SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə40/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   36   37   38   39   40   41   42   43   ...   104

 
Zaur: 
 
  Altında  da  yazaydım:  Zaur  Təhıninə  və  oxla  dəlinmiş  ürək  şək-li 
çəkəydim, hə? 
Təhminə: 
 
  Bəli, - dedi, - bu yay da belə keçdi... Bizim yay... 
 
Zaur çevrilib arxaya baxdı: Təhminə saçlarını darayırdı. 
 
  Gedək? 
 
  Gedək. 
 
Zaur motoru işə saldı və maşını qumlu sahil yollarıyla şoseyə tə-rəf 
sürməyə başladı. 
 
Susmuşdular. Təhminə birdən-birə: 
 
- Zaur, - dedi, - bilirsən ki, mən işdən çıxıram? 
 
  Nə? 
 
  Dəyişirəm iş yerimi. 
 
Zaur maşmın sürətini azaltdı, elə bil lap saxlamaq istəyirdi, çevri-lib 
Təhminəyə baxdı: 
 
  Necə yəni? Hara belə? 
 
  Televiziyaya. Təsəvvür eləyirsən, məni diktor götürürlər. Bir dostum 
var,  o  düzəltdi...  Neçə  ildi  elə  hey  ınəni  dilə  tuturdu  ki,  gəl  te-levizorda 
bizimlə işlə, amma onda nədisə fikir vermirdim. İndi birdən yadıma düşdü 
onun təklifı, o gün götürdüm zəng elədim... Orda işləyir, amma vallah, belə 
tapşırıqsız-zadsız özüm öz gücümlə getdim, məni sınaqdan keçirtdilər, mətn 
verdilər,  oxudum  -  azərbaycanca  da,  rusca  da  -  bəyəndilər...  Görünür, 
məqamına  düşmüşəm,  elə  diktor  axtarır-larmış,  Moskvadan  deyir, 
verilişimiz olacaq, elə lap yerinə düşdü. Böyüklərdən biri məni təriflədi də: 
hər  iki  dildə,  deyir,  mükəmməl  danışırsınız,  zahiri  görünüşünüz  də 
münasibdir. 
 
Zaur  Təhminənin indicə  ona  verdiyi  bu  təzə  xəbər haqqında  dü-şünür 
və  özü  də  təyin  edə  bilmirdi  ki,  sevinir,  yoxsa  heyifsilənir.  Təh-minənin 
belə  bir  qərara  gəlməsinin  səbəblərini  bilmirdi,  amma  hər  hal-da  başa 
düşürdü  ki,  bu  qərar  müəyyən  dərəcədə  onun  özüylə  -  Zaurla.  onların 
münasibətləriylə bağlıdır... 
 
- Niyə birdən-birə bu qərara gəldin axı? 
 
Bilirdi  ki,  Təhminənin  cavabı  dəqiq  və  dürüst  olacaq,  nə  varsa.  onu 
deyəcək. 
 
Təhminə: 
 
  Sənə görə, - dedi. 
 
  Mənə görə? 
  Əlbəttə. - Sonra əlavə etdi: - Gündə səni görmək mənə çətin olardı. 
 
  Məni görmək yəni belə məşəqqətdir səninçün? 
 
  Eşitməmisən, aşıq deyib: nə gözlərim səni görsün, nə könlüm qubar 
eyləsin.  Hər  gün  səni  görəcəydim,  fıkirləşəcəydim  ki,  daha  mə-nimki 
deyilsən. 
Zaur az  qala  dilindən  qaçırtmışdı:  “Məgər  mən haçansa  səninkiy-dim 
ki, indi daha səninki deyiləm”, amma demədi bunu, həmin fıkri başqa cür 
ifadə elədi: 
 
  Nə dəyişib bizim münasibotlərimizdə? 
 
Təhminə  səssiz  gülümsündü.  Zaur  görməsə  də,  elə  bil  bu  tə-bəssümü 
kürəyiylə  hiss  elədi,  maşının  güzgüsündə  Təhminənin  sifə-tinə  baxdı. 
Təhminə təbəssümünü hələ silib atmamışdı üzündən. 
 
- Zaurik, yəni doğrudan sən heç nə başa düşmürsən? - dedi: - Doğrudan, 
başa düşmürsən ki, bizim axırıncı görüşümüzdür?.. Yaxşı, tutalım, axırıncı 
görüşümüz  deyil,  bir  şəhərdə  yaşayırıq,  yəqin  bir-bi-rimizə  rast  gələcəyik 
təsadüfdon-təsadüfə...  amma  bu  son  görüşümüzdür.  O  mənada  ki,  -  yenə 
gülümsündü, - bir daha bu ciir görüşməyocoyik. 
 
“Niyəsini” soruşmaq istədi Zaur, amma dinmədi, səbobini özii tapmaq 
istədi.  Axı, Təhmino  onu hey  məzəmmət  edirdi  ki, hossas  de-yilsən,  zərif 
deyilsən, qadınla kişi münasibətlərinin bütün incəlikləri-ni duya  bilmirson. 
Hiss edə bilmirsan ki, bu əlaqələr noylo düyünlonir və nədon qırıla biloı*... 
Aınma  hor  halda  Tohminonin  bu  qorarı  Zauru  çox  da  sarsıtmırdı.  Hotta, 
müoyyon  biganəliklo  qarşıladı  bu  sözlori.  Bolkə  də  bu,  sırf  fizioloci  bir 
halla  olaqədar  idi.  Bir  az  qabaqkı  ehti-raslı,  çılğın  mohəbbot  görüşündən 
sonra Zaur özündo bir laqeydlik, boşluq, toxluq hiss edirdi. Axır vaxtlar çox 
tez-tez görüşürdiilor, bir də bundan idi bəlko bu doyğunluq. Bəlkə Təhminə 
bu xəbori bir neço saat bundan qabaq, onlar çimorliyo gəlorkən, öpüşlərdon, 
ağuşlardan,  pı-çıltılardan  vo  novazişlordon  qabaq  desəydi,  Zaur  daha  çox 
narahatlıq keçirordi. Bir neçə gün, Tohminoni yenidən ağuşuna almaq istoyi 
çıl-ğın, döziilmoz bir ehtirasa çevrilincoyə qodor bu fikro - “ayrılınaqla-rı”, 
“bir  daha  görüşməyocokləri”  fıkrinə  nisboton  sakit  vo  biganoliklo  baxa 
bilərdi.  “No  yaxşı  ki,  o  axmaq  məktubu  cırıb  atdım.  Tohminoyo 
göndormədim - deyo düşünürdü. - İlk yaxınlığın tosiri altında, hom də dəm 
vaxtımda yazdığıın o kağızda nələr qırıldatmamışdım, ilahi... İn-di bütün o 
fikirlor necə də gülməli gəlir monə, məhəbbot-fılan, sonsiz 


 
yaşaya bilmirəm, getmə gözümdən, gedərəm özümdən. Nə sevgi, n ə fılan, 
əşşi?..  İstək  var,  ehtiras  var,  arzu-kamına  çatmaq  intizarı  var,  bir  də 
istədiyinə nail olandan sonra doyğunluq, bezginlik, biganəlik var, vəssalam. 
Qalan hamısı sözdür, havayı söhbətlərdir...” 
- Bilirsən bu kimin bağıdır? 
 
Təhminənin  səsi  Zauru  fıkirlərindən  ayırdı..  Yolun  sol  tərəfində 
nahamvar  boz  daşlardan hörülmüş uea  barımn  arxasında ikimərtəbəli, əyri-
köndələn eyvanlı bir ev vardı. Eyvan bulanıq yaşıl rəngə b o - yanmışdı. 
 
  Yox. 
 
  Murtuzovgilin.  Sizin  qonşularınızın. 
Zaur təəeeüblə: 
 
- Murtuz Balayeviçin? - deyə xəbər aldı. - Sən hardan onu tamyırsan? 
 
  Oğlunu tamyıram. 
 
  Spartakı?  -  dedi  və  elə  bil  içində  nə  isə  titrədi.  Spartakı  yaxşı  ta-
myırdı.  Bilirdi  nə  yuvamn  quşudur,  qadınlara,  illah  da  gözəl  qadınlara  nə 
gözlə  baxır.  Ümumiyyətlə,  bilirdi  nə  oyunlardan  çıxır  Spartak.  Ağ-zım 
Allah yoluna qoyub, qadınlar haqqında nələr danışdığından da xə-bərdar idi, 
Təhminənin  Spartakla  tamşhğı  Zauru  heç  açmırdı.  Amma  qəsdən 
biganəliklə: 
 
  Bəs Spartakı hardan tanıyırsan? - deyə soruşdu. 
 
  Mənim bir rəfiqəm var, onun tanışıdır. 
 
“Tanışıdır” sözü Zaurun bütün içini qaynatdı, axı bilirdi Spartakla 
tamşlıq qadınçün nə demokdir. 
 
Təhminə birdən: 
 
  Saxla,  -  dedi.  Zaur  əyləci  basdı  və  maşın  iri  dəmir  darvazamn  düz 
qabağında dayandı. 
 
  Nədir? 
 
  Gəl düşək. Bilirsən bu eyvandan nə gözəl mənzərə görünür. Adamın 
ürəyi açılır. 
  Bircə elə bu çatmırdı. Özgonin bağında nə işimiz var? 
 
  Tərsliyino salma, birco doqiqoliyə düşək. 
 
Zaur könülsüz-könülsüz maşından çıxdı. 
 
- Deyəsən, sən bu eyvandan çox seyr elomisən mənzərəni, - dedi. - Heç 
ağlıma da golməzdi ki, son Murtuzovgilə gedib-gəlirsən? Bakıda da goliş-
gedişiniz var? Bos no əcob heç rastlaşmaımşıq bizim həyotdo? 
 
-  Əşi,  yox,  canım.  Bakıda hcç  evlorini  tanımıram.  Bu  bağda  da  bircə 
dəfo  olmuşam... Qonaqlıq idi, çoxlu adam vardı, mən də hara-dansa gəlib 
düşmüşdüm onların kompaniyasına... 
   Kim verirdi qonaqlığı, Spartak, ya Mıırtuz Balayeviç? 
 
   Murtuz  Balayeviç  kimdir.  Spartakın  atası  '  Hcç  onun  sitbtini  do 
görməmişəm.  Qonaqlığı  Spartak  düzəltmişdi...  O  vaxt  monim  rofi-qəmlə 
gəzirdi.  Deyəsən,  Spartakın ad  günii  idi,  yadımda  deyil,  bir  söz, moni  də 
dartıb gətirdilər. 
  Sən əlbəttə, tək idin, ərsiz... 
 
  Allahu-əkbər.  Nə  belə  moni  sorğu-suala  tutmusan?  hə,  Manaf, 
deyəsən, doğrudan da, Bakıda yox idi. 
 
Zaur: 
 
  Tiflisdəydi,  -  dedi  vo  dərhal  da  dediyinə  peşman  oldu...  Elə  bil 
Təhminə birdən-birə söndü, içinə çəkilib büzüşdü. Axı hər ikisinin yadında 
idi:  Təhminə  Zaura  özü  demişdi  ki,  Manafın  Tiflisdə  aşnası  var,  ara-sıra 
bəhanə  tapıb  onun  yanına  cumur.  İndi  Zaur  ona  mohrəm-liklə  açılmış  bu 
sirri şapalaq kimi çırpmışdı Təhminənin üzünə. 
Təhminə qəmli-qəmli başını buladı. 
 
  Özün bil, - dedi. - Mon istəyirdim ki, eyvandan baxasan, dəniz, kənd 
çox qəşəng görünür. İstəmirsən baxma, daha məni sancmaq nəyə lazımdır? 
 
Zaur günahım yumaq üçün yumşaqlıqla: 
 
  Axı qapı bağlıdır, - dedi və nəvazişlə Təhminənin gözlərinin içi- 
 
nə baxdı. 
 
Təhminə, doğrudan da, elə bil yumşaldı. 
 
- Bos, uşaqlıqda heç üzüm oğurluğuna getməmisən? - dedi,- Bir yandan 
da idmançısan həlo, aş görüm bu barını. 
 
Zaur  da  bu  yarızarafat  danışıq  və  davrantş  tərzini  saxlamağa  çalış-dı, 
odur  ki,  qıvraq  bir  horokotlo  tullanıb  barının  üstündən  yapışdı,  dar-tınıb 
hasarın  üstünə  çıxdı  vo  o  torəfə  aşdı...  Darvazanı  taybatay  açdı  vo 
Təhminəni içori dəvət clədi. 
 
- Buyuracaqsınız, xanım, - dedi. 
 
Axar-baxarlı  eyvandan  dənizin,  sahilin,  qəsobənin  geniş  monzo-rəsini 
seyr  edirdilor.  Eyvamn  döşəməsində  azı  bir  on  cüt  köhno,  yırtıq  çəkmə, 
most vardı. Onların arasında nimdaş dikdaban qadın ayaqqabı-ları da vardı, 
 
Tohmino: 
 
- Vaxtilo bu ayaqqabılar dəb idi, - dedi vo qofilcon xobər aldı. 
Bacısını neco, tanıyırsan? Spartakın bacısını. 
 
- Firanı? Əlbottə, tanıyıram. Dedim axı bizim qonşularımızdır. Nodir 
ki? 
 
- Heç. Deyirlor, çox gözəl qızdır, mon görməmişom... 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə