SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə46/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   42   43   44   45   46   47   48   49   ...   104

-  Ata-anasının  əməlli-başlı  könülləri  var  e...  Alya  neçə  kərəm  işa-rə 
vurub mənə... Deyir, sən xəşbəxtsən, bir oğlun var, oğlanın işi n ə  - dir ki, 
halva...  Odey,  mənim  də  oğlum  var,  bir  qımıq  nigarançıhğm  çəkmirəm 
onun. Amma qız ayrı məsələdir. Rastına kim çıxacaq anası ölmüşün, hansı 
evə,  hansı  ocağa  düşəcək...  Mənim  qızım,  deyir,  bir  açıl-mamış  qönçədir, 
tale, deyir, görən kimin bağma salacaq balamı... Adam,  deyir o vaxt ürəyin 
buz kimi eləyir ki, qabaqcadan qızıvı köçürdüyün ailəni tamyasan. Day mən 
də lap key Balaxanım deyiləm ki, bilirəm bu sözləri bizimçün deyir... Başa 
düşürəm bu xalı hara vurur... 
 
  Yaxşı nə qaçhaqaçdır, nə olub belə, qızı qanyıb evdə qalıb ki? 19 yaşı 
var da qızın, anası nə belə əl-ayağa düşüb? 
 
  Ay-hay...  Mən  nə  deyirəm,  bu  nə  deyir...  Əşi  başa  düşmürsən  nə 
məsələdir? Nə olsun 19 yaşı var? Bu gün-sabah ərə gedəsidir. Alya xa-nım 
da ondan nigarandır ki, kimə gedəcək, hansı evə, hansı ocağa düşə-cək. Bir 
yandan  da  bizə,  bizim  ailəyə  bələddir,  səni  tanıyır,  gözünün  qa-bağında 
böyümüsən, hansı ana istəməz ki qızı nəcib yerə düşsün? 
 
  Yaxşı, bəs sənə nə düşüb bu cür canfəşanlıq eləyirsən. Xalqın dərdi-
səri sənə qalıb?.. Cavan, göyçək qızdır, vaxtı gələr, gedər ərə də. Sən niyə 
onun dərdini çəkirsən? 
  Mən bəyəm onun dərdini çəkirəm? O qız evdə qalmayacaq, mən səni 
fikirləşirəm...  Belə  qızlar  çöldə  tökülüb  qalmayıb  ki...  Gözəliik  deyirsən  - 
gözəllik,  ağıl  deyirsən  -  ağıl,  yaxşı,  hörmətli  ailə  deyirsən-yaxşı  hörmətli 
ailə,  abır-həya,  ismət,  adamı  görendə  pul  kimi  qızarır,  day  sənə  nə 
lazımdır?.. Belə qıznan evlənərsən ömrün boyu ürəyivi buz kimi eləyərsən, 
heç  kimin  yanında  da  başın  aşağı  olmaz...  Sən,  deyəsən,  belə-belə  şeyləri 
hələ əməlli-başlı qanıb eləmirsən? 
 
Qəribədir  ki,  Zivər  xanım  Firəngizin  bütün  məziyyətlərini  bir-bir 
sadaladıqca qeyri-ixtiyari Təhminə gəlib dumrdu Zaurun gözləri qar-şısında 
və Zaur bu saatca dumb Təhminəyə zəng eləmək, onunla görüşmək istəyini 
güclə boğurdu. 
 
Zivər: 
 
 Sabah sənin ad gününə gələcəklər, - dedi. 
 
Zaurun fikirləri tamam başqa yerdə olduğu üçün bu xəbərdən diksindi: 
 
 Gələcəklər? Kim gələcək? 
 
 Necə yəni kim? Bəs sehərdən bəri kimdən danışıram... Qonşu-larımız - 
Alya, əri... qızlarını da gətirəcəklər. 
 
Zaumn elə bil içində çıraq ahşdı: necə olub ki, bunu nəzərə al-mayıb. 
Sağ olsun anası, yadına saldı: axı, sabah ad günüdür. Təhminə- 
 
də  də  bilir  bu  günü,  dəftərçəsinə  da  yazıb.  Deməli,  bax,  bu  günü  göz-
ləyirmiş,  ona  görə  zəng  eləmirmiş.  Bəhanə  lazım  imiş  ona  zəng  elə-
məkçün,  yenidən  görüşməkçün,  bütün  əlaqələrini  yenidən  bərpa  elə-
məkçün... Əlbəttə ki, belədir, 
 
İndi  Zaur  sevinclə  düşünürdü  bu  barədə:  çoxdan  bəri,  ta  lap  uzaq 
körpəliyində qalmış uşaqlıq illərindən bəri heç bir zaman ad günü haqqında 
belə  bır  intizarla  düşünməmişdi.  Uşaqlıq illərindən  bəri hə-mişə  bu  gün  - 
Zaurun  ad  günü  onu  darıxdırardı,  axı,  bu  gün  onunçün  tamamilə  yad  və 
yabançı  olan  qohumlar  toplaşar,  bayağı  söhbətlər  edər,  duzsuz  sağhqlar 
deyərdilər,  sentyabr  ayı  olduğu  üçün  hələ  isti  olardı.  Hammın  pal-paltarı 
islamb bədəninə yapışardı, otaqlarından tər iyi gələrdi və Zaur sobirsizliklə 
məclisin  qurtarmasını,  qonaqların  dağılışmasını  gözlərdi.  İndi  isə  sabahkı 
gün  haqqında  xoş  bir  intizarla  düşünürdü.  Ona  qiymətli  bir  hədiyyə  bəxş 
edəcək  gün  kimi...  Gözlo-nilməz  sevinclərlə  dolu  olan  bir  gün  kimi... 
Uşaqlıqdakı kimi... 
 
*** 
 
Ad günü deyil, ad gününün axşamı zəng elədi... Daha doğrusu, gccəsi. 
Gecə yarını keçmişdi və təqvimdə, doğrudan da, sentyabrın 23-ü idi - 
Zaurun ad günü. Zaur yatağına girmişdisə də, hələ yatma-mışdı. Evin 
həryerində işıq sönməyincə və bütün səslər kəsilmoyinco yuxulaya bilmirdi. 
Atası həmişə erkən yatar, səhər də ertədən durardı. Anası isə Bakının 
tclcviziya verilişləri qurtaran kimi gedərdi yat-mağa... Bu geco də atası 
çoxdan yuxulamışdı, amma anası hələ oyaq idi. Qonşu Sitarəylo birlikdə 
mətbəxdə əlləşirdi, sabahkı qonaqlığın hazırlığını görürdülor. Motbəxdon 
şirni və ədviyyat qoxusu gəlirdi paxlava, şəkərbura, şokərçörəyi... Cürbəcür 
piroqlar, pirojnalar, tortlar hazırlamaq sarıdan Zivər xanımın tayı-bərabəri 
yox idi. Amma sabah-kı gün öz adi məharətini də vurub kcçməliydi, - axı, 
onun moclisinə Alya kimi toləbkar bir hakim qiymət verəcəkdi. Mətboxdən 
anasıyla Sitaronin yavaş səslori gəlirdi, profcssorun vo Zaurun yuxusuna 
manc olmamaqçün qadınlar xısın-xısın danışırdılar. Zaur onların hor kəlınə-
sini dəqiq eşitmoso do, söhbətlərinin məzmunundan agah idi: qadınlar 
xomirin yaxşı qalxmasından, layların nazik yoğmlmasından, qoz-fın-dığın 
narın əzilib şokorlo qarışdırılmasından, paxlavaya vurulacaq odviyyatın 
miqdarından danışırdılar. Sabahkı moclisdən, qonaqlardan danışırdılar - kim 
paxlavanı, şəkərburanı daha çox sevir, kimin hansı tortdan, hansı piroqdan, 
hansı pirojnadan daha çox xoşu gəlir, hansı ki- 


şi dəlisidir şimiyyatm, hansı qadına heç bir şey bəyəndirmək olmur, halbuki 
keçən səfər öz evlərində aşının qazmağı yanıb kösöy olmuş-du... Olanda olur 
da,  ay  Zivərbacı,  işdi,  düşməknəndi  də.  Orası  da  elə-dir  e,  ay  Sitaro, 
doğrudan,  böyük  məclis  yola  salmaq  zor  işdir,  adamın  lap  kələyi  kəsilir, 
əldən düşürsən, amma bir yana baxanda bircə bala-vın moclisində də qoluvu 
çırmalamayıb zəhmət çəkməsən, bəs nə vaxt çəkəcəksən... Əlbəttə, ay Zivər 
bacı,  maşallah,  Allah  saxlasm,  belə  oğul  böyütmüsən,  indi  gərək  hər 
əziyyətinə  də  dözəsən.  Bəs  necə,  ay  Sitarə,  onun  boyuna  qurban  oluın, 
qızıldır  onun  xasiyyəti,  ipok  kimi  yumşaqdır,  ürəyi  də  elə  təmizdir,  elə 
təmizdir, sanasan şüşədir, odur ki, xətərəliyəm də, ay Sitarə, bu cür ki təmiz 
uşaqdır, ürəyi şüşə kimi safdır, hər şeyə, hər sözə, hamıya inanandır, elə qor-
xuram ki, keçsin bir afətin cənginə, sap kimi dolasm barmağma bala-mı. Eh, 
ay  Zivərbacı,  ağzıvı  xeyirliyə  aç,  dünya  bəgəm  dərəbəylikdir-zaddır,  nə 
damşırsan,  Zaur  elə  aciz-avara  deyil,  demə,  maşallah  ağıl-Iı-morifətli 
oğlandır,  hər  şeyin  yerin  biləndir,  ürəyinə-zada  salma,  sən  allah,  vaxsey, 
vaxsey, piroq yandı, başımız söhbətə qarışdı... 
 
...Və bu vaxt telefon zəng çaldı. Zaur yerindən sıçradı, - bu vaxt ancaq 
ona zəng eləyə bilərdilər: kim ola? Dəstəyi qaldırdı: 
 
- Allo! 
 
Dəstəyə  qarmaqarışıq  səslər doldu,  -  açıq havadan zəng  olunmuş-du  - 
küçəydimi,  meydandımı  -  müxtəlif  hənirtilər  gəlirdi,  sonra  bu  hənirtilərin 
içindən uzaq bir səs duruldu, aydın eşidildi, Zaur dərhal bu səsi tanıdı. 
 
 Mənəm, Zaurik, - dedi Təhmino. - Bağışla ki, belə gec zəng cləyirəm... 
Danışa bilirsən? 
 Əlbəttə. 
 
 Bütün günü sənə zəng elomok istəyirdim, amma başım elə qa-rışdı ki, 
macal tapa bilmədim... - Səs arada kəsilirdi, xətlorin, cihazla-rın xırıltısına 
qarışıb  itirdi,  amma  Zaur  hər  halda  Təhminənin  dediklo-rini  doqiq 
qavrayırdı. 
 
Sonə aeroportdan zong vururam. Yarım saatdan sonra uçuram. Zaur 
susub dinləyirdi, noinki cavab vermirdi, heç “hə”, “yox" da 
 
demirdi. Təhmino təəccüblə: 
 
- Eşidirsən məni, Zaur? - deyo xobor aldı. - Hə, eşidirsən? 
 
 Eşidirom... 
 
 Səni  təbrik  eləyirəm...  Yadımdadır,  axı,  -  bu  gün  ad  günündür.  Sənə 
hədiyyə də almışam. Sabah sənə çatdıracaqlar, - tələso-tələso 
 
danışırdı,  elə  bil  qorxurdu  ki,  birdon  tclefon  əlaqəsi  qırılar  və  demok 
istədiyi əsas şeyi deyo bilmoz, - balaca bir şeydir hədiyyəm, amma həmişə 
sənin  yanında  olacaq  ki,  moni  homişə  yada  salasan...  Sabah  sənə 
çatdıracaqlar... Modinə, qonşum gətirəcək... işivə. 
 
Zaur: 
 
  Təşəkkür  edirəm,  -  dedi.  -  Yaxşı,  soruşmaq  ayıb  olmasın,  hara 
uçursan  belə,  nə  münasibotlə?  -  Hiss  elədi  ki,  mətbəxdə  susdular,  yə-qin 
onun danışığına qulaq verirdilər. Təhminə sevinclo: 
 
  Moskvaya,  -  dedi.  -  Moskvadan  sabah  bizim  verilişimiz  var. 
Proqramı  mən  aparacağam.  Baxarsan.  -  Sonra  tələsik  əlavə  etdi.  -  Yaxşı, 
Zaurik, həlolik, monə əl eləyirlər ordan, təyyarəyə minik baş- 
 
layıb... 
 
Aeroport  Zaurun  gözləri  qarşısında  canlandı:  gecəyə  qərq olmuş  uçuş 
meydanı,  rongbərong  siqnal  işıqları,  qapısı  açıq  təyyarə,  trap  vo  trapda 
Təhminonin  tozo  dostları  -  televiziya  işçiləri,  qapının  ağzında  kiçik,  cib 
fonorini yandırıb biletləri yoxlayan stüardessa. Bir azdan Təhminə do trapla 
dırmaşacaq,  sonra  təyyarənin  qapıları  kip  bağla-nacaq,  propcllor 
horlonocək,  toyyarə  yerlə  bir  az  qaçıb  havaya  yükso-ləcək.  Bir  dəsto 
tcleviziya  işçiləri  deyib-güləcək,  zarafatlaşacaq,  sabahkı  verilişlorindən, 
ümumi işlərindən danışacaqlar. 
 
...Və  Təhmino  do  onların  içindo  olacaq.  O  köhno  dostu  -  televiziya 
rejissoru,  nodir  onun  adı,  Muxtardır,  nədir,  —o  da  yəqin  oradadır, 
Moskvaya gedir o da... Bəlkə trapdan əl eləyən, Təhminoni çağıran da elo 
odur.  Ya  bolkə  indi  lap  Təhminənin  yanındadır,  telefonun  böyründo, 
Tohminənin  Zaurla  söhbətini  dinləyir.  Mətboxdon  anasıyla  Sitaro  Zaurun 
söhbotini dinləyən kimi... 
 
Təhminonin  bu  gcco  zongi  Zaurun  üroyini  müxtəlif  qatmaqarışıq 
hisslorlo  doldurmuşdu,  -  açıq  təyyarə  meydanının  nofos  gcnişliyi, 
toyyaronin qalxacağı göylorin ulduzlu qaranlığı vardı bu tclcfon zongin-do. 
Tohminonin sosi, novazişi, ona - Zaura diqqoti vardı... Amma bir də Zaura 
yabançı  olan  özgo  sevinci  vardı,  uzaq  sofor  fərohi  -  başqa  hoyat,  yeni 
tanışlıqlar, münasibotlor kəlofi vardı vo bütün bunlar Toh-minonin yeni işi, 
yeni  hoyatı  idi.  -  Zaurun  gözündon  iraq,  ömründon  uzaq  olan  yad  bir 
dünyadan golirdi bu soraqlar... 
 
Salamat qal, Zaurik, bol-bol səadot arzulayıram sono... 
 
Sonə do yaxşı yol, - dcdi. Zaur. 
Neço vaxta gcdirson? 
 
- Üç günlüyə, - dedi, sükut çökdü, görünür, bu sükut orzindo götür-qoy 
edirmiş: desin, demosin, nəhayət, qorara golib yavaş soslə 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə