moskvadaydılar.  Moskvada  qar  yağırdı,  onları  Sverdlov 
meydanından  Şeremetyevo  aeroportuna  aparan  avtobusun  pəncərələri  buz 
bağlamışdı. On bir saatlıq uçuşdan sonra isə təyyarə Dakarda yerə endi və 
onlar  trapa  çıxanda  sifətlərini  sanki  odlu  bir  nə-fəs  qarsıdı  -  Afrikanm 
nəfəsi. Bu qəribə bir nəfəs idi, Afrika torpağın-da hər şeyə çökmüşdü; elə 
bil, havada da, yemək-içməkdə də duyu-lurdu... Bu həm otir, qoxu, iy idi, 
həm  dad-tam...  Müəyyən  bitkilərlə-manioka,  araxis  -  onlardan  alınan 
yağlarlamı  bağlıydı  -  bu  qoxu,  tam,  ya  okeanın  törəmələrinə  -  balıqlarla, 
yosunlarlamı? Kim bilir... Amma bu ağlasığmaz dəhşətli isti - adamın sanki 
bədənini əridib paltarına yapışdıran bu isti də Afrika idi, şirintəhər iy-dad da 
Afrika  idi,  aero-portda  ilkin  gördükləri  adamlar  da  -  göyümtülə  çalan  zil 
qara bənizli zəncilər də... 
 
Adamı çaşdıran təbiət mənzərələriydi. Bəzən, illah da axşamçağı, ala-
toranhqda  adamsız  sah  ələr-  ağaclar,  otlar,  yol  Abşeron  peyzacla-rmı 
andırırdı. Uzaqdan ləpələrin uğultusu və cırcıramaların səsi gəlirdi. 
 
fıkirlərə  dalıb  yolla  gedirdin  və  birdon  diksinirdin:  belə  tanış  “Abşe-ron 
yoluyla”  uzun  Afrika  paltarı  geymiş  qıvrımsaç  zənci  qadınları  ad-
dımlayırdılar.  Qıvırcıq  saçları  qısa-qısa  hörüklərə  hörülüb,  başlarında  iri 
əmmaməyə bənzər bir sarıq. Bu qədər tamş mənzərənin, belə tanış səslərin 
fonunda  tamam  başqa  bir  xalqın,  başqa  irqin,  başqa  dünyamn  adamlarmı 
görmək zehni sarsıdırdı... 
 
Otelin  qabağında  okean  sahili  də  qəribə  təsir  bağışlayırdı:  bütün 
çimərlik  boyu  bir-birindən  müəyyən  məsafələrdə  dirəklər  basdırıl-ımşdı. 
Uzaqdan  qəbiristanlığa  oxşayırdı  bura.  Eyni  boylu-biçimli  əs-gər 
məzarlarına...  Kimləri  basdırıblar  bu  çimərlikdə  -  dənizdə  batan-larımı? 
Yox, bu dirəklər sərhəd dirəkləriydi - çimərliyin ayrı-ayrı sa-hələri “Enqor” 
otelinin ayrı-ayrı nömrələrinə mənsub idi: bu nömrə-lərin sakinlərinə... Sahil 
qarış-qarış parçalanmış, bölünmüş, paylan-mışdı, okean isə sərhədsiz, azad 
idi... 
 
Üç  gün  qaldılar  Dakarda,  Atlantik  okeanmda  çimdilər,  şəhori  do-
laşdılar, - uca, ağappaq binaları, qamışla samandan quraşdırılmış ko-maları 
gördülər, Kermel bazarını vo əsrlərdən bəri qolu bağlı qulların zindanı olan 
Qore adasını gəzdilər... 
 
Sabah isə geri, vətəno qayıtmalıydılar. 
 
Zaur:  “Vallah,  sağ  olsun anam,  -  deyə  düşünürdü,  -  axı,  bu  səya-hətə 
çıxmağımızı  o  tokid  elodi.  “Sonra  oğul-uşaq  basacaq  sizi,  maca-lınız 
olmayacaq belə-belə səyahətləro, nə qədər cavansız, əliz-qoluz bağlı deyil, 
gedin gozin do” ... Anası düz deyirdi, - belə soyahət insa-na ömründə olsa-
olsa bircə korom düşür... Anası onu çox dilə tutdu. 
 
Zaur  etiraz  clomirdi,  amma  doğrusu,  çox  elə  meyili  do  yox  idi.  Axır 
vaxtlar  hor  şcyə  neco  yanaşırdısa,  bu  səyahəto  do  eyni  cür  ınüna-sibət 
bəsləyirdi  tam  bir  biganolik,  laqeydlik...  “No  olar,  gedorik-ge-dərik, 
gctmorik-getmorik”  ...  Bir  yana  baxanda,  soyahotlor,  xoş  günlor,  hoyatın 
bütün  başqa  naz-nemətləri  mogor  Zaur  bütiin  bunların  xət-rinə 
doyişmomişdimi  ömriinü?  Amma  indi  bu  barodo  düşünmok  isto-mirdi, 
ürnumon heç bir şey düşünmok istəmirdi. 
 
Qaranlıqda pıçıltıyla arvadım çağırdı: 
 
- Yatınısan? Cavab çıxmadı. Bilirdi ki, cavab çıxmayacaq. Fi-rongizin nə 
zaman yatdığını sakit, dinc nəfəs almasından bilirdi. “Fi-ıongiz hcç zaman 
xoruldamır” . Bu, nikahlarının ilk ayında Zaurun clo-diyi on böyük vo xoş 
koşflordən idi. Doğrudan da, Firongizin xorul-daya bilocoyini təsəvvür eləmək 
də mümkün deyildi. Zaur fikrindo homişo Firongizi çox bahalı şüşodon 
cilalanınış şoffaf güldana bonzo- 


dirdi. Ağla sığışdırmaq olmurdu ki, belə bir güldan xoruldaya bilər, qışqıra 
bilər və bir də Zaurda belə bir təsəw ür vardı ki, qəfılcən bu güldana naqolay 
toxunmaq, onu salıb smdırmaq olar... Özündən altı yaş kiçik olan bu qıza, 
onun arvadı olmuş Firəngizə münasibətində do-laşıq bir duyğu kələfi vardı - 
həm nəvaziş, həm qayğı, həm də qalm bir pərdə... Firəngiz çox utancaq idi, 
kimsə onun haqqmda danışanda qıpqırmızı qızarar, yanaqlarmı puçur-puçur 
həya  təri  basardı.  Bu,  bə-zən  Zauru  əsəbiləşdirərdi,  nədənsə  dərhal 
Firəngizin ailəsi - atası Mur-tuz, anası Alya, qardaşı Spartak gəlib dururdu 
gözlərinin  qarşısmda:  o  zaman  Zaura  elə  gəlirdi  ki,  Murtuzun  kobudluğu, 
“mənəm-mənəm-liyi”, 
Alyanın 
özündən 
müştəbehliyi, 
Spartakın 
cüvəllağıhğı  kimi  Fi-rəngizin  isməti,  məsumluğu  da  yapma  bir  naxışdır, 
aləmə  nümayiş  et-diriləsi  zahiri  bir  dəyərdir.  Amma  Firəngizi  təklikdə, 
ailəsindən  ayrı-ayrılıqda  qavrayanda,  Zaur  qıza  daha  mehriban  münasibət 
bəsləyirdi,  onun,  doğrudan  da,  çox  təvazökar,  utancaq  olduğuna  inanırdı, 
saflığı-na  və  uşaq  təmizliyinə,  sadəliyinə  həsəd  aparırdı:  düşünürdü,  nə 
yazıq ki, mən özüm daha heç bir vaxt belə saf və sadədil, dinc və arxayın ola 
bilməyəcəyəm... 
 
Bəlkə də Zaurun nicatı məhz bundaydı - özüyçün deyil, başqala-rıyçün, 
Firəngiz  üçün,  gələcək  övladları  üçün  yaşamaqda...  Və  elə  bir  həyat 
qurmaqda ki, zahirən belə həyat hamıya - o cümlədən Firəngizə və gələcək 
övladlarına  bəxtiyar  bir  yaşayış  kimi  görünsün...  Və  bəlkə  o  zaman  - 
Firəngizin,  gələcək  övladlarının  gözlərində  bu  xoşbəxtliyi,  arxayınlığı, 
qayğısızlığı  görərkən  Zaur  özü  də  səadətin  yoluxucu  təsi-rini  duyacaq,  öz 
içində ailə sevincinin əks-sədasmı eşidəcəkdi. 
 
Zaur  gələcək  güzəranlarını,  mənzillərinin  quruluşunu,  avadanlığı-nı 
xəyalında  canlandınnağa  çalışdı,  amma  hiss  elədi  ki  darıxır,  ürəyi  qısılır. 
Ayrı bir şey haqqında düşünmək istədi, fıkri bir məsələdən başqasına qaçdı, 
bilmədi  nə  barədə  düşünsün  və  ümumiyyətlə  bir  şey  haqqında  düşünmək 
vacibdirmi...  Bəlkə  də  yox,  amma  onda  da  bilmir-di  ki,  qəfıl  ayıldığı  bu 
gecə saatlarını  - yata və dura bilmədiyi bu qeyri-müoyyon vaxt boşluğunu 
nəylə doldursun... Görəsən aşağıda, otelin qarşısındakı eyvanda neçə dənə 
gün çətiri var? Azı iyirmi - otuz dənə... Nə rəngdədirlər onlar? Qırmızı, sarı, 
yaşıl, göy, mavi, çəhrayı, sarı... yuxu doğrudan da onu çəkib apardı... 
 
Bu  iyi  yuxuda  duydu  və  yuxuda  da  dərk  elədi  ki,  yuxudadır,  ayıl-
mayıb.  Amma  yuxuda  da  tanıdı  bu  iyi.  Bu  iy  tək  bircə  idi,  təkrarsız  idi. 
Afrikanın iyi kimi. Amma bu Afrikamn iyi deyildi. 
 
Zaur hələ də yuxu içində idi, yuxu içində fıkir eləyirdi: hardan gə-lib 
çıxdı bu qoxu bura, Dakara, otelin 17-ci mərtəbəsinə? Yuxuda fı-kirləri elə 
bil qıc olub tutulmuşdu, silkinib yuxudan çıxa, ayıla bilmir-di və buna görə 
də daha da eymənirdi. Bu iyin nə iy olduğunu, bu qo-xunun kimin qoxusu 
olduğunu  bilirdi  axı...  hələ  də  yuxudaydı,  amma  bu  qoxudan  başqa  - 
Təhminənin  qoxusundan  başqa  -  müxtəlif  fransız  ətirlərinin  qarışığından 
yaranan  bu  təkrarsız  qoxudan  başqa  -  heç  bir  şey  duymurdu.  Bu  ətir 
qarışığının  sirrini  bircə  Təhminə  bilirdi  və  hə-min  sirri  hamıdan  gizli 
saxlayırdı.  “Hər hansı  bir  ətiri,  ən nadir  tapılan  ətirləri  belə  almaq  olar,  - 
deyərdi Təhminə. - Deməli, bu ətirləri hər hansı bir qadın vura bilər. Aırıma 
hər  qadının  öz  təkrarsız  qoxusu  ol-malıdır.  Odur  ki,  həmin  ətirləri  bir-
biriylə  qarışdırmaq  lazımdır,  hərə-sindən  bir  azacıq  qarışdırmaq  lazımdır. 
Nə qədər? Bu, sirdir və bu sir-ri bircə mən bilməliyəm” . 
 
Röyasız  yuxu  içində  -  sönmüş  ekran  qarşısındaymış  kimi  -  Zaur 
intizarla  gözləyirdi.  Budur  bax,  bu  saat  ekran  işıqlanacaq,  yuxu  rəng-lərə 
boyanacaq, səslərlə dolacaq və Təhminə canlanacaqdır - onunçün nə var ki, 
məsafələri  qət  etsin,  qitələri,  okeanları  aşsm,  sərhodlori  kcç-sin.  Əgər 
dünyanın  o  başında  güclə  duyulan,  zərif  və  zəif  qoxusu  Za-uru 
haqlamışdısa,  sifətinin,  səsinin,  nəfəsinin,  gülüşünün  bura  golib  çıxması 
çətinmi  iş  idi?  Yuxunun  dolaşıq,  qarmaqarışıq  məntiqino  da-yanaraq 
düşünürdü:  hansı  reyslə  uçub  gəlib  bura,  axı  Moskvadan  bura  toyyarə 
həftədə bir uçur? Yuxuda belə bunu unutmamışdı vo yuxuda düşünürdü ki, 
axı  bu  yuxudur,  gərək  oyanam,  gərək  cohd  cloyom  oyanmaqçün,  gərok 
olimi  uzadıb  gecə  çırağını  yandıram.  Əlini  uzadır-dı,  gecə  çırağını 
yandırırdı,  amma  çıraq  yanmırdı  vo  Zaur  başa  düşürdü  ki,  holə  də 
yuxudadır,  yuxuda  uzadıb  əlini  çırağa,  əslində  iso  heç  uzat-mayıb  da, 
yuxuda yandırıb çırağı, əslində heç yandırmayıb da, yuxuda ayılıb yuxudan, 
oslindo heç ayılmayıb da... 
 
Ayılmayıbsa,  deməli,  indicə  görəcək  onu...  Vo  o  gündon  bori  bi-rinci 
dəfo görocok Təhminəni. Neçə ay keçmişdi o gündən? Yox, ara-da bir dofo 
görmüşdü  Təhminəni.  Yuxuda  yox,  real  hoyatda  da  yox,  -  televizorda 
görmüşdü...  Bircə  dəfə,  vəssalam.  İndi  iso...  buyur,  Qorbi  Afrikada, 
müstəqil Seneqal respublikasmın paytaxtı Dakar şəhorində golib duracaqdı 
gözləri qarşısında:.. Nə tez də sənədlərini toplayıb təhvil verib: tibbi arayış, 
anket,  üç  imzalı  xasiyyətnamo,  viza...  hamısı  da  belo  tocili,  tez...  Bütün 
bunları toplayıb düzəldib, bütün bunlardan kcçib. Hər şeyin çəmini, yolunu 
tapıb ki, tez-tələsik uçub bura gəlsin. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə