mehribanlaşmışdı. Elə bil münasibəti daha təmənnasız olmuşdu. Doğ-rudur,
yenə də hərdən-birdən anasına: “yaxşı, bir əlivizi cibivizə atın görək, -
deyirdi, - professorun pulları kif atıb”, amma indi ata-anasın-dan pulu da elə
bil bir növ utana-utana, çəkinə-çəkinə alırdı... İşə gi-rəndən sonra özü də
qazanırdı. Doğrudur, donluğu xərcinin onda biri-ni də ödəməzdi, amma,
buna baxmayaraq, hər dəfə anasından pul alanda deyirdi ki, borc götürürəm,
maaşda qaytaracağam: hər ikisi bi-lirdi ki, bu günü-gündən artan borc heç
bir vaxt ödənilməyəcək...
Bir dəfə isə lap pərt oldu. Əslində bu pərtlik də deyildi, nə isə bir başqa
hiss idi. Zaur biləndə ki, atası onun adına üçotaqlı kooperativ mənzil
yazdırıb və pulunu da verib, həm bir qədər əsəbiləşdi - “kim bilir haçan hazır
olacaq bu mənzil, ondansa bu pulları verəydi, indi xərcləyəydim” - deyə
düşündü, həm bir az şəstinə dəydi - deməli, mənim gələcək mənzilim də
atamın hesabınadır, amma bir tərəfdən də sevindi - hərhalda özünün ayrıca
evi olacaq... Belə ayrıca otaq həs-rətində olurdu çox vaxt, tez-tez lazım
olurdu ona belə bir məxsusi mənzil... Amma hər halda... Bir dəfə atası özü
bu barədə söhbət saldı. Bu söhbəti açmaq üçün atası qəsdən elə vaxt
seçmişdi ki, Zivər xamm evdə olmasın.
- Əlbəttə, - dedi atası, - biz istərdik ki, həmişə səninlə bir yerdə yaşayaq,
amma bilirsən özün də, - bunu gizlətməyin nə mənası var - ananın xasiyyəti
tünddür. Sənin goləcək arvadm lap məlaikə olsa da, ikisi bir yerdə yola
getmoyəcəklər. Ailədə narazılıq, dedi-qodu nəyə lazımdır, ondansa bu başdan
işimizi elə tutaq ki, arada hörmət-izzət qalsın... Vaxtdır, sən də gorək evlonmok
barodə fikirləşəsən. Bizim də daha baba, nənə olmaq yaşımızdır. Əməlli-başlı
fıkirləş, hər cəhətcə götür-qoy elo. O vaxta ev do hazır olar... İnşaallah, o vaxta
gərək müdafıə də eləyosən...
Atası heç bir vaxt onunla belə damşmamışdı. Ümumiyyətlə, az-az
danışırdılar, atası clminə - kitablar aləminə qapılmış qaradinməz bir adaırı
idi, arvadıyla nadir hallarda danışar, oğluyla isə demək olar ki, heç
danışmazdı. Bu cür açıq sözlori iso Zaur, üınumiyyətlə, birinci də-fo
eşidirdi ondan. Elo buna da mat qalmışdı. Amırıa bundan daha artıq başqa
bir şeyə mat qalmışdı Zaur. Mat qalmışdı ki, atası neçə illər bun-dan qabaq
öz hoyatını doqiq qrafik üzro qurduğu kiırıi, indi onun, Za-urun da hoyatını
bu cür doqiq planlaşdırmışdı: ali təhsil, dissertasiya, ınənzil, evlənmə,
övlad... Doğrudur, bəzən görürsən gözlənilməz ha-disəlor do olur, mosolon:
İkinci Dünya müharibəsi. Qrafık müəyyən
dərəcədə pozulur. Amma hər halda İkinci Dünya müharibəsi də, ağır
yaralanması da Məcid Zeynallmın çox gənc yaşlarında müəyyənləş-dirdiyi
həyat cədvəlini - qarşıya qoyulmuş bir məqsəddən yeni bir məqsədə gedən
dümdüz yolu dəyişə bilməzdi. Və bu dümdüz yol üzrə gedən hərəkəti
Mociddon sonra onun oğlu Zaur davam etdirməli idi. Sonra isə, inşalllah,
Zaurun oğlu qədəm qoymalı idi bu yola...
***
Şam yeməyindən sonra atası öz iş otağına çəkildi, Zaur jumalları
vərəqləyirdi ki, birdən Zivər xanım:
- Bura bax, - dedi, - qulağıma cürbəcür sözlər çatır ha...
Zaur “Oqanyok"dakı krossvordu gözdən keçirərək laqeydcəsino:
Nə sözlər?
Səni tez-tez bir xanımla görürlər.
“Oqonyok"u bir qırağa qoydu:
Nə xammla?
Nə bilim, nədir onun adı - Nərminədi, Təhminədi nədi...
Zaur hiss elədi ki, qızarıb pörtür və qulaqları od tutub yanır. Özünü ələ
alıb:
Nədir ki? - dedi.
Yaxşıdır yenə sifətində bir az həya qalıb, - dedi anası, - bir gözümün
içinə düz bax görüm.
Zaur güclə gülümsündü vo anasının gözlərinin içinə baxdı.
Düzdür ki, onu maşınına mindirib bütün Abşeronu gozdirirson?
“Aman Allah, hər şeyi ycrli-yataqlı çatdırıblar” .
Bilmirsən ki, yerin qulağı var?.. Heç ağlın var, heç bir beynivo
vurursan? Ərli arvaddır axı... Sonin Tanka-mankalarından deyil...
Kiındir bu xoborlori sono çatdıran?.. Camaatın işi-gücü qurtarıb...
Yox, görünür sənin işin-gücün qurtarıb... Heç omollərindon uta-nıb
eləmirsən... Bura bax, gör no deyirəm, son day balaca uşaq deyil-sən. Bığlı,
saqqallı yeko kişison... Mən heç vədo sonin işlorino qarış-mamışam ki, ho,
de do, qarışmamışam, yox? Amma bu səfor, bax, deyirəm, aç qulaqlarını
yaxşı-yaxşı eşit, gör no dcyirom. No qodor ki, atovun qulağına çatmayıb,
biryolluq bu işdən ol çək. Bildin?
Məsolonin bu cür qoyuluşu özündən çıxarırdı Zauru: no ultima-tumdur
bu belo, o südomor körpo-zaddır boyom? Amma dinmodi...
Bəlkə elo Zivor xanım da gorək söhbətini burada xotm eloyoydi. Sözünü
bununla qurtarsaydı Zivər xanım, hor şey bolko ayrı cür olar-
dı. Aınrna Zivər xanım harm arvad idi, içində hikkəsindən qaynayırdı və
dilini dişləyib demək istədiklərini ürəyində saxlaya bilməzdi. V ə dediyi
sözlər də bütün sonrakı hadisələr üçün təkan oldu... Zivər x a - nım üz-
gözünü elə turşutdu ki, elə bil çimçəşirdi, iyrəndiyi murdar bir şey haqqında
danışırdı:
İndi də sənə ilişib, - dedi, - idarəvizin bütün kişiləriylə fırıldaq çıxarıb
doyub, indi növbə sənə çatıb?!
Zaur yerindən sıçradı:
Bəsdir, - dedi, - ayıbdır səninçün, bu cür sözlər danışmaq...
onun-bunun ara söhbətlərini təkrar eləmək yaraşmaz sənə...
Yəqin bunu çox sərt dedi, çox əsəbi dedi, anası elə bil barmağını dişlədi,
sövq-təbii bir hisslə elə bir şeyi duydu ki, o hələ Zaurun özünə də tam aydm
deyildi. O vaxt, Zaurla Təhminənin əlaqələri, Zaurun fıkrincə, qeyri-ciddi,
yüngül bir şey olduğu vaxtda Zivər xanım qadm - lıq və analıq intuisiyası ilə
bu əlaqələrin ciddiliyinı dərk eləmişdi.
Kinayəylə:
Ara söhbətləri?! - deyə təkrar elədi. - Əcəb ara söhbətləridir! Bütün
şəhər danışır da bu söhbətləri... Bircə sənin kimi uşağı ələ sa-lıb aldada
bilərlər ki, bütün bunlar ara söhbətləridir, boş qeybətlərdir...
Bütün şəhər bilir ki...
Bütün şəhər... Anket paylamısan bütün şəhərə?
Anket-zad lazım deyil... Hamı bilir də... Özü də onunçün tə-favütü
yoxdur kim olsun... nə idi o kişi, o yaşlı kişi var e, dədəsi ye-rindədir, əşi
sizin idarədə işləyir, nədir o köpəkoğlunun adı, balaca dazbaş kişidir e,
bumunda da ziyil var...
Bilirdi ki, anası kimi nəzərdə tutur, amma boğazına ip də salsay-dılar
Zaur Dadaşın adını çəkməzdi...
Zivər xanımın özünün yadına düşdü:
Hə, Dadaş, dcyirəm axı, adı Dadaşdır. Utanıb yerə girmir, həya-sızın
qızı... Denən, cavan gəlinsən... Sir-sifətdən də babatsan - bu, Zi-vər xanımın
Təhminə haqqında dediyi birinci və axırıncı yaxşı söz ol-du: “babatsan” -
cavan orin var... Amma di gəl, gör kimnən eşqbazlıq eləyir - qoca idbar
kişiynon...
Zaur dəqiqləşdirməyə çalışdı:
Deməli, belə çıxır ki, eşqbazlıq eləmoyi günah deyil, günahı on-
daymış ki, qoca idbar kişiylə eşqbazlıq eləyir?
Sən mənimlə burada söz güləşdirmə... Kimnən eşqbazlıq eləyir
öz işidir. Bir də o əri qurumsağın işidir. Kül onun başına ki, bu cür
arvadı evində saxlayır. Aınma, bax, səndən əl çəksin. Yoxsa, Allaha and
olsun, onun başına bir oyun açaraın ki, öz adını da yadından çıxa-rar. -
Zivər xanım Təhminəyə nə cdəcəyini daha da dəqiqləşdirərək əlavə elədi. -
Gözlərini çıxararam o it qızının...
Zaur anasınm xasiyyətino bələd idi, bilirdi ki, anası dediyini elə-yəndir,
bütün bu əhvalat da, görünür, Zivər xanıma möhkəm toxun-muşdur. Zaur
məsələni daha da gərginləşdirmək istəmirdi, odur ki:
- Sən allah boşla görək, ay ana, - dedi. - Aramızda heç nə yoxdur. Bir
idarədə işləyirik, tay-tuşuq, bəlkəm indi işdən çıxanda bir-iki də-fə onu
maşınla apannışam, vəssalam... Nə böyük bir məsələ imiş ki bu? Əgər belə
ürəyinə salırsansa, yaxşı, söz verirəm ki, bir də onu ma-şınıma
mindirməyim, qoy trolleybusla getsin. - Hənıişəki kimi yarıza-rafat tərzində
damşırdı, amma elə bil daxili bir nigaranhq hissi keçirir-di, nədənsə ona elə
gəlirdi ki, Təhminəni bir növ satır və məhz elə bu-na görə, özünə vicdam
qarşısında bəraət qazandırmaqçün Təhminoni ınüdafiə elomok istədi:
- O ki qaldı, Dadaş, - dedi, - soni yüz faiz əmin edə bilərəm ki, bu,
yalan sözdür, böhtandır, vəssalam. Mən lap yəqin bilirəm, Dadaş-la onun
arasmda heç bir şey olmayıb, ola da bilməz.
Sən hardan bilirson? Özü sənə deyib?
Yox, özü deməyib. İntəhası mən də həmin o idarədo işləyirəm vo
çörəyi burnuma ycmirəın axı... Bu söhbət ağ yalandır.
Amma Zivor xanım hcç cür razılaşmaq istəmirdi:
Tək Dadaşdır boyəm? Odey bizim qonşu da neço vaxt onunla
“dostluq” eloyib.
Zaur:
- Hansı qonşu? - deyə xobər aldı və hiss clədi ki, bütün içi donub huz
bağlayır.
Alyanın oğlu da... Spartak... Alya danışırdı, dcyir, yazıq godoyo
aman vcrmirdi. Tclefonumuzu, dcyir, day yerindən çıxardırdı. Geco bilmoz,
giindüz bilmoz, zongi zongə calayır... Ciyoriyanmış hardan zong vururmuş
göroson, öz cvindon? Bos, ori balqabaq harada itib qa-lıbmış?.. Əh...
İ ç i
elo
b il d o n
bağlamışdı Zaurun, elo bil bcyııi ağırlaşmış, qıc olub
qalmışdı, yavaş-yavaş özüno goldikco birco istok hakim kosilirdi qol-bino:
bu saatca Tohminoylo görüşsün, lapdan, aman, macal vcrmodon soruşsun
Spartak barosindo vo cavabından asılı olaraq ya münasibot-lori birdofolik
qırılsın, ya da... Sanki anasının sosini do artıq eşitmirdi.
Dostları ilə paylaş: |